Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə149/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   145   146   147   148   149   150   151   152   ...   217

308 

 

müsəlmanların birləĢmiĢ qoĢunları Gürcüstana daxil oldular. Eldənizin və III Georginin 



qoĢunları  arasında  hərbi  əməliyyat  1  ay  davam  etdi.  Həmin  ilin  iyulunda  əmirlərin 

birləĢmiĢ  qüvvələri  gürcülərə  qarĢı  ikinci  yürüĢə  baĢladılar,  Eldəniz  Dvin  Ģəhərini 

onların əlindən aldı və III Georgini ağır məğlubiyyətə uğratdı. Lakin bu məğlubiyyətə 

baxmayaraq,  1164-cü  ilin  aprelində  gürcü  qoĢunları  yenidən  Ani  Ģəhərinə  həmlə 

edərək  onu  taladılar.  Özünü  yetirən  Eldəniz  onları  Ģəhərdən  qovdu  və  həmin  ilin 

sonunda Anini ġəddadi əmiri Fəzlunun qardaĢı əmir ġahənĢahın (1164-1174) ixtiyarına 

verdi. 

1166-cı  ildə  çoxsaylı  gürcü  qoĢunu  Azərbaycana  soxularaq  Gəncəyədək 



irəlilədi. ġəhər qarət və talanlara məruz qaldı. Bu  müdaxilədən sonra, 1174-cü ilədək 

tərəflərdən heç biri  fəal  hərbi  əməliyyatlar  aparmadı.  Lakin  1174-cü  ilin  əvvəlində 

atabəyin Naxçıvandan Həmədana gələn arvadı Möminə xatun gürcü qoĢunlarının yeni 

hücumundan  xəbər  gətirdi.  Gürcülərin  müdaxiləsinə  qarĢı  yalnız  baharın  gəliĢi 

ərəfəsində yürüĢ təĢkil edildi. Lakin bu zaman baĢlanmıĢ taun xəstəliyi atabəy qoĢunları 

arasında  tələfata  səbəb  oldu.  Müəllifi  naməlu m  "Səlcuqnamə"də,  eləcə  də  Ravən -

dinin  Ġraq  Səlcuqlarının  tarixinə  dair  əsərində  göstərilir  ki,  "gürcülər  əlçatmaz 

dağlarda  və qalın  meĢələrdə  gizləndilər",  atabəyin  qoĢunları  isə  AğĢəhər  qalasını  ələ 

keçirib, ətraf yerləri talan etdikdən sonra Naxçıvana qayıtdılar. 1174-cü ilin oktyabrında 

gürcü  qoĢunları  bir  neçə  gün  ərzində  Ani  Ģəhərini  mühasirədə  saxlayan dan  sonra, 

nəhayət ələ keçirib taladılar və oraya öz caniĢinlərini qoydular. Eldəniz Aninin ġəddadi 

hakiminin  köməyinə  qoĢun  göndərdisə  də,  bu  qoĢun  da  gürcülər  tərəfindən 

məğlubiyyətə uğradıldı. 

1175-ci  ilin  avqustunda  atabəy  Eldənizin,  soltan  ArslanĢah ın,  Xilat  hakimi 

ġah Ərmənin və Diyarbəkr hakiminin birləĢmiĢ qüvvələri Cahan Pəhləvanın baĢçılığı 

altında  gürcülərə  qarĢı  daha  bir  yürüĢ etdilər.  Ravəndinin  məlumatına  görə, gürcülər 

"məğlub  edildilər,  müsəlmanlar  isə  elə  bir  qələbə  qazandılar  ki,  beləsini  kimsə 

xatırlaya bilmirdi".  Bu  məğlubiyyətdən sonra gürcülər Aniyə,  eləcə də Eldənizlərin 

tabeliyində  olan  baĢqa  torpaqlara  olan  iddialarından  müvəqqəti  olaraq  əl  çəkdilər. 

ġəddadi hakimi Ani Ģəhərinə qaytarıldı. 

Atabəy  Eldəniz  və  onun  xələfləri  Gü rcüstana  qarĢı  aparılan  daimi 

mübarizədə  Azərbaycan  və  onu  qonĢu  yerlərin  xristian  əhalisini  ö z  tərəflərinə 

çəkmək taktikasından məharətlə  istifadə edirdilər.  Bu  məqsədlə onlar yerli  xristian 

ruhanilərinə  himayəçilik  ed ir,  kilsələrə  kəndlər  bağıĢlayır,  monastırları  bütün 

vergilərdən  azad  edirdilər.  Erməni  salnaməçinin  yazd ığına  görə,  "'atabəy  Eldəniz 

xeyirxah sülhsevərliyi ilə seçilirdi və onun hakimiyyəti  illərində bir ço x ölkələrdə 

əmin-aman lıq hökm sürürdü". 

Əgər  Eldənizlər  dövlətin in  qərb  sərhədlərində  baĢlıca  rəqib  Gü rcüstan 

idisə,  Ģərq  sərhədlərindəki  vəziyyət  Eldənizlərin  tabeliyində  olan  NiĢapuru  ələ 

keçirməyə  çalıĢan  1176-cı  ildə  XarəzmĢah  II  Arslanın  (1156-1172)  fəaliyyəti 

sayəsində mürəkkəbləĢ miĢdi.  XarəzmĢahın qoĢunları  NiĢapuru mühasirəyə ald ılar. 

Mühasirə 2 ay uzansa da, Ģəhər təslim o lmadı. Atabəyin və XarəzmĢahın qoĢunları 




309 

 

arasında  baĢ  verən  döyüĢ  bir  nəticə  verməd i.  Bununla  belə,  Ġraq  Səlcuqiləri  ço x 



keçmədən  NiĢapuru  itirdilər.  Belə  ki,  əvvəllər  Eldənizlərin  vassalı  olan  NiĢapur 

hakimi Ay Aba özü Xarə zmĢahın tərəfinə keç miĢdi. 

1168-c i  ildə  Marağa  hakimi  Arslan  Aba  yenidən  ali  hakimiyyətə  qarĢı 

üsyan  etdi,  lakin  bu  üsyan  Marağanı  mühasirəyə  alan  Cahan  Pəhləvan  tərəfindən 

yatırıldı.  Ço x  keçmədən  marağalıların  əvvəlki  vassallığın ı  bərpa  edən  barıĢıq 

imzalandı. 

1169-cu  ildə  Rey  hakimi  Ġnanc  Xarə zmĢah  II  Arslanla   dilbir  o lub, 

atabəyin  hakimiyyətindən  qurtulmaq,  Reyi  və  onun  ətraf  ərazisin i  XarəzmĢahın 

ixtiyarına  vermək  qərarına  gəldi.  Bu  xəyanətdən  sonra  XarəzmĢah  və  Eldəniz 

qoĢunları  arasında  baĢ  verən  döyüĢdə  atabəy  ordusu  qələbə  qazandı.  Ġnancın 

Eldənizlə  barıĢıq  bağlamaq  cəhdləri  A zərbaycan  atabəyi  tərəfindən  rədd  edildi. 

Ço x keçmədən Ġnanc Eldənizin tapĢırığı ilə öldürü ldü. 

1175-c i  il  noyabrın  əvvəlində  soltanla  atabəy  arasındakı  münasibətlərin 

normal  məcrada  in kiĢafına  kö mək  edən,  bununla  da  ara  müharibələrin in  qabağını 

alan Möminə  xatun Naxçıvanda vəfat etdi. Onun məzarı üzərində o dövrün məĢhur 

memarı Əcəmi  ibn Əbubəkrin tikməyə baĢladığı, bu gün də öz gözəllik və əzəməti 

ilə göz o xĢayan məqbərəsi yaln ız atabəy Cahan Pəh ləvanın hakimiyyəti dövründə 

baĢa çatdı. 

Həyat yoldaĢının ölümündən bir ay sonra böyük atabəy ġəmsəddin Eldəniz 

də vəfat etdi. Atabəyin ardıcıllığı, enerjisi, soltan hakimiyyətinin nüfuzundan bacarıqla 

istifadə etməsi, feodal təĢkilatının baĢçısı və müdafiəçisi kimi yüksəlməsi, ehtiyatlı xarici 

siyasəti  onun  fəaliyyətinin  baĢlıca  cəhətləri  idi.  ġə msəddin  Eldənizin  bu  cəhətləri 

sübut edir ki, Azərbaycan Atabəyləri dövlətinin banisi zəmanəsinin böyük siyasi xadimi 

olmuĢdur.  O,  soltanın  himayəçisi  mövqeyindən  müvəqqəti  uğurlar  üçün  deyil,  bir 

tərəfdən  əsasını  qoyduğu  sülalənin  mü lklərin in  artırılması,  digər  tərəfdən  isə 

mərkəzi hakimiyyətin gücləndirilməsi üçün istifadə etmiĢdir. 



 

 

 

 

§ 4. AZƏRBAYCAN ATABƏYLƏRĠ DÖVLƏTĠNĠN SĠYASĠ 

QURULUġU VƏ ĠDARƏ SĠSTEMĠ 

 

Səltənət  taxt-tacı  uğrunda  gedən  mübarizədə  öz 



mövqelərini 

möhkəmləndirmək  üçün  Səlcuq  hökmdarları  hərbi  iqta  sistemini  yaradaraq,  bu  iqta 

paylarını  sədaqətli  hərbi  rəislər  arasında  bölüĢ dürdülər.  Nəticədə,  soltanlığın  bütün 

əyalət  və  vilayətləri  on  minlərlə  qoĢuna  nəzarət  edən  hərbi  baĢçılar  və  əmirlər 

arasında  paylanıldı.  Ġraq  soltanlığında  Abbasi  xəlifələrinin  qızıĢdırdığı  səlcuq 

əmirlərinin  bir-biri  ilə  düĢmənçilik  edən qrupları  arasında hakimiyyət uğrunda gedən 

vuruĢmalar  zamanı,  yenicə  Arran  valisi  təyin  olunmuĢ  ġəmsəddin  Eldəniz  əsasən 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə