300
SəlcuqĢahı dəstəkləyən xəlifə əl-MüstərĢid yaranmıĢ vəziyyətdən istifadə edərək,
Səlcuqilərin himayəsindən azad olmağa cəhd göstərdi.
Bu zaman Səncər Həmədana yollandı; xəlifənin, Məsudun və SəlcuqĢahın
da paytaxta gəliĢi gözlən ilirdi. Səncərdən qorxan xə lifə görüĢdən imt ina etməyə
çalıĢdı, lakin onu yola çıxmağa və hətta Səncərə qarĢı çıxıĢ etməyə məcbur etdilər.
Məsudun təkidi ilə Ġraqda soltan Səncərin adına xütbələr oxun ması dayandırıldıqda
isə xəlifə Bağdada qayıtdı və Ģəhəri möhkəmləndirməyə baĢladı.
Elə həmin il Həmədan yaxınlığında Səncərin qoĢunları ilə Ģahzadələrin -
Məsudun və SəlcuqĢahın birləĢ miĢ qüvvələri arasında baĢ verən vuruĢma Səncərin
qələbəsilə baĢa çatdı. Səncər döyüĢ meydanından qaçan Məsudu yenidən əfv etdi
və Azərbaycanı iqta hüququnda ona bağıĢladı. Məsud Gəncəyə qayıtdı, II Toğrul
isə Ġraq soltanı elan ed ild i.
Yenə həmin il Səncərin Məvaraənnəhr hakimi Əh məd xan ın çıxıĢını
yatırmaq üçün Xorasana getməsindən istifadə edən Davud yeni soltan II Toğrula
qarĢı çıxd ı. Ona öz atabəyi Ağsunqur əl-Əh mədili, habelə onlara qoĢulmuĢ Məsud
yardım edirdi. Rəqib lər arasında döyüĢ Həmədan yaxınlığındakı Vaxan kəndi
yanında baĢ verdi. DöyüĢ ərəfəsində Davudun bir neçə əmiri qoĢunları ilə II
Toğrulun tərəfinə keçdi. Bu hadisə döyüĢün taleyini həll etdi. Davud, onun ardınca
isə Gəncədən gəlmiĢ Məsud Bağdada - xəlifə əl-MüstərĢidin yanına qaçdılar. II
Toğrulun qoĢunlarının ələ keçirdiyi A zərbaycana Məsud və Davudun baĢçılıqları
ilə yürüĢ təĢkil edilməsi haqqında razılıq əldə olundu. Məsudun, Davudun və
xəlifən in birləĢ miĢ qüvvələri A zərbaycanı iĢğal edib, Həmədanı tutdular. Lakin
qardaĢlar arasında olan ixtilaf II Toğrula Həmədanı və digər Ģəhərləri yenidən ələ
keçirmək imkanı verdi. 1133-cü ildə II Toğrul vəfat edir, Həmədana qayıtmıĢ
Məsud isə Ġraqın və Qərbi Ġranın yeganə hakimi elan olunur.
Hadisələrin bu dönüĢü Səlcuq Ģahzadələrini daim bir -birilə toqquĢduran,
bu yolla islam dünyasının yenidən nəinki din i, habelə dünyəvi baĢçısı mövqeyini
qazanmağa çalıĢan xəlifə əl-MüstərĢidi qane etmirdi.
Ġndi artıq xəlifə ilə soltan arasında gedən gizli mübarizə üzə çıxmıĢdı.
1135-c i ilin may ında xəlifə ona qoĢulmuĢ bəzi türk sər kərdələ ri ilə b irlikdə soltana
qarĢı müharibəyə qalxdı. Bu müharibə xəlifə qoĢunlarının məğlubiyyəti ilə baĢa
çatdı. Əldə olun muĢ razılığa əsasən xəlifə dünyəvi hakim hüquqlarının hamısından
məhru m ed ilir, yaln ız müsəlmanların din i baĢçısı mövqeyini saxlayırd ı. Paytaxt
Bağdad isə Ģəhər divarları dağıd ıld ıqdan sonra Ġraq soltanlığının adi Ģəhərinə
çevrild i.
1135-c i ildə Məsudun Marağadakı düĢərgəsində xəlifə əl-MüstərĢid
ismaililər tərəfindən öldürüldü. Həmin dövrün salnaməçiləri xəlifənin ölü mündə
Məsudun da dəstəklədiyi soltan Səncərdən Ģübhələnirdilər. Əl-MüstərĢidin yeni
xəlifə seçilmiĢ oğlu ər-RəĢid atasının Səlcuq soltanlarına müqavimət siyasətini
davam etdird i. Ço x keçmədən o, Məsudun adının xütbələrdə çəkilməsini dayan -
dırdı, ona qarĢı birgə fəaliyyət göstərmək barədə razılığa gəld iyi Davudun adına
301
xütbə o xun ması haqqında sərəncam verdi. Bağdadda Məsuda qarĢı, mahiyyətcə
Ġraq soltanlığının mərkəzi hakimiyyəti əleyhinə xəlifə, Davud və Mosul atabəyi
Zəngidən ibarət üçlər ittifaq ı yaradıldı. Qəzv inin, Farsın, Ġsfahanın və digər
yerlərin hakimləri də bu ittifaqa qoĢuldular. Lakin çox keçmədən Bağdad üzərinə
hərəkət edən Məsudun təzyiqi altında Davud, onun ardınca isə atabəy Zəngi
ittifaqdan çıxd ılar. Məsud Bağdada daxil olaraq, Ģəhərdən getmiĢ xəli fə ər-RəĢid in
əvəzinə əl-Müqtəfini xəlifə etdi.
1136-c ı ildə Məsud Arranı (Bərdəni) ġə msəddinə iqta verdi.
1138-c i ildə Ġsfahanda sabiq xə lifə ə r-RəĢid isma ililər tərəfindən qətlə
yetirildi. Həmin dövrün bir çox müəllifləri bu xəlifənin öldürülməsində də
Səlcuqiləri günahkar hesab edirdilər.
Bu hadisədən sonra Ġraq soltanlığında siyasi vəziyyət daha da gərginləĢdi.
Soltan Məsud tərəfindən hüquqları məhdudlaĢdırılmıĢ vilayət hakimləri mərkəzi
hakimiyyətə qarĢı açıq mübarizəyə giriĢdilər. Mü xalifətə A zərbaycan hakimi
atabəy Qara Sunqur baĢçılıq edird i. Səltənət iddiasında olan səlcuq Ģahzadələri
SəlcuqĢah və Davud Qara Sunquru müdafiə edird ilər. 1139-cu ildə Qara Sunqur
Həmədana doğru irəlilədi. O, Məsudu, özünün uzaqgörən vəziri əl-Xazin i edam
etdirib, onun yerinə öz Ģə xsi vəzirini qoymağa məcbur etdi. Ġbn əl-Əsirin
məlu matına görə, bu zamandan bəri, yeni vəziri tərəfindən müstəqilliyi əlindən
alın mıĢ soltanın vəziyyətindən istifadə edən dövlət əmirləri ö zbaĢına surətdə iqta
torpaqlarını ələ keçirməyə baĢladılar, ona ölkənin quru "soltanlıq" adından baĢqa
bir Ģey qoymadılar.
Bundan sonra mü xalifətin mərkəzi Azə rbaycana keçdi. Qara Sunqurun
israrı ilə Məsud Davudu özünün varisi elan etdi, lakin Davud ismaililər tərəfindən
qətlə yetirildi. Məsudun digər rəqibi-Fars ərazisini fəth edən SəlcuqĢah, Qara
Sunqur tərəfindən həmin ərazinin hakimi təyin olunsa da, çox keç mədən bu
vilayətin sabiq hakimi Bo z Apa tərəfindən öldürüldü, Fars vilayəti yenidən Boz
Apanın əlinə keçdi.
Bu zaman Gəncədə baĢ vermiĢ zəlzələ, dağılmıĢ Ģəhərdə bütün ailəsi
həlak olan Qara Sunqurun SəlcuqĢahın köməy inə getməsinə mane oldu. Zəlzələn in
Ģahidi, gəncəli M xitar QoĢ həmin hadisəni belə təsvir etmiĢdir: "Areq ayın da,
həmin ayın 18-ci günü, cümədən Ģənbəyə keçən gecə (1139-cu ilin 30 sentyabrı,
Ģənbə), müqəddəs Georgi bayramı günündə Tanrı qəzəbin in gücü dünyanın baĢına
endi, yer özündən çıxdı və dəhĢətli təkanların əmələ gətird iyi güclü dağıntı bu
ölkəyə - Albaniyaya yetiĢdi. Zəlzələ nəticəsində bir ço x yerlərdə, Parisos və Xaçın
vilayətlərinin düz və dağlarında xeyli dağıntı baĢ verdi. Ölkən in paytaxtı Gəncə
onun sakinlərin i də udan cəhənnəm girdabına yuvarlandı. Torpaq öz səthinin bütün
guĢələrində onları öz ağuĢuna almıĢdı. Dağlıq bölgələrdə isə bir ço x qala və
kəndlər monastırları və kilsələri ilə birgə adamların baĢlarına uçmuĢ, xarabazara
çevrilmiĢ, saysız miqdarda insan dağılmıĢ bina və bürclərin altında qalmıĢdı".
Ortaçağ müəlliflərinin (Ġbn əl-Əsir, Ġbn əl-Ġbri və b.) məlu matına görə, o zaman