Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə102/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   98   99   100   101   102   103   104   105   ...   217

213 

 

məlu matını  verən  əl-Fəxri  babəkilər  icmasının  sonralar  Ġraq  və  Yəmənin  bəzi 



vilayətlərində fəaliyyət göstərdiyini qeyd edir. 

Xürrəm-babəkilərin  Azərbaycandakı  çıxıĢı  Xilafətin  Qafqaz  vilayətlərində 

yerli  feodalların  güclənməsi  üçün  zəmin  yaratdı,  Xilafətin  ayrı-ayrı  dövlətlərə 

parçalanmasını müəyyənləĢdirən əsas siyasi qüvvələrdən biri oldu. Abbasilər dövlətinin 

əsaslarını  sarsıtmıĢ  məhz  bu  üsyandan  sonra  mərkəzi  hakimiyyətdə  yaranmıĢ  çətin-

liklərdən istifadə edən yerli hakimlər müstəqillik qazanmağa çalıĢdılar. 

Dövrün  ən  iri  çıxıĢlarından  olan  xürrəmi-babəkilər  hərəkatının 

uğursuzluğuna  baxmayaraq,  o  xalqların  hafizəsində  dərin  izlər  qoymuĢ,  Xilafətin 

sonrakı  siyasi  hadisələrinin  əsaslı  dəyiĢməsinə  Ģərait  yaratmıĢ,  yerli  hakimlərin 

separatçı meyillərini gücləndirmiĢdi. Xürrəmilərin və Babəkin təlimin in izlərinə daha 

sonrakı tarixi dövrdə - XV əsrdə təsadüf edilir. Səfəvilər sülaləsinin banilərindən biri 

olan  ġeyx  Heydər  üsyan  zamanı  "Babək  xürrəminin  dini  qanunları"nı  da  təbliğ 

edirdi. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


214 

 

X FƏSĠL 



 

VII ƏSRĠN II YARISI - X ƏSRLƏRDƏ AZƏRBAYCAN 

MƏDƏNĠYYƏTĠ

 

 



§ 1. MADDĠ MƏDƏNĠYYƏT 

 

Azərbaycanda aparılmıĢ  arxeoloji  qazıntılar  zamanı  VII  əsrin  II  yarısı  -  X 



əsrlərə  aid  xeyli  maddi  mədəniyyət  qalıqları  aĢkara  çıxarılmıĢdır.  Həmin  əsrlərə  aid 

yerüstü  abidələr  çox  az  qaldığı  üçün qazıntı materiallarının əhəmiyyəti böyükdür. Bu 

materiallar  əsas  etibarilə,  yaĢayıĢ  məskənləri  olan  Ģəhərlərdə  (Qəbələ,  Beyləqan, 

Gəncə,  Bakı,  ġamaxı,  Naxçıvan,  ġabran,  Xarabagilan  və  s.),  qismən  qalalarda 

(Gülüstan, Qız qalası) və kəndlərdə (Dərəzarat, Sərkərtəpə və s.) aparılan qazıntılardan 

tapılmıĢdır.  Bunlara  Ģəhərlərin  və  qalaların  müdafiə  istehkamları,  yaĢayıĢ  tikintiləri, 

təsərrüfat və  mədəni-məiĢət qurğuları,  ictimai  və  dini  binaların  qalıqları,  sənətkarlıq 

ocaqları və saysız-hesabsız əĢyavi materiallar  - əmək  alətləri, qab-qacaq, bəzək Ģeyləri, 

pullar,  yazılar  və  s.  daxildir.  ġəhərlərdə  həmin  materiallar  tapılan  mədəni  təbəqələrin 

qalınlığı bəzən 3 metrə çatır. 

O  dövrün  Azərbaycan  Ģəhərlərinin,  demək  olar,  hamısı  möhtəĢəm  qala 

divarları  ilə  əhatə  olunmuĢdu.  Onların  yerüstü  niĢanələrini Ģəhər  xarabalarında  aydın 

görmək olur. Qəbələ Ģəhərinin Qala adlanan hissəsində cənub divarları və qala darvaza 

bürcləri  bütün  möhtəĢəmliyi  ilə  bu  günə  qədər  qalmıĢdır.  Bünövrə  hissədə  iri  puç 

(əhəng) daĢdan, yuxarısı isə əhəng məhlulu ilə biĢmiĢ kvadrat kərpicdən hörülmüĢ bu 

qala  divarları  orta  əsr  Ģəhərimizdən  zamanımıza  qədər  qalmıĢ  yeganə  yerüstü 

istehkamdır. Beyləqanda hələ ilk orta əsrlərdə iri çiy kərpiclə hörülmüĢ qala divarlarının 

IX-X  əsrdə biĢmiĢ  kvadrat  kərpiclə  bərpa  olunmuĢ  hissələri  qazıntılar  zamanı  aĢkara 

çıxarılmıĢdır.  Gəncədə  həmin  dövrə  aid  kirəc  məh lulu  ilə  biĢmiĢ  kərpic  və 

çaydaĢından hörülmüĢ qala divarları  qalıqları  öyrənilmiĢdir.  Bütün  hallarda divarlarda 

müdafiəçilərin  yerləĢdiyi  və  hərəkət  etdiyi  üst  hissələr  uçub  dağıldığından  bu  günə 

qədər saxlanılmamıĢdır.  Beyləqan  qazıntılarından tapılmıĢ  bir  ədəd bürc  formalı  qabın 

quruluĢu  əsasında  həmin  hissənin  görünüĢünü  bərpa  etmək  mümkündür.  Görünür, 

onların  da  üstü,  qabda  olduğu  kimi,  diĢli  düzəldilmiĢ,  mazqallar  və  "gözlük"lərlə 

əhatələnmiĢdir. 

ġəhərlərdə tikintilərin sıx və davamlı tikildiyi müĢahidə olunur. Su Ģəbəkəsi və 

kanalizasiya qurğularından istifadə olunur. Yerli Ģəraitə uyğun olaraq quyu suyundan, 

kəhrizlərdən, kanal və arxlardan Ģəhər əhalisi və Ģəhər təsərrüfatı su ilə təchiz edilirdi. 

Artıq bu dövrdə sənətkarlıq ocaqları və emalatxanaları yerləĢən məhəllələr Ģəhərin qala 

divarlarından  kənarda  suyun  bolluğu,  küləyin  istiqaməti  nəzərə  alınmaqla  xüsusi 

yerlərdə  salınırdı.  Beyləqanın  sənətkarlar  məhəlləsi  Ģəhərin  cənub-qərbində, 

Qəbələnin  dulusçuluq  emalatxanaları  Ģəhərin  Ģimal-Ģərqində  salınmıĢdı.  ġəhərlərin 




215 

 

sənətkarlar  məhəllələrində  saxsı  qab  və  kərpic  biĢirilən  kürələr,  dəmirçixana,  ĢüĢə 



istehsalı  qalıqları  və  digər  emalatxanalar  aĢkara  çıxarılmıĢdır.  Qəbələdə  ikigözlü  iri 

düzbucaqlı  formada  kərpic  kürələri,  Beyləqanda  qab  biĢirilən  dairəvi  kürələr  aĢkar 

edilmiĢdir. 

Dəmirçilik əĢyalarından xüsusi formalı kəlbətin, dəhrə, ox ucluqları, kərki ağzı, 

nizə  ucluqları, ərsin, qarmaq,  halqa  və  zəncir  qırıqları,  müxtəlif  mismarlar  və s.  qeyd 

etmək olar. Misgərlik sənətinə aid Beyləqanda toqqa baĢlıqları, biz, iy və sancaqlar, qab 

qırıqları,  Ģamdan ayağı və s. tapılmıĢdır.  Zərgərlik  əĢyalarından  mis üzük,  bilərzik  və 

döĢ  bəzəklərini  göstərmək  olar.  Beyləqanda  dulus  emalatxanalarını  təchiz  edən  biĢmiĢ 

kərpicdən hörülmüĢ su arxları ü zə çıxarılmıĢdır.  Artıq  bu dövrdə sənət sahələri  xeyli 

geniĢlənmiĢdi. 

Çox  böyük  dəyiĢiklik  dulusçuluq sənətində baĢ  verir.  Saxsı  qab  istehsalında 

metal  tozlarından  hazırlanmıĢ  Ģirdən  geniĢ  istifadə  olunur.  Qazıntı  materialları 

göstərir  ki,  bu dövrdə,  demək  olar  ki,  hər yerdə ayaqla hərəkətə gətirilən dulus çarxı 

tətbiq  olunur,  gilin  hazırlanması,  qabların  biĢirilməsi  xeyli  yaxĢılaĢır,  onların  çeĢidi 

çoxalır.  Dövrün  əsas  gil qab növləri  qazan,  küp, səhəng, sərnic,  bardaq, dopu, goduĢ, 

küpə,  aftafa,  boĢqab, sini,  təknə, dolça,  silbiç,  xeyrə,  kasa,  duzqabı,  qənddan  biçimli 

vazlar,  badya və s.-dən  ibarətdir.  Yeni  formalı,  o  cümlədən,  Ģar  -  konusvari  qablar 

meydana  gəlir.  ġirsiz  qablar  içərisində  ən  çətin  hazırlanan  və  biĢirilməsi  böyük 

ustalıq  tələb  edən  belə  qabların  istehsal  olunması  dulusçuluğun  nailiyyəti  kimi 

qiymətləndirilməlidir.  Beyləqanda  Əhməd  və  onun  oğlu  Fəzlun  Ģar-konusvari  qab 

istehsalı  ilə  ixtisaslaĢmıĢdılar.  Beyləqanın  sənətkarlar  məhəlləsində  belə  qabları 

biĢirmək  üçün  istifadə  edilmiĢ  nalvari  yığcam  quruluĢa  malik  xüsusi  kürələrin 

qalıqları aĢkar edilmiĢdir. ġirin tətbiqi saxsı qabların bədii iĢlənməsinə böyük imkan açır. 

Bu  dövrlər  üçün  Ģabalıdı,  yaĢıl,  sarı  və  firuzəyi  Ģirlərlə  örtülmüĢ,  yaxud  bu  Ģirlərin 

mü xtəlif  çalarları  ilə naxıĢlanmıĢ qablar səciyyəvidir.  Əsasən həndəsi  naxıĢlardan  isti-

fadə  olunurdu.  Lakin  Beyləqanda  bu  dövrə  aid  bir  böyük  kasanın  içərisində  bir  qədər 

sxematik  olsa  da,  ov səhnəsi  təsvir  olunmuĢdur. ġəhərlərdə aparılan qazıntılar zamanı 

Ģirli  qab  biĢirilən  zaman  kürədə  istifadə  olunan  gil  çubuqlar,  üçayaqlılar,  S-ə  bənzər 

qarmaqlar  və  kiçik  konuslar  tapılması  artıq  IX-X  əsrlərdə  Azərbaycanda  Ģirli  qab 

istehsalının geniĢ yayıldığına əsaslı dəlildir.  Kürələrin yanlarında Ģirsiz  qablarla bərabər 

Ģirli  qab  çıxarlarına  da tez-tez təsadüf  olunur.  Bu dövrdə baĢlıca olaraq  mətbəx  qabları 

Ģirlənirdi.  Dövrün  sonlarında  Ģirli  qablarda  bəzən  çox  ötəri  çəkilmiĢ  dayaz  qrafik 

(cizgili) naxıĢlardan da istifadə olunmağa baĢlanır. 

Qazıntılardan tapılan ĢüĢə məmulatı - qablar və bəzək əĢyaları, onların çıxarları 

tədqiq edilən dövrdə Azərbaycan Ģ əhərlərində (Qəbələ, Bərdə, Beyləqan, ġabran və s.) 

ĢüĢə  istehsalının  artdığını,  keyfiyyətinin  yaxĢılaĢdığını,  çeĢidinin  çoxaldığını  nümayiĢ 

etdirir.  Onların  əksər  hissəsi  texniki  və  bədii  cəhətdən  yüksək  səviyyədə  durur.  ġir 

istehsalında tətbiq olunan rənglər ĢüĢə istehsalında da istifadə olunur. Bu dövrdə müxtəlif 

çalarlı ĢüĢə qablarla yanaĢı çəhrayı, göy və qara rəngli ĢüĢə qablara və bəzək Ģeylərinə 

təsadüf edilir. Üfurmə üsulu daha geniĢ tətbiq olunur. Qulplu və lüləkli  qablar meydana 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə