Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə142/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   138   139   140   141   142   143   144   145   ...   217

294 

 

Səlcuqilər  bundan  sonra  böyük  soltanların  Ģəxsi  mü lkünə  (do meninə)  çevrilən 



Xorasanın  tam  sahibi  oldular.  Qəznəvilərlə  mübarizə  oğuz  və  baĢqa  türk 

tayfaların ın çox hissəsinin onların ətrafında birləĢib  möhkəmlən məsinə səbəb oldu. 

1040-c ı  il  qələbəsi  Ġrana  olan  yolu  açdı,  oğuz  ellərinin   taleyində,  Orta  və  Ön 

Asiyanın, eləcə də orta əsr Avropasının sonrakı tarixi  inkiĢafında  mü hüm  mərhələ 

oldu. 1042-ci ildə oğuzlar Rey i tutdular; bundan sonra bu Ģəhər onların Ön  Asiyaya 

və Qafqaza doğru hərəkətləri üçün dayaq məntəqəsi oldu. 

Səlcuqilərin  oğuzlardan  təĢkil  edilmiĢ  nizami  hissələrdən  ibarət  sürətli, 

döyüĢkən  və  intizamlı  qoĢunu  vardı.  Dəndənakan  yanındakı  qələbədən  sonra 

səlcuq baĢçılarına tabe ərazilərdə dəyiĢiklik o ldu: Çağrı bəy ġərq in hakimi titulu ilə  

yanaĢı, NiĢapurla  Dih istan arasındakı  mülklərə sahib oldu.  Qərbin hakimi titulunu 

alan  Toğrul  bəy  isə  Xorasanın  qalan  hissəsinin  və  bundan  sonra  ələ  keçiriləcək 

torpaqların hökmranı elan edildi. 

Oğuzların  iĢğalçılıq  yürüĢləri  və  miqrasiya  xarakterli  köçləri  bir  neçə 

istiqamətə  yönəlmiĢdi;  yaxĢı  hazırlan mıĢ  bu  hərəkət  bir  neçə  mərhələdə  davam 

edirdi.  Dayan madan  hərəkət  et mək  və  tutduqları  yerlə ri  əllərində  saxla maq  üçün 

lazımi  qüvvəyə  malik  olmayan  oğuzlar  böyük  hərbi  kampaniyalardan  sonra 

ordunun  yerini  dəyiĢdirməli  və  dayaq  bazaları  yaratmalı  o lur,  mü mkün  olan 

yerlərdə yerli feodal hakimlərin dinc yolla itaətinə nail olmağa cəhd göstərirdilər. 

Səlcuq  yürüĢləri  prosesinin  lap  əvvəlindən  baĢlayaraq  çoxsaylı  dəstələr 

Azərbaycana  göndərilmiĢ,  XI  əsrin  40-cı  illərin in  ikinci  yarısında  ölkənin  cənub 

vilayətləri  türk  qəbilələrinin  məskəninə  çevrilmiĢdi;  buradan  həmin   qəbilələr 

ölkənin  Ģimal  vilayətlərinə  və  Cənubi  Qafqazın  qalan  hissələrinə  köç  edirdi. 

Müstəqil hərəkət edən belə dəstələrin baĢında konkret tapĢırıq almıĢ Səlcuq  məlik-

ləri  dururdu.  Belə  ki,  Ġbrah im  Yinal  Cibələ  (Həmədan-Ġsfahan  rayonu),  QutulmuĢ 

və  Rəsultəkin  -  Xəzəryanı  vilayətlərə,  Həsən  və  Makuti  isə  Azərbaycanın  Ģimal 

vilayətlərinə  doğru  hərəkət  etdilər.  Bəzi  uğursuzluqlara  baxmayaraq,  bu  dəstələr 

qarĢılarına  qoyulan tapĢırıqları  əsasən  müvəffəqiyyətlə  yerinə  yetirdilər.  Məsələn, 

özbaĢına Bizans hüdudlarına daxil olan və  burada məğ lub edilən QutulmuĢ Suriya 

ərazisində Abbasi xəlifəsinin türk əmiri əl-Basasiri tərəfindən də basıldıqdan sonra 

Ģərqə  doğru  hərəkət  etmiĢ,  uğurs uzluqlarının  əvəzini  burada  çıxmağa  cəhd 

göstərmiĢdi.  Məhz  bu  məqsədlə  o,  ġəddadilərin  paytaxtı  Gəncən i  mühasirəyə 

almıĢ, lakin burada da  müvəffəqiyyət qazana bilməmiĢdi.  Gəncəyə olan bu hücum 

ġəddadilərin  Gəncəni,  ġirvanĢahların  isə  ġamaxını  möh kəmləndirmələrinə,  bu 

Ģəhərləri  əzəmətli  müdafiə  divarları  ilə  əhatə  etdirmələrinə  səbəb  olmuĢdu. 

Səlcuqilərin Cənubi  Qafqaza hücumları yerli siyasi  mühitdə dəyiĢikliklər törətmiĢ, 

hətta  ġəddadi  əmiri  I  ġavur  Cəfəri  əmirlərinin  Tiflis  yaxınlığındakı  qalalarını  tut -

mağa cəhd göstərmiĢdi. 

1050-c i  ildə  Abbasi  xə lifəsi  ə l-Qaim  (1031-1075)  Toğru l  bəyin  böyük 

soltan  titulunun  qanuniliyin i  təsdiq  etdi  və  bununla  müsəlman  dünyasın ın 

nəzərində Səlcuqilərin iĢğalçılıq müharibələrinə haqq qazandırd ı. 




295 

 

1054-cü  ildə  bütün  Ġranı  tabe  edərək,  A zərbaycanın  cənub  torpaqlarında 



möhkəmlənən  Səlcuqilə r,  Rəvvadi  əmirlərini  də  öz  vas sallarına  çevirdilər.  Elə 

həmin  il  Toğrul  bəyin  Cənubi  Qafqaz  yürüĢü  baĢlandı.  Bu  yürüĢün  əs as  məqsədi 

Cənubi  Qafqazdakı  müsəlman  dövlətlərini  -  ġəddadiləri,  ġirvanĢahları  və  Tiflis 

Cəfərilər  Əmirliyin i öz tərəfinə çəkmək, onlardan əsas rəqib olan Bizansla gələcək 

mübarizədə yardımçı kimi istifadə etmək id i.  

1055-c i  ildə  böyük  soltan  Toğrul  Bağdada  gələrək,  xə lifənin  ö z  ə lindən 

soltanlıq taxt-tacını qəbul etdi. 

Azərbaycan  Ģəhərlərinin  mühasirəsi  və  onların  müqavi məti.  1060-cı 

ilin  aprelində  Bağdada  olan  növbəti  səfərlərin  birindən  qayıdan  Toğrul  bəy 

Azərbaycanın  mühüm  sənətkarlıq-ticarət  və  hərbi-strateji  mərkəzi  Təbrizi 

mühasirəyə  aldı.  Bir  neçə  aylıq  uğursuz  mühasirədən sonra,  avqust  ayında,  soltan 

Təbriz divarları yanında saldığı düĢərgəni tərk etdi; onun qıĢ düĢənədək burada qa-

lan qoĢunu da, nəhayət, bu nəticəsiz əməliyyatdan əl çəkməli oldu.  Lakin bununla 

belə,  Təbrizin   sahibi,  Rəvvadi  hökmdarı  II  Məmlan  (1059-1071)  Səlcuqilərdən 

olan  vassal  asılılığ ı  təsdiq  etdi.  Boynuna  düĢən  xərac ın  əsas hissəsini  ödəyə bilən 

bu hökmdar, yerdə qalan hissənin əvəzinə ö z oğlunu girov verməli oldu.  

Ço x  keçmədən Toğrul bəy Azərbaycanın digər  mühüm  mər kəzi, o zaman 

NaxçıvanĢah  Əbu  Duləfin  idarə  etdiyi  Naxçıvana  yollandı  və  onun  sahibinin 

Səlcuqiləri süzeren kimi tanımasına nail o ldu. Urmiya hakimi də belə etdi. 

1063-cü  ilin  yayında  soltan  qoĢunları  A zərbaycanın  Xoy  Ģəhərinə 

yaxınlaĢdılar;  Ģəhər  əhalisindən  10  min  dinar  haqq  tələb  edən  Toğrul  bəyə  cavab 

olaraq Ģəhər rəisi ġeyx  Yusif Ģəhərlilərin "kafirlərə" qarĢı cihadda iĢtirak edən yerli 

qoĢununun  onlara  baha  baĢa  gəldiyini  bəhanə  gətirərək,  güclərinin  yalnız  4  min 

dinara  çatdığını  bild irdi.  Soltanın  cavab  olaraq  Xoya  göndərdiyi  dəstə 

məğ lubiyyətlə  qayıtdı.  Onda,  Səlcuqilərin  müttəfiqi  Xu zistan  əmiri  Xəzərəsb  ibn 

Tənkir ibn Ġyad əl-Kürdi və soltan sərkərdəsi Savtəkin iĢə cəlb edilirlər. ġəhər rəisi 

ilə  görüĢ  heç bir  nəticə  vermir;  Xoy  və  qonĢu  Səlmas  soltan qoĢunları  tərəfindən 

mühasirəyə  alın ır.  Qırx  günlük  mühasirədən  sonra,  1063 -cü  ilin  sentyabr  ayında 

Xoy sakinləri aman  istəyirlər. QoĢunun baĢında Ģəhərə daxil o lan Savtəkin  30  min  

dinar ala raq, xoy lula rın günahından keçir. Üç gündən sonra Xoya gələn vəzir A mid 

əl-Mülk  Ģəhərin  müdafiəçilərinin  bir  hissəsini  edam  etmək,  bəzilərin in  əllərini 

kəsmək əmrini verir. ġəhər rəisi ġey x  Yusif və onun qardaĢı Musa tutulub zindana 

salınırlar.  Vəzirə  20  min  dinar  təqdim  edən  ġeyx  Əbu  Səid  ibn  Həmə vi  qatı 

düĢməni  olan  ġey x  Yusifin  ona  verilməsin i  xahiĢ  edir.  Əvvəlcə  Ģəhər  rəisliyin in 

ona həvalə edilməsi nəzərdə tutulsa da, vəzir A mid əl-Mülk baĢqa cür hərəkət edir: 

Ģəhərin  idarəsini  baĢqasına  tapĢırır.  Ço x  keçmədən  Toğrul  bəyin  əmri  ilə  Musa 

azad edilir, böyük soltana tabe olmaq  istəməyən ġey x  Yusif  isə ömrünü zindanda 

baĢa  vurur.  Beləliklə,  göründüyü  kimi,  bir  sıra  Ģəhərlərin  yerli  hakimləri  o ğuzlara 

qarĢı  müqavimət  göstərir,  onlara  tabe  olmaq  istəmird ilər.  Bununla  yanaĢı,  bəzi 

səlcuq  məliklərinin  də  separatist  meyilləri  qeyd  edilməlid ir:  belə  ki,  Fatimi 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə