Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə147/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   143   144   145   146   147   148   149   150   ...   217

304 

 

baĢlanmasına  səbəb,  xəlifənin  Bağdadda  və  bütün  Ġraq  ərazisində  soltanın  adına 



xütbə o xun ması tələbindən imtina etməsi olmuĢdu. 

Elə bu vaxt  xəlifənin təhriki  ilə ġəmsəddin  Eldəniz Ģahzadə MəlikĢah ibn 

Mahmud  və  oğulluğu  ArslanĢah  ibn  Toğrulla  birlikdə  soltanlığın  paytaxtı 

Həmədana hücum edib, soltan xəzinəsini ələ  keçirdi. Had isədən xəbər tutan soltan 

Bağdadın  mühasirəsindən  əl  çəkib,  Həmədana  doğru  hərəkət  etdi.  Rey  Ģəhərin in 

qala  divarları  yaxınlığında  rəqib lər  arasında  baĢ  verən  döyüĢ  Eldənizin  məğlub 

olub,  geri  çəkilməsi  ilə  nəticələndi.  Araz  vadisində,  Naxçıvan  yaxın lığında  baĢ 

verən  ikinci  döyüĢdə  soltan  yenə  də  qalib  gəldi,  Naxçıvanı  və  təqribən  bütün 

Arranı ələ  keçirdi. Məğlubiyyətə uğramıĢ Eldəniz əfv olun ması  xah iĢilə soltana bir 

daha  müraciət  etdi  və  bu  dəfə  də  müsbət  cavab  aldı.  ġəmsəddin  -  Arran  hakimi, 

Marağa hakimi Arslan Apa ibn Ağsunqur əl-Əh mədili isə A zərbaycan hakimi təyin 

olundular. 

1159-cu ilin dekabrında soltan Məhəmməd vəfat etdi. Onun  ölümündən sonra 

yeni soltan haqqında əmirlər arasında fikir ixtilafı yarandı. Əyanların bir qismi ta xt-taca 

Məhəmmədin qardaĢı MəlikĢahı, digər hissəsi isə II Toğrulun oğlu, atabəy Eldənizin isə 

oğulluğu  Ģahzadə  ArslanĢahı  əyləĢdirməyi  təklif  etdi.  Lakin  əmirlərin  Rey  hakimi 

Ġnanca  arxalanan  üçüncü  qrupu  bu  çəkiĢmədə  qalib  gəldi.  Bu  qrup  hələ  də  Mosul 

həbsxanasında  olan  SüleymanĢahı  taxt-taca  əyləĢdirməyi  təklif  edirdi.  SüleymanĢah 

böyük  hörmətlə  Həmədana  gətirildi  və  1160-cı  ilin  martında  soltan  elan  olundu. 

Eldənizin himayəsində olan Ģahzadə ArslanĢah isə vəliəhd elan edildi. Lakin SüleymanĢah 

dövlət  iĢlərilə  məĢğul  olmur,  eyĢ-iĢrətli həyat  tərzinə  üstünlük verirdi.  Çox  keçmədən 

əmirlər və ruhanilər ona qarĢı qəsd təĢkil etdilər. SüleymanĢah həbs edildi və sonra  isə 

qətlə yetirildi. 

1160-cı  ilin  noyabrında  əyan  və  əmirlər  tərəfindən  yüksək  səviyyədə 

qarĢılanan  atabəy  Eldəniz Ģahzadə  ArslanĢahla birlikdə  Həmədana  gəldi.  QarĢılayanlar 

arasında yalnız rəqibi - Rey hakimi Ġnanc yox idi. ArslanĢah taxta əyləĢdirildi, baĢına tac 

qoyuldu.  Bu  zamandan etibarən  Eldəniz  "böyük  atabəy"  (atabəy  əl-əzəm)  adlanmağa 

baĢlandı.  Onun  böyük  oğlu, ArslanĢahın  isə  anabir qardaĢı  Cahan  Pəhləvan soltanın 

əmir-hacibi,  ikinci  oğlu  Qızıl  Arslan  isə  soltan  qoĢunlarının  baĢ  komandanı  (əmir 

sipəhsalar əl-kəbir) təyin edildilər. 

Bu  zamandan  baĢlayaraq  atabəy  Eldənizin  bütün  fəaliyyəti  yeni  dövlət 

hakimiyyətinin  möhkəmləndirilməsinə  yönəldi.  Ġraq  soltanlığı tərkibinə daxil edilən 

ölkə  və  vilayətlərin  bütün  hakimləri,  eləcə  də,  bütün  vassallar  ArslanĢaha  və  böyük 

atabəy  Eldənizə  sədaqət  andı  içdilər.  Böyük  atabəy  ġəmsəddin  Eldəniz  bütün 

soltanlığın gerçək hökmdarına çevrildi. 

 

 

 



 

 


305 

 

§ 3. AZƏRBAYCAN ATABƏYLƏRI DÖVLƏTĠNĠN 



YARANMASI 

 

Səlcuqilər  dövlətinin  tənəzzü lü  dövründə  yaranmıĢ  müstəqil  soltanlıqlar 



öz  növbəsində  yeni  tipli  dövlət  birliklərini  doğurdu.  Bu  dövlətlərin  yaradıcıları 

Səlcuq  soltanlarının  sabiq  kölələri  (məmlüklər)  idilər.  Həmin  adamlar  adətən 

Səlcuqilərin  vəliəhd  Ģahzadələrinin  "atabəy"  (yəni  "hökmdar-ata")  titullu 

tərbiyəçiləri  olurdular.  Zaman  keçdikcə  atabəylər  gücləndilər  və  qəyyumluq 

etdikləri  Ģəxslərin  yalnız  adda  baĢçılıq  etdikləri  dövlətlərin  taleyini  müəy -

yənləĢdirən  faktiki  hökmdarlara  çevrild ilər.  Soltanlar  hakimiyyətin  y alnız  zahiri 

əlamətlərin i  mühafizə etmiĢdilər: onların adları sikkələr üzərində zərb edilir, cü mə 

xütbələrində  çəkilirdi.  XII  yü zildə  bir  neçə  belə  dövlət  vardı:  Mosul  atabəyləri 

(Zəngilər,  1122-1262),  Fars  atabəyləri  (Salqurilər,  1137-1286),  Ġrb il  atabəyləri 

(Beytekinlə r, 

1144-1233),  Luristan  atabəyləri  (Xəzərəsplər,  1155-1424), 

Azərbaycan  atabəyləri  (Eldənizlər,  1136-1225)  və  s.  Bu  yüzildə  atabəy 

dövlətlərindən baĢqa Rum Səlcuqiləri,  XarəzmĢahlar, Ərtuqilər və baĢqa dövlətlər 

qüvvətlənib müstəqil oldular. 

1136-c ı  ildə  soltan  Məsud  Arranı  iqta  kimi  atabəy  ġəmsəddin  Eldənizə  

bağıĢladı.  Ġqamətgahı  Bərdədə  yerləĢən  Eldəniz  tezliklə  yerli  əmirləri  tərəfinə 

çəkdi,  ö zü  də  soltana  xid mət  asılılığ ından  çıxdı.  YavaĢ -yavaĢ  o,  demək  olar  ki, 

bütün Azərbaycana yiyələndi və xırda hakimləri özünə tabe etdirdi.  

Mənbələrin  məlu matlarından  aydın  olur  ki,  hələ  So ltan  II  Toğrulun 

hakimiyyəti dövründə (1132-1135) vaxtilə vəzir əs-Su mayramin inin qul kimi satın 

aldığı,  bacarığına  görə  soltan  mətbəxin in  baĢçısı  vəzifəsinə  qədər  yüksəlmiĢ 

Eldəniz  soltanın Ģəxsi  məmlükləri  sırasına  keçirilmiĢdi.  Vəzifə  pillələri  ilə  sürətlə 

irəliləyən  ġəmsəddin  Eldəniz  soltanın  həyat  yo ldaĢı  Mömünə  xatunun  xüsusi 

hörmətin i  qazan mıĢdı.  Ömürlük  onun  məsləhətçisinə  çevrilən  bu  qadının  dəyərli 

tövsiyələrin i  nəzərə  alan  Eldəniz  heç  vaxt  saray  fitnə-fəsadlarına  uy mamıĢ, 

hökmdarına  daim  sədaqətli  olmuĢ,  buna  görə  də  əmir  rütbəsinədək  yüksələ 

bilmiĢdi.  Məh z  bu  zaman  o,  soltan  II  Toğrulun  azyaĢlı  oğlu  ArslanĢahın  atabəyi 

təyin edilmiĢdi. 

II  Toğrulun  ölü mündən  sonra  hakimiyyətə  keçmiĢ  yeni  soltan  Məsud 

(1135-1152)  Eldənizi  mərhu m  soltanın  dul  qalmıĢ  arvadı  Möminə  xatunla 

evləndirdi.  Bu  izdivac  nəticəsində dünyaya  iki  oğlan  və  bir qız  gəldi.  Mxitar  QoĢun 

qeydinə  görə,  ġəmsəddin  Eldəniz  Azərbaycanda  qərarlaĢdıqdan  sonra  "qüdrətli 

hökmdara  çevrildi,  bütün  əzəmətli  hakimləri  ə zərək,  ço xlarını  ö zünə  tabe  etdi, 

türkmanların  üsyan  etmiĢ  baĢçılarının  tamamilə  darmadağın  etdi,  Arran  ölkəsində 

baĢlanmıĢ həyəcanların qarĢısını aldı". 

Həmin  dövrün  mənbələri  Eldənizi  cəsur  döyüĢçü  və  ağıllı  siyasi  xadim 

kimi təqdim edirlər. Fəaliyyətinin baĢlanğıcında o, soltana və onun ailəsinə sədaqəti ilə 

seçilir,  bununla  yanaĢı,  fürsəti  əldən  verməməyə  çalıĢırdı.  Nəhayət,  1160-cı  ildə 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə