Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə151/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   147   148   149   150   151   152   153   154   ...   217

312 

 

(lakin  onları  paylamaq  hüququna  malik  deyildi),  bütün  rütbələrdən  olan  hərbi 



qulluqçuların  maaĢ  və  xərclərinin  ödənilməsi  iĢlərinə  baxırdı.  Hərbi  vəzifələr,  eləcə 

də ordu ilə bağlı hər Ģey xid mətdə olan türk əyanlarının əlində idi. Dövlətdə mövcud 

olan  poçt  idarəsi,  Xilafət  poçtu  kimi,  özünün  birbaĢa  vəzifəsindən  əlavə  yuxarı 

təĢkilatlar üçün hər cür məlumatı toplamaqla və hətta casusluqla məĢğul idi.  

Azərbaycan  Atabəyləri  dövləti  mü xtəlif  vaxtlarda  bir  sıra  iri  əyalət  və 

vilayətlərdən  ibarət  idi.  Həmin  ərazilərin  adətən dəqiq  müəyyənləĢdirilmiĢ sərhədləri 

yox idi. Azərbaycan, Arran (Naxçıvan), Fars Ġraqı, Rey və Həmədan vilayətləri həmiĢə 

bu dövlətin tərkibində olmuĢlar. 

Hər  bir  vilayətin  baĢında  duran  vali  ölkə  hökmdarının  müavini  və  öz 

vilayətindəki  bütün  idarə  iĢləri  üçün  məsul  idi.  Səlcuqilərin  və  atabəylərin 

hakimiyyətləri dövründə valilər, demək olar, həmiĢə türk olmuĢ, bu vəzifəni tutmazdan 

əvvəl  çox  vaxt  qoĢun əmirləri  kimi  fəaliyyət  göstərmiĢlər.  Ġslamın  qoyduğu  qayda-

qanunlara riayət etmək, təbəələrinə qarĢı qayğıkeĢ və ədalətli olmaq, asayiĢ və əmin-

amanlığı  qorumaq və s.  valinin  xid məti  vəzifələrindəndi.  Vali  öz  vilayətinin dünyəvi 

hakimi idi. Dini hakimlər - qazılar valinin tabeliyində idilər. Qazı vəzifəsi də, atabəylər 

dövründə  olan  bir  çox  baĢqa  vəzifələr  kimi  əsasən  irsi  idi,  yəni  bu  vəzifəni  b ir 

ailən in  üzvləri  daĢıyırdılar.  Vilayətin  bütün  məmurlarının  rəisi,  onun  ali  baĢ 

ko mandanı olan valiyə maliyyə idarəsi də tabe edilmiĢdi.  

Validən  sonra  vilayətdə  vəzifə  cəhətdən  ikinci  Ģəxs  onun  vəziri  id i. 

Valinin  ad ından  Ģəhərləri  rəislər  idarə  edirdilər.  Bir  qayda  olaraq,  tanın mıĢ  yerli 

nəsildən olan Ģəhər rəislərin in vəzifəsi  irsi id i.  ġəhərin ətraf nahiyə və kəndlərin in  

rəisləri  bu  rəislərə  tabe  olurdular.  Rəis  məmurlarla  əhali  arasmda  vasitəçi  kimi 

çıxıĢ  edir,  Ģəhər  və  kənd  camaatın ın  qayda-qanuna  riayət  etmələri  üçün  hökmdar 

qarĢısında  cavabdehlik  göstərird i.  Rəisin  özünün  vəzifəyə  qoyduğu  və  vəzifədən 

götürdüyü xəfıyyə rəisləri də ona tabe id ilər.  Rəislər tabeliklərində olan ərazilərin 

dünyəvi  hakimləri  olsalar  da,  Ģəriətə  görə,  dini  hakim  və  imamlarla  razılaĢırd ılar. 

BaĢ Ģiə qazısından baĢqa dövlətin hər bir Ģəhər və kəndində yerli qazılar da vard ı.  

Onu  da  qeyd  etməliyik  ki,  Azərbaycan  Atabəyləri  dövlətində  inzibati 

idarəçilik sistemi Ġraq səlcuq soltanlığında olduğu kimi qalmıĢdı. 

 

 



 

 

 



 

 

 



 

 

 




313 

 

§ 5. AZƏRBAYCAN ATABƏYLƏRĠ DÖVLƏTĠNĠN 



MÖHKƏMLƏNMƏSĠ 

 

Böyük  atabəy  ġəmsəddin  Eldənizin  Ölü m  xəbəri  o  zaman  Həmədanda 



olan  Cahan  Pəhləvana  yetiĢəndə  o,  dərhal  Naxçıvana  gəldi,  dövlət  xəzinəsini  və 

taxt-tac ın ə mlakını, e ləcə də bütün qoĢunları ö z nə zarət i alt ına ald ı. 

Eldənizin  siyasətindən  narazı  olan  Ġraq  əmirləri  Cahan  Pəhləvanın 

Həmədanı  tərk  etməsindən  istifadə  edərək,  soltan  ArslanĢahı  böyük  ordu  ilə 

Azərbaycana  hücum  etməyə  təhrik  edirlər.  Lakin  Zəncanda  xəstələnərək,  yenidən 

Həmədana qayıdan soltan, Cahan Pəhləvanı da paytaxta dəvət edir, onunla barıĢır, 

dövlətin  idarəsini  ona  tapĢırdıqdan  az  sonra  vəfat  edir.  Mənbələrin  məlu matı 

ArslanĢahın  Cahan  Pəhləvanın  sərəncamı  ilə  zəhərlən məsi  fa ktın ı  təsdiq  edir.  Bu 

yolla rəq ibini aradan götürən atabəy, ArslanĢahın 7 yaĢlı oğlu III Toğrulu soltanlıq 

taxtmda əyləĢdirir, özü də onun atabəyi olur. 

Bundan  az  sonra  Cahan  Pəhləvan  onun  tabeliyindən  çıxmıĢ  vassalı, 

Xuzistan  hakimi  Aydoğdu  ġimlənin  çıxıĢın ı  yatırma lı  oldu.  Atabəy  Eldəniz  öz 

sağlığında  xəlifənin  həmlələrinin  qarĢısını  almağa  qadir  qüvvəyə  malik  olan  bu 

vassalına  həmiĢə  qoĢunla  yardım  etmiĢdi.  Bu  dəfə  ġimlə,  çoxdan  gözü  tutduğu 

Nihavəndə hiylə yolu ilə daxil olaraq, Ģəhəri talan edir, Ģəhər qazısını və rəisini isə edam 

etdirir.  Bundan  sonra  o,  Azərbaycan  atabəylərinin  vassalları  olan  türkman-əfĢarların 

məskənlərinə  hücum  edir.  Cahan  Pəhləvanın  göndərdiyi  qoĢun  ġimlənin  ordusunu 

darmadağın edir, ağır yaralanmıĢ ġimlə isə əsir alınır. Ġki gün sonra ġimlə ölür; onun 

Xuzistanın  yeni  hakimi  təyin  edilmiĢ  oğlu  ġərəfəddin  Əmiran,  ürəyindəki  ədavətə 

baxmayaraq, Azərbaycan atabəyinə tabe olmaq məcburiyyətində qalır. 

Soltan  III  Toğrulun  o  zaman  Xuzistanda  yaĢayan  əmisi  Ģahzadə  Məhəmməd 

soltanlığın  taxt-tacına  yeganə  ciddi  iddiaçı  idi.  Lakin  onun  hakimiyyəti  ələ  keçirmək 

üçün göstərdiyi bütün silahlı cəhdlər uğursuzluqla nəticələnir. Cahan Pəhləvandan asılı 

olan  əmirlərdən  heç  biri,  o  cümlədən  təqib  olunan  Məhəmmədin  sığınacaq  istədiyi 

Xuzistan,  Vasit,  Fars hakimləri  Ģahzadəyə  yiyə  durmur  və  nəhayət  onu  Azərbaycan 

atabəyinə təslim edirlər. 

Son  rəqibini  də  aradan  götürən  Cahan  Pəhləvan  bundan  belə  Ġraq  Səlcuq 

sülaləsinin son nümayəndəsi olan azyaĢlı soltan III Toğrul ibn ArslanĢahın adından inamla 

fəaliyyət göstərə bilərdi. 

1177-ci  ilin iyulunda soltanlığın tabeliyində və vassal asılılığında olan bütün 

torpaqlarında 7 yaĢlı III Toğrulun adına xütbə oxundu. Dövlət hakimiyyəti əməli olaraq 

soltanlığın  bütün  iĢlərini  idarə  edən  Cahan  Pəhləvanın  əlinə  keçdi.  Tabe  olan 

hakimlərdən və vassallardan heç biri buna etiraz etmədi, çünki o dövr müəlliflərinin dili 

ilə  desək, "bütün  hakimlər  Pəhləvandan qorxurdular".  Soltanın adına pul  kəsildi, onun 

sərəncamları dərhal yerinə yetirilird i. 

Cahan  Pəhləvanın  özü  qardaĢı  Qızıl  Arslanı  Azərbaycan və  Arranda caniĢin 

vəzifəsinə  təyin  edərək,  Həmədana  gedir,  mərkəzi  hakimiyyətin  möhkəmləndirilməsi 



Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə