298
§ 2. BÖYÜK SƏLCUQĠLƏR ĠMPERĠYASININ
DAĞILMASI. ĠRAQ SƏLCUQ SULTANLIĞININ
YARANMASI
Böyük səlcuq soltanlarının hakimiyyəti illərində (1092-1157) mahiyyətcə
biri digərindən asılı o lmayan ayrı-ayrı soltanlıq lara parça lan mıĢ Səlcuq dövlətin in
tənəzzülü baĢ verdi.
Parçalan ma nəticəsində Suriyanın (1078-1187), Kirmanın (1041-1187) və
Anadolunun (1077-1307) səlcuq hakimlə ri
mərkəzi hakimiyyətdən olan
asılılıqlarını aradan qald ırdılar. Ġmperiyanın əsas torpaqlarmda - Ġraqda,
Xorasanda, Qafqazda isə ali soltan taxt-tacı uğrunda mübarizə baĢlandı. Nəhayət,
xəlifə əl-Müstəzhirin (1092-1118) vasitəçiliy i ilə imperiya rəs mi surətdə bölündü:
MəlikĢahın oğlu Börküyarıq soltan elan olundu, ikinci oğlu Məhəmməd Təpər
Azərbaycan, əl-Cəzirə və Diyarbəkrin məliki o laraq qaldı, üçüncü oğlu Səncər isə
Xorasan məliki oldu. Lakin bundan sonra da MəlikĢahın oğulları arasında gedən
sülalədaxili mübarizə ara vermədi. Börküyarığ ın ölümündən sonra soltanlıq taxtına
çıxmıĢ Məhəmməd Təpər öz oğlu Mahmudu səltənət varisi təyin etdi. Mahmud
demək olar bütün hakimiyyəti boyu öz qardaĢları Toğrulun və Məsudun dövlətdə
birincilik iddialarına qarĢı mübarizə aparmalı o ldu. Lakin Mah mud üçün baĢlıca
təhlükə qardaĢı oğluna üstün gələrək, ali soltan mövqeyini tuta bilmiĢ ö z əmisi,
səkkizinci və sonuncu böyük səlcuq soltanı Səncər (1117-1157) idi.
1119-cu ildə Xorasandan Anadoluya və Suriyayadək olan torpaqlar, o
cümlədən Azərbaycan, Həmədan, Ġsfahan, Cibəl, Kirman, Fars, Xuzistan, Ġraq, əl-
Cəzirə, Diyar Mudar, Diyar Rəb iə, ġam və Ru m əraziləri soltan Mahmuda iqta
kimi verild i.
Səncərlə Mahmud arasındakı ixtilaflara son qoyulub, səltənət varisinə -
vəliəhdə iqta verilməsi haqqında fərmanm imzalan ma tarixini soltan Səncərə
tabeliyini bildirmiĢ Mahmudun baĢçılığı ilə Ġraq Səlcuq soltanlığın ın yarandığı
vaxt kimi qəbul etmək olar. Lakin Mahmud, sahib olduğu əraziləri də istədiyi kimi
idarə edə bilmird i. Onun gəncliyindən və asılı vəziyyətdə olmasından istifadə edən
soltan Səncər öz adamların ı Mahmudun vəziri, baĢ komandanı, habelə divan
baĢçısı vəzifələrinə təyin etmiĢdi. Dövrümü zədək yetiĢmiĢ, Səncərin və Mah mudun
adların ın birgə zərb edilmiĢ olduğu sikkələr ali hakimiyyətin Səncərin əlində
olduğunu bir daha sübut edir.
1120-c i ilin iyununda Mahmuda qarĢı Azərbaycan və Mosulun iqtadarı
olan qardaĢı Məsud çıxıĢ etdi. Əsədabad yaxınlığındakı döyüĢdə Məsudun
qoĢunları məğlubiyyətə uğradı. Mahmud qardaĢının müĢavirlərini və vəzirin i edam
etsə də, özünü bağıĢladı, hətta Azərbaycanda, Mosulda və əl-Cəzirədə Məsudun
adına xütbə o xunmasına sərəncam verdi.
1120/21-c i ildə IV Dav idin (1089-1125) baĢçılığı ilə gürcü qoĢunları
Mahmudun hakimiyyəti altında olan ərazilərə hücum etdilər. Arran və Naxçıvanın
299
hakimi Ģahzadə Toğrulun baĢçılığ ı ilə müsəlman hakimləri gürcülərə qarĢı çıxsalar
da, Tiflis yaxın lığında məğlubiyyətə uğradılar. Bununla belə, gürcülər yalnız b ir
ildən sonra, 1122-ci ildə, təqribən 500 ildən bəri müsəlman hakimiyyəti altında
olan Tiflis Ģəhərini geri qaytara bildilər.
Bu hadisədən sonra Gəncəyə çəkilərək, Mah mudun soltanlıq hüquqlarını
tanımaq istəməyən Toğrulun məğlubiyyət xəbəri Hə mədanda olan soltana yetiĢdi.
Mahmud öz qoĢunların ı toplayaraq, dərhal Gəncəyə yollandı. Ġddia ların ın
gerçəkləĢəcəyinə ümid ini itirmiĢ Toğrul qardaĢına sədaqət andı içməli oldu.
Səlcuqilər arasında sülalədaxili çəkiĢ mələrdən istifadə edən gürcülər məhz
bu zaman ġirvana viranedici yürüĢ etdilər. ġirvan əmirlərinin yard ımına
arxalanaraq gürcülərə qarĢı çıxıĢ edən soltan Mahmud da öz növbəsində gürcülərlə
onların müttəfiq ləri olan qıpçaqlar arasında baĢ verən münaqiĢədən istifadə etdi və
beləliklə, ġirvanda da öz hakimiyyətini möhkəmləndirə bildi.
Lakin Ġraq soltanlığın ın taxtı uğrunda Mahmudla qardaĢları arasında
gedən çəkiĢmə lər baĢa çatmadı. Əvvəllə r bu çəkiĢmə lərin qarĢısını a lmağa ça lıĢan
soltan Səncər də, Mahmudun onun əmrin i yerinə yetirməkdən boyun qaçırdığı
vaxtdan bəri, mübarizəni hər vasitə ilə daha da qızıĢdırırdı. 1130 -cu ildə Mah mud
Gəncəni və ətrafını iqta hüququnda ona qarĢ ı çıxıĢ edən qardaĢı Məsuda verməli
oldu.
Elə bu zaman Səncərin istəyinə rəğmən Mahmud öz oğlu Davudu vəliəhd
elan etdi, A zərbaycanda və Cibəldə onun adına xütbə o xunması haqqında sərəncam
verdi. Daha sonra Mahmud Səlcuq nəslinin böyüyü olan Səncərin iradəsinə qarĢı
çıxıĢ etmək istəməyən, Davudu varis kimi tanımaqdan imtina edən xəlifə əl-
MüstərĢidi yıxmaq qərarına gəldi. Lakin Mahmudun 1131 -ci ildə baĢ verən ölümü
bu niyyətin gerçəkləĢməsinə mane oldu.
Mahmudun ölümündən sonra Ġraq soltanlığının ta xt ı uğrunda mübarizə
Marağanın sahibi atabəy Ağsunqur əl-Əh mədilin in və Mah mudun vəzirin in
yardımı ilə taxta çıxarılmıĢ Davudla onun əmiləri arasında aparıldı. Tezliklə
Davudla Məsud arasında barıĢıq əldə edildi. Lakin bununla belə, Davud xütbələrdə
öz adının o xun masına nail ola b ilmədi və müvəqqəti olaraq soltanlıq taxtı uğrunda
mübarizəni dayandırdı. Bundan istifadə edən Məsud Mosul hakimi atabəy
Ġmadəddin Zənginin yardım vədin i alaraq Bağdada yollandı, lakin hakimiyyət
iddiasında olan üçüncü Ģəxs - xəlifən in rəğbət göstərdiyi qardaĢı SəlcuqĢah
tərəfindən qabaqlandı. Məsudla aparılan sonrakı danıĢıqlar nəticəsində Məsudun
soltan olacağı, SəlcuqĢahın isə vəliəhd elan ediləcəyi haqqında razılıq əldə olundu.
1132-c i ildə xəlifə yeni soltanın - Məsudun adına xütbə oxun ması haqqında
sərəncam verdi. Məsud bu sərəncamdan sonra öz atabəyi Ağsunqur əl-Əhməd ilin in
və xeyli türk əmirinin müĢayiəti ilə A zərbaycana qayıtdı.
1132-c i ildə Böyük soltan Səncər baĢ verən hadisələrə qarıĢ maq qərarına
gələrək, Mahmudun ölümündən sonra vəliəhd elan etdiyi Ģahzadə Toğrulla birlikdə
Ġraq soltanlığın ın paytaxtı Həmədana yürüĢ təĢkil etdi. Əvvəllər Məsudu və