Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə143/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   139   140   141   142   143   144   145   146   ...   217

296 

 

hökmdarı  xəlifə  əl-Mustənsirin  (1036-1094)  aĢkar  kö məyi  ilə  Ġbrah im  Yinal  və 



QutulmuĢ  1063-cü  ildə  Azərbaycanın  bir  h issəsini  ayırmağa,  Abbasilərin  və 

Səlcuqilərin əleyhdarı olan Fatimilərin qanadı altında ayrıca soltanlıq elan etməyə 

cəhd göstərdilər. Toğru l bəy bu qiyamın qarĢısını ala bildi.  

Böyük Soltan Alp Arslanın Cənubi Qafqaza yürüĢləri. 

1063-cü ildə Toğrul bəyin ölü mündən sonra hakimiyyət Çağrı bəyin oğlu 

Alp  Arslanın  əlinə  keçdi.  Oğuzların  Cənubi  Qafqaz  və  Ġrandakı  mövqelərin in 

möhkəmləndirilməsi siyasətini davam etdirən yeni soltan taxt-taca sahib olan kimi 

Cənubi  Qafqaza  yürüĢ  etdi.  Bu  yürüĢ  əsas  iki  məqsəd  güdürdü:  Bizansın 

hücumlarının   qarĢısını  almaq  üçün  onunla  sərhəd  xəttini  möhkəmlətmək, 

Azərbaycandakı  feodal  mü lklərin  Səlcuqilərin vassalı olan sahibləri üzərində təsir 

gücünü  artırmaq.  Yü rüĢ  üç  istiqamətdə  təĢkil  edilmiĢdi.  Böyük  soltanın  hacibi 

sərkərdə  Savtəkin  Azərbaycandan  keçərək,  Dərbəndə  doğru  hərəkət  etdi.  Onun 

Xəzər sahili ilə irəliləyən qoĢunu yolboyu ġirvanĢaha tabe mülkləri talan edirdi.  

ƏlveriĢli  məqamdan  istifadə  edən  ġəddadi  hökmdarı  I  ġavur  isə  1063-

1064-cü  illər  ərzində  üç  dəfə  ġirvana  basqınlar  törədib,  böyük  qənimət lə  geri 

qayıtmıĢdı. 

Səlcuq  yürüĢünün  Naxçıvandan  keçən  ikinci  istiqaməti  g ürcülərə  doğru 

tuĢlanmıĢdı.  Üçüncü  zərbə  isə  1064-cü  il  avqustun  16-da  Ani  Ģəhərinin  tutulması 

ilə  nəticələndi.  Soltan,  ġəddadi  əmiri  I  ġavuru  bu  Ģəhərdə  öz  caniĢini  təyin  etdi. 

ġəhərin  özü  isə  Bizans  imperiyasına  qarĢı  qəti  hücum  üçün  hazırlıq  bazasına 

çevrild i. 

1064-cü ilin noyabrında Alp Arslan hələ bir il əvvəl Səlcuqilə rə itaətsizlik 

göstərmiĢ  və  bunun  müqabilində  cəzalandırılmıĢ  Xoy  Ģəhərinə  yaxınlaĢdı.  ġəhər 

baĢçıları bu dəfə də ənənəni pozaraq, soltana lazımi ehtiram göstərmədilər, Ģəhərin 

alverçi və sənətkarları isə dükanların ı və emalatxanalarını bağlayaraq, soltan əsgər-

lərinə  xid mət göstərməkdən imtina etdilər.  Vəziyyətdən xəbər tutan Alp Arslan öz 

əsgərlərinə, zor gücünə olsa da, istədikləri evlərdə məskən salmaq və gərəkləri o lan 

hər  Ģeydən  istifadə  etmək  icazəsi  verdi.  Nəticədə,  oğurluq  v ə  quldurluğun  sayı 

artdı, sakinlərin bir h issəsi Ģəhəri tərk etməli oldu. 

1066-cı  ildə  oğuzla r  ġirvan  əra zisinə  da xil  olub,  böyük  qənimət  ə ldə 

etdilər;  ġirvanĢah  I  Fəribürzü  isə  böyük  miqdarda  təzminat  verməyə  məcbur 

etdilər.  Həmin  ilin  noyabr  ayında  oğuzların  baĢçısı  Qaratəkin  ikinci  dəfə  ġirvana 

hücum  etdi.  Bu  dəfə  onu  I  Fəribürzün  əmisi,  taxt-tacı  ələ  keçirmək  istəyən  və  bu 

məqsədlə Səlcuqilərlə ittifaqa girən Məmlan ibn Yəzid ibn Məhəmməd müĢayiət edirdi. 

Qaratəkin ġirvan paytaxtı Yəzidiyyəni mühasirəyə alır, lakin ĢirvanĢahın ələ aldığı soltan 

hacibi,  Məmlanı  öldürə  bildiyi  üçün,  Qaratəkin  böyük  qənimətlə  Kürü  keçərək, 

Azərbaycanın cənubuna gedir. 

Alp Arslanın baĢının Azərbaycanda qarıĢdığından istifadə edən gürcü hökmdarı 

IV  Baqrat  (1027-1072)  bu  zaman  Bərdəyə hücum  edərək,  rus  hücumundan sonra  az-

çox  dirçəlməyə  baĢlamıĢ  bu  Ģəhəri  qarət  edir.  Lakin  ço x  keçmədən  öz  təbəəsi  və 



297 

 

müttəfiqi I ġavurun Gəncədəki sarayında olan Alp Arslan Gürcüstana növbəti yürüĢ 



edir,  Kartli  və  Arqvetidə  mühüm  qalaları  ələ  keçirərək,  Tiflisə  daxil  olur.  Burada 

hakimiyyətdə  olan  müsəlman  Cəfərilər  boyük soltana  itaət  göstərəcəklərini  bildirirlər. 

Gürcü  hökmdarı  IV  Baqrat da  Səlcuq təbəəliyini  qəbul  edib,  vergi verəcəyinə boyun 

olur.  QıĢı  Kartlidə  keçirən Alp  Arslan yazbaĢı  Gəncə və  Bərdədən  keçərək,  Xorasana 

yola düĢür. Soltanın Tiflis və Rustavidəki caniĢini isə ġəddadi əmiri II Fəzl olur. 

Bizans  imperiyasının  məğlub  edilməsi  və  Cənubi  Qafqazın  Səlcuqilərə 

qəti itaəti. 

Səlcuqilərin  qüdrətini  real  qiymətləndirən  Bizans  imperatoru  IV  Diogen 

(1068-1071) oğuzların hərəkətinin qarĢısını almaq  məqsədilə özünün əsas qoĢunları ilə 

onlara  qarĢı  çıxır.  Səlcuqiləri  bölgədə  olan  mühüm  strateji  məntəqələrdən  məhrum 

etmək  üçün,  o,  öz  hərbi  kampaniyasının  son  mərhələsində  Azərbaycanı  tutmağı 

planlaĢdırmıĢdı. Lakin Bizans qoĢunları heç Azərbaycan sərhədinə çatmamıĢ, Manzıkert 

yaxın lığında soltan ordusu ilə ü zləĢməli oldular. 1071-ci ilin avqustun 26-da burada baĢ 

verən qanlı döyüĢ, sayca Bizans qoĢunundan xeyli az olan oğuz əsgərlərinin qələbəsi  ilə 

nəticələndi.  Ġmperator  IV  Diogen  əsir  alındı,  onun  hər  iki  qulağına  taxılan  halqa, 

simvolik  olaraq  "rumların  hökmdarının"  bundan  sonra  soltanın  qulamı  olduğunu 

bildirirdi. Öz ordusunun məğlubiyyətini təsdiq edən IV Diogen yalnız gündə 1000 dinar 

cizyə  verəcəyi  Ģərti  ilə  azad  edilir.  Alp  Arslan  isə  dincəlmək  üçün  Marağaya  yola 

düĢür. 

Manzıkert  - yalnız ġərq in deyil,  Qərbin də orta əsrlər tarixi üçün  mühüm 



mərhələ  o ldu.  Oğuz  və  səlcuqların  ö zləri  üçün  də  1071 -ci  il  döyüĢünün  nəticəsi 

1040-c ı  il  Dəndənəkan  yanındakı  qə ləbədən  az  əhə miyyətli  deyildi.  Dünya 

tarixində  bu  mühüm  hadisənin  ən  ilkin  nəticələrindən  biri  Ön  Asiyanın  siyasi 

xəritəsinin  yenidən  dəyiĢməsi  oldu;  belə  ki,  bundan  belə  səlcuq  ekspansiyasının 

qarĢısını  ala  b iləcək  ciddi  maneə  artıq  mövcud  deyildi.  Böyük  soltanlar  Orta 

Asiyadan  Aralıq  dənizinədək,  Cənubi  Qafqazdan  Fars  körfəzinədək  olan 

torpaqların sahiblərinə çevrildilər. 

Alp Arslandan sonra səlcuq taxtı onun oğlu MəlikĢahın (1072-1092) əlinə 

keçdi.  Onun  dövründə  Oğuz  imperiyasının  hərbi-siyasi  qüdrəti  ən yüksək  zirvəyə 

çatdı.  Yeni  soltan  öz  atasının  baĢladığı  yürüĢləri  müvəffəq iyyətlə  baĢa  çatdırıb, 

onun uğurların ı möhkəmlətdi. MəlikĢahın dövründə oğuzlar artıq ya lnız qənimət və 

əsirlərlə  kifayətlən mir,  mühüm  strateji  və  siyasi  məntəqələri  ələ  keçirməyə 

çalıĢırdılar.  1075-ci  ildə  MəlikĢah  ġəddadilərin  Gəncədəki  hakimiyyətinə  son 

qoydu; Səlcuqilərin  Gəncədə qalan nü mayəndəsi Savtəkin bu Ģəhəri soltanın ətraf 

yerləri  tabelikdə  və  nəzarətdə  saxlamaq  tapĢırığ ını  yerinə  yetirmək  üçün  əsas 

bazaya  çevirdi.  Gü rcü  salnaməsi  "Kartlis  Ts xovreba"nın  məlu matına  görə, 

Gəncədə bu vaxt oğuz sərkərdəsinin ixtiyarında qırx mindən çox adam vardı.  

Beləliklə,  XI  yü zilin  70-ci  illərinin  sonunda  bir  ço x  ölkələrlə  yanaĢı 

Azərbaycan  da  böyük  Səlcuq  imperiyasının  tərkib inə  daxil  edildi.  Ġmperiyanın 

yaradıcısı və əsas hərəkətverici qüvvəsi isə oğuz tayfaları id i. 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə