Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə75/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   71   72   73   74   75   76   77   78   ...   217

158 

 

Dərbənd  yaxınlığındakı  dağ  kəndlərində  "islamı  qəbul  etməmiĢ,  hətta  cizyə  də 



verməyən",  dəfn  mərasimlərinə  görə  atəĢpərəst  olduqları  görünən  adamlara  rast 

gəlmiĢdi.  Ġslamı  qəbul  etmiĢ  xalqlar,  o  cümlədən  azərbaycanlılar  arasında  bəzi  dağ 

kəndləri  sakinlərinin  nəinki  öz  etiqadlarını,  hətta  dillərini  də  qoruyub  saxlaya  bilmə 

səbəbini XIV əsrin ikinci yarısı, XV əsrin əvvəlində yaĢayan ərəb tarixçi-filosofu Ġbn 

Xəldunun  fikri  ilə  izah  etmək  olar.  Onun  rəyincə,  "ərəblər  dağlıq  yerlərə  deyil,  düzən 

yerlərə  hücum  etməyə  meyillidirlər.  Çünki  dağlıq yerlərdə öz  məqsədlərinə  nail  olmaq 

onlar üçün asan olmur". 

Tədqiqatçıların  fikrincə,  islamın  erkən  çağında  onu  ilk  növbədə  ərəblərin 

simasında  özlərinə  arxa  tapmaq  istəyən  yerli  əyanlar  qəbul  edirdilər.  Ġslamı  qəbul 

etməklə  onlar  öz  mülklərini  və  torpaqlarını  da  qorumuĢ  olurdular.  Mənbələrin  və 

arxeoloji  materialların  öyrənilməsi  sübut  edir  ki,  islam  Azərbaycanın  Ģimalında, 

cənubunda olduğundan daha gec mənimsənilmiĢdi. ġəhərlilər islamı  kəndlilərə n isbətən 

daha  həvəslə  qəbul  edirdilər.  Akademik  Z.Bünyadovun yazdığına  görə,  ərəb  iĢğalı 

dövründə kəndlilərə nisbətən daha ağır cizyə ilə yüklənmiĢ Ģəhərlilərin,  xüsusilə tacir 

və sənətkarların  islamı  ilk  növbədə qəbul  etmələri  onların  öz  varidatlarını  qorumaq 

cəhdindən,  ərəb  üsul-idarəsinin  isə  tacir  və  sənətkarlara  daha  böyük  güzəĢtlər 

verməsindən irəli gəlir.  X əsr mənbələri (əl-Məsudi)  müsəlman Ģəhərlilər və  xristian 

kəndlilər  haqqında məlumat verirlər. Görünür, buna görə də xəlifə I Ömərin fərmanına 

görə, islamı qəbul etmiĢ kəndli, hətta xəzinədən mükafat da alırdı. Bundan baĢqa, islamı 

qəbul  etmək  həmin  adamları  nəzəri olaraq  müsəlman  ərəblərlə bərabərləĢdirirdi.  Yeni 

dinə  keçənlərin  böyük  bir  hissəsi  müsəlman  ordusuna  yazılır,  bununla  da  ərəblərlə 

bağlanılmıĢ müqavilələrin Ģərtinə görə cizyədən azad edilir, müharibə qənimətlərindən 

ərəblərlə  bərabər  istifadə  edirdi.  Ġslamı  qəbul  etmiĢ  qeyri-ərəblər  yerli  əhalinin 

"məvla" (cəmdə - "məvali") adlandırılan qrupunu təĢkil edirdilər. Hələ  islamaqədərki 

Ərəbistanda geniĢ yayılmıĢ bu istilah əslində "kimdənsə asılı" mənasında iĢlədilirdi, özü 

də yalnız qan qohumluğu ilə bağlı olanlar deyil, baĢqa qəbilədən hamiliyə götürülənlər 

də nəzərdə tutulurdu. Ərəb iĢğalı dövründə isə bu termin yalnız "kiminsə qeyri-ərəb 

adamı"  mənasını  verir,  həmin  adam  ya  müəyyən  bir  Ģəxsin  (mütləq  ərəbin)  və  ya 

qəbilənin (mütləq ərəb qəbiləsinin) adamı -  məvlası olurdu. Məvalilər onlara hamilik 

edən adamın və ya qəbilənin yanına köçür, hərbi yürüĢlərdə onları müĢayiət edirdilər. 

Azərbaycan  iĢğal  edildikdən  sonra  Arran  əhalisinin  bir  hissəsi,  Cənubi 

Azərbaycan  əhalisinin  böyük  hissəsi  islamı  qəbul  etməyə  baĢladı.  Məvalilərin  sayı 

gündən-günə artırdı. Lakin islamın Azərbaycanın xüsusilə Ģimal hissəsində sidq-ürəklə 

mənimsənilməsi və baĢdan-baĢa qərarlaĢması uzun çəkən bir proses oldu. Bu prosesin 

birinci  mərhələsində  islamı  yayan  əsas  qüvvə  baĢlıca  olaraq  ərəb lərin  özləri  idisə, 

islamın  mədəni  gücünün  artdığı  IX  əsrin  sonu  -X  əsrin  əvvəllərində  bu  iĢi  islamı 

qəbul  etmiĢ  yerli  əhali  özü  görürdü.  Yu xarıda  gördüyümüz  kimi,  iĢğal  prosesində 

bağlanılmıĢ  müqavilələrə görə,  ərəblərin siyasi  hakimiyyətini qəbul  etmiĢ "əhli  Kitab" 

yerli əhali könüllü olaraq istədiyi dini seçə bilərdi; lakin ilk ərəb təcavüzündən bir neçə il 

keçmiĢ, xəlifə Əlinin dövründə Azərbaycanın iĢğal edilmiĢ torpaqlarında yerləĢdirilmiĢ 




159 

 

ərəblər yerli əhalini islama dəvət etmək tapĢırığını aldılar. Məhz həmin dövrdə Cənubi 



Azərbaycanın baĢ Ģəhəri elan edilmiĢ Ərdəbildə o zaman Azərbaycanın  hakimi  təyin 

edilmiĢ  əl-ƏĢas  ibn  Qeys  məscid  tikdirdi.  Ġlk  vaxtlar  belə  məscidlər  ancaq  ərəb 

qəbilələrinin  yerləĢdirild ikləri  Ģəhərlərdə  fəaliyyət  göstərirdisə,  sonralar  Azərbay -

canın  hər  bir  yaĢayıĢ  məntəqəsində  kiçik  və  böyük  məscidlər  tikildi. Artıq X əsrdə 

Azərbaycanın demək olar, bütün Ģəhərlərində came (ellik) məscidləri vardı. Hətta X əsrin 

məĢhur  coğrafiyaĢünas-səyyahı  əl-Müqəddəsi  Ģəhəri  kənddən  fərqləndirən  əsas 

cəhəti  məhz  hər  hansı  yaĢayıĢ  yerində  came  məscidin  olmasında  görürdü. 

"Dərbəndnamə"nin məlumatına görə, 733/734-cü ildə əməvi sərkərdəsi Məsləmə ibn 

Əbdülməlik  Dərbənddə  olan  came  məscidindən  baĢqa  daha  yeddi  məhəllə  məscidi 

(Xəzər, Fələstin, DəməĢq, Qeysəri, əl-Cəzirə və Mosul) tikdirməyi əmr etdi. Ayrı-ayrı 

millətlərin,  daha  doğrusu,  tayfaların  yaĢadığı  məhəllələrdə  tikilən  bu  məscidlərə 

ərəblərlə  yanaĢı,  islamı  qəbul  etmiĢ  qeyri-ərəblər  -məvalilər  də  gəlird ilər. 

Mənbələrin  məlu matına  görə,  məh z  Dərbənd  islamı  "kafirlərin"  yaĢadıqları  ətraf 

dağlıq  ölkələrə  yayırdı.  869-cu  ildə  Dərbənddə  məskunlaĢmıĢ  ərəb  nəslindən  olan 

HaĢim əs-Su ləmi bu Ģəhər-dövləti  müstəqil elan ed ib,  Dərbənd əmirliy inin əsasını 

qoyduqdan sonra vaxtaĢırı qonĢu qeyri-müsəlman dağlılar üzərinə dini bayraq altında 

iĢğalçılıq yürüĢləri təĢkil edirdi. Dağ yerlərində islamlaĢma uzun proses Ģəklini alsa da, bu 

yürüĢlər  bəzi  dağlıların  zorla,  bəzilərinin  isə  könüllülük  prinsipi  əsasında  gec-tez 

müsəlmanlaĢmasına gətirib çıxartdı. 

Öz əvvəlki dini etiqadını saxlayan "zimmi" adlandırılan yerli əhali "dövlətlinin 

dövlətinə görə, varlının varına görə, kasıbın kasıblığına görə" can vergisi verirdi. Lakin 

artıq  Əməvilər  Xilafəti  dövründə  çox  vaxt  öz  Ģəxsi  mənfəətlərini  güdən  xəlifə 

caniĢinləri Quranın (9, 29) cizyənin yalnız zimmilərdən tutulması haqqında buyuruğunu 

pozaraq, yeni müsəlmanlardan - məvalilərdən də vergi almağa baĢladılar. Beləliklə, baĢqa 

dinə mənsub olanlardan tutulan can vergisi-cizyə həm  müsəlmanlardan, həm də qeyri-

müsəlmanlardan alınan adi vergiyə çevrildi. Belə siyasət xalq kütlələrinin narazılığına və 

bunun  nəticəsi  olaraq  xəlifə  II  Ömərin  (717-720)  caniĢinlərə  yeni  müsəlmanlardan 

cizyə  toplanmasını dayandırmaları göstəriĢini verməsinə səbəb oldu. Ancaq II Ömərin 

ölümündən  sonra  can  vergisinin  alınması  yenidən  bərpa  edildi,  onu  ödəməyənlərə 

qarĢı mü xtəlif cəza tədbirləri görüldü. 

Ġslam  bütpərəstliyin və çoxallahlılığın  bütün  formalarına qarĢı  müharibə  elan 

etdi, səcdə məqsədilə canlı varlığın Ģəklini çəkməyi yasaq etdi. Məhz bu addım islamın 

yayılması ilə Azərbaycanda təsviri incəsənətin tətbiq dairəsinin məhdudlaĢmasına gətirib 

çıxartdı. 

Beləliklə,  ilk  ərəb  iĢğalından  keçən  təqribən  üç  əsr  ərzində  bütün 

Azərbaycan  əhalisinin  əksəriyyəti  islamlaĢdı,  azərbaycanlılarla  yanaĢı,  ərəb  iĢğal 

dairəsinə düĢmüĢ qonĢu xristian xalqları isə öz əvvəlki dinlərini saxladılar; bunun əsas 

səbəbi  Azərbaycan  ərazisində  - həm  Ģimalda  və həm  də  cənubda,  dini  etiqadca büt-

pərəst və atəĢpərəst olan qeyri-xristian albanların, türkdilli və irandilli tayfa və xalqların 

üstünlük  təĢkil  etməsi  idi.  Məhz  onlar,  öz  xoĢları  ilə  islamı  qəbul  etmiĢ  dönmə 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə