Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə148/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   144   145   146   147   148   149   150   151   ...   217

306 

 

əmirlərin qəsdi nəticəsində soltan SüleymanĢah devrilərək öldürüldükdən, soltan  taxt-



tacına Eldənizin qəyyumluq etdiyi oğulluğu ArslanĢah çıxarıldıqdan sonra bu fürsət saatı 

yetiĢdi.  Atabəy  ġəmsəddin  Eldəniz  Ġraq  soltanlığı  taxtının  gerçək  sahibi  oldu,  soltan 

ArslanĢah isə olsa-olsa onun iradəsinin müti icraçısına çevrildi. Bu zamandan etibarən 

"böyük  atabəy"  adlandırılan  ġəmsəddin  yeni  dövlət  hakimiyyətinin  nüfuzunu 

möhkəmləndirməyə  baĢladı.  O,  özünəməxsus  diarxiyanın  (ikihakimiyyətliliyin) 

yaradıcısına  çevrildi.  Soltan dövlət baĢçısı  rolunun  formal  icrası  ilə  məhdudlaĢdırılmıĢ 

Ģəxs oldu; qoĢunlara özü baĢçılıq edən atabəy isə dövlət vəsaitləri üzərində nəzarəti öz 

əlində  cəmləĢdirmiĢ,  vassalların  gerçək  süzereni  olmuĢdu.  Lakin  tabeliyində  olan 

ölkələrdə güclü dövlət  hakimiyyətinin olmasını  istəməyən  xəlifə  əl-Müstəncid  (1160-

1170) ArslanĢahı soltan kimi tanımaqdan imtina edib, taxt-tac uğrunda yeni mübarizənin 

qızıĢdırılması üçün əlveriĢli məqamı gözləməyə baĢladı. Xəlifənin vəziri  Ġbn Xubeyrə bu 

iĢdə  mühüm  rol  oynayaraq,  soltanlığın  nüfuzlu  feodal  əyanlarını  Eldənizə  və 

ArslanĢaha  qarĢı  çıxıĢa  təhrik  etdi.  Əmirlərin  hazırladığı  qəsddən  xəbər  tutan  Eldəniz 

öz  rəqiblərini  ayrı-ayrılıqda  aradan  götürmək  üçün  əməli  tədbirlər  görmək,  onları 

birləĢmək imkanından məhrum etmək qərarına gəldi. 1161-ci  ilin avqustunda, Marağa 

hakimi Arslan Aba ibn Ağsunqur əl-Əhmədilinin sarayında sığınacaq tapmıĢ Məhəmməd 

ibn Mahmudun oğlu Ģahzadə MahmudĢahın tərəfdarları Həmədan yaxınlığında darma-

dağın edildilər. Rey Eldəniz tərəfindən ələ keçirildi və iqta kimi onun oğlu, Rey hakimi 

Ġnancın qızına evlənən Cahan Pəhləvana verildi. Rey hakimi Ġnanc soltan ArslanĢahdan 

vassal  asılılığını  etiraf  etməli  odu.  Qum  hakimi  Səkmən  ibn  Qaymaz  və  Ərdəbil 

hakimi  Ağ  QuĢ  da  soltanın  tərəfinə  keçdilər.  Tezliklə  Qəzvin  hakimi  Alp  Arqun 

məğlub edildi, Qəzvin ərazisi soltan mülklərinə birləĢdirildi. 

Lakin  Ģahzadə  MahmudĢaha sığınacaq  vermiĢ  Marağa hakimi  Arslan  Abanı 

tabe etmək  cəhdləri  Eldəniz  üçün uğursuzluqla nəticələndi:  onun  Cahan  Pəhləvanın 

baĢçılığı altında təchiz etdiyi qoĢun Marağa hakiminin və onun köməyinə gələn Xilat 

hakiminin  birləĢmiĢ  qüvvələri  tərəfindən  məğlubiyyətə  uğradıldı.  Bunun  nəticəsi 

olaraq Azərbaycan Atabəyləri ilə Marağa hakimləri arasındakı münasibətlər u zun illər 

boyu  gərgin  vəziyyətdə  qaldı.  Yalnız  Qızıl  Arslanın  hakimiyyəti  dövründə  Marağa 

hakimi vassal asılılığ ını et ira f et mə klə kifayətləndi. 

Eldənizin sonuncu düĢməni, ArslanĢahın ali hakimiyyətini tanımaq istəməyən 

Fars hakimi  Sunqur  ibn  Mədud  1161  -ci  ildə  vəfat  etdi.  Yalnız  onun  yerinə  gələn 

Zəngi  ibn  Mədud  (1162-1175)  1162-ci  ildə  soltandan  və  atabəy  Eldənizdən  vassal 

asılılığını  qəbul  edərək,  onların  adına  pul  kəsdirdi.  Elə  o  il  atabəy  Eldəniz  Ərdəbil 

vilayətini  Məhəmməd  ibn  Ağ  QuĢdan aldı  və  həmin  ərazini  oğlu  Cahan  Pəhləvanın 

mü lklərinə qatdı. 

1163-cü ildə NiĢapur, Qumis və Mazandaran vilayətlərinin  hakimi Müəyyid 

Ay Apa atabəy Eldənizin vassalı oldu və öz mülklərində Azərbaycan atabəyinin adına 

xütbə oxutdurmağa baĢladı. 

1167-c i  ildə  Eldəniz  öz  elç isini  Mosula  göndərərək,  adına  xütbə 

oxunmasını və pul kəsilməsini, müəyyən olunmuĢ məbləğdə verginin atabəy xəzinəsinə 




307 

 

göndərilməsini  tələb  etdi.  Mosul  atabəyi  Qütbəddin  Mədud  Eldənizin  bu  tələblərinə 



"tabeçilik  və  itaətkarlıqla"  cavab  verdi.  Mosulda,  ona  qonĢu  olan  Diyarbəkr  və  əl-

Cəzirə vilayətlərində soltan ArslanĢahın adına xütbələr oxundu. 

1168-ci  ildə  Kirman  hakimi  atabəy  II  ArslanĢ ah  Azərbaycan  atabəyinin 

vassalına  çevrildi.  II  ArslanĢah  özünü ölkədə  Azərbaycan  atabəyinin  caniĢini  hesab 

edirdi.  Həmin  il  Xuzistan  hakimi  ġimlə,  1170-ci  ildə  isə  ĢirvanĢah  III  Mənuçehr 

Eldənizlərdən  asılı  vəziyyətə  düĢdülər.  XII  əsr  müəllifi  Sədrəddin  əl-Hüseyninin 

dediyinə  görə,  "əsl  hökmdar  atabəy  Eldəniz  idi.  Soltan  ArslanĢahın  isə  yalmz  adı 

hökmdard ı". 

Ali hakimiyyətin - soltanın adından fəaliyyət göstərmək imkanını əldə etmiĢ 

Eldəniz  öz  mövqeyindən sülalə  mülklərin i  geniĢ ləndirmək  üçün  istifadə  edirdi,  O, 

Qafqaz dağlarından Fars körfə zinədək u zanan böyük ərazini öz hakimiyyətinə tabe 

etdi: "Bağdad və ətrafı  istisna olmaqla bütün ölkələr"  Eldənizin hakimiyyəti altına 

düĢdü.  Əl-Hüseyninin  məlu matına  görə,  onun  mülkləri  "Tiflis  qapılarından 

Məkranadək"  uzanırd ı.  O,  Azərbaycan,  Arran,  ġirvan,  Cibəl,  Həmədan,  Gilan, 

Mazandaran,  Ġsfahan  və  Rey  vilayətlərinin  sahibi  idi.  Eldənizin  vassalları  olan 

Mosul,  Kirman  və  Fars  atabəyləri,  ġirvan,  Xu zistan,  Xilat,  Ərzən  ər -Ru m  və 

Marağa hakimləri onun adını [xəlifədən və soltandan sonra] xütbələrdə çəkir, ad ına 

pul  kəsdirirdilər.  Beləliklə,  Eldəniz  güclü  rəqib ləri  olan  Mosul  və  Fars 

atabəylərinin,  eləcə  də  ucqar  vilayətlərin  hakimlərinin  yaln ız  vassal  asılılığ ı  ilə 

kifayətlən miĢdi.  Hakimiyyəti  dövründə  apardığı  siyasət  yalnız  xeyli  silaha  sahib 

olan.  zənginləĢ mək  və  mü lklərini  geniĢləndirmək  istəyən  əmirlərə  əl  verən,  eləcə 

də iri hərb i qüvvələrin cəlb edildiy i ara çəkiĢmələrini də zəiflətdi. 

Eldənizin  yaratdığ ı  dövlətin  ən  güclü  rəqibləri  monqol  hücumlarınadək 

Azərbaycan hökmdarı  ilə daim  münaqiĢədə olan gürcü hökmdarları  idilər.  1161 -ci 

ilin avqustunda gürcü qoĢunları çar III  Georgi  (1156-1184) baĢda olmaqla  ilk dəfə 

Eldənizlərin  hakimiyyəti  altında  olan  əraziyə  soxuldular.  Həmin  dövrdə  Arranın 

tərkib ində  olan  Ani  Ģəhərini  ələ  keçirən  gürcü  qoĢunları,  salnaməçi  Vardanın 

yazdığına görə, "o qədər düĢmən döyüĢçüsünü qılıncdan keçird ilər ki, sayını kimsə 

müəyyən  edə bilmədi.  Təkcə  əsir  alınanlar  41  min  idi".  Yenə  həmin  ay  30  minlik 

gürcü  ordusu,  o  zaman  Azərbaycanın  tərkibində  olan  Dvin  Ģəhərinə  daxil  o ldu, 

"onun  10  mindən  artıq sakinini  qarət edib, qırdı;  çoxlu  qadın  və  uĢağı soyundurub, 

çılpaq  və  ayaqyalın  halda  qovub  əsir  apardı".  Salnaməçilərin  məlu matına  görə, 

"gürcülər  öz  ölkələrinə  qayıtdıqda,  gürcü  qadınları  onların  müsəlman  qadınlarına 

qarĢı  etdikləri  əməllərə  etiraz  edərək  döyüĢçülərə  dedilər:  "Siz  müsəlmanları 

məcbur edəcəksin iz ki, onların qadınların ın baĢlarına gətird iyin izi onlar da bizlərə 

etsinlər. Yaln ız bundan sonra əsir qadınların paltarları qaytarıldı". 

Bir  müddətdən  sonra  Gəncə  də  bu  cür  müda xilə  və  ta lana  məru z  qald ı. 

Gü rcülər  Gəncədən  də  xeyli  qənimət  apardılar.  BaĢ  vermiĢ  hadisədən  xəbər  tutan 

atabəy  Eldəniz  Xilat,  Marağa,  Ərzən  ər-Ru m  hakimlərin i  və  baĢqa  əmirləri 

gürcülərə qarĢı birləĢdirdi. 1163-cü ilin yanvarında atabəy Eldənizin baĢçılığı altında 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə