282
verən Əbülheycə ibn Rəvvad artıq 981-ci ildə Salari hökmdarı Ġbrahimə qarĢı
mübarizəni gücləndirdi. Bu mübarizə Rəvvadilərin qələbəsilə baĢa çatdı; son Salari
hökmdarı Ġbrahim həbsxanaya salındı. Məhz bu zamandan etibarən Salarilər
dövlətinin əlində qalmıĢ torpaqların bir hissəsi də Rəvvadi sülaləsindən olan
Əbülheycənin hakimiyyəti altına keçdi.
Salarilərin əlində yalnız Dəbil (Dvin) və onun civarları qaldı. Bu torpaqlar
hələ Ġbrahimin sağlığında onun oğlu Əbülheycəyə (Rəvvadi hakimi Əbülheycənin
adaĢı) verilmiĢdi. Erməni tarixçisi Asogikin verdiyi məlumata görə, bu torpaqlar 983-cü
ilədək Salari Əbülheycənin əlində qaldı, sonra müvəqqəti olaraq Qoxtan (Qoltn)
vilayətinin əmiri naxçıvanĢah ləqəbli Əbu Duləf tərəfindən tutuldu. Nəhayət, 987/88-ci
ildə öz mülklərini geniĢləndirmək yolunda uğurlu siyasət yürüdən Rəvvadi hakimi
Əbülheycə bu torpaqları Əbu Duləfdən alaraq, Rəvvadilər dövlətinin torpaqlarına
qatdı.
Beləliklə, Salarilər dövləti süqut etdi. Tarix səhnəsində təqribən 40 il olmuĢ
bu dövlət də Sacilər dövləti kimi Azərbaycanın və qonĢu ölkələrin həyatında nəzərə
çarpacaq dərəcədə mühüm rol oynadı. Həmin dövrün siyasi mənzərəsini təsvir etmiĢ
ərəb çoğrafiyaĢünas səyyahı Ġbn Havqəl yazırdı: "Biz [Arran, Azərbaycan və
Ərminiyəyə (Ermənistana)] vahid ərazi kimi baxırıq. Doğrudan da bunları yalnız bir
hökmdar idarə edirdi. ...Ġbn Əbu-s-Sac, onun nökəri Müflih, Deysəm ibn Sədluyə,
Mərzban ibn Məhəmməd - o, həmçinin, əs-Salar da adlanırdı, belə hökmdarlardan
olmuĢlar".
§ 7. RƏVVADĠLƏR DÖVLƏTĠ
Azərbaycanın siyasi tarixində Rəvvadilər dövləti X yüzilin sonundan
baĢlayaraq təqribən bir əsr ərzində olduqca mühüm rol oynamıĢdır.
Rəvvadilərin əcdadları Azərbaycana ilk dəfə VIII əsrin sonunda gəlmiĢdilər.
Məhz o zaman Azərbaycan, Arran və Ərminiyənin caniĢini Yəzid ibn Xatim əl-Mühəlləbi
(785-786) xə lifənin sərəncamı ilə əzd qəbiləsindən olan yəmənli Rəvvad ibn əl-
Müsənnanı həmqəbilələri ilə birlikdə o vaxt "kiçik kənd olan" Təbrizdə yerləĢ-
dirmiĢdi. Mənbələrdə onun oğulları əl-Vəcnə, Məhəmməd və Yəhya haqqında da
məlu mat var. Əl-Yəqubinin verdiyi xəbərə görə, Təbrizdən Bəzzədək bütün torpaqlar
Rəvvada verilmiĢdi. Ondan sonra həmin torpaqları oğlu əl-Vəcnə idarə edirdi. O,
Təbrizin abadlaĢdırılması ilə məĢğul olmuĢ, orada qala tikdirmiĢ, onu divarlarla əhatə
etdirmiĢdi.
Xəlifə Harun ər-RəĢidin hakimiyyəti dövründə əl-Vəcnə ibn ər-Rəvvad və
onun qulamı Sadaka ibn Əli Marağam da Rəvvadilərin mülklərinə qatmaq, sonra isə
Xilafətdən tamamilə ayrılmaq cəhdi etdilər. Lakin xəlifənin Azərbaycandakı caniĢini
283
Huzəyma ibn Xazim ət-Təmimi (786-787) onların bu çıxıĢının qarĢısını ala bildi.
Əl-Vəcnə ibn ər-Rəvvaddan sonra qardaĢı Məhəmməd Təbrizin hakimi
olmuĢ, VIII əsrin sonu-IX əsrin əvvəllərində bu Ģəhəri idarə etmiĢdir.
Əl-Yəqubi "813-cü il hadisələri" ilə əlaqədar verdiyi məlumatında xürrəmilər
hərəkatının təsiri ilə Xilafətdən təcrid olaraq, nisbi müstəqillik əldə edə bilmiĢ hakimlər
sırasında Məhəmməd ibn ər-Rəvvadın da adını çəkmiĢdir. Hərəkatın getdikcə daha da
geniĢlənməsi feodal sülalələrinin, o cümlədən Rəvvadilərin daha da güclənməsi üçün
Ģərait yaratdı. Lakin xürrəmilərin güclənməsi və son nəticədə qələbə əldə edə bilməsi
müstəqilliyə can atsalar da, öz hamilərini Xilafətin simasında görən yerli feodalların
mənafeyinə uyğun deyildi. Elə ona görə də, xəlifənin caniĢini Ġsa ibn Məhəmməd 820-
ci ildə Azərbaycana göndərildikdə, bütün sərkərdələr və yerli hakimlər, o cümlədən
Məhəmməd ibn Rəvvad onun iqamətgahına gəlmiĢdilər.
Məhəmməddən sonra qardaĢı Yəhya Təbrizin hakimi oldu. Mənbələrdən
göründüyü kimi, 850/51-ci ildə yerli hakimlərin separatçılıq meyli ilə əlaqədar Cənubi
Qafqazda baĢ verən məlum hadisələr zamanı mərkəzə tabe olmaq istəməyənlər
sırasında Yəhya da Bağdada aparılmıĢ, ancaq xəlifə tərəfindən əfv edilərək, hörmətlə
qarĢılanmıĢ, mülkləri özündə saxlanılmıĢdı. Lakin elə o vaxtdan bəri Rəvvadilər təqribən
yüz il bölgənin fəal siyasi həyatından kənar edildilər. Onlar bir sıra mülklərini əldə
saxlayaraq, baĢqa yerli hakimlər kimi əvvəllər Sacilərə, sonra isə Salarilərə vergilər
ödəyirdilər. Ġbn Havqəlin məlumatına görə, hətta X yüzilin 50-ci illərinin sonlarına
yaxın Əhər və Varzaqan vilayətlərinin sahibi olan Əbülheycə ibn ər-Rəvvad Salarilərə
50 min dinar məbləğində vergi ödəyirdi. Mənbələrin yazdığına görə, elə bu vaxtlar,
yəni Mərzbanın tutulması ilə əlaqədar Salarilərin hakimiyyətinin zəiflədiyi dövrdə, Rəv-
vadilər sülaləsinin digər nümayəndəsi Məhəmməd ibn Hüseyn Azərbaycanın bəzi
torpaqlarını ələ keçirdi. 956/57-ci ildə Hüseyn ibn Məhəmməd ər-Rəvvad yenidən
Təbriz və onun civarlarını geri qaytara bildi. Həmin əsrin 70-ci illərinin sonuna yaxın
güclənən ara müharibələri Hüseynin oğlu Əbülheycənin Salari hökmdarı Ġbrahim
üzərində qələbəsi ilə nəticələndi. Ġbrahimi zindana saldıran Əbulheycə, Arazdan cənubda
olan Salari torpaqlarının bir hissəsini də ələ keçirib, öz mülklərinə qata bildi. Bu vaxtdan
Rəvvadilər dövləti yüksəliĢ və ərazilərini geniĢləndirmə dövrünə qədəm qoyur.
988-ci ildə Vaspurakan yürüĢü zamanı Əbülheycə ibn ər-Rəvvad vəfat edir.
Xarici siyasi fəaliyyətini müvəffəqiyyətlə davam etdirən oğlu Məmlan onu əvəz edir. O,
30 ilə yaxın dövləti idarə edir. Məmlandan sonra hakimiyyət oğlu Vəhsudanın əlinə
keçir. Bu rəvvadi hökmdarı haqqında yalnız tarixi mənbələrdə deyil, Qətran Təbrizinin
ona həsr etdiyi qəsidələrdə də geniĢ məlumat verilmiĢdir. Məhz Vəhsudanın
hakimiyyəti dövründə oğuzların Azərbaycana hücumları baĢlayır.
XI əsrin 20-ci illərində Azərbaycanın cənub vilayətlərinə, oradan isə Arrana
dəfələrlə basqınlar törədən oğuzların bu yerlərə yürüĢləri yalnız cənubdan, Ġran tərəfdən
deyil, tarixçi RəĢidəddinin yazdığı "Oğuznamə" əsərində göstərildiyi kimi, Ģimaldan -
Dərbənd keçidi vasitəsilə də baĢ verirdi. Oğuzların 1021-ci ildə baĢ vermiĢ ilk məlum
yürüĢü haqqında erməni tarixçisi Vardan, 1029-cu ildə Marağa və Urmiyaya hücumu