238
Əbu-s-Sacın adı mənbələrdə ilk dəfə Babəkin əsir alınıb Bərzəndə, AfĢinin
iqamətgahına gətirilməsi münasibətilə çəkilmiĢdir. 839-cu ildə AfĢin Heydər ibn Kavus
xəlifə əl-Mütəsimin sərəncamı ilə Əbu-s-Sacı Azərbaycanın Xilafətə qarĢı çıxmıĢ
hakimi Min kicəvr əl-Fərqaniyə qarĢı yolladı.
1
Elə həmin il Əbu-s-Sac Xilafətə qarĢı
üsyan qaldırmıĢ baĢqa bir yerli hakimin, Təbəristan hakimi Məzyərin cəzalandırılması
üçün də göndərilmiĢdi.
Əsrin 50-ci illərinin sonlarında xəlifə əl-Mütəvəkkil onu Məkkə yolunun rəisi
kimi yüksək vəzifəyə təyin etdi. 865-ci ilədək Əbu-s-Sac bu vəzifədə qaldı. O, vicdanlı
xidməti müqabilində dəfələrlə xəlifə tərəfindən mükafatlandırılmıĢdı. 865-ci ildə Əbu-s-
Sac xəlifə taxt-tacına namizəd olan əl-Mütəzzin tərəfində Mesopotamiyadakı Cərcərayə
Ģəhəri yaxınlığında, hakimiyyətdə olan xəlifə əl-Müstəinin qüvvələrini üç dəfə
məğlubiyyətə uğratmıĢdı. 866-cı ildə Əbu-s-Sac Kufə Ģəhəri və onun ətrafının caniĢini
təyin edilir, yenidən Məkkə yolunun rəisi vəzifəsini tutur.
2
Əbu-s-Sac Hələb, Kinnəs -
rin, Diyar-Mudar və sərhədyanı vilayətlərin (əs-Suğur) valisi olmuĢ, 870 - 874-cü
illərdə isə üsyan etmiĢ mütəğəlliblərə qarĢı aparılan döyüĢlərdə iĢtirak etmiĢdir. 874-cü
ildə Əbu-s-Sac Əhvaz hakimi təyin olunur. Burada o, əd-Dulab adlı yerdə Əbu-s-Sac
qoĢunlarını darmadağın edən zincilərə qarĢı mübarizə aparmalı olur. Əhvaz vilayəti
zincilər tərəfindən ələ keçirildikdən sonra Əbu-s-Sac tutduğu vəzifədən azad olunur və
nəhayət, 879-cu ildə Cundi Saburda vəfat edir.
Əbu-s-Sacın böyük oğlu Məhəmməd ibn Əbu-s-Sac 879-cu ildə Məkkə və
Mədinə Ģəhərlərinin hakimi, Məkkə yolunun rəisi, 882-ci ildə Ənbərin caniĢini, Fərat
və Rahba yollarının rəisi təyin olunur. Sonradan o, Mosul hakimi, Kinnəsrin və baĢqa
Ģəhərlərdə caniĢin vəzifələrini icra edir. Onun ġam caniĢini olan keçmiĢ müttəfiqi Ġshaq
ibn Kundəclə toqquĢmaları məhz bu dövrə (886-cı ilə) təsadüf etmiĢdir. Məhəmməd,
hakimiyyətini tanıdığı Misir hakimi Xumaraveyh ibn Əhməd ibn Tu luna arxalanaraq,
Ġshaq ibn Kundəcin qoĢunlarını darmadağın etdi. Həmin il Məhəmməd Mosul
bölgəsində üsyan etmiĢ xaricilərin dəstələrini əzdi, sonra isə Misir qoĢunlarının yardımı
ilə əl-Cəzirə və Mosul vilayətlərini ələ keçirdi. Sonrakı il Məhəmməd Xumaraveyhin
hakimiyyətini tanımaqdan imtina etdi və himayəçisinə qarĢı çıxdı. DəməĢq yaxınlığında
onlar arasında baĢ verən ağır döyüĢdə Məhəmmədin qoĢunlan darmadağın edildi. O,
Hələbə, oradan Raqqaya, daha sonra Mosula və nəhayət əl-Hədisəyə gəlib çıxdı.
Məhəmmədi təqib edən Xumaraveyh Tulunililərlə birləĢmiĢ Ġshaq ibn Kundəci onun
ardınca göndərdi. Lakin Mosul yaxınlığında təqib edənlər darmadağın olunaraq,
Raqqaya doğru geri çəkildilər.
1
Ət-Təbərinin məlumatına görə, xəlifə, M inkicəvrə qarĢı onu həbs edib Samirəyə
apara bilmiĢ Böyük Buğanı göndərmiĢdi. Əl-Yəqubiyə görə, əl-AfĢin bu sərkərdəni
M inkicevrə qarĢı deyil, ona köməyə göndərmiĢdi; bundan xəbər tutan xəlifə əl-M ütəsim
Böyük Buğanı M inkicəvri ram etməyə yollamıĢdı.
2
BaĢqa qaynaqlara görə (ət-Təbəri, İbn əl-Əsir) Əbu-s-Sac Xorasan yolunun rəisi
vəzifəsinə təyin edilmiĢdi.
239
Məhəmmədin qoĢunları Ġshaqın qoĢunlarının ardınca Raqqaya irəlilədilər.
Ġshaqın qoĢunları Xu maraveyhlə birləĢərək yenidən Məhəmmədə qarĢı
çıxdılar, onu Mosula doğru geri çəkilməyə məcbur etdilər. Məhəmməd Bağdada
yollandı və orada xəlifə tərəfindən hörmətlə qarĢılandı.
889/90-cı ildə xə lifə Məhəmmədi Cibəlin, daha s onra isə ilk dəfə olaraq
Azərbaycanın hakimi təyin etdi. Lakin Marağa hakimi Abdullah ibn əl-Hüseyn əl-
Həmədani onu Ģəhərə buraxmaq istəmədi. Məhəmməd uzun sürən döyüĢlərdən və
mühasirədən sonra Marağanı tuta bildi. Ət-Təbərinin məlu matına görə, Marağanın
mühasirəsi 893-cü ilədək davam etmiĢdi.
1
Ələ keçən Ģəhər hakimi öldürülmüĢ,
Məhəmməd isə öz vəzifəsinin icrasına baĢlamıĢdı.
Azərbaycanda Sacilər hakimiyyətinin baĢlanğıc dövrü Abbasilər sülaləsinin
çətin zamanlarına təsadüf edir. Mərkəzdən ayrılmıĢ hakim və caniĢinlər az-çox
müstəqil ola biləcək dövlətlərini yaratmağa cəhd göstərirdilər. Müstəqilliyə can atan
yeni Azərbaycan caniĢini Məhəmməd də bu cür hərəkət etdi. Lakin bu dövrdə Xilafətdə
yaranmıĢ siyasi Ģərait Məhəmmədin qəti ayrılmasına imkan vermədi. O, Bağdada
çağırıldı və səltənət varisi əleyhinə üsyan qaldırmıĢ qoĢunların və bədəvilərin
cəzalandırılması iĢində iĢtirak etdi. Yalnız üsyan yatırıldıqdan sonra yeni xəlifə əl-
Mütədid (892-902) Məhəmmədin Azərbaycana qayıtmasına icazə verdi.
Məhəmməd Azərbaycan caniĢini təyin olunduğu dövrdə erməni hökmdarı
Baqrati I AĢot (884 və ya 886 - 890) vəfat etdi, hakimiyyətə onun oğlu, Ermənistanı
Xilafət tabeçiliyindən çıxarmağa çalıĢan I Smbat yiyələndi. Xəlifə I Smbatı Ermənistan
hökmdarı təsdiq edərək, Məhəmməd vasitəsilə ona tac və fəxri xələt göndərdi. Tac-
qoyma mərasimindən az sonra I Smbat, ermənilərə ərəblər əleyhinə mübarizə vasitəsi
kimi baxan Bizans imperatoru VI Levlə də dostluq münasibətləri yaratmaq qərarına gəldi.
Ermənistan - Bizans ittifaqından xəbər tutan xəlifə, Məhəmmədə I Smbat əleyhinə
hərbi əməliyyatlara baĢlamaq əmrini verdi. Birinci əməliyyat barıĢıqla qurtardı. Lakin I
Smbatın öz mülklərini Ermənistandan Ģimala doğru yerləĢən ərazilər hesabına
geniĢləndirmək cəhdləri, habelə Baqratilərin hakimiyyətinin güclənməsi Məhəmmədi,
xəlifənin göstəriĢi ilə, 893-cü ildə yenidən I Smbata qarĢı çıxmağa məcbur edir.
Tezliklə o, böyük qoĢunla Dvinə yaxınlaĢır. Ermənilər katolikos II Georqu barıĢıq
təklifilə Məhəmmədin yanına göndərdikdə, o, I Smbatın özünün təslim edilməsi Ģərtini
irəli sürür. ġərt qəbul edilmir, II Georq isə əsir alınır. Vjan qalası yaxınlığındakı növbəti
döyüĢdə Məhəmmədin qoĢunları məğlubiyyətə uğradılır. Əldə edilən barıĢıq
nəticəsində katolikos II Georqdan baĢqa bütün erməni əsirləri azad olunurlar.
Məhəmməd, I Smbatı ikinci dəfə müstəqil hökmdar kimi tanıdı. Katolikos II Georq isə
yalnız bir müddət sonra, Albaniya hökmdarı Qriqor Hammamın vasitəçiliyi ilə azad
edildi.
896-cı ildə I Smbat ġam hakiminin Taron vilayətində tutduğu mövqe lərə
hücum etdi, lakin məğlubiyyətə uğrayaraq döyüĢ meydanından qaçdı.
1
İbn Xalduna görə, Ģəhər hicri 278-ci (891/92) ildə tutulmuĢdur.