268
miyyət illərini, Ģübhəsiz, Albaniyanın iqtisadi, siyasi və mədəni dirçəliĢi - alban intibahı
dövrü hesab etmək olar. Bu dirçəliĢ özünü ədəbiyyatda, mülki tikintidə, memarlıqda,
dini abidələrin yaradılmasında göstərdi. Məhz bu dövrdə Gəncəli Kirakos özünün "Tarix"
əsərini yazdı. Alban hökmdarlarının hakimiyyətlərinin arasıkəsilməzliyini xüsusi qeyd
etməyə, özünün Mihranilərin vərəsəsi olduğunu göstərməyə çalıĢan Həsən Cəlalın
təkidilə Moisey Kalankatlının "Alban tarixi" əsərinə Həsən Cəlalın hakimiyyətini,
onun dövründə Qanzasar monastırı ko mpleksinin tikilməsini əks etdirən yeni dörd
fəsil əlavə edildi. Bununla alban tarixi-ədəbi ənənəsi yenidən cana gətirildi, lakin
əvvəlki dövrdən fərqli olaraq baĢdan-baĢa alban ruhlu bu ədəbiyyat əsas etibarilə
qriqoriyanlaĢma prosesinin və qədim erməni dilində istifadə edilən dini əsərlərin təsirilə
qədim erməni dilində (qrabarda) yazılırd ı. Beləliklə, real tarixi Ģərait, XII-XIII
əsrlərdə Arsax-Xaçın əhalisinin alban və qədim erməni dillərində, tarixi Albaniyanın
aran hissəsi əhalisinin isə arran-alban, türk, fars, ərəb dillərində yazıb-yaratmasına səbəb
oldu. Əlbəttə, mənĢəcə alban olan Arsax-Xaçın əhalisinin etnik mənsubiyyətinin
göstəricisi yalnız dil ola bilməzdi (müasir fransızlar, ingilislər, portuqallar, misirlilər də
özlərinin qədim dillərində danıĢ mırlar).
VII-XII əsrlərdə təĢəkkül tapan alban ədəbiyyatı ona yad olan mədəni-
ideoloji təsirə - islamlaĢma və qriqoriyanlaĢ maya və nəhayət, ermən iləĢ məyə qarĢı
dura bilmədi. Lakin bununla belə IX-XII əsrlərə aid alban xaçkarlarında
(xaçdaĢlarında) yerli alban mədəniyyətinin ənənəvi komponentləri - dünyəvi süjetlər
hələ də əks olunur, kiçik təqvim hələ də iĢlədilirdi.
1216-1231-ci illərdə Həsən Cəlal alban katolikosu Nersesin xahiĢilə
"Albaniyanın baĢ kilsəsi" adlandırdığı Qanzasar monastır kompleksinin tikintisinə
baĢlamaq haqqında əmr verir. Bu kompleks Xaçın hakimlərinin - Cəlalilərin ailəvi
türbəsi yerləĢən eyni adlı qədim monastırın yerində ucaldılmıĢdı. Sonralar Həsən Cəlalın
özü də burada dəfn edildi. Kilsənin üzərində 84 yazı həkk edilmiĢdir. Qarabağda, indiki
Vəngli kəndində ucalan bu abidə orta əsr alban memarlığının erməni memarlığına bənzəri
olmayan Ģah əsəridir. Demək olar, bütün sonrakı alban katolikosları, eləcə də Həsən Cəlal
nəslinin nümayəndələri burada dəfn edilmiĢlər.
Həsən Cəlalın hakimiyyətə gəldiyi dövr Cənubi Qafqaz tarixinin hadisələrlə
zəngin illərinə təsadüf edir. Getdikcə qızıĢan feodal çəkiĢmələri, xarici basqınlar,
Atabəylərin mərkəzi hakimiyyətinin zəifləməsi nəticəsində bütün Azərbaycanın təsərrüfat
həyatına dəyən zərbə və nəhayət, ilk monqol hücumlarının ağır nəticələri Həsən Cəlal
dövlətinin daxili və xarici durumuna təsir göstərməyə bilməzdi. Mənbələrin
məlumatından aydın olur ki, 1222-ci ildə, monqolların Cənubi Qafqazın çox hissəsini
darmadağın edən kəĢfiyyat dəstələri Dərbənd keçidi vasitəsilə Qıpçaq çöllərinə
getdikdən sonra Azərbaycan ərazisində sığınacaq tapmağa çalıĢan 50 min qıpçaq Gəncə
yaxınlığında məskən salır. Yerli qaynağın yazdığına görə, Ġvane Dolqorukinin baĢçılıq
etdiyi gürcü qoĢunu qıpçaqlara qarĢı çıxır. Görünür, Həsən Cəlal da öz dayısının ordu-
sunda qıpçaqlarla mübarizəyə qalxmıĢdı, belə ki, qıpçaqların ilk qalibiyyətli döyüĢdən
269
sonra tutduğu əsirlər arasında "Ġvanenin bacısı uĢaqları, Vahtanq Sakarlanın oğlanları
Həsənin, Zaxarinin və Ġvanenin" də adları çəkilir. Ço x keçmədən qıpçaqlara yenidən
hücum edən Ġvane bu dəfə onları darmadağın edib, baĢqa əsirlərlə birlikdə, görünür, öz
bacısı uĢaqlarını, o cümlədən Həsəni də əsirlikdən azad edə bilir.
Yenidən Xaçına qayıdan Həsən Cəlal haqqında mənbələrdəki sonrakı məlumat
1227-ci ilə aiddir. Məhz bu il XarəzmĢah Cəlaləddinin vəziri ġərəf əl-mülk vergi
toplamaq məqsədilə Xaçın qalasına yaxın laĢır. Həsən Cəlal yalnız 20 min d inar pul
və görünür, girov götürdüyü (və ya əsirlikdə saxlad ığı) 700 müsəlman ı verməklə
növbəti döyüĢdən canını qurtara bilir.
Sonrakı (bu haqda "Azərbaycan tarixi"nin III cild ində olan "Arsax-Xaçın
knyazlığ ı XIII-XV əsrlərdə" bölməsinə bax) hadisələr sübut edir ki, qədim
Albaniyanın bir hissəsində təĢəkkül tapmıĢ alban knyazlığının baĢçısı Həsən Cə lal
bu ağır illə rdə də albanların əra zi, siyasi və dini birliyin i, e ləcə də milli Ģüurunu
(milliyyətcə alban olma ların ı) mühafizə et məyə çalıĢır, çevik siyasət yürüdürdü.
Məhz bu çeviklik ona monqolların hücumu dövründə və ondan sonra da
hakimiyyətini saxlamaq imkanı vermiĢdi.
§ 5. ġƏKĠ MƏLĠKLĠYĠ
Azərbaycanın Ģimal hissəsinin iĢğalı zaman ı Xilafət qoĢunlarına baĢçılıq
edən Səlman ibn Rəb iə, ərəb tarixçisi əl-Bəlazu rin in yazdığ ına görə, "ġəkkanın və
əl-Kəmibəranın sahibləri ilə cizyə ödəmək Ģərti ilə sülh bağladı". Bir neçə il sonra
(654) xəlifə Os manın Azərbaycan, Arran və Ermən istana hakim qoyduğu Hüzeyfə
ibn əl-Yəmən "Bərdə, Qaliqala və Hayzan arasındakı bütün vilayət və Ģəhərlərə",
yəni ġəki vilayətinin də daxil olduğu əraziyə vergi müfəttiĢləri-amillər təyin etdi.
Bütün bu illər ġəki vilayəti əvvəllər CavanĢirin, o öldükdən sonra isə varisi Varaz
Tiridatın mülkləri sırasında idi. Yerli mənbənin məlu matına görə, sonuncunun
hakimiyyətinin ilk illərində Azə rbaycana növbəti yürüĢ edən xə zərlər "Qaba laka
vilayəti kəndlərindən keçərə k Kü rü adladılar, qənimətlə r götürərək, ha mın ı əsir
apardılar, geri qayıdarkən, Lp iniya düzlərində düĢərgə saldılar", yəni, göründüyü
kimi, ġəki v ilayəti də talan və dağıntıdan kənarda qala b ilmədi.
Xəzər təhlü kəsi Azərbaycanın Ģimal sərhədlərin i möh kəmlət məyi,
ərəblərin buradakı mövqelərini daha da bərkitməyi tələb edirdi. Artıq xəlifə I
Validin dövründə (705-715) Albaniyanı bir dövlət kimi ləğv edən, buranı Xilafətin
caniĢinliklərindən birinə çevirən ərəblər bölgədə ağalığı saxlamaq üçün ġəkini