286
ərazisində xaçpərəstlərə qarĢı aparılan döyüĢdə iĢtirak etmiĢdir. 1116/17-ci ildə
Əhmədili Bağdadda xəlifə sarayında batinilərdən biri tərəfindən öldürülür. Beləliklə,
Rəvvadilər sülaləsi siyasi tarix səhnəsindən çıxır.
Yalnız Marağada Əhmədilinin qulamı Ağsunqur hakimiyyəti əlində saxlaya
bilir. Rəvvadilərin davamı olan Ağsunquri hakimləri atabəy titulunu daĢımıĢ, öz
mülklərini monqol iĢğalınadək əllərində saxlaya bilmiĢlə r.
§ 8. ġƏDDADĠLƏR DÖVLƏTĠ
Azərbaycanın və bir sıra qonĢu ölkələrin hərbi-siyasi tarixində fəal rol
oynamıĢ ġəddadilər sülaləsi X əsrin ortalarından XII əsrin sonunadək Cənubi Qafqazın
Gəncə, Naxçıvan, Dvin və Ani əmirliklərində hakimiyyət baĢında olmuĢlar. Sülalənin
banisi Məhəmməd ibn ġəddad ibn Qurtaq, salari hökmdarı Mərzban ibn Məhəmmədin
həbs olunmasından sonra yaranmıĢ vəziyyətdən istifadə edərək 951-ci ildə,
Mərzbanın tabeçiliyində olan Dvin (Dəbil) Ģəhərini ələ keçirir. Bu zaman Azərbaycanı
idarə edən Ġbrahim Salari atasının vassalı Vayzur (Vayotsdzor) hakiminin qoĢununu
Məhəmməd ibn ġəddada qarĢı göndərir. Lakin Məhəmməd Ģəhər əhalisinin köməyilə
salari qoĢunlarını darmadağın edə bilir. Çox keçmədən, Ġbrahimin ö zünün baĢçılıq etdiyi
qoĢun Dvini ələ keçirə bilir. Məhəmməd Vaspurakana doğru geri çəkilir, yalnız ara bir
qədər sakitləĢəndən sonra dvinlilərin xahiĢilə yenidən geri qayıdaraq, Ģəhərdə hakimiy-
yətini bərpa edir.
Lakin dinclik uzun sürmür, Ermənistan və Gürcüstanın bir çox vilayətlərini bu
dövrdə öz hakimiyyəti altında birləĢdirmiĢ, Dvini, Süniki və baĢqa yerləri də həmin
əraziyə qatmağa çalıĢan erməni hökmdarı AĢot ibn Abbas (III AĢot, 953-977) Dvinə
hücum edir. Lakin erməni qoĢunlarının məğlubiyyəti ilə baĢa çatan bu hücum
uğursuzluqla nəticələnir.
III AĢot üzərində qazanılan qələbə Məhəmmədin vəziyyətini xeyli
yaxĢılaĢdırır, mövqeyini möhkəmləndirir. Lakin 954/55-ci ildə həbsxanadan qaçan
Mərzban deyləmli süvariləri Dvin üzərinə yollayır. Məhəmmədin qoĢununda xidmət
edən deyləmli əsgərlər xəyanət yolunu tutaraq Mərzbanın tərəfinə keçirlər. Dvin
yenidən Salarilərin əlinə keçir. Məhəmməd öz adamları ilə birgə Vaspurakana qaçır;
kömək üçün hətta Bizans imperatoruna da ağız açan və əli hər yerdən üzülən
Məhəmməd, nəhayət, 955/56-cı ildə Vaspurakanda vəfat edir.
Dvin əldən çıxdıqdan sonra Məhəmmədin Vayzur hakiminin himayəsinə
sığınan iki oğlundan böyüyü - Əbülhəsən Əli LəĢkəri 965-ci ilədək Vayzurda qalır.
Kiçik oğlu Fəzl isə, nəhayət, Salarilərə xid mət etməyə baĢlayır və salari hakimi Əli ət-
Tazi tərəfindən idarə olunan Gəncəyə gəlir. Bu zaman Gəncə tez-tez müxtəlif tayfa və
287
xalqların basqınlarına məruz qalırdı. Əli ət-Tazinin xahiĢilə Fəzl dəstəsilə basqınçıları
Gəncədən qovub çıxara bilir. Bu hadisədən sonra Ģəhər əhalisinin Fəzlə olan inamı artır
və o, 969/70-ci ilədək burada yaĢayır. Gəncədə olarkən Fəzl Ģəhər rəisinin məs ləhəti
ilə böyük qardaĢı LəĢkəriyə xəbər göndərərək, onu Gəncəyə dəvət edir. Lakin LəĢkəri
qardaĢının təklifindən boyun qaçırır. Nəhayət, Fəzl qardaĢının Ģəhərə gəlməsinə və Gəncə
hakimi olmağa razılıq verməsinə nail ola bilir. Fəzllə razılığa gəlmiĢ Gəncə Ģəhərinin
rəisi Yusif əl-Quzzaz, Ģəhərin salari hakimini həbs etdirərək, Ģəhər qapılarını
LəĢkərinin ü zünə açdırır.
Beləliklə, LəĢkəri ibn Məhəmməd 971 -ci ildə Gəncənin idarəsini ələ alaraq,
sülaləsinin hakimiyyətinin əsasını qoyur. Nəslin böyüyü kimi o, Gəncənin ilk ġəddadi
hakimi olsa da, baĢ vermiĢ hadisələrdə həlledici rolu Fəzl oynamıĢ, hakimiyyətin
ġəddadi sülaləsinin əlinə keçməsi üçün zəmini məhz o hazırlamıĢdı.
ġəddadilərin mərkəzi hakimiyyətdən ayrılaraq, müstəqilləĢməsi haqqında
xəbər salari hakimi Ġbrahimə çatdıqda o, təcili surətdə Gəncəyə gəlib Ģəhəri mühasirəyə
ahr, lakin qələbə qazana bilməyən Ġbrahim, LəĢkəri ilə müqavilə bağlamalı olur.
Bundan sonra Arranın Bərdə, ġəmkir, Na xçıvan və baĢqa Ģəhərləri, bəzi erməni
torpaqları, o cümlədən Dvin və onun civarları bir-birinin ardınca ələ keçirildi və
ġəddadilərin hakimiyyəti altına keçdi. ġəddadilər sülaləsinin banisinin yaratdığı və
həmin sülalənin nümayəndələri tərəfindən idarə edilən Dvin Ģəhəri və onun civarlarında
Dvin ġəddadi əmirliy i təĢkil o lundu.
978/79-cu ildə LəĢkəri vəfat edir. Özündən sonra Gəncə taxtında kiçik
qardaĢı Fəzli görmək istəyən LəĢkərinin istəyinə rəğmən hakimiyyət Məhəmməd ibn
ġəddadın ortancıl oğlu Mərzbanın əlinə keçdi.
Onun bacarıqsız siyasəti əvvəllər ġəddadilərin itaətində olan bir çox
vilayətlərin itirilməsinə səbəb oldu. 982/83-cü ildə ġirvanĢah Məhəmməd ibn Əhməd
Bərdəni ələ keçirərək, Musa ibn Əlini Ģəhər hakimi təyin edir. Elə həmin dövrdə
Naxçıvan əmiri Əbu Düləf də Naxçıvan Dvində hakimiyyətini möhkəmlədə bilmiĢdi.
985/86-cı ildə Fəzl ov zamanı fürsətdən istifadə edərək qardaĢı Mərzbanı
öldürür, Mərzbanın oğlu ġirvini isə həbs etdirərək hakimiyyəti ələ keçirir. Böyük
qardaĢı LəĢkərinin müstəqil siyasətini davam etdirən Fəzl ġirvana, Gürcüstana və
Ermənistana dəfələrlə uğurlu yürüĢlər edir, Arranda müstəqil hakimlik etməyə çalıĢan
feodal mülkləri, o cümlədən Bərdəni, Beyləqanı, Xaçını, Süniki, Gorosu, Naxçıvanı,
Dvini və b. yerləri yenidən öz mülklərinə birləĢdirir, Ermənistanın bir neçə vilayətini
tabe edərək, ildə 3 min dinar məb ləğində vergi təyin ed ir.
Gü rcü və ərəb mənbələrində Fəzllə ab xaz-gürcü hökmdarı III Baqrat, sonra
isə IV Baqrat arasındakı müharibələr haqqında ziddiyyətli və qərəzli məlumatlar vardır.
Bunlardan 1026/27-ci ildə baĢ vermiĢ ġəmkir döyüĢü haqqında verilən xəbər xüsusilə
ziddiyyətlidir. Əgər qərəzli gürcü mənbəyi ġəmkirin mühasirəsinin sülhlə baĢa
çatdığını bildirirsə, obyektiv məlumatı ilə seçilən MünəccimbaĢı bu döyüĢün Fəzlin
parlaq qələbəsi ilə baĢa çatdığını, 10 min nəfərdən artıq gürcü döyüĢçüsünün qılıncdan
keçirildiyini xəbər verir.