Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə130/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   126   127   128   129   130   131   132   133   ...   217

270 

 

özlərin in strateji bazası etdilər. 



Abbasilər  dövründə  ucqar  vilayətlərin  istismarı  daha  da  artsa  da,  xarici 

siyasi  vəziyyətin  nisbi  sabitləĢməsi  onların  dinc  yaĢayıĢına və  təsərrüfat  həyatının 

canlanmasına səbəb  oldu. Məhz  bu dövrdə  adı  tez-tez  Tiflisdən  Təblaya  (Telaviyə), 

oradan  da  Bərdə  və  Bab  əl-Əbvaba  aparan  ticarət  yolunun  üstündə,  Arranın  böyük 

Ģəhərləri sırasında çəkilən ġəki Ģəhəri və eyni adlı vilayət Xilafətin Ģimal hüdudlarında 

mühüm rol oynamağa baĢladı. 

Erməni tarixçisi Gevond VIII yüzilin II yarısında "Yəzidin idarə etdiyi" vilayətlərə 

hücum  edən  xəzər  qoĢunları  haqqında  verdiyi  məlumatında  "alban  havarları"  olan 

ġəkinin,  Kambisenanın,  Xozmasın  və  baĢqalarının  adlarını  çəkir.  Ərəb  müəllifləri  əl-

Yəqubi, ət-Təbəri və Ġbn əl-Əsir bu hadisənin 763-764-cü illərdə baĢ verdiyini təsdiq 

edirlər. 

Xilafətin zəifləməyə baĢladığı VIII yüzilin sonu - IX yüzilin əvvəllərini  ġəki 

məlikliy inin  siyasi  tarixinin  baĢlanğıcı  hesab  etmək  olar.  XI  yüzilin  əvvəllərinədək 

müstəqil  siyasi  vahid  kimi  mövcud  olmuĢ bu  məlikliyin  əsasının  qoyulması haqqında 

mənbələrin  məlumatı  bir  qədər  dolaĢıq  olsa  da,  araĢdırmalar  buradakı  hakimiyyətin 

məhz  yerli  albyan hakimlərinə  -  AranĢahilərə  mənsub  olması  fikrini  təsdiq  etməyə 

imkan verir. 

XII əsrin 30-cu illərində tərtib edilmiĢ gürcü salnaməsi "Kartlis Tsxovreba" ġəki 

məlikliyinin  əsasının  qoyulmasını  ənənəvi  olaraq,  erməni  vilayəti  Tarondan  gələn  və 

Baqratilər nəslindən olan üç qardaĢın adı ilə bağlayır. Bu məlumata görə, VIII yüzilin son 

rübündə  onlar  "ġəkiyə  gələrək  burada  qərarlaĢmıĢdılar...".  Yenə  həmin  mənbədəki 

məlu mata  görə,  xəzərlərin  viran  qoyduqları  ġəki  vilayətində  məskunlaĢan  qardaĢlar 

"Qulquladək" olan yerləri, yəni demək olar ki, antik və erkən orta əsrlər Albaniyasının 

tarixi Ģimal-qərb vilayətlərini əhatə edən bütün ərazini ələ keçirmiĢdilər. 

Qafqazda  o  dövrdə yaranan  bütün  xristian  dövlətlərinin  əsasının  qoyulmasını 

ənənəvi  olaraq  Baqratilər  nəsli  ilə  bağlayan  gürcü  salnaməsindən  fərqli  olaraq  yerli, 

sinxron  alban  qaynağı  ġəkinin  sahibi  Səhl  ibn  Sunbat  (Səhl  Smbatean)  haqqında 

məlu mat  verirkən, onun qədim yerli hökmdar sülaləsi Zərmihr AranĢahi ilə  bağlılığını 

xüsusi  qeyd  edir.  Bu  məlu mata  görə,  Səhl,  Mihranilərdən  olan  Vardanın  kürəkəni 

Zərmihrin  nəslinə  mənsub  idi.  Qaynaqdakı qeydə əsasən, öz hakimiyyətini Albaniyada 

möhkəmlətməyə  çalıĢan  Vardan  qədim  alban  nəsli  AranĢahilərdən  olan  60  əri 

nahara dəvət etmiĢ, onlara "ölüm çörəyi" vermiĢ, sonra isə qohumu Zərmihrdən baĢqa 

hamısının  boynunu  vurdurmuĢdu.  Sözsüz  ki,  yerli  qaynağın  bu  məlumatı,  bəzi 

tədqiqatçıların  irəli  sürdüyü,  mənĢəcə  gəlmə  Mihranilərlə  qohumlaĢmıĢ  qədim  alban 

soyundan olan Səhlin Baqratilər xanədanına mənsubluğu faktını inkar et miĢ olur. 

Albaniyada  Mihranilərin  hakimiyyəti  ləğv  edildikdən  sonra  ölkənin 

bilavasitə  ərəblərə  tabe  edilmiĢ  ayrı-ayrı  vilayətlərində  (Sünik,  Bey ləqan,  Qəbələ, 

ġəki  və  s.)  mənĢəcə  həmin   sülaləyə  mənsub  knyazların  -  məliklərin  imtiyazları 

qorunub saxlanılmıĢdı. Yeni qurulmuĢ ərəb Arran vilayətinin tərkib hissəsi olan tarixi 

alban  vilayəti  Arsax  AranĢahilər  nəslindən  olan  məliklər  tərəfindən  idarə  edilirdi. 




271 

 

Moisey  Kalankatlı  ġəkinin  bu  nəsildən  olan  sahibi  "cəsur"  məlik  "Səhl  Smbatean 



AranĢahik"  haqqında  822-ci  ildə  ərəblərə  qarĢı  edilən  hücumla  əlaqədar  məlumat 

vermiĢdir. 

Türk  tarixçisi  MünəccimbaĢının  əsərində  XI  əsrə  aid  yerli  ərəb-dilli 

əlyazmasından gətirilmiĢ iqtibasa görə, 820-ci ildə xəlifə əl-Məmun, Xalid  ibn  Yəzid 

ibn Məzyəd əĢ-ġeybanini Azərbaycan, Arran və Ermənistan hakimi təyin etdiyi dövrdə 

"ġəki  əhli  onun  itaətindən  çıxaraq,  ərəb  amilini  öldürdü.  Xalid  onlara  qarĢı  çıxıĢ 

edərək, gecə hücum etmələrinə baxmayaraq, onları  məğlubiyyətə uğratdı və çoxlarını 

məhv  etdi.  Onlar  sülh  istədilər.  [Xalid]  ildə  500  min  dirhəm  vermələri  müqabilində 

onlara aman verdi". 

Hər  iki  məlu matın  müqayisəvi  təhlili  MünəccimbaĢının  əsərində  təsvir 

edilən  hadisənin  əvvəl  baĢ verdiyini,  onun  xürrəmilər  hərəkatının qızğın dövrünə  aid 

olan  və  Moisey  Kalankatlının  təqdim  etdiyi  birinci  hadisə  ilə  üzvi  bağlılığını 

aĢkarlaĢdırır.  Lakin  Babək hərəkatının güclü təsiri  ilə  Xilafətin  Cənubi  Qafqazdakı  möv-

qeyinin  zəifləməsi  alban  məliki  Səhl  ibn  Sunbatı  yeni  addımlara  sövq  edir,  ərəb 

mənbələrindəki məlumata görə, 835-ci ildə o, "Xilafətə qarĢı üsyan qaldırıb, Arranı ələ 

keçirir".  Görünür,  elə  buna  görə,  tarixçi  Y.A.Paxomovun  qeyd  etdiyi  kimi,  Cənubi 

Qafqazda  məhz  həmin  835/ 36-836/37-ci  illərdə  zərb  edilmiĢ  pullar  aĢkar 

olunmamıĢdır.  Bəlkə  də  elə  bu  fakt  ərəb  tarixçisi  əd-Dinəvərinin  həmin  dövrdə 

Arazboyu  torpaqların  da  Səhl  ibn  Sunbata  məxsus  olduğunu  deməsinə  səbəb 

olmuĢdur. 

Hakimiyyət  dairəsini  geniĢləndirmiĢ  Səhl  ibn  Sunbat  Xilafətlə  barıĢığın 

vacibliy ini  dərk  edərək  yeni,  lakin  bu  dəfə  xəyanətkar  addım  atır:  qədim 

AranĢahilərə  mənsub  torpaqları  vahid  hakimiyyətdə  birləĢdirmək,  alban 

dövlətçiliy ini  bərpa  etmək  naminə  Babəki  ərəb lərə  təslim  ed ir.  Səhlin  gümanı 

doğrulur:  onun  bu  hərəkətini  yüksək  qiy mətləndirən  ərəblər  Səhlə  fəxri  xələtlə 

yanaĢı,  "batrik  tacın ı"  təqdim  edir,  verg idən  azad  edirlər.  Moisey  Kalankatlın ın 

məlu matına görə, Səh l " Ermənistan, Ġberiya və Albaniyanın ali hakimi" olur. Lak in 

Cənubi  Qafqazın  o  dövr  siyasi  vəziyyəti  elə  idi  ki,  Arran ı  müstəqil  idarə  etmək 

hüququ  əldə  etmiĢ  Səhl,  əslində,  Tovma  Artsrurininin  yazd ığına  görə,  yalnız 

"ġakenin  sahibi"  olaraq  qaldı.  Bir  neçə  il  sonra  isə,  853/4 -cü  ildə  Xilafətə  qarĢı 

çıxıĢ  etmiĢ  baĢqa  yerli  feodallarla  yanaĢı,  Səhl  də  ərəb  sərkərdəsi  Böyük  Buğa 

tərəfindən əsir alın ıb Samirəyə göndərildi. 

IX  yüzilin  son  rübündə,  Moisey  Kalankatlın ın  məlu matına  görə,  "erməni 

tarixin in  336-c ı  ilində"  (887-88),  Qriqor  Ha mma m  "dağılmıĢ  Alban  padĢahlığını 

bərpa"  edərək,  yalnız  adı  qalmıĢ  Arran  vilayətinin  bir  hissəsində  -  tarixi 

Albaniyanın  vilayətlə rindən  olan  ġə kidə  hakimiyyəti  ə lə  a ldı.  Məhz  bu  dövrdən, 

ərəb və ermən i  mənbələrində ġəkki (ġəki), ġake, gürcü  mənbələrində qədim alban 

tayfaları  erlərin  (ərlərin)  ad ına  görə  Ereti  adlandırılan  bu  vilayətə  həmçin in 

"Albaniya padĢahlığı" da deyilməyə baĢlandı. 

IX 


yüzilin  sonu,  X  yüzilin  əvvəlləri  Sacilər  sülaləsinin  Cənubi 


Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə