Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə78/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   74   75   76   77   78   79   80   81   ...   217

165 

 

baĢqa meyvələrin tu mları aĢkara çıxarılmıĢdır. 



Bağçılıqla yanaĢı, Azərbaycanda bu dövrdə üzümçülü k də inkiĢaf etmiĢdi. 

Yayılmaqda olan islam d ini Ģərabçılığın tərəqqisinə yerlərdə ləngidici təsir göstərsə 

də,  azərbaycanlıların   təsərrüfat  fəaliyyətlərinin  mühü m  sahəsi  olan  üzü mçü lüyün 

inkiĢafını saxlaya bilməd i. 

X  yüzildə  buraya  gələn  səyyahlar  Azərbaycanın,  demək  o lar,  bütün 

Ģəhərlərində  üzümün  bol  olduğunu  göstərir,  onun  yaĢ  və  qurusunun  Yaxın  ġərq 

ölkələrinə aparıldığ ını qeyd edirlər. 

Arxeoloji  dəlillər  də  ü zü mün  bolluğu  barədəki  mənbə  məlu matlarını 

təsdiq  edir.  Bir  ço x  abidələrin  arxeolo ji  tədqiqatı  zaman ı  aĢkar  ed ilmiĢ  üzü m 

tumları,  Ģərabın  hazırlan ması  və  saxlan mas ı  üçün  zəruri  olan  gil  qablar,  tuluq lar, 

Ģərab  çöküntüsü  və  s.  həmin  dövrdə  üzü mçülü k  və  Ģərabçılığ ın  xey li  inkiĢaf 

etdiyini bir daha sübut edir. 



Maldarlıq.  VII-X  əsrlərdə  Azərbaycanda  maldarlığ ın  oturaq  və  köçmə 

formaları  yayılmıĢdı.  Lakin  bununla  yanaĢ ı,  bu  dövrdə  yarımköçəri  maldarlıq  da 

meydana  gəlmiĢ  və  tədricən  inkiĢaf  etməyə  baĢlamıĢdı.  Qeyd  etmək  lazımd ır  ki, 

Azərbaycanda  yarımköçəri  maldarlığ ın  yayılmasında  mü xtəlif  vaxtlarda  ölkəyə 

gəlmiĢ  köçəri  tayfaların  mühüm  ro lu  olmuĢdur.  Düzənlik  bölgələrdə  əlveriĢli 

Ģəraitin olması da Azərbaycanda yarımköçəri  maldarlığ ın formalaĢ masında mühüm 

rol  oynamıĢdır.  Bə zi  tədqiqatçıla rın  fikrincə,  erkən  orta  əs rlər  dövründə  meydana 

gəlmiĢ yarımköçəri maldarlıq XI-XII əsrlərdə bitkin Ģəklə düĢmüĢdür. 

Yarımköçəri  ma ldarlar  təsərrüfatın  yalnız  bir  sahəsi  -  ma ldarlıqla,  daha 

çox  qoyunçuluqla  məĢğul  olurdular.  Lakin  təsərrüfatın  bu  forması  Azərbaycanda 

geniĢ  intiĢar  tapa  bilməmiĢ,  yalnız  ġirvan  və  Qarabağ,  Muğan  və  Mil  düzləri 

əhalisinin  müəyyən  qismində  qeydə  alın mıĢdı.  Bununla  yanaĢı,  Böyük  və  Kiçik 

Qafqazın dağ və dağətəyi yerlərin in əhalisi q ıĢda öz sürülərini Mu ğan, Mil,  ġirvan 

düzlərində  otarır,  yayda  isə  həmin  sürüləri  dağlara,  zəngin  alp  çəmənliklərinə 

qovurdular.  Bəzi  orta  çağ  mənbələrin in  məlu matlarına  əsaslanaraq  erkən orta əsrlər 

dövründə Azərbaycanda olan  yaylaqlara qonĢu vilayətlərdən böyük sürülər  gətirildiyini 

mülahizə etmək olar. 

VII-X  əsrlərdə  əkinçiliyin  intensiv  təkamülü  maldarlığın  inkiĢafına  xüsusi 

təsir göstərir. Arxeoloji materiallar Azərbaycanda o zaman çoxsaylı xırdabuynuzlu mal-

qara  sürülərinin  olduğunu  təsdiq  etməyə  imkan  yaradır.  Azərbaycanda  qoyunçuluğun 

yüksək inkiĢaf səviyyəsi Ġbn Havqəlin məlumatı ilə bir daha təsdiqlənir; onun yazdığına 

görə, Ərdəbil yaxınlığındakı Kulsurə bazarında eyni va xtda 100 min qoyun satılırdı. 

Bu  dövrdə  atçılığın  inkiĢafı  yazılı  mənbələrdəki  məlu matla  təsdiq  edilir. 

Həmin məlu mata görə, 764-cü ildə xəzərlər ölkədən çoxsaylı at ilxıları aparmıĢdılar. IX-

X  yüzil  ərəb  müəllifləri  Azərbaycanın  qıvraq  davamlı  at  cinsləri  ilə  məĢhur  olduğu 

haqqında məlumat vermiĢlər. Bu atlara Ġraq və ġamda daha yüksək qiymət verilirdi. Yerli 

cinslər arasında Qarabağ atları daha geniĢ Ģöhrət qazanmıĢdı. Ərəblər Azərbaycanı iĢğal 

etdikdən sonra burada ərəb atlarının bəslənilib-yetiĢdirilməsi baĢlandı. Cins ərəb atlarının 




166 

 

yerli at cinsləri ilə cütləĢdirilməsi nəticəsində daha yüksək keyfiyyətlərə  malik yeni at 



cinsi meydana gəldi. 

Ticarətin  inkiĢafı  əsas nəqliyyat vasitəsi  kimi  dəvəçiliyin yüksəliĢinə də  xeyli 

təsir etdi. Dəvə ağır Ģeylərin daĢınması üçün əvəzolunmaz yük heyvanı idi. Arxeoloji və 

yazılı  mənbələr Azərbaycanın  yarımköçəri  maldarlıq  formasının  hakim  olduğu  düzən 

yerlərində təkhörgüclü və ikihörgüclü dəvə cinslərinin geniĢ yayıldığını təsdiq edir. 

Azərbaycanın dağlıq bölgələrində  inkiĢaf  edən heyvandarlıq  təsərrüfatı  ailəvi 

tələbatı  ödəməklə  yanaĢı,  satıĢ  bazarını  da  malla  təmin  edirdi.  Kəndlinin  Ģəxsi 

təsərrüfatında qoyun, keçi, inək, öküz, at, ev quĢları vardı. Bahqçılıq, ovçuluq, arıçılıq 

kənd təsərrüfatının yardımçı sahələri idi. X əsrdə Azərbaycanda olmuĢ ərəb coğrafiyaçı-

səyyahları (əl-Ġstəxri, Ġbn Havqəl və b.) Kür və Araz çaylarından tutulan balıqların çox 

dadlı olduğunu qeyd edir, "Ģahmahı" adlanan, o zamanlar hətta qurudulmuĢ halda xarici 

ölkələrə daĢınan balıq növünü yüksək qiymətləndirirdilər. 

VII-X  əsrlərdə  istehsal  məhsullarının  ümumi  inkiĢafı  nəticəsində  maldarlıq 

məhsulları  istehsah  da  artdı.  Bu  dövrdə  müxtəlif  süd  məhsullarının  istehsalı  və 

saxlanılması  üçün  istifadə  edilən  qabların  keyfiyyəti  yaxĢılaĢır.  Gil  süd badyaları  ilə 

yanaĢı,  mis sərniclər  istifadə olunmağa baĢlanır.  Yağın  hazırlanması üçün gil,  tuluq  və 

ağac  nehrələrdən  istifadə  olunurdu.  O  dövrə  aid nehrələr  əvvəlkilərdən  yalnız  böyük 

ölçüsü ilə deyil, eləcə də quruluĢu ilə seçilird i. 

Bu dövrdə xırda buynuzlu mal-qaranın sayının artması daha çox yun, dəri, süd 

və süd məhsulları əldə etməyə imkan yaratmıĢdı. 

Beləliklə,  mövcud  material,  tədqiq  edilən  dövrdə  Azərbay canda  nəinki 

Qafqaz ölkələrinə, eləcə də bütün Ön Asiyaya xas olan yüksək mədəniyyətli əkinçilik 

və maldarlıq təsərrüfatlarının olduğunu təsdiq edir. 

 

 



 

 

 



§ 2. ƏRƏB  HAKĠMĠYYƏTĠ  DÖVRÜNDƏ  ġƏHƏRLƏR VƏ ġƏHƏR  

HƏYATI 

 

Ərəb  müdaxiləsindən  sonra  Xilafət  qoĢunlarının  itaətə  gəlməyən  Ģimal 



vilayətlərinə  etdikləri  vaxtaĢırı  yürüĢləri,  eləcə də  xəzərlərin  və baĢqalarının bu yerlərə 

ardı-arası  kəsilməyən  hücumları  ilə  əlaqədar  Azərbaycan  ərazisində  baĢ  verən  hərbi 

əməliyyatlar bu ölkənin Ģəhərlərinə və Ģəhər həyatına təsir göstərməyə bilməzdi.  Yaxın 

ġərqin ərəblər tərəfindən "tez bir zamanda və çox vaxt sülh yolu ilə, iqtisadiyyata ciddi 

zərər  yetirmədən"  iĢğal  edilən  bir  çox  Ģəhərlərinə  nisbətən  Azərbaycanın  xüsusilə 

xaricdən daha  çox  müdaxiləyə  məruz  qalan  Ģimal  hissəsi  uzun sürən  hərbi  əməliy -

yatlar zamanı ciddi çətinliklərlə üzləĢmiĢ, bəzi hallarda isə dağıdılmıĢdı.  Bütün  bunlar 

Ģəhər  təsərrüfatının  böyük  zərər  çəkməsinə,  hətta  bir  sıra  Ģəhərlərin  müvəqqəti 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə