280
Custanın üstünə göndərə bilir. Əmisinin sözlər inə aldanan Nəsir qardaĢı
Custanı tərk edib Muğana gəlir. Burada möhkəmləndikdən az sonra Ərdəbilə
hücum edib, Custanı Ģəhərdən çıxmağa məcbur edir. Custan Ərdəbilin 6
fərsəxliyində yerləĢən Nir qalasında sığınacaq tapır.
QardaĢının məğlubiyyətindən sonra Nəsir hakimiyyəti öz əlinə alır. Lakin
bu hökmranlıq uzun sürmür. Custan ordusunun özəyini təĢkil edən kürdlər və
deyləmlilər Nəsirə tabe o lmaq istəmirlər. Əmisi Vəhsudan da ona yardım
göstərməkdən imtina edir. Əli hər yerdən üzü lən Nəsir qardaĢı Custanı Ərdəbilə
dəvət edir. Lakin artıq Custan da Salari dövlətini bürü müĢ böhranlı vəziyyəti
aradan qaldırmaq iqtidarında deyildi. Siyasi pərakəndəlik, tez-tez baĢ verən feodal
çəkiĢ mələrin nəticəsində dilənçi halına düĢmüĢ yerli əhalinin çıxıĢları bir qədər
əvvəl qüdrətli olan bu dövlətin zəifləməsinə gətirib çıxarır.
Yaran mıĢ çıxılmaz vəziyyət Custan və Nəsiri əmiləri Vəhsudana müraciət
etməyə məcbur edir. Vəhsudanın yalançı vədlərinə aldanan qardaĢlar anaları ilə
birlikdə Taro ma gəlir və burada həbs olunurlar.
Xəbər bu zaman Ermənistanda olan Ġbrahimə çatdıqda o, anasını və
qardaĢlarını xilas etmək üçün qoĢun toplamağa baĢlayır. Lakin artıq iĢ iĢdən
keçmiĢdi: Custan, Nəsir və onların anası həbsxanada qətlə yetirilmiĢdilər.
Ġbrahimin hadisələrin inkiĢafına göstərəcəyi təsirdən narahat olan
Vəhsudan Urmiya hakimi Custan ibn ġərməzandan baĢqa Əhər hakimi Custan ibn
Rəvvadı da öz tərəfinə çəkə bilir. Hər iki hakimin və Vəhsudanın oğlu Ġsmayılın
birləĢmiĢ qüvvələri Ġbrah imə qarĢı çıxıĢ edirlər. Bu qüvvə qarĢısında duruĢ gətirə
bilməyən Ġbrahim yenidən Ermənistana qaçır. Custan ibn ġərməzan isə Marağaya
sahib olub, onun ərazisini də mü lklərinə qatır.
Lakin hakimiyyət uğrunda mübarizə bununla baĢa çatmır. Güclü qoĢun
toplaya bilən Ġbrahim Custan ibn ġərmə zanla mün asibətləri niza ma salır; sonra
Azərbaycana daxil olub, Ərdəbil Ģəhərini tutur. Ərdəbil hakimi Ġbn MiĢaki
Vəhsudanın yanına qaçmalı olu r. Hücumu davam etdirən Ġbrahim bu dəfə
Vəhsudanın möhkəmləndirilmiĢ Taro m qalasını ələ keçirə bilir. Müvəffəqiy-
yətsizliyə uğramıĢ Vəhsudan Taromu tərk edir. Mühüm qələbə əldə edə bilmiĢ
Ġbrahim 961/62-ci ildə Salarilərə məxsus bütün torpaqları öz hakimiyyəti altında
birləĢdirir. Ġbrahimə fəxri paltar göndərən xəlifə onu Salarilər dövlətinin hökmdarı kimi
tanıdığını elan edir.
Mənbələrdən görünür ki, sonrakı beĢ il ərzində Salarilər dövləti dinc həyat
Ģəraitində yaĢamıĢdır. 965/66-cı ildə hələ də sakitləĢə bilməyən Vəhsudan, Ġbn MiĢaki
ilə birlikdə Deyləmdə yaxĢı təchiz olunmuĢ qoĢun toplayaraq Taroma qayıdır və qalanı ələ
keçirir. Bu hadisə Vəhsudanın hakimiyyəti ələ keçirmək yolunda Salari hökmdarı,
qardaĢı oğlu Ġbrahimlə apardığı müharibənin baĢlanğıcı olur. Vəhsudan tərəfdən qoĢuna
Ġbn MiĢaki baĢçılıq edirdi. Müharibənin əvvəlində Ġbrahimin qoĢunları bir sıra uğurlar
qazana bilirlər, lakin döyüĢlərdən birində ağır yaralanmıĢ Ġbrahim döyüĢ meydanını tərk
edərək, böyük çətinliklərdən sonra kiçik dəstəsi ilə Rey hakimi, qohumu
281
Rüknəddövlənin sahib olduğu əraziyə çatır.
Ġbrahimi hörmətlə qarĢılayan Rüknəddövlə ona qiymətli hədiyyələr verərək, öz
vəziri və katibi Ġbn Amidin baĢçılığı altında yaxĢı hazırlıq görmüĢ qoĢun dəstəsini onun
ixtiyarına verir. 965-ci ildə Ġbrahim Ġbn Amidlə birlikdə yenidən Azərbaycan sərhədini
keçir. Ġbn Amidin köməyilə o, Custan ibn ġərməzanla dostluq münasibətləri yarada bilir.
Beləliklə, Rey hakimi Rüknəddövlənin fəal yardımı sayəsində Ġbrahim yenidən
Salarilər dövlətinin taxtına sahib olur. Lakin bütün cəhdlərinə baxmayaraq, o, Salari
dövlətinin əvvəlki əzəmətini bərpa edə bilmir: mərkəzdənqaçan qüvvələr güclənirdi,
Mərzbanın hakimiyyəti illərində Salarilərə tabe olan, ona vergilər ödəyən bir çox vilayət
hakimləri özlərini müstəqil elan edərək, vergi verməkdən boyun qaçırırdılar. Feodal
pərakəndəliyini aradan götürüb, Salarilərə tabe olan bütün torpaqları birləĢdirmək
məqsədilə Ġbrahim Cənubi Qafqaz hüdudlarında bir neçə yürüĢ etdi. 967/68-ci ildə o,
dəniz vasitəsilə ġirvana hücum edib, ġirvanĢah Əhməd ibn Məhəmmədlə müqavilə
bağladı və ondan pul aldı. Lakin Dərbənd əmiri Əh məd ibn Əbdülməlik Ġbrahimlə gö-
rüĢməkdən imtina edərək, Məsqət sahillərində onun gəmilərinə hücum etdi və onu geri
qaytardı. Beləliklə, Ġbrahim vaxtilə Salarilərin əlində olan bəzi torpaqların tabeçilikdən
çıxmağa baĢlaması faktı ilə barıĢmalı oldu. 971-ci ildə Salarilər yenicə yaranmıĢ
ġəddadilər dövləti hüdudlarına daxil edilmiĢ Gəncəni də itirdilər. Gəncə ilə birlikdə
Arran torpaqlarının bir hissəsi də ġəddadilərin ixtiyarına keçdi.
ġəddadilərin yürütdüyü müstəqil siyasət, qalan torpaqlarını da itirmək
qorxusu Ġbrahimi yeni rəqiblərə qarĢı çıxmağa məcbur etdi. Çox keçmədən onun
qoĢunları Gəncəyə yaxınlaĢıb, Ģəhəri mühasirəyə aldılar; lakin ġəddadilər Ģəhərlərinin
müdafiəsində duraraq, Ġbrahimin qoĢunlarını geri çəkilməyə məcbur etdilər. Ġbrahim
sülh müqaviləsi bağlayaraq Ərdəbilə qayıtdı. Tezliklə Salarilərin tabeçiliyində olan
Ermənistan torpaqlarının da bir hissəsi ġəddadilərin hakimiyyəti altına keçdi.
Məhz bu dövrdə hələ VIII əsrdən Azərbaycanda məskən salmıĢ Rəvvadilər
Salarilərin tabeliyində olan Əhər və Qaradağda müs təqil hakimiyyət uğrunda
mübarizə aparırdılar.
Yerli feodalları öz hakimiyyəti altında saxlamaq üçün Ġbrahim bir sıra
tədbirlərə əl atdı; hətta bəzi feodallara Salarilərin hakimiyyətinə xidmət müqabilində
torpaq vermək (inzibati iqa) qərarına gəldi. Lakin belə tədbirlər də iri feodalların
çoxunu ram edə bilmədi, əksinə, dövlət öz torpaqlarının bir hissəsini itirdi. Davam
etməkdə olan feodal çəkiĢ mələri təsərrüfatın vəziyyətinə mənfi təsir edir, ticarətin
tənəzzülü prosesini sürətləndirirdi. Bəzi vilayət hakimlərinin Salarilərə ödədikləri
vergiləri kəsməsi, dövlət xəzinəsi gəlirlərinin xeyli azalmasına gətirib çıxardı. Ġbn
Misqəveyhin məlumatına görə, Ġbrahimin bu dövrdə Azərbaycanda topladığı vergilərin
məbləği cəmi 2 milyon dirhəmə bərabər idi.
Salarilər hakimiyyətinin son illəri mənbələrdə lazımi səviyyədə əksini tapa
bilməyib. Bu mənbələrdə olan cüzi məlu mat əsasında yalnız bunları qeyd etmək olar:
X əsrin 70-ci illərinin sonlarında güclənmiĢ feodal çəkiĢmələri və müstəqillik uğrunda
mübarizə ona gətirib çıxartdı ki, əsrin 50-ci illərində Salarilərə 50 min dinar vergi