Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə101/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   97   98   99   100   101   102   103   104   ...   217

211 

 

yazdığına  görə,  xalqı  qorxutmaq  üçün,  edam  olun muĢ  Babəkin  baĢı  Xo rasana 



gondərilir, bədəni isə Xilafət paytaxtında çarmıxa çəkilir.  

Hətta  təəssübkeĢ  ərəb  müəllifləri  də  edam  zaman ı  Babəkin  nü mayiĢ 

etdirdiyi  mərd lik  və  mətanətə  heyran  olduqlarını  gizlədə  bilməmiĢlər.  Sağ  əli 

kəsild ikdən  sonra  Babək  həmin  əli  ilə  sifətini  baĢdan-baĢa  qana  boyamıĢdı.  Nə 

üçün belə etdiyini soruĢduqda, o, belə cavab vermiĢdi: "Sən (yəni xəlifə) əmr etdin 

ki,  məni ça rmıxa çə ksinlər,  mənim eda mın ı sənin boynundadır.  Lakin baĢım bədə-

nimdən  ayrılanadək  məndən  axacaq  qanın  kəsilməyəcəyinə  Ģübhə  yoxdur. 

Qorxu ram ki, bütün qanım axıb  gedər, sifətim solar, adamlar elə əvvəldən ölü mdən 

qorxduğu mu zənn edərlər. Qanım axd ığına görə deyil, bax elə buna görə mən belə 

etdim, sifətimi qana boyadım ki, rəngimin qaçdığı görsənməsin!"  

Orta  əsr  ərəb  müəlliflərindən  əl-Məqdisinin  yazdığ ına  görə,  "Babək 

üzərində  qazanılan  qələbə  Ġslamın  ən  böyük  qələbəsi,  onun  əsir  alındığ ı  gün  

müsəlman ların bayram günü olmuĢdur" 

Doğrudan da, Azərbaycan xürrəmiləri üzərindəki qələbə Xilafətə ço x baha 

baĢa gəldi. 20 ildən artıq müddət ərzində babəkilər  Xilafətin 225  min döyüĢçüsünü 

və  xeyli  sərkərdəsini  məhv  etmiĢdilər.  Xilafət  tarixində  baĢ  verən  dini-siyasi 

çıxıĢlardan  ən  əzəmətlisi  olan,  ərəb  üsul-idarəsinə  qarĢı  xalq  azadlıq  müharibəsi 

səviyyəsində  ucalan  bu  hərəkat  əl-Məsudinin  dili  ilə  desək  "az  qala  Abbasilər 

dövlətini məhv edəcəkdi". 

 

 



 

 

§ 7. XÜRRƏMĠLƏR VƏ BABƏKĠLƏR 

HƏRƏKATININ SONRAKI ÇIXIġLARA 

TƏSĠRĠ VƏ TARĠXĠ ƏHƏMĠYYƏTĠ 

 

Azərbaycanlıların  yadelli  istismarçılara  qarĢı  qüdrətli  çıxıĢına  çevrilmiĢ 



xü rrəmilər  -  babəkilər  hərəkatı  Xilafətin  məzlu m  xalqlarla  qarĢılıq lı 

münasibətlərini  kəskinləĢdird i,  ərəb  imperiyasının  parçalan ma  prosesini 

sürətləndirdi. 

Babəkin  xürrəmi ard ıcılları IX yüzilin sonunadək Xilafətə qarĢı çevrilmiĢ 

bütün yeni çıxıĢlarda iĢtirak etdilər. X əsrdə onların b ir ço xu  ismaililərə qoĢuldular. 

Təsadüfi  deyil  ki,  xürrəmilərin  fəaliyyət  göstərdiyi  bölgələr  sonralar  batin ilərin 

istinadgahına çevrildi

1

.  



 

1

 Ġsmaililər  - altıncı imam Cəfər əs-Sadiqin oğlu Ġsmayılı yeddinci Ģiə imamı kimi 



tanıyanlar və onların tərəfdarlarıdır. Onların ideoloji sistemləri hamıya məlum  olan "zahiri" 

və yalnız seçmə adamlara məlum olan "batini, gizli, örtülü" təlimlərdən ibarətdir. Buradan da 

müxtəlif qollara ayrılmıĢ ismaililərin batinilər adı meydana gəlmiĢdir.  



212 

 

Əbu Mənsur əl-Bağdadi (X əsr)  məlu mat verir ki, "hal-hazırda Məzyərin ardıcılları 



doğma dağlarında, özlərinin Curcandakı qonĢularının yardarlarıdırlar. Onlar islama 

zahirən etiqad edir və bu dinə qarĢı olduqlarını gizlədird ilər".  

838  -  839-cu  ildə  xürrə milə rin  məğlubiyyətindən  az  sonra  Təbəristanda 

Karin  sülaləsindən  olan  axırıncı  əmir  Məzyərin  rəhbərlik  etdiyi  üsyan  baĢlandı. 

Ġsbahbez  (spahbed)  titulu  almıĢ  bu  Ģəxs  hələ  825-826-cı  ildə  xəlifə  əl-Məmun 

tərəfindən Təbəristan, Ruyan və Dunbavəndin hakimi təyin edilmiĢdi.  

TəəssübkeĢ ərəb müəlliflərinin "kafir və satqın" kimi  xarakterizə etdikləri 

Məzyərin  baĢçılıq  etdiyi  bu  üsyan  da  babəki  Ģüarları  altında  davam  etmiĢ,  ərəb 

hakimiyyətinə qarĢı çevrilmiĢdi. 

Abdullah  ibn  Tahirin  tutduğu  Xorasan  valisi  vəzifəsini  ələ  keçirməyə 

cəhd göstərən sərkərdə AfĢin öz məqsədlərinə çatmaq üçün altdan -altdan Məzyərlə 

Tahirilər arasındakı pozulmuĢ münasibətlərdən istifadə edir, Məzyəri Xilafətə qarĢı 

qaldırmağa  çalıĢırdı.  Bu  təbliğata  uyan  və  vaxtilə  Babəkə  təəssübkeĢlik  edən 

Məzyər  kəndlilərə  mü lk  sahiblərini  məhv  etmək,  on ların  malikanələrin i  yandır-

maq tapĢırığ ı verdi. Ərəblərdən və yerli feodallardan alın mıĢ əmlakı o, ö z  xü rrəmi 

qanunlarına əsasən bütün kəndlilər arasında bərabər bölüĢdürməy i əmr etdi. Əsasən 

ərəblərdən  və  məvalilərdən  olan  iri  feodallardan  torpaqları  alaraq  kəndlilərə 

paylayan Məzyər təkcə siyasi deyil, iqtisadi  məqsədlər də güdür, son nəticə olaraq 

ərəb hakimiyyətinin devrilməsinə çalıĢırd ı. 

Beləliklə,  xü rrəmilər  kimi  qırmızı  paltar  geyən,  Babəkin  irəli  sürdüyü 

prinsipləri,  eh kamları  açıq-aĢkar  qəbul  edən  Məzyərin  və  onun  tərəfdarların ın 

hərəkatı ço x keçmədən ərəb əsarətinə qarĢı mübarizəyə qalxmıĢ  xeyli  imkansızı da 

birləĢdirdi. 

Xilafət  üçün  böyük  təhlükəyə  çevrilmiĢ  bu  üsyan  840-cı  ilin  avqustunda 

Xorasan hakimi Abdullah ibn Tahir tərə findən yatırıldı. Məzyər əsir a lın ıb, Sa mirə  

Ģəhərinə göndərildi.  ÇağdaĢ müəlliflərin məlumatına görə, o, burada xəlifə tərəfindən 

mühakimə edilib, həbsə alınmıĢ AfĢinlə üzləĢdirildikdən sonra döyə-döyə öldürüldü. 

838-839-cu  ildə  AfĢinin qohumu,  onun öz  yerinə  Azərbaycan  hakimi  təyin 

etdiyi Minkicəvr əl-Fərqani də mərkəzi hakimiyyətə qarĢı üsyan qaldırdı. Mənbələrdə 

(ət-Təbəri  və  əl-Yəqubi)  üsyanın  gediĢi  haqqında  olan  müxtəlif  məlu matlara 

baxmayaraq, çıxıĢın məqsədi aydın idi: Xilafətdən ayrılmaq, öz hakimiyyətini qurmaq. 

Əvvəlki  çıxıĢlar  kimi,  bu  üsyan  da  yatırıldı.  Xəlifə  sərkərdəsi  Böyük  (əl-

Kəbir)  Buğanın  baĢçılıq  etdiyi  qoĢunlara  qarĢı  aparılan  ağır  döyüĢlərdən  sonra 

Minkicəvr 840/41-ci ildə məğlub edilib, Samirəyə göndərildi. 

Nizamülmülkün  məlu matına  görə,  xəlifə  əl-Vasiqin  dövründə  (842-847) 

Ġsfahan tərəflərdə xürrəmdinilər yenidən baĢ qaldırdılar. Bir neçə il davam edən, "heç bir 

qoĢunun müqavimət göstərə bilmədiyi" bu çıxıĢ da nəhayət, yatırıldı. Maraqlı burasıdır 

ki,  Nizamülmülk  xürrəmdini  çıxıĢlarının  (yəqin  ki,  burada  söhbət  ümumiyyətlə 

batinilərin çıxıĢlarından gedir) 300 (912/13)-cü ilədək davam etdiyini qeyd edir. 

MəĢhur  filosof  əl-Ğəzalinin  xürrəmilər  və  onların  ideologiyası  haqqında 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə