Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə74/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   70   71   72   73   74   75   76   77   ...   217

156 

 

müqavimətə yalnız  Yəzid  ibn  Məzyəd  əĢ -ġeybaninin Azərbaycan  və  Arranda  hakimliyi 



dövründə qəti olaraq son qoyuldu.  Orta çağ  müəllifinin  sözlərinə görə, o, "ölkədə  qayda 

yaratdı və nizariləri (yəni Ģimal tayfalarını - N. V.) yəmənlilərlə (yəni cənub tayfaları ilə - N. 

V.) bərabərləĢdird i". 

Ərəblərin  Azərbaycana  köçürmə  siyasəti  IX  yüzilin  birinci  rübünə  qədər 

davam  etdi.  Ancaq  Harun  ər-RəĢidin  dövründə  baĢ  qaldıran və əl-Məmun  dövründə  ən 

yüksək zirvəsinə çatan xürrəmilər hərəkatı, eləcə də bir çox ərazilərin Xilafət tərkibindən 

çıxması  ərəb  tayfalarının  Qafqaza  mühacirətinə  təsir  etdi  və  nəhayət,  onu  tamamilə 

dayandırdı.  Bu  tayfalar  haqqında  indi  yalnız  müasir  Azərbaycanın  bəzi  yaĢayıĢ 

məntəqələrinin həmin tayfalar üçün ümumi olan "ərəb" sözünün qaldığı adları  xəbər 

verir  məsələn, Ərəbkeymuraz, Ərəbhacı, Ərəblər, ƏrəbuĢağı, ƏrəbĢahverdi, Ərəbbəsrə, 

Ərəbocaq və b.). 

 

 



 

 

 



 

§ 3. AZƏRBAYCANDA DĠNĠ PROSESLƏR VƏ ONLARIN 

YERLĠ ƏHALĠ ÜÇÜN NƏTĠCƏLƏRĠ 

 

Ərəb  iĢğalın ın  ilk  dövründə  yerli  əhali  ilə  ərəb lər  arasındakı  münasibət 



çox  mü rəkkəb  idi  və  əsasən  iĢğal  prosesində  bağlanılmıĢ  müqavilələrlə 

tənzimlənirdi.  Bu  müqavilələrin  məzmunundan görünür ki,  Ərəb istanın özündə v ə 

baĢqa fəth edilən yerlərdə olduğu kimi, A zərbaycanda da yalnız bütpərəstlər zorla, 

lazım  gəlsə  qılınc  gücünə  müsəlmanlaĢdırılırd ılar,  yerdə  qalan  əhaliyə  isə  əvvəlki 

etiqad  və  adətlərə  əməl  etmək  icazəsi  verilird i.  "Əhli  Kitab"  xalq lar  (yəni, 

müqəddəs  dini  kitabları  o lan  yəhudilər  və  xristianlar),  o  cü mlədən  ilk  çağlar 

atəĢpərəst  olan  azərbaycanlılar  da  əvvəlki  etiqadlarında  qalır,  əvəzində  isə  can 

vergisi  -  cizyə  verirdilər.  Müsəlman  ic mas ının  qəbul  etdiyi  qaydaya  görə,  cizyəni 

yalnız sağlam  kiĢilər ödəyir, "uĢaqlar, qadınlar,  xroniki  xəstələr", eləcə də "heç bir 

vəsaiti olmayan, adamsız və heç bir gəliri olmayan zahidlər" verginin bu növündən 

azad olunurdular. 

Ərəblər  hələ  Məhəmməd  dövründən  etibarən  "əhli  Kitab"  adlandırdıqları 

baĢqa  dinə  etiqad  edənləri,  ü mu miyyətlə,  dinsiz  hesab  etdikləri  bütpərəstlərdən 

fərqləndirir, sonuncuları  zorla da o lsa dini baxımdan da  ram etməyə çalıĢır, vahid 

Allaha  inam  gətirib,  ona  öz  qaydalarına  əsasən  etiqad  edən  xristian  və  yəhudilərə 

qarĢı iltifatlarını əsirgəmirdilər. 

Yeni  dini  nəyin  bahasına  olursa-olsun  dinsizlər  arasında  yaymağı 

qarĢısına  məqsəd  qoymuĢ  Məhəmməd  peyğəmbər  və  onun  ardıcılları  islamı  silah 

gücünə qəbul etmiĢ bəzi adamlara,  xüsusilə bədəvilərə inan mır, yeni din i etiqadın 



157 

 

ürəklərdə hələ tam  möhkəmlən mədiy i bu dövrdə həmin adamlarla ehtiyatlı o lmağı 



tövsiyə  edirdilər.  Quranda  "Əl-hücurat"  ("Hücrələr")  surəsinin  aĢağıdakı  ayəsi 

buna sübutdur: "Bədəvi ərəb lər dedilər:  Biz  iman gətirdik.  [On lara] de: -  Siz iman 

gətirmədiniz,  ancaq  [belə]  deyin:  biz  təslim  olduq,  belə  ki,  iman  hələ  sizin 

ürəklərin izə  daxil  olmayıb  və  əgər  Allaha  və  onun  rəsuluna  itaət  etsəniz,  o,  sizin 

iĢlərinizdən heç bir Ģey əskiltməz. [Çünki] Allah bağıĢlayan və rəhm edəndir" (4 9, 

14). 


Məhz  buna  görə  iman  gətirənləri  "mu minuna",  yəni  "mö minlər",  Allaha 

inamla  yeni  din i  qəbul  edənləri  -  təslim  olan ları  ("əsləmə")  isə  "muslimuna"  - 

müsəlman lar, yəni "təslim o lmuĢlar, tabe olmuĢlar" adlandırd ılar.  

Ġlk  müqavilələrin  Ģərtlərinə  görə,  atəĢpərəstlərə  verilən  güzəĢt  və  amana 

baxmayaraq,  islamın  verdiyi  maddi  və  mənəvi  üstünlüklər,  o  cümlədən 

müsəlman lardan can vergisi - cizyənin alın maması,  müsəlman icmasının atəĢpərəst 

Sasani  cəmiyyətində  olduğu  kimi  zü mrələrə  bölün məməs i  və  s.  ZərdüĢtün 

azərbaycanlı ard ıcıllarını da yeni dini qəbul etməyə sövq etdi. Bu iĢdə, çox güman, 

islamı hələ peyğəmbər dövründə qəbul etmiĢ, əvvəllər atəĢpərəst olmuĢ iranlıların 

çağırıĢları  da  az  rol  oynamad ı.  Ət-Təbərin in  məlu matına  görə,  hələ  xəlifə  I  Ömər 

(634-644)  dövründə  iĢğal  edilmiĢ  Sasani  vilayətlərinin  dehqanları  könüllü  surətdə 

isla mı  qəbul  etmiĢdilə r.  Müəllifin  fikrincə,  ərəb  hərbi  sərkərdəsi  müsəlman  Zuhra 

ilə  Ġran  sərkərdəsi  atəĢpərəst  Rüstəm  arasında  aparılan  danıĢıqlarda  Zuhranın 

mənəvi üstünlük qazanması bir ço xlarının islamı qəbul etməsinə səbəb olmuĢdu. 

Bütpərəstlərə  qarĢı  (o  cü mlədən  xristianlığ ı  qəbul  etməmiĢ  bütpərəst 

albanlara  və  Azərbaycanın  bütpərəst  türk  əhalisinə)  zor  iĢlədən  ərəblərin  "əhli 

Kitab"ı  xristian və yəhudilərlə yanaĢı, "əhli Kitab" hesab etmədikləri atəĢpərəstlərə 

də  iĢğalın  ilk  dövründə  iltifat  göstərmələri  daha  ço x  siyasi  baxımdan,  yəni 

Qafqazın  Bizansa  qarĢı  mübarizədə  mühüm  strateji  əhəmiyyəti  ilə  də  izah  oluna 

bilər.  Lakin  ço x  keçmədən  islam  bütpərəstliklə  yanaĢı,  atəĢpərəstliyi  də  aradan 

götürdü.  Tədqiqatçıların  fikrincə,  Allah  qarĢısında  bütün  müsəlmanların 

bərabərliyini  elan  edən  yeni  ideologiya  Sasani  imperiyasının  qeyri-iranlı  əhalisi,  o 

cümlədən  azərbaycanlılar  arasında  daha  tez  yayıldı.  Tarixçi  əl-Bəlazurin in 

məlu matın ı  ĢiĢird ilmiĢ  fakt  kimi  qəbul  etməsək,  Cənubi  Azərbaycan  əhalisi  artıq 

xəlifə Əlinin dövründə (656-661) islamı qəbul etmiĢ, Quran o xuyurdu. 

Lakin  köhnə  dindən  dönmə  və  yeni  dinə  gəlmə  p rosesi  sürətli  olmamıĢ, 

azərbaycanlıların  atəĢpərəst,  bütpərəst  və  ya  xristian  ulu  babaları  ərəblərin  ço x 

yerdə zor gücünə qazandıqları siyasi üstünlüyə baxmayaraq, əvvəlki etiqadlarından 

xoĢluqla, birdəfəlik üz döndərməmiĢdilər. ġimali və Cənubi A zərbaycanın  xristian 

əhalisi  ilə yanaĢı, ölkənin aran və dağ yerlərinin atəĢpərəs t və bütpərəst əhalisi də 

islamaqədərki  etiqadlarında  qalmıĢdılar.  Əl-Ġstəxrinin  məlu matına  görə,  onun  bu 

yerlərdə  olduğu  vaxt,  yəni  təqribən  X  əsrin  20-30-cu  illərində  də  Qabh  (Qafqaz) 

dağında  bir  ço x  mü xtəlif  dilli  "kafirlər"  yaĢayırdılar.  XII  əsrin  30-40-cı  illərində 

Azərbaycanın  bir  sıra  Ģəhər  və  kəndlərini  gəzmiĢ  əndəluslu  Əbu  Həmid  əl-Qərnati 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə