Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə122/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   118   119   120   121   122   123   124   125   ...   217

254 

 

Tamar  ġirvanĢahlar  sarayını  tərk  etməli  oldu.  Gürcüstana  qayıdaraq,  Tiqvada 



monastırının əsasını qoydu və çox keçmədən orada öldü. 

I Axsitanın hakimiyyət dövrü ġirvan dövlətində iqtisadiyyatın böyük yüksəliĢi, 

Ģəhərlərin çiçəklənməsi, sənətkarlığın və ticarətin inkiĢafı ilə əlamətdar idi. Bu dövr nisbi 

sakitlik, A xsitanın ana qohumları vasitəsilə bağlı olduğu qonĢu Gürcüstanla sülh və dost-

luq  münasibətləri  dövrü  olmuĢdur.  Hətta  ġirvanĢah  gürcü  hökmdarı  III  Georginin 

hakimiyyəti əleyhinə çıxıĢ edən feodalların və Ģahzadə Demnanın üsyanını yatırmaqda 

ona yardım da göstərmiĢdi. 

Ġraq Səlcuq soltanlığının üstünlüyünü baĢa düĢən Axsitan soltana xərac verir, 

səlcuq soltanlarının  adlarını  sikkələrdə  zərb  etdirirdi.  Lakin  ġirvan dövlətinin vassal 

asılılığı formal səciyyə daĢıyırdı. XII əsrin II rübündən monqol hücumlarınadək olan dövr-

də ĢirvanĢahlar güclü mərkəzləĢdirilmiĢ dövlətin tam hüquqlu və müstəqil hökmdarları 

olmuĢlar.  ġirvanĢah  Axsitanın,  gürcü hökmdarı III Georginin və o vaxt onun qonağı 

olan  Bizans Ģahzadəsi  - Andronik  Komnenin baĢçılıq  etdikləri  ġirvan-gürcü qoĢunları 

1174/75-ci ildə rusların və qıpçaqların ġirvana yürüĢünün qarĢısını almaqda fəal  iĢtirak 

etdilər. 

Təxminən  1191-ci  ildə  Axsitan öz  kürəkəni,  atabəy  Cahan  Pəhləvanın oğlu 

Əmir Əmiran Ömərlə birləĢərək onun atabir qardaĢı, Eldəniz hökmdarı atabəy Əbııbəkrə 

qarĢı  çıxıĢ  etdi,  lakin  Beyləqan  yaxınlığında  məğlubiyyətə  uğradılaraq  Arrandan 

qovuldu. 

Elə  həmin  illərdə  ġamaxıda  baĢ  vermiĢ  zəlzələ  nəticəsində  xeyli  əhali,  o 

cümlədən  ġirvanĢahın  arvadı  Ġsmətəddin,  oğlu  və  varisi  Mənuçehr,  Əmir  Əmiran 

Ömərin  arvadı  olan  qızı  və  o  biri  qızları  da həlak  oldular.  ġamaxı  dağıldıqdan sonra 

ġirvanĢah öz iqamətgahını Bakıya köçürərək, Əmir Əmiranla birlikdə III Georginin qızı 

Tamardan  yardım  almaq  üçün  Tiflisə  gəldilər.  Tamar  atabəy  Əbubəkrə  qarĢı  çıxıĢ 

etməyə razılıq verdi. 1195-ci il iyunun 1-də birləĢmiĢ ġirvan-gürcü qoĢunları ġəmkir 

ərazisinə  daxil  oldular.  ġəmkir  yaxınlığında  baĢ  vermiĢ  döyüĢdə  məğlub  edilən 

Əbubəkr Beyləqana qaçdı. Müttəfiq qoĢunları Arranın və Azərbaycanın bir sıra Ģəhər və 

qalalarını  ələ  keçirdilər.  Bu  hadisələrdən  sonra  öz  qoĢunları  ilə  ġirvana  qayıdan 

Axsitan,  çox  keçmədən,  593/1196-1197-ci  ildə  vəfat  etdi.  Axsitanın  37  illik 

hakimiyyəti  ərzində apardığı daxili  və  xarici siyasət,  mərkəzi  hakimiyyətin  güclənməsi 

ġirvanĢahlar dövlətinin siyasi, iqtisadi və mənəvi həyatının inkiĢafı üçün əlveriĢli zəmin 

yaratdı.  XII  əsrdə  ġirvanın  ictimai  və  mənəvi  həyatında  baĢ  verən  dirçəliĢ  ġirvan 

cəmiyyətinin bütün əvvəlki inkiĢafından irəli gələn tarixi qanunauyğunluq idi. 

ġamaxı  zəlzələsindən  sonra  oğul  varisi  qalmayan  I  Axsitanın  ölümündən 

keçən təxminən  8  il  ərzində ölkəni  onun qardaĢı  ġahənĢah, qardaĢı  II  Əfridunun oğlu 

Fəribürz  və  Axsitanın  kiçik  qardaĢı  Fərruxzad  idarə  etdilər.  Fərruxzaddan  sonra 

hakimiyyət onun oğlu I GərĢəsbə keçdi. Tədqiqatçıların, çox güman haqlı fikrinə görə, 

ġirvanın  hakim  sülaləsinin  bu  nümayəndələri  ölkənin  parçalanması  üzündən  qısa 

müddət ərzində (1196/97-1204) eyni bir vaxtda, bəlkə də hərə öz mülkünü (ġamaxı, 

Dərbənd, Bakı, ġəki və Qəbələni) idarə edirdi. 




255 

 

III  Mənuçehrin  oğlu  ġahənĢahın  hakimiyyəti  zamanından  dövrümüzədək 



yalnız  onun  adı  zərb  edilmiĢ  s ikkələr  qalıb.  "Məlik  əl-müəzzəm"  ləqəbi  və 

"ĢirvanĢah"  titulu  təqribən  4  il  (1196/97-1200/01)  hökmranlıq  etmiĢ  bu ĢirvanĢahın 

müstəqil olduğunu təsdiq edir. Sikkələr əsasında təxmin etmək olar ki, 1200/01-ci  ildə 

hakimiyyət II Əfridunun oğlu, ġahənĢahın qardaĢı oğlu II Fəribürzün əlinə keçmiĢdir. 

Onun adının zərb edildiyi sikkələrdəki "əl-adil", "cəmal əd-dünya və-d-din" ləqəbləri, 

"ĢirvanĢah" titulu  bu ĢirvanĢahın da  müstəqilliyini göstərir.  600/1204-cü  ilədək  ġirvan 

taxt-tacına  sahiblik  edən  II  Fəribürz  xa rici  siyasi  hadisələrdən  və  qohum  gürcü 

hökmdarları  ilə  olan  ittifaqdan  istifadə  edərək,  bu  dövrün  digər  ĢirvanĢahları  kimi 

səlcuq soltanlarının, eləcə də Eldənizlərin  ali  hakimiyyətini  tanımaqdan  imtina  etdi. 

Ondan  sonra  hakimiyyətə  I  Asxitanın  qardaĢı,  III  Mənuçehrin  dördüncü  oğlu  I 

Fərru xzad y iyələndi.  Ġndiyədək, ço x qısa  müddət ərzində Ģahlıq etmiĢ Fərru xzad ın 

öz  adına  zərb  olunmuĢ  sikkələr  tapılmasa  da,  oğulları  və  nəvələrin in  zərb 

etdirdiklə ri sikkələ rdə, habelə ep iqrafik abidələ rdə onun adı o xunur. 

1204-cü ildə Fərru xzadın  oğlu Gə rĢəsb hakimiyyətə gəldi. Onun xəlifə ən -

Nasirlə qoĢa çəkilən adı ço xsaylı aĢağı əyarlı sikkələrdə zərb edilmiĢdir.  

GərĢəsbin  hakimiyyətin in  son  illərində  (617/1220-1221)  monqollar  ilk 

dəfə  Azərbaycanda  göründülər.  Cəbə  Noyonun  və  Subutay  Bahadırın  baĢçılıq 

etdiyi  30  min  nəfərlik  monqol  ordusu  Azərbaycan,  Arran  və  Gürcüstanın  bir  sıra 

Ģəhərlərini  ələ  keçirərək,  ġirvana  hücum  etdi.  Mühasirəyə  düĢmüĢ  ġamaxı  ələ 

keçirildi,  xarabazarlığa  çevrildi,  əhalisi  məhv  edild i.  Sonra  monqollar  Dərbəndə 

doğru  irəlilədilər,  lakin  hətta  hiyləyə  əl  atsalar  da,  Dərbəndi  ələ  keçirə  bilmədilər 

və Monqolustana qayıtdılar. 

1222-c i  ildə  gürcü  hökmdarı  Georgi  LaĢa  bacısı  Rusudanla  ĢirvanĢahın 

oğlu  arasında  bağlanılacaq  nikah  məclisində  iĢtirak  etmək  üçün  Bakıya  gəldi. 

Lakin  Georg i  LaĢanın  Bakıdakı  ölü mü  bu  nikahı  pozdu.  Gürcüstana  qayıdan 

Rusudan isə hökmdar elan edild i. 

Monqollar  ġirvandan  getdikdən  sonra  onların  Qafqaz  yürüĢü  zamanı 

darmadağın  etdikləri  qıpçaqlar  cəmləĢərək,  bu  zaman  əmir  RəĢidin  ida rə  etdiyi 

Dərbəndə  hücum  çəkdilər.  Mənbələrdə  RəĢid  ĢirvanĢahın  qardaĢı  kimi  qələmə 

verilmiĢdir.  Qıpçaqlar h iylə  ilə  Dərbəndi ələ  keçirdilər,  RəĢid isə ġirvana qaçmalı 

oldu.  Lakin  ço x  keçmədən  qıpçaqlar  Dərbəndi  talan  edərək,  o  zaman  gürcülərin 

zəbt etdiyi Qəbələyə doğru irəliləd ilər. Bu ranı da talan edərək  Gəncəyə yollandılar. 

Sonra  yenidən  ġirvan  istiqamətinə  yönələn  qıpçaqlar,  oradan  lakzların  ölkəsinə 

müdaxilə  etdilər.  Qıpçaqların  bu  talançı  hücumlarının  qarĢısını  yalnız  ġirvan, 

Gü rcüstan  və  baĢqa  yerlərin  əhalisi  ala  bild i.  Dərbəndə  qayıdan  Əmir  RəĢid 

Ģəhərdə qalmıĢ qıpçaqları da qılıncdan keçird i.  

619/1222-ci ildə Beyləqan gürcülərin hücum və qarətlərinə mə ruz qaldı.  

1225-c i 

ildə  ġirvan  və  bütün  Qafqaz  xarəzmĢah  Cəlaləddin  

Mənqburnunun  hücum  təhlükəsi  qarĢısında  olduğu  bir  zamanda  monqolların, 

qıpçaqların,  gürcülərin  dağıdıcı  yürüĢlərindən  xey li  zəifləmiĢ  ġirvanĢahlar 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə