Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə128/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   124   125   126   127   128   129   130   131   ...   217

266 

 

öldürülməsi haqqında məlu mat verir. 



1154-cü  ildə  abxaz  (gürcü)  hökmdarı  Demetre  ilə  Dərbənddə  olmuĢ  ərəb 

tarixçisi  Ġbn  əl-Əzraq  Dərbənd  əmiri,  abxaz  (gürcü)  hökmdarının  kürəkəni 

Əbülmüzəffərin adını çəkir. Xaqaninin mədhiyyəsində Dərbənd əmiri kimi göstərilmiĢ 

Əbülmüzəffər  1160-cı  ildən  sonra  hakimiyyətə  gəlmiĢ  ĢirvanĢah  I  Axsitanın  

(Tamarın və Mənuçehrin oğlunun) titulu olmuĢdur.  Gü man etmək o lar  ki, 1154 -cü 

ildə  gələcək  ĢirvanĢah  Axsitan  Əbülmüzəffər  də  özünün  bir  çox  sələfləri  kimi 

əvvəlcə  Dərbənd  əmiri  olmuĢdur.  Gürcü  salnaməsi  1191/1192-ci  ilə  qədər 

ĢirvanĢah  kimi  hakimiyyətdə  olmuĢ  Axsitanı  "Movakan  (Muğan),  ġirvan  və 

Dərbənddən Xalxaladək  (Ərdəbil yaxın lığında) dəniz sahili vilayətlərin hökmdarı" 

kimi qələmə verir. 

Beləliklə,  Dərbəndin  son  HaĢimi  ə mirindən  tutmuĢ  monqol  iĢğalınadək 

olan tarixi artıq bu Ģəhər-dövlətin siyasi, həm də iqtisadi baxımdan ġirvandan asılı 

və ĢirvanĢahların bilavasitə hökmran lığ ı altında olan yeni dövrünə aiddir. 

 

 



 

 

 



 

 

§ 4. SÜNĠK VƏ ARSAX-XAÇIN KNYAZLIQLARI 

 

VIII  əsrin  əvvəllərində  Albaniyada  dövlətçiliyə  son  qoyulsa  da, 



Mihranilər  sülaləsinə  mənsub  feodal  hakimlər  tarixi  alban  vilayəti  Arsaxda  öz 

mü lklərin i  qoruyub  saxlamıĢdılar.  Buna  səbəb  ərəb  üsul-idarəsinin  müsəlman 

olmayan  bəzi  yerli  feodallara  cizyə  və  xərac  vermək  Ģərti  ilə  əvvəlki  mü lk  və 

torpaqlarını saxlamalarına icazə verməsi idi.  

Yerli  qaynağın  məlu matına  görə,  822-ci  ildə  Mihranilərin  Arsaxdakı  son 

nümayəndəsi  Varaz  Tiridat  daxili  münaqiĢə  nəticəsində  qətlə  yetirilir.  Moisey 

Kalan katlının  yazd ığına  görə,  bu  dövrdən  ta  X  yüzilin  sonunadək  onun  xələfləri 

Arsax  və  Sünik  vilayətlərində  hakimlik  ed irdilər.  Varaz  Tiridat  öldürülən  kimi 

onun arvadı, qızı  Sparama  ilə birlikdə Xaçında sığınacaq tapır.  Qaynaqdakı  məlu-

mata görə, "öz  xanimanın ı yenidən qurmaq istəyi ilə o, qızı Sparaman ı süniklilərin 

baĢçısı, ...Səh lin oğlu Atırnerhesə ərə verir".  Sparama  ilə Atırnerhesin nəvəsi olan 

Sevada ləqəbli Səhək Uti əyalətinin  Girdiman vilayətini, Arsaxdakı Kosti və Farna 

adlı  yerləri  tutur.  Alban  müəlliflərin in  yazdığından  həmçinin  məlu m  o lur  ki, 

erməni  hökmdarı  Smbat  "böyük  qətiyyətlə"  Səhək  -  Sevada  ilə  vuruĢmuĢ,  lakin 

onu öz hakimiyyətinə tabe edə bilməmiĢdi.  Ermən i hökmdarı  Smbat Baqratunidən 

söhbət  açan  bu  mətndən,  eləcə  də  dövrün  real  vəziyyətindən  aydın  olur  ki,  elmdə 




267 

 

həmin yerləri erməni torpağı elan edən ermən i tarixçilərin in iddialarına rəğ mən nə 



Arsax, nə də ki, Sünik o zaman ermənilərə mənsub olmayıb

1



Haqqında  danıĢılan  Səhək  -  Sevadanın  törəmələrindən  X  əsrdə  yenidən 

dirçəlmiĢ  Alban  padĢahlığının  hökmdarları  meydana  çıxdı.  Yerli  qaynaq  xəbər 

verir:  "Haqq-taala  [Səhəkin  nəvəsi]  ĠĢxanunun  böyük  oğlu  Sənəkərim  ləqəbli 

Ġohannı  çoxdan  yo x  olmuĢ  padĢahlığın  hökmdarı  seçdi,  Allah  onun  vasitəsilə 

[həmin  dövləti]  bərpa  etdi".  Daha  sonra  Sənəkərimin  hökmdar  mənsəbinin  qanu -

niliyin i təsdiq edən amillər  - "Ġran hökmdarının (burada  -  xə lifənin) ona tac təqdim 

etməsi",  "yunan  magistri  Dav idin  ona  padĢahlıq  çələngi  göndərməsi",  "patriarxın  

əli ilə onun [aln ına " müqəddəs" yağ] sürtülməsi" haqqında məlu mat verilir.  

XII əsrin sonlarına ya xın Sünik padĢahlığı dağıldı, buradakı hakim sülalə 

1166-c ı  ildə  knyaz  Qriqorun və Smbatın ölü mü  ilə  kəsilmiĢ oldu. XII əsrin sonu  - 

XIII  əsrin  əvvəllə rində  Arsax  əra zisində  təĢəkkül  tapan  Xaçın  knyazlığı  Ġ.  A. 

Orbelinin sözləri  ilə "qədim Albaniyanın bir  hissəsi" idi. Arsax-Xaçın knyazlığın ın 

mərkəzi  Xaçınçay  və  qismən  də  Tərtər  çayın ın  hövzələrin i  əhatə  edird i.  1215-ci 

ildən  bu  knyazlığ ın  baĢında  alban  Mihranilər  nəslinə  mənsub  olan  Həsən  Cəlal 

(1215-1261)  dururdu.  A zərbaycan  Atabəyləri  dövlətinin  tənə zzü lünün  gücləndiyi 

bir  za manda  hakimiyyəti  əlinə  almıĢ  Həsən  Cəla l  özünün  ağıllı  siy asəti  ilə  güclü 

qonĢuları  arasında  müstəqil  qurum  yarada  bilmiĢdi.  Dövrün  ermən i,  gürcü  və 

farsdilli yazılı  mənbələrində, eləcə də epiqrafik ab idələrində o, "knyazlar  knyazı", 

"Ģahanə əzəmətli",  "Xaçın  ölkələri  knyazı",  "Xaçın  və  Arsax  ölkələrin in  əzəmətli 

knyazı",  "hökmdar",  "tacdar",  "Albaniya  hökmdarı",  "Albaniyanın  sərhəd 

bölgələrin in əzəmətli sahibi" titu lları ilə göstərilmiĢdir. Həsən Cəlalın özü isə özünü 

"mütləq hökmdar" adlandırırdı.  Qanzasar  məbədindəki yazıda o xuyuruq: "Arsax ölkəsinin 

və...  Xaçın hüdudlarının həqiqi  mütləq hökmdarı".  Ona  həsr  olunmuĢ  ən  təmtəraqlı 

titul  Qanzasar  monastırındakı 1240-cı  ilə aid kitabədə əks olunmuĢdur: "Allahın  müti 

bəndəsi  olan  mən,  Həsən  Cəlal,  Vahtanqın  oğlu,  əzəmətli  Həsənin  nəvəsi,  geniĢ 

hüdudlara  malik,  uca və  möhtəĢəm  Arsax  ölkəsinin həqiqi  mütləq  hökmdarı".  Həsən 

Cəlalın  atası  Vahtanq Mihranilərdən  idi; onun  anası  XoriĢah  məĢhur  Ġvane və  Zakari 

Dolqoruki  -  Arqutinskilərin  bacısı  olmuĢdur.  Həsən  Cəlalın  arvadı  Mamkan 

Mihranilərdən olan Sünik hökmdarı Sənəkərimin nəslindən idi.  

 

Həsən  Cəlalın  dövrün adlı-sanlı  və  nüfuzlu  ailələri  ilə  qohumluq  əlaqələri, 



Ģübhəsiz, Arsax-Xaçın sahibinin tutduğu yüksək mövqeyini xarakterizə edir. Onun haki- 

 

1



Baqratilər dövləti probleminin son araĢdırıcılarından olan K.N.YüzbaĢyan əsassız 

olaraq  IX-XI  əsrlərdə  (yəni  Xilafətin  zəiflədiyi  dövrdə)  "əzəli  erməni  mühitində"  bir  neçə 

erməni mülkunün yarandığını iddia edir. Bu mülklər sırasında o dövrün alban dövləti - mərkəzi 

Sisyan və Qafanda olan Sünikin və həmçinin mərkəzi ġəmĢədil və ya Loridə olan Lori və ya 

TaĢir-Dzoragetin də adlarını çəkir. Digər  erməni tarixçiləri kimi,  məsələyə qərəzlə yanaĢan 

K.N.YüzbaĢyan  bu  iddiası  ilə  artıq  V  əsrdə  dövlətçiliyini  və  torpaqlarını  əldən  vermiĢ 

ermənilərin  gələcəkdə baĢqa  torpaqlara, o cümlədən xristian alban və  gürcülərin yaĢadıqları 

Albaniya ərazisinə və gürcü vilayəti Qoqarenaya giriĢmələri üçün Ģərait yaradırdı.  




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə