Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə123/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   119   120   121   122   123   124   125   126   ...   217

256 

 

dövlətində  GərĢəsbin  hakimiyyətindən  narazı  qüvvələr  baĢ  qaldırdı.  Ġbn  əl -Əsirin 



məlu matına  görə,  "622/1225-ci  ildə ĢirvanĢaha qarĢı onun oğlu çıxıĢ etdi, atasını taxt-

dan saldı,  onu  ölkədən qovdu və hökmranlıq  etməyə  baĢladı.  Səbəb  o  idi  ki,  [guya] 

ĢirvanĢah  pozğun  təbiətli,  əxlaqsız  və  ədalətsiz  bir  adam  olub,  təbəələrinin  mal  və 

mülkünə əl uzadıb; bəziləri isə onun hətta qadın və azyaĢlı oğlanlara sataĢdığını da iddia 

edirdi.  ġirvanĢahın  adamlara olan  zülmü artmıĢ, buna görə də  qoĢunun  bir qismi  onun 

oğlu  ilə  dilbir  olub,  ġirvan  hökmdarını  ölkədən  qovmuĢdu".  Beləliklə,  bu  və  digər 

bəhanə ilə baĢlayan qiyam nəticəsində GərĢəsb hakimiyyətdən məhrum edildi, yerinə 

isə onun oğlu ĢirvanĢah III Fəribürz adı ilə taxtda əyləĢdirildi.  Yeni hökmdar tezliklə 

öz qoĢunlarının və təbəələrinin məhəbbətini qazandı. Lakin baĢ verən hərbi hadisələr 

III  Fəribürz  dövründə  yaranan  nisbi  sabitliyi  pozdu;  bir  tərəfdən,  gürcülərin 

himayəsinə  sığınmıĢ  GərĢəsbə  yardım  etməyi  qərara  almıĢ  gürcü  qoĢunları  ölkəyə 

soxuldular,  digər  tərəfdən  isə  xarəzmĢah  ġirvana  hücum  etdi.  Hadisə lərin  gediĢinə 

GərĢəsbin  gürcü  hökmdarı  Rusudana  verdiyi  vəd  də  təsir  etdi:  qələbə  müqabilində 

devrilmiĢ  hökmdar  ġirvanın yarısını  gürcülərə  verəcəyinə söz  vermiĢdi.  Min  nəfərlik 

süvari ilə gürcülərin üç minlik qoĢununa qarĢı çıxan III Fəribürz ġamaxı yaxınlığındakı 

döyüĢdə düĢməni darmadağın etdi. Xilas olmuĢ gürcülərin yalnız çox cüzi hissəsi, özü 

də pis vəziyyətdə Gürcüstana qayıda bildi. Bu hadisədən sonra gürcülər, qanlı döyüĢdən 

zorla salamat çıxmıĢ GərĢəsbə ölkəni tərk etməyi təklif etdilər.  

1225-ci ildə xarəzmĢah Cəlaləddin Mənqburnu çoxsaylı qoĢunla Cənubi Qafqaz 

ölkələrinə  hücum  edib,  gürcü  ordusunu  dağıtdı,  Azərbaycanı  və  Arranı  ələ  keçirdi. 

XarəzmĢah,  Fəribürzdən  MəlikĢahın  xəzinəsi  üçün  nəzərdə  tutulmuĢ  məbləğdə  vergi 

tələb  etdi.  Aparılan  danıĢıqlardan  sonra ĢirvanĢah,  Cəlaləddinin  xəzinəsinə  ildə  50 

min dinar vergi ödəməyə razılıq verd i. 

1227-c i  ildə  xa rəzmĢah  Cəlaləddin  Tiflisin  ikinci  iĢğalından  sonra,  hələ 

1221-ci ildə, ən-Nəsəvinin məlumatına görə, "o zaman hələ güclü olan gürcülərin" ələ 

keçirdikləri  ġirvan  Ģəhərləri  ġəki  və  Qəbələni  geri  qaytararaq,  buraya  öz  adamını 

hakim  təyin  etmiĢdi.  Elə  həmin  1227-ci  ildə  xarəzmĢahın  vəziri  ġərəfəlmülk  iqta 

hüququnda  tabeliyində  olan  Beyləqan  və  Muğan  torpaqları  ilə  yanaĢı  ĢirvanĢahlara 

məxsus çayarası GuĢtəsbi vilayətini də tutdu və beləliklə ĢirvanĢahı bu yerlərdən aldığı 

gəlirdən məhrum etdi. Buna səbəb vəzirin düzlüyündən Ģübhələnən ĢirvanĢahın soltan 

xəzinəsi üçün nəzərdə tutulmuĢ 50 min dinarı vəzirə ödəməkdən imtina etməsi o ldu. 

XarəzmĢah,  Tiflisi  ələ  keçirdiyi  vaxt,  I  GərĢəsbin  gürcülər  tərəfindən  girov 

saxlanılan  oğlu  SoltanĢahı  əsirlikdən  qurtardı.  Qaynaqların  yazdığından  görünür  ki, 

Cəlaləddin, sabiq ĢirvanĢahın bu yetim oğluna Ģahlara layiq münasibət göstərib, GuĢtəsbi 

vilayətini iqta kimi ona bağıĢladı. 

XarəzmĢahın  ġirvana  müdaxiləsindən  ehtiyat  edən  Fəribürz  soltanın 

qərargahına  gəlib,  onun  özünə  500,  vəziri  ġərəfəlmülkə  isə  50  türk  atı  bağıĢladı. 

ĠncimiĢ  vəzirin  təhrikinə  baxmayaraq,  soltan  ĢirvanĢaha  fəxri  xələt  verdi,  onun 

mülkiyyət  hüquqlarının  təsdiq olunması  haqqında  fərmanı  elan  etdi,  vergini  20  min 

dinar azaltdı. Bu yolla ġirvan hökmdarı öz müstəqilliyini saxlaya, ölkəsini isə müharibə 




257 

 

və dağıntılardan qoruya bildi. 



III  Fəribürzün  hakimiyyəti  zamanı,  629  (1231-1232)-cu  ildə,  ölkə 

monqolların  ikinci  hücumuna  məruz  qaldı.  Bundan  keçən  səkkiz  il  ərzində  bütün 

Cənubi  Qafqaz,  o  cümlədən  ġirvan  ələ  keçirildi  və  böyük  monqol  imperiyasının 

tərkibinə daxil olundu. 

ġirvanĢahlar dövlətinin müstəqilliyinə son qoyuldu. 

 

 



 

§ 3. DƏRBƏND HAġĠMĠ ƏMĠRLĠYĠ 

 

Azərbaycanı tutmuĢ ərəblər "Bab əl-Əbvab" (və ya "əl-Bab" -"qapılar qapısı") 



adlandırdıqları  sərhəd  Ģəhəri  Dərbəndi  Xilafətin  Qafqazdakı  iri  istinad  məntəqəsinə 

çevirdilər.  Uzun  müddət  bu  Ģəhəri  xəlifənin  təyin  etdiyi  ərəb  sərkərdələri  idarə 

edirdilər.  Onların  baĢlıca  vəzifəsi Ģimaldan olan hər bir  hücumun,  xüsusilə  xəzərlərin 

müdaxiləsinin qarĢısını almaq idi. IX əsrin ortalarınadək bu vəzifə xüsusi təyinatla yerinə 

yetirilirdi, lakin 851 -ci ildə xəlifə əl-Mütəvəkkil Dərbəndi və onun ətraf vilayətlərini o 

zaman Azərbaycan, Arran və Ərminiyə hakimi olan Məhəmməd ibn Xalid ibn Yəzid əĢ-

ġeybaniyə  iqta payı  kimi  bağıĢladı.  861  -ci  ildə  xəlifənin  ölümündən sonra  türklərin  

Bağdaddakı    fəaliyyəti    ilə    əlaqədar  Xilafət  ərazisində  çaxnaĢmalar  baĢ  verdi. 

Müstəqilliyə  can  atan  bir  çox  feodallar,  o  cümlədən  Məhəmmədin  mərkəzi 

hakimiyyətlə əlaqəsini ta mam kəsərək, ġirvanı müstəqil elan etmiĢ qardaĢı Heysəm 

ibn Xalid bundan istifadə etdilər. Məhəmməd  özü ö lkənin  idarəsi  iĢindən əl çəkdi 

və  Gəncəyə  köçdü.  Sonralar  o,  xə lifə  əl-Müstəin  (862-866)  tərəfindən  Bizansla 

sərhəddə Xilafət ordusunda xid mət etməyə çağırıld ı. 

869-cu  ildə,  qiya m  et miĢ  türk  ə mirlərinə  qarĢı  Xila fət  mərkə zində 

mübarizə aparıldığ ı bir  zamanda, HaĢim ibn Suraka əs -Suləmi  Dərbəndin  müstəqil 

idarə  edilməsinə  nail  oldu.  O  dövrün  hadisələrini  b izə  çatdıran  qaynaqda deyilir: 

"Əl-Mütəvəkkil  öldürüldükdən  sonra  Xilafət  parçalandığ ına,  türk  məvaliləri 

dövlətin idarəsini ələ keçirtd iklərinə görə, əl-Bab əhalisi və sərhədyanı vilayətlərin 

qazıları  (yəni  din  uğrunda  döyüĢən  əsgərləri,  -N.V.)  bir  yerə  yığ ılaraq,  HaĢimi  öz 

əmirləri etdilər, ona böyük itaət göstərdilər". 

Ərəb  və  yerli  qaynaqların  baĢqa  məlu matlarından  aydın  olur  ki,  HaĢimin  

sulaym  nəslinə  mənsub,  mənĢəcə  ərəb  olan  sələfləri  hələ  VIII  əsrin  I  yarısında 

Dərbənd Ģəhərinin siyasi həyatında fəal rol oynamıĢ, onlardan biri  Əsəd ibn Z afir 

əs-Suləmi 736-cı  ildə  xəlifənin  fərmanı  ilə  Dərbənd hakimi təyin edilmiĢdi. Onun 

digər  xələflərin in,  Harun ər-RəĢidin hakimiyyəti dövründə Dərbənd hakimi olmuĢ 

Nəcm ibn HaĢimin və onun Azərbaycan və Ərmin iyənin ərəb hakiminə qarĢı üsyan 

etmiĢ oğlu Həyyunun adları bu dövrdə Azərbaycanda baĢ vermiĢ böyük hadisələrlə 

bağlıdır. 

V.F.Minorskinin  fikrincə,  "HaĢimilərə   Ģimal  sərhədyanı  vilayətinin  




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə