Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə146/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   142   143   144   145   146   147   148   149   ...   217

302 

 

Gəncədə 230 min insan həlak o lmuĢdu. 



Zəlzələdən  istifadə  edən  gürcü  qoĢunu  hökmdar  Demetren in 

(1125-1156)  baĢçılığı  ilə   Ģəhərə  yürüĢ  etdi.  M xitar  Qo Ģun  sözlərinə 

görə,  gürcü  əsgərləri  "amansız  və  kobud  surətdə  hərəkət  edərək, 

salamat  qalmıĢ  adamlara  hücu m  etdilər,  onları  qılıncdan  keçirdilər,  əsir  tutdular. 

Onlar öz həmlə və iĢgəncələri ilə xalqa zəlzələdən böyük bəla gətirdilər"

1



ġəhər  bərpa  olunarkən  Qara  Sunqur  vəfat  etdi.  Hələ  ölümündən  əvvəl  o, 

əmir  Çav lı  ət-Toğrulini  Azərbaycan  və  Arran  hakimi  vəzifəsində  özünün  varisi 

təyin etmiĢdi. 

Atabəy  Qara  Sunqurun  ölümündən  istifadə  edən  Soltan  Məsud 

qüdrətindən ehtiyat etməyə baĢ ladığı əmir  Çav lın ı ö zünə yaxınlaĢdırmaq, bu yolla 

gələcəkdə  Azərbaycan  əmirləri  tərəfindən  baĢ verə  biləcək  təhlü kədən  qorunmaq 

istədi.  Azərbaycan  və  Arranın  caniĢini  hüququnu  təsdiqləyən  fərmanı  soltandan 

alan  əmir  Çav lı  əvvəlcə  Fars  və  Xu zistan  hakimi,  hələ  1146 -cı  ildə  Rey  hakimi 

əmir  Abbasla  birgə  soltanlığın  paytaxtı  Həmədanı  ələ  keçirmiĢ  Bo z  Apanın 

baĢçılıq etdiyi  mü xalifətə qoĢulmaq istədi.  Lakin sonra fikrini dəyiĢərək, Məsudun 

tərəfinə  keçdi.  Bu  səbatsızlıq  həmin  dövrün  mürəkkəb  siyasi  Ģəraitindən  irəli 

gəlird i.  Belə  ki,  qonĢu  dövlətlərlə  və  vassal  asılılığ ında  olan  hakimlərlə 

münasibətlər  məh z  Ģəraitin  tez-tez  dəyiĢ məsindən  asılı  olurdu.  Əmir  Çav lı  da 

soltanın  mövqeyini  çox  tutmadı,  əmirlər  Bo z  Apa  və Abbasın təĢkil  etdikləri  sui-

qəsdə  qoĢuldu.  Əvvəllər  iqta  hüququnda  Xalxala  və  Azərbaycanın  bir  hissəsinə 

yiyələnən soltanın hacibi əmir Fəxrəddin Toğan Yürək də onların tərəfin i tutdu. 

Əmir  Çavlının  1146-cı  ildə  Zəncanda  baĢ  vermiĢ  qəfil  ölü mündən  sonra  Toğan 

Yü rək  Gəncə və Arranın v ilayətlərin i soltandan hədiyyə kimi qəbul etdi.  Bo z Apa 

və  Abbas  ona  qoĢulduqdan sonra  isə  bütün soltanlığın  hakimiyyəti  Toğanın  əlinə 

keçdi.  Onun  əlində  oyuncağa  çevrilən  və  yeni  düĢməndən  yaxa  qurtarmaq  üçün 

əlveriĢli imkanlar axtaran soltan Məsud özünün keçmiĢ vəziri,  Toğanın özü ilə Arrana 

apardığı Xass bəy ibn Pələng Arinin  köməyilə niyyətini gerçəkləĢdirə bildi; 1147-ci ilin 

aprelində Toğan Yürək  Gəncə yaxınlığında  Xass  bəyin silahlı  mühafizəçisi  tərəfindən 

öldürüldü. Bu hadisədən sonra Toğan Yürəkin hakimiyyəti  altında olan Azərbaycan və 

Arran torpaqlarına Xass bəy sahib oldu.  Bir neçə gündən sonra soltanın əmrilə daha bir 

rəqib - Rey hakimi əmir Abbas da qətlə yetirildi. Bundan az sonra soltana qarĢı çıxmıĢ 

əmir Boz Apa da döyüĢ meydanında həlak oldu.

 

Dövlətdə  bütün  hakimiyyəti  vəzir  Xass  bəyə  vermiĢ  soltan  Məsudun  bu 



siyasəti Səlcuqilərin hakimiyyəti altında olan digər vilayətlərin hakimlərinin narazılığı- 

 

1



 Zəlzələ vaxtı Kəpəz dağı uçaraq, Gəncəli Kirakosun məlumatına  görə, "burada 

olan çay yatağının qarĢısını kəsdi və indi də mövcud olan  dənizi əmələ  gətirdi". Bu "dəniz" 

Azərbaycanın  bu  gün  də  ən  gözəl  guĢələrindən  olan  Göygöldür.  M əhz  həmin  zamandan 

etibarən Azərbaycan Ģəhəri Kəlbəcərin yaxınlığında  müalicəvi mineral Ġstisu bulağı yerdən 

fəvvarə vurdu. Gürcülərin zəlzələ vaxtı Ģəhərdən çıxardıqları qənimətlər arasında indi də bir 

layı Kutaisi yaxınlığındakı Gelati monastırında saxlanılan məĢhur Gəncə darvazası var idi.  

 



303 

 

na  səbəb  oldu.  Bunların  sırasında  əsas  yeri  Azərbaycan  əmirləri,  Arran  hakimi 



ġəmsəddin  Eldəniz,  əl-Cibəl  hakimi  Alp  QuĢgünxur  və  baĢqaları  tuturdu.  1148-ci 

ilin avqust-sentyabr aylarında onların birləĢmiĢ qüvvələri Bağdada uğurlu yürüĢ etdilər, 

lakin  əldə  olunmuĢ  müvəffəqiyyəti  sonadək  saxlaya  bilmədilər.  Yalnız  qoca  soltan 

Səncərin  tələbilə  Məsud tərəfindən  vəzir  Xass  bəyin vəzifəsindən  kənar edilməsindən 

sonra  əmirlər  öz  qoĢunlarını  Bağdaddan  geri  çəkdilər.  Səlcuq  əmirləri  arasında  baĢ 

verən bu sonugörünməz ixtilaf və çəkiĢmələr xəlifə əl-Müqtəfiyə (1136-1160) sələfinin 

itirdiyi bütün imtiyaz və hüquqları geri qaytarmaq imkanı verdi. 

1152-ci  ilin   sonunda  soltan  Məsud  Həmədanda  vəfat  etdi.  Soltanın 

ölümündən sonra bütün əmirlər onun qardaĢı oğlu MəlikĢah ibn Mahmuda sədaqət andı 

içdilər.  Məsudun  hakimiyyəti  dövründə  olduğu  kimi  bütün  hakimiyyət  Xass  bəyin 

əlinə keçdi. Əmirlər arasında yenidən narazılıq sədaları ucaldı. Xass bəy isə MəlikĢahın 

qeyri-sabit mövqeyindən istifadə edərək, soltan elan olunmasından 4 ay sonra onu həbs 

etdirdi; sonra isə əmirlərin razılığı ilə MəlikĢahın qardaĢı Məhəmmədi Həmədana dəvət 

etdi. 


1153-cü  ilin  mayında soltan  taxtına  çıxmıĢ  Məhəmməd  Xass  bəyin səltənət 

üçün  təhlükəli  olduğunu  baĢa  düĢərək,  hakimiyyətinin  üçüncü  günü  vəzirin  edam 

olunması fərmanını verdi. Bu addımı ilə soltan Məhəmməd dövlətin atabəy ġəmsəddin 

Eldəniz,  Marağa hakimi  Nüsrətəddin  ibn Ağsunqur  kimi  nüfuzlu  əmirlərinin  hörmətini 

qazanmağa  çalıĢdı.  Edam  edilmiĢ  Xass  bəyin  baĢı  həmin  əmirlərə  göndərildi.  Lakin 

soltanın  əməlində  özləri  üçün  təhlükə  görən  əmirlər  onun  bu  hərəkətini 

bəyənmədilər.  Bununla  belə,  soltanın  iĢlərinə  qarıĢ mamağı,  hadisələrin  sonrakı 

inkiĢafını müĢahidə etməyi qərara aldılar.  

Səltənət  iddiasında  olan  əmirlərin  düĢmənçilik  və  çəkiĢ mələrindən 

bacarıqla istifadə edən xəlifə əl-Müqtəfi Səlcuqilərin Ġraqdakı bütün iqta torpaqları 

üzərində  nəzarəti  öz  əlinə  aldı.  Məhəmmədin  əmisi,  soltan  Səncər  tərəfindən 

vəliəhd  elan  olunmuĢ  Süley manĢah  da onun  müttəfiqi  o ldu.  Xəlifə  Süley manĢahı 

soltan  elan  edərək,  onu  qoĢunla  təchiz  etdi.  Soltan  Məhəmməddən  narazı  o lan 

atabəy  ġəmsəddin  Eldəniz,  Nüsrətəddin  Arslan Apa,  Alp  QuĢgünxur  və  baĢqaları 

da əvvəl yeni soltana qoĢulsalar da, ümid lərini doğrultmad ığı üçün ço x  keçmədən 

onun qərargahını tərk etdilər. 

Onda  soltan  Məhəmməd  yardım  üçün  Mosul  hakimi  atabəy  Qütbəddin 

Məduda  müraciət  etməli  o lur.  1156-cı  ilin  iyununda  rəqiblər  arasında  Ġraqda  baĢ 

vermiĢ döyüĢdə SüleymanĢah və onun tərəfdarları məğlub olurlar. Süley manĢah ələ 

keçirilib, Mosul qalasına salınır və 1159-cu ilədək burada saxlan ılır. 

Bu  hadisədən  sonra  SüleymanĢahın  keçmiĢ  müttəfiq i  atabəy  ġəmsəddin 

yenidən  Azərbaycana  qayıdıb,  əfv  olun ması  üçün  soltan  Məhəmmədə  sifariĢ 

yolladı.  Soltan  atabəyin  oğlu  Məhəmməd  Cahan  Pəhləvanın  girov  qoyulması 

Ģərtilə ġəmsəddinlə barıĢdı. 

1157-c i  ilin  martında soltan Məhəmməd in qoĢunları  Bağdadı  mühasirəyə 

aldılar.  Ġbn  əl-Əsirin  məlu matına  görə,  soltanla  xəlifə  arasında  müharibənin 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə