Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə115/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   111   112   113   114   115   116   117   118   ...   217

240 

 

Bu  uğursuzluq,  habelə  bunun  nəticəsində  nahararlar  arasında  baĢlanmıĢ 



çəkiĢmələr  Məhəmmədə  yenidən  Ermə

nistana müdaxilə etmək imkanı verdi. O, 

bir  çox  vilayətləri  ələ  keçirərək  talan  edir,  Qarsda I  Smbatın arvadını,  baĢqa 

qohumlarını, eləcə də hökmdarla qaçmıĢ bir çox erməni nahararların ailələrini 

əsir alır. 

898-ci  ildə  xəlifə,  Məhəmməd  AfĢin  ibn  Əbu-s-Sacı  nəinki 

Azərbaycanın,  eləcə  də  Ərminiyənin  caniĢini  təyin  edir.  Onu  fəxri  xələtlə 

mükafatlandırır.  Bu  hadisə  I  Smbatla  Məhəmməd  arasındakı  ziddiyyətləri 

daha da dərinləĢdirdi. Bununla belə, O, ölkəni tərk edərkən oğlu Divdadı Dvin 

Ģəhərində qoyub gedən Məhəmməd Sacinin hakimiyyətini tanımalı oldu. 

Bundan  sonra  Məhəmməd  öz  qoĢunlannı  Gürcüstana  qarĢı  yeritdi.  Bu 

ölkənin  kuropalatı  (hakimi)  II  Atrnerseh  (881-926)  I  Smbatın  vassalı  hesab 

olunurdu. Məhəmmədin qoĢunları Tiflisi və baĢqa Ģəhərləri talan etdilər. 

Məhəmmədin ölkədə olmamasından istifadə edən I Smbatın Ani və 

Dvini  yenidən  ələ  keçirib,  Divdadı  ona  bac  verməyə  məcbur  etməsi,  Sacilər 

ordusunu  geri  qayıtmağa  vadar  etdi.  Lakin  bu  zaman  Azərbaycanda  taun 

xəstəliyi baĢ qaldırdı. O qədər adam qırıldı ki, ölənlərə kəfən tapmaq mümkün 

olmadı,  onları  paltarlara  və  keçələrə  bükürdülər. Ölüləri  basdırmırdılar,  onlar 

yollarda  atılıb  qalmıĢdılar.  Taun,  Məhəmməd  ibn  Əbu-s-Sacın  yaxın 

adamlarını  da  tutdu.  Onun  xeyli  xidmətçisi  qırıldı;  mart  ayında,  Azərbaycanın 

Bərdə Ģəhərində AfĢin adlandırılan Məhəmməd ibn Əbu-s-Sacın özü də vəfat 

etdi. 


Məhəmmədin  ölümü  Sacilərin  iĢğalçılıq  siyasətinin  qarĢısını 

müvəqqəti  olaraq  aldı.  I  Smbat  isə  Ermənistandan  olan  vergilərin  əvvəllər 

olduğu kimi Sacilərə deyil, bilavasitə Xilafət xəzinəsinə  ödənilməsi haqqında 

xəlifənin razılığını ala bildi. Belə ki, I Smbatla  ittifaq Xilafət üçün sərfəli  idi - 

Sacilərin güclənməsi ilə Abbasi xəlifələri Ģimal vilayətlərini itirə bilərdilər. 

Ġbn  Əbu-s-Sacın  digər  oğlu  Əbülqasim  Yusif  271  (884-885)-ci  ildə 

Məkkə  hakimi  idi.  Həcc  ziyarəti  zamanı  o,  Mədinə  hakimi  və  Məkkə  yolu 

rəisinin mühafizə etdikləri zəvvarlara hücum etmiĢ,  lakin Məkkə yanında baĢ 

vermiĢ döyüĢ zamanı əsir alınıb, əl-ayağı qandallı Bağdada göndərilmiĢdi. 

Dövrün  mənbələri  Yusifin  adını  bir  daha  Mosul  yolunda  xaricilər 

təriqətinə mənsub olanlarla xəlifə qoĢunları arasında 893/94-cü 

ildə baĢ vermiĢ 

döyüĢlə əlaqədar çəkirlər. Ġki  il sonra xəlifə əl-Mütədid Yusifi yenidən xaricilərə qarĢı 

mübarizə  aparan  xəlifə  qoĢunlarına  yardıma  göndərdi.  Lakin  yolda  olarkən,  döyüĢdə 

iĢtirak  etmək  fikrindən  daĢınan  Yusif,  qoĢunun  baĢını  Marağaya,  qardaĢının  yanına 

döndərir və qardaĢı ölənədək bu Ģəhərdə qalır. 

Məhəmməd öldükdən sonra onun, Sacilərin əsil  iqamətgahı  olan Marağaya 



241 

 

qayıtmıĢ  oğlu  Divdad,  cəmi  bir  neçə  ay  hakimiyyətdə  qala  bilir.  Belə  ki,  qardaĢı 



öldükdən  sonra  Marağanı  tərk  etmiĢ  Yusif,  901-ci  ilin  avqustunda  Divdadın 

qoĢununa  hücum  edib,  onu  darmadağın  edir.  Yusifın  qalmaq  təklifinə  baxmayaraq 

Divdad  Bağdada,  xəlifənin  xid mətinə  gedir.  Bu  hadisədən  sonra  qoĢun  Yusifə  iman 

gətirir;  Yusif  xəlifənin  Azərbaycandakı  caniĢini  vəzifəsini  tutur.  Məhz  bu  dövrdə 

Xilafətin  Qafqaz  bölgəsində  davam  edən  mərkəzi  hakimiyyətdən ayrılma  prosesi  öz 

mövqe  və qüvvəsinə görə heç də buradakı  yerli  və  ya  yerliləĢmiĢ  hakimlərdən geri 

qalmayan  Yusif  ibn  Əbu-s-Sacdan  yan  keçə  bilməzdi.  Lakin  onun  ilk  separatçılıq 

meyilləri  hakimiyyətə  yeni  gəlmiĢ  xəlifə  əl-Müqtafi  (902-908)  tərəfindən  ehtiyatla 

qarĢılandı. Xəlifə  Yusiflə ittifaqda olsa da, Sacilərin tabeçiliyini qəbul etmək istəməyən 

erməni hökmdarı I Smbatı  Yusifə qarĢı çıxıĢ etməyə təhrik  etdi. 908-ci  ildə  mərkəzi 

hakimiyyəti  ələ  almıĢ  yeni  xəlifə  əl-Müqtədir  (908-932)  Yusifə  qarĢı  yönəldilmiĢ 

siyasəti  dəyiĢərək,  onu  Xilafətin Azərbaycan və  Ərminiyədəki  caniĢini təsdiq edir.  Bu 

hakimiyyətə tabe  olmaq  istəməyən  I  Smbat  Ermənistanın  Yusif  Saciyə  itaətdən azad 

olunmasını xahiĢ edərək, əvəzində Xilafətə tam tabelik vəd edir. Bu xəbəri alan Yusif 

Dvinə hücum  etdisə də, çox  keçmədən  qısa  müddətli  barıĢıq  əldə  olundu.  Sonrakı  il, 

Yusif  Vaspurakan  knyazlan Arsrunilər  ilə  I  Smbat  arasındakı  ziddiyyətlərdən  istifadə 

edərək  Ermənistan  ərazisinə  daxil  oldu;  bir  qədər  sonra  isə  hökmdar  tacını  Qaqik 

Arsruniyə təqdim etdi.  Bu tədbir I Smbatın mövqelərini  xeyli  zəiflətdi. O, gərginliyi 

azalt maq, Yusifın hücumlarının qarĢısını almaq məqsədilə katolikos Ġohannı hədiyyələrlə 

Yusifin  yanına  göndərdi.  Lakin  katolikosu  tutub,  öz  düĢərgəsində  saxlatdıran  Yusif, 

hücumlarını davam etdirərək, ona müqavimət göstərən Sünik qoĢunlarını da əzdi. Sonra 

isə I Smbatın yanına qasid göndərərək, ondan 60 min dinar məbləğində bac  verməsini 

tələb  etdi.  Mənbələrdəki  məlu mata  görə,  tələb  olunan  bacı  ödəmək  üçün  I  Smbat 

vergilərin  məb ləğini  5  dəfə  artırmalı  oldu.  Bu  isə  ölkənin  nəin ki  iqtisadi,  habelə 

siyasi  tənəzzülünə  gətirib  çıxartdı.  Lakin  Yusif  bununla  kifayətlən mədi.  Hücu mu 

davam etdirərək, erməni qoĢunlarını  Dzeknavatcor adlanan yerdə darmadağın etdi. 

I Smbat ö zü ġiraka tərəf qaçdı. 

Bu  qaçıĢdan  xəbər  tutan  Yusif  ġirakı  talan  edərək,  Dvinə  doğru  irəlilədi 

və  Ģəhəri  ələ  keç ird i.  Sonra  Gü rcüstana  hücum  etdi,  müsəlman  əmiri  Cəfər  ibn 

Əlinin  idarə  etdiyi  Tiflisi  tutdu.  Yusif  Kartlin i  -  Gü rcüstanı  çalıb-çaparaq,  öz 

qoĢunlarını  Kaxetiyə  apardı.  ġəhərlər,  kəndlər  dağıd ıld ı,  qalalar  yerlə-yeksan 

edildi. 


Yusifin  baĢının  iĢğalçı  yürüĢlərə  qarıĢ masından  istifadə  edib,  ölkəsinə 

qayıdan  I  Smbatın  bundan  sonrakı  bütün  cəhdləri  müvəffəqiyyətsizliyə  uğrayır. 

Nəhayət, 913-cü ildə, I  Smbatın son istinadgahı olan Yerencək qalası  iĢğal olunur, 

onun  ailəsi,  qohumları  əsir  ed ilir,  sərvəti  daĢınıb  aparılır.  Ermənistan  qəti  olaraq 

Sacilərə  tabe  edilir,  914-cü  ildə  1  Smbat  Dvində  dar  ağacından  asılır.  Yusifin 

müttəfiqi,  Sacilərə  tabe  olub,  bilavasitə  onlara  bac  ödəməy i  boynuna  götürən  I 

Smbatın qardaĢı oğlu AĢot (914-928) Ermənistan hökmdarı təsdiq edilir. 

Xilafətin  Azərbaycan  və  Ərmin iyə  vilayətlərində  möhkəmlən miĢ  Sacilər 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə