Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə106/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   102   103   104   105   106   107   108   109   ...   217

222 

 

kitab"),  "Kitab  ər-rədd  alə  əl-mü xalifin  fi-l-fiqh"  ("Fiqhdə  mü xaliflərə  cavab 



kitabı"),  "Kitab  təzkirət  əl-ğərib  fi-l-fiqh"  ("Qərib in  fiqhə  dair  yaddaĢ  kitabı"), 

"Kitab ət-təbəssür li-l-mütəallimin" ("Öyrənənlər üçün düĢüncə kitabı"), "Kitab əl-

ihticac  alə  əl-mü xalifin"  ("Müxaliflərə  qarĢı  etiraz  kitabı"),  "Kitab  əl-cami  fi  üsul 

əl-fiqh" ("Fiqhin əsaslarına dair toplu"), "Kitab əd-dua" ("Dua kitabı"), "Kitab ən-

nasix  va-l-mənsux  fi-l-Quran"  ("Quranda  əvəz  edən  və  əvəz  olunan  ayələr 

haqqında  kitab"),  "Kitab  əs -sünnə  va-l-cəmaa"  ("Sünnə  və  yekdillik  kitabı"), 

"Kitab  əl-imamə"  ("Ġmamətə  dair  kitab"),  "Kitab  nəqd  kitab  Ġbn  ər-Ravəndi  fi-l-

imamə"  ("Ġbn  ər-Ravəndinin  imamətə  dair  kitabına  tənqid  kitabı"),  "Kitab  təhrim 

əl-muskir"  ("Məstedici  maddəni  qadağan  etmək  haqqında  kitab"),  "Kitab  ər-rədd 

mən  qalə  bi-l-muta"  ("Siqəni  təsdiqləyənə  cavab  kitabı"),  "Kitab  əl-iman  va-n-

nüzur" ("Ġman və vəd kitabı"). 

Xaricilərin təliminə görə, hakimiyyət baĢçısı üçün ümdə Ģərt onun ədalətli 

və  haqq  tərəfdarı  olmasıdır.  Hakim  buna  dönük  çıxarsa,  taxtdan  dərhal  salın malı, 

günahı  böyük  olarsa  öldürülməlidir.  Bu  prinsip  onları  bəzi  mütəzililərlə  həmfikir 

edirdi. 

VIII  əsrdə  Bəsrədə  meydana  çıxmıĢ  mütəzililik  elə  həmin  vaxtdan 

etibarən  Azərbaycanda  yayılmıĢdı.  Əbubəkr  Məhəmməd  əl-Bərdəidən  baĢqa 

Əbusəid  əl-Bərdəi  və  Əbülhəsən  əl-Bərdəi  mütəzili  kimi  məĢhur  olmuĢlar.  Xətib 

əl-Bağdadi  yazır:  "Əbusəid  Əh məd  ibn  Hüseyn  əl-Bərdəi,  Əbu  Hənifən in 

məzhəbinə  (hənəfiliyə)  mənsub  fəqihlərdən  və  mütəzililərin  təlimlərin i  izləyən 

mütəkəllimlərdən  biridir".  Tarixçi  sonra  IX  əsrin  sonu  -  X  əsrin  əvvəllərində 

yaĢamıĢ  Əbülhəsən  əl-Bərdəi  haqqında  "mütəzililərin  təlimlərini  izləyən 

mütəkəllimlərdən  biri"  ifadəsini  iĢlədərək,  onun  həmin  cərəyanın  görkəmli 

nəzəriyyəçilərindən  Məhəmməd  ibn  Əbdülvəhhab  əl-Cübbai  (849-916)  və 

Əbumücalid Əh məd ibn Hüseynlə yaxın müsahib olduğunu yazmıĢdır.  

Əh məd  ibn  Yəhya  ibn  Mürtəzan ın  (1363-1437)  'Təbəqat  əl-mütəzilə" 

("Mütəzililərin  təbəqələri")  kitabında  Əbülhəsən  əl-Bərdəi  haqqında  söhbət 

gedərkən  deyilir:  "Əbülhəsən  Əhməd  ibn  Ömər  ibn  Abdulla  əl-Bərdəi...  nəcib  və 

görkəmli alim  idi". Mənbədə "əl-Bərdəinin ço xlu disputları, kitabları və ardıcılları" 

olduğu qeyd edilir.  Bütün mütəzililər kimi, həmin azərbaycanlı  mütəfəkkirlərin də 

əsərləri ortodoksal islam ideoloqları tərəfindən qadağan edilmiĢ, itib batmıĢdır. 

Müxalifətçi  s xolastika  o lan 

mütəzililikdə  ayrı-ayrı 

məsələlərə 

münasibətdə  ciddi  fikir  ayrılıqları  vardı.  Ən  böyük  ixtilaf  imamət  barədə  idi. 

Mütəzililərdən bəziləri  xaricilərlə həmfikir idilər, bəziləri onlara zidd gedərək, imamın 

yalnız  qüreyĢilərdən  seçilməsini  təkid  edirdilər,  bəziləri  isə  ifrata  vararaq  ədalətli 

cəmiyyət üçün baĢçını artıq sayırdılar. əl-Əsəmm adlı bir mütəzili göstərirdi ki, "insanlar 

bir-birlərinə zülm etməkdən əl çəksələr ima ma ehtiyac yoxdur". 

Orta  əsr  müəllifləri  mütəzililərin  təlimində  ümumi  cəhətləri,  prinsipləri, 

əsasları (əl-üsul) də müəyyənləĢdirmiĢlər. Onlardan "ət-tauhid" və "əl-ədl" mütəzililər 

üçün  daha  səciyyəvidir.  Mütləq  monizm  mövqeyində  duran  mütəzililər  "ət-tauhid" 




223 

 

(tovhid, Allahın birliyinin qəbulu) məsələsində sifatilərə zidd idilər.  Sifatilik firqəsinin 



nümayəndələri  bilavasitə  Qurana və hədislərə  əsaslanaraq, Allahın bilik,  qüdrət, dirilik, 

iradə,  eĢitmə, görmə,  danıĢma  və baĢqa əzəli  atributlara  malik  olduğunu söyləyirdilər. 

Onlardan  bəziləri,  hətta  ifrata  vararaq  Allahı  insana  bənzədir,  maddiləĢdirirdilər. 

Məsələn, kərramilik firqəsinin banisi Əbu Abdulla Məhəmməd ibn Kərram demiĢdir: 

"Allah  cisimdir,  onun  həddi  və  sonu  vardır..."  Müşəbbihə  firqəsinin  tərəfdarı  Davud 

Cəvaribi  isə demiĢdir:  "Məbud  cisimdir,  ətdir və qandır.  Onun  hissələri,  uzun  əzaları, 

ayaqları, baĢı, dili, gözləri və qulaqları var..." Sifatilər israrla deyirdilər ki, Quran Allahın 

kəlamıdır, yaradılmamıĢdır. 

Mütəzililər iddia edirdilər ki, əzəlilik Allahın mahiyyətinin ən  xüsusi vəsfidir. 

Onlar əzəli atributları əslən inkar edib demiĢlər: "O, bilik ilə, qüdrət ilə, dirilik ilə yox, 

özü-özlüyündə  biləndir,  özü-özlüyündə qüdrətlidir,  özü-özlüyündə diridir".  BaĢqa  cür 

söyləmək  tovhidə  ziddir:  "Çünki  atributlar  ən  xüsusi  vəsf  olan  əzəlilikdə  [Allaha]  Ģərik 

olsaydılar, ilahilikdə də ona Ģərik çıxardılar".  Beləliklə,  mütəzililərin fikrincə, Allahın 

"əzəldə nə bir adı, nə də bir atributu olmuĢdur". 

Ardıcıl monist olan mütəzililərin təliminə görə, Allahın atributları əzəli olmadığı 

üçün onun kəlamı (danıĢığı), baĢqa sözlə, Quran da sonradan meydana çıxmıĢdır. 

Mütəzililər  iradə  azadlığı  məsələsində  cəbərilərə  qarĢı  olub,  qədərilik 

mövqeyindən çıxıĢ edirdilər. "Əl-Ədl" ("ədalət") prinsipinə görə, Allah zülm etməz. O 

adildir.  Ġnsan  özünün  xeyir  və  Ģər  əməllərinin  müqtədir  yaradıcısıdır,  yaxĢılığı  və 

yamanlığı  əql  ilə  dərk  etmək,  xeyir  iĢlərə  qoĢulmaq,  Ģərdən  saqınmaq  mümkündür. 

Mütəzililərin bu prinsipi həyatda insanın məsuliyyət hissini artırmaqla bərabər, belə bir 

nəticəyə  gəlməyə  əsas  verirdi  ki,  hər  bir  iĢ  yalnız  insanın  özündən  asılıdır,  ilahi 

qüvvənin ona müdaxiləsi yoxdur. 

Yunan fəlsəfəsi ilə yaxından tanıĢ olan mütəzililərin yaradıcılığında təbii-elmi 

fikirlər, o cümlədən ruh haqqında, substansiya haqqında, cisim haqqında, atom haqqında 

maraqlı fikirlər, mülahizələr irəli sürülmüĢdür. 

Mütəzililər  -  baĢqa  sxolastlar  kimi  kreatsionizmi  (dünyanın  heçdən  xəlq 

edilməsi haqqında əqidəni) qəbul edib, dini dünyagörüĢünü fəlsəfi planda əsaslandırmaq 

məqsədini güdsələr  də  məntiqi  mühakimələrin  axarında bəzi  ehkamlara qarĢı  çıxdıqları 

üçün ortodoksal  islam  ideoloqlarının ciddi narazılığmı doğurmuĢlar.  Onların əleyhinə xeyli 

kitab  və  məqalə  yazılmıĢdır.  Ġdeya  mübarizəsi  bəzən  həddini  aĢır,  açıq  vuruĢmalara 

gətirib çıxarırdı. Ərəb tarixçisi və coğrafiyaĢünası Əhməd əl-Yəqubi (IX əsr) o dövrdə 

Bərdədə  sünnilərlə  mütəzililər  arasında  baĢ  vermiĢ  çəkiĢməni  təsvir  edərək  yazırdı: 

"Bərdədə mütəzililərlə təəssübkeĢ müsəlmanlar arasında dava düĢdü. Onlar bir-birini az 

qala qırıb qurtarana qədər vuruĢdular". 

Azərbaycanda  ideoloji  mübarizənin  gediĢini  izləmiĢ  coğrafiyaĢünas-səyyah 

Ġbn  Havqəl  (öl.  977)  yazırdı  ki,  orada  kəlamın  və  nəzəri  elmlərin  təəssübkeĢlərinə 

yer verilmir,  məntiqi  küfr,  mübahisə sənətini insanı vacib iĢlərdən ayıran, idarəçiliyə 

mane olan məĢğuliyyət hesab edirlər.  

Mütəzililik IX əsrin ortalarından etibarən hakim dairələr tərəfindən bidət elan 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə