236
gözəl qamətli rotonda məbədin çadırlı damında yerləĢmiĢdir. Rotonda sitayiĢ
təyinatlı bu binanın ciddi, lakin ifadəli həcmini daha da canlandırır. Məbədin daxili
divarları yonulmuĢ iri, qara daĢlarla ü zlən miĢdir. Həmin daĢlar hörgü yerinə geniĢ
məh lul tikiĢləri ilə hörülmüĢdür. Bu onunla izah olunur ki, keçmiĢdə məbədin
divarları malalan mıĢ, həmin mala ü zərində isə süjet baxımından tematik, polixro m
(ço xrəngli) rəsmlər çəkilmiĢdi. ġimal d ivarında indiyədək qismən qalmıĢ freska
rəsmli malanın fraqmentləri bunu təsdiqləyir. Dayaq sütunları - pilonlar və onların
üzərindəki tağların arxivoltları yaxĢı yonulmuĢ iri daĢ bloklarla üzlənmiĢdir. Zalın
interyerinin yuxarı hissələrində daĢ üzərində dekorativ oyma tətbiq edilmiĢdir. Bu,
bazilikal tikilinin iĢıqlandırılma xüsusiyyətləri ilə əlaqədar olaraq onun qavranılması ilə
ĢərtlənmiĢdir.
Bir daha qeyd olunmalıdır ki, monastırın fasadları tikintinin mütləq
məntiqiliyi ilə seçilir. Fasadlar bazilikal ko mpozisiyanın daxili quruluĢunu üzə çıxarır.
Qazax bölgəsinin Əskipara kəndi yaxınlığındakı monastır kompleksi
Azərbaycanın erkən orta çağlar memarlığının maraqlı örnəklərindən biridir. Bu
monastır meĢədə, əlçatmaz dağlıq yerdə yerləĢmiĢdir. Kompleks təqribən 2,5 hektar
ərazini tutur və divarlarla əhatələnmiĢdir. Yüksək mövqedə yerləĢmiĢ əsas tikililər komp-
leksin qalan hissəsindən divarla ayrılmıĢdır. Bu, özünəməxsus içqala, iqamətgahdır.
Kompleksin divarları və qüllələri iri çay daĢlarından ucaldılmıĢdır, bəzi hissələri kifayət
dərəcədə yaxĢı mühafizə edilmiĢdir.
Əsas bina - monastır diqqəti daha çox cəlb edir. Monastır plan baxımından
düzbucaqlıdır. Abidənin mühafizə olunmuĢ fraqmentləri təsdiq edir ki, o mühüm
memarlıq əsəri idi. Bina yaxĢı biĢirilmiĢ 24x22x4 santimetr ölçülü kvadrat kərpiclərdən
ucaldılmıĢdır. Abidənin memarlıq detalları da qismən kərpiclərdən (mərkəzi tağın
əhatələnməsi), karnizlər isə yarımnəbati oyma naxıĢlı yonulmuĢ daĢlardan
hazırlan mıĢdır.
Binanın memarlıq həllində divarların tağlama ilə iĢlənməsi aparıcı
əhəmiyyətə malikdir. Bu üsul baĢ fasadda alaqapıya keçir. Alaqapı daha geniĢ və daha
uca tağla bəzənmiĢdir. Gü man etmək olar ki, tağlar yarımdairəvi olmuĢlar. Binanın
daxilində yan otağın tağının çatmalı cizgiləri aydın surətdə izlən məkdədir. Gü man
etmək olar ki, içqalalı kompleks Alban dövlətinin baĢçıları olmuĢ böyük Mihrani
hökmdarlarının iqamətgahı idi. Albaniya hökmdarlarının qıĢ iqamətgahı olmuĢ Xalxal
Ģəhərinin məhz bu yerdə lokallaĢdırılması bunu təsdiq edə bilər. Buna görə də
kompleksin hələ V əsrdə yarandığını ehtimal etmək olar. Kərpic texnikas ının xarakteri
və memarlıq formalarının bəzi xüsusiyyətlərinə görə isə əsas binanı XI əsrə aid etmək
mü mkündür.
237
XI FƏSĠL
XĠLAFƏTĠN ZƏĠFLƏMƏSĠ NƏTĠCƏSĠNDƏ
AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ IX-X ƏSRLƏRDƏ
TƏġƏKKÜL TAPAN FEODAL DÖVLƏT
QURUMLARININ SĠYASĠ TARĠXĠ
§ 1. SACĠLƏRĠN XĠLAFƏTDƏKĠ FƏALĠYYƏTLƏRĠ
VƏ AZƏRBAYCAN ƏRAZĠSĠNDƏ
DÖVLƏT YARATMALARI
1
Abbasilər Xilafət i tarixində IX əsrin sonu, X əsrin əvvəli geniĢ ərazili
müsəlman imperiyasının ucqarlarındakı yerli hakim və caniĢin lərin separatizmin in
güclənməsi ilə əlamətdardır. Onlardan hər biri mərkəzi hakimiyyətin üzləĢdiyi
çətinliklərdən, eləcə də idarə iĢini boĢ buraxmasından istifadə edərək ayrılmağa,
yarımmüstəqil və yaxud müstəqil dövlət qurumu yaratmağa can atırdı. Belə hakim
və caniĢinlər ilk növbədə xəlifə xəzinəsinə göndərdikləri vergilərin məb ləğini
azaltmağa baĢlayır, sonra isə bu iĢi tamam dayandırırdılar. Əgər onlar daha zəif
qonĢuların mülklərini ö z ərazilərinə birləĢdirə, güclü qo Ģun yaradıb, onlara qarĢı
göndərilən nizami xəlifə orduların ı məğ lub edə bilirdilərsə, xəlifələr onların öz
vilayətlərində tamhüquqlu sahib kimi fəaliyyətini etiraf edir, ö z adlarının isə yalnız
xütbələrdə xatırlan ması ilə kifayətlən irdilər.
Mərkəzi hakimiyyətdən birinci olaraq MərakeĢ, Əlcəzair, Tunis və Liv iya
ayrıld ı. 788 və 800-cü illərdə həmin ərazilərdə Ġdrisilər, sonra isə Əqləbilər sülaləsi
möhkəmləndi. 20 il sonra Yəməndə Zeydilər, Xorasanda Tahirilər və baĢqa bu kimi
dövlətlər meydana gəldi. 861 -ci ildə xəlifə əl-Mütəvəkkil öldürüldükdən sonra babə-
kilər hərəkatının təsirilə artıq tamam zəifləmiĢ Xilafətin parçalanması prosesi yenidən
baĢlanır: Təbəristanda Ələvilər, Ġranda Səffarilər, Misirdə Tulunilər, Xorasan və Orta
Asiyada Samanilər dövlətləri yaran ır.
Xilafətin zəifləməyə və parçalanmağa baĢladığı bu dövrdə Azərbaycan
ərazisində Sacilər sülaləsinin yaratdığı yeni dövlət meydana gəldi. Sülalənin
UsruĢanadakı (Orta Asiya) Cankəkət adlı dağ kəndindən çıxan banisi Əbu-s-Sac Divdad
ibn Yusif ibn Divdast, mənbələrin məlumatına görə, "AfĢin" titullu türk əmirləri
nəslindən olan adlı-sanlı sərkərdə idi.
1
Biz bu fəsildə yerli və gəlmə sülalələrin və onlar ın tarixi Azərbaycan ərazisində
yaratdıqları ayrı-ayrı qurumların monqol iĢğalı dövrünədək olan tarixlərini bütöv Ģəkildə,
xronoloji ardıcıllığa riayətlə təqdim etməyi daha məqsədəuyğun hesab etdik. -Red.