Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə80/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   76   77   78   79   80   81   82   83   ...   217

169 

 

haqqında  məlu mat  verən  mənbələr  iĢğal  dövrü  üçün  Ərdəbil,  Muğan,  Naxçıvan, 



Bərdə, Beyləqan, Qəbələ, ġəki, ġəmkir, Dərbənd, ġabran, ġamaxı, Qazaka və baĢqa bu 

kimi  Ģəhərlərin  adlarını  sadalayır.  IX-X  yüzillərin  müəllifləri  isə  bu  siyahını  onlarla 

Ģəhər və yaĢayıĢ məntəqəsinin adları ilə zənginləĢdirmiĢlər.  Lakin ərəb mənbələrində 

adları  çəkilən  bu  yaĢayıĢ  məntəqələrinin  heç  də  hamısı  dövrümüzədək  qalmamıĢ, 

çoxunun hətta adı da unudulmuĢdur. Əgər Bərdə, Beyləqan, Qəbələ, ġamaxı, Naxçıvan, 

Bakı,  Dərbənd.  Təbriz,  Ərdəbil,  ġəmkir,  Gəncə,  ġabran  və  b.  Ģəhərlərin  tarixi  yer-

lərinin müəyyənləĢdirüməsi Ģübhə doğurmursa, mənbələrdə adları çəkilən bir çox Ģəhər 

və yaĢayıĢ məntəqələri hələ də arxeoloji baxımdan açılmamıĢdır. 

Ərəb iĢğalından xeyli sonra, VIII əsrdə də, Arran və Azərbaycan ərazisində 

davam  edən  ardı-arası  kəsilməyən  müharibələr Ģəhər  və yaĢayıĢ  məntəqələrinə  xeyli 

zərər  vurdu.  Elə  ona  görə  də  çətin  ki,  bu  dövrü  iqtisadiyyatın  çiçəklənməsi  üçün 

əlveriĢli hesab etmək mümkün olsun. Arxeoloji tədqiqatların nəticələri ilə təsdiq olunan 

yazılı  mənbələr ərəb iĢğalı,  xəzər yürüĢləri, yerli əhalinin Xilafətə qarĢı çıxıĢları və s. 

ilə əlaqədar iki əsrdən çox davam edən nisbi iqtisadi durğunluq dövründən sonra, yəni 

təqribən  IX  yüzilin  II  yarısından,  Azərbaycanda Ģəhərlərin,  sənətkarlığın  və ticarətin 

inkiĢaf etməyə baĢladığını göstərir. Bu dövrdən baĢlayaraq Ģəhərlər yenidən sənətkarlıq 

və ticarət mərkəzinə çevrilir, orada istehsal olunan məhsullara tələbat artır və Moisey 

Kalankatlının məlumatına görə, hətta təbii sərvətin istismarı da güclənir. 

Arxeoloji  qazıntılar  bir  sıra  Azərbaycan  Ģəhərlərində  (Gəncə,  Qəbələ, 

Mingəçevir,  Beyləqan-Örənqala,  Dərbənd,  Çoqa,  Bakı,  ġabran,  ġamaxı)  orta  əsrlərə 

xas  olan  bütün  əsas  sənət  növlərini  (qab-qacaq  emalı,  qızıl  və  gümüĢ  məmulatının 

hazırlanması,  toxuculuq  və  s.)  olduğunu  göstərən  mədəni  təbəqələr  aĢkar  etmiĢdir. 

Sənətkarlar Ģəhər əhalisinin əsas  kütləsini təĢkil  edirdilər.  Onların  sayı  kənd  əhalisinin 

Ģəhərlərə  axını  hesabına  daim  artırdı.  Sənətkarlar  Ģəhərin  sıx  məhəllələrində 

ixtisaslarına görə yerləĢərdilər. Bazar mərkəzləri belə məhəllələri adətən hər tərəfdən 

əhatə  edərdi.  Bəzən  sənətkar  dükanları  Ģəhərin  kənarında,  möhkəmləndirilmiĢ  qala 

divarlarının yanında cərgə ilə düzülürdü. 

Qəbələ  Ģəhəri  ərazisində  aparılan  qazıntılar  zamanı  içərisində  yerli  istehsal 

məhsulu olan qızıl və gümüĢ Ģeylər, pullar, dulusçuluq  məmulatı və s. tapılmıĢ bir neçə 

qəbir  aĢkar  olunmuĢdur.  Mingəçevirdə  açılmıĢ  yeraltı  sərdabədə  toxucu  dəzgahı 

hissələri, çəkməçilik ləvazimatı, cəhrədəki iy halqaları, ipək və yun parça qırıqları, xalça 

tikələri aĢkar olunmuĢ, yaĢayıĢ evlərindəki qazıntı nəticəsində  torlar üçün daĢ  və gildən 

qayrılmıĢ çoxlu lot tapılmıĢdır. Beyləqanda dulusçu kürələri, dulusçuluq alətləri, habelə 

istehsal zamanı zədələnmiĢ saxsı mə mulatı aĢkara çıxarılmıĢdır. 

Məhz  bu  dövrdə  Azərbaycanda  metaliĢləmə  sənəti  özünün  çiçəklənmə 

mərhələsinə  qədəm  qoyur,  Sənətkarlar  xeyli  miqdarda  dəmir  əmək  alətləri  (oraq, 

dəryaz,  balta,  kotan,  mü xtəlif  bıçaqlar  və  s.)  hazırlayırdılar.  Orta  əsr  Ģəhərlərində 

aparılan  arxeoloji  qazıntılar  zamanı  Gədəbəy,  DaĢkəsən,  Qarabağ,  Naxçıvan  və  b. 

yerlərdə  hasil  olunmuĢ  dəmir  filizindən  hazırlanan  müxtəlif  formalı  alətlər  aĢkar 

edilmiĢdir. 




170 

 

Ġpəkçiliyin və xalçaçılığın Arran və Azərbaycanda inkiĢafı haqqında yerli  və 



ərəb-fars  müəlliflərinin əsərlərindəki  məlu mata görə yun,  ipək və pambıq parçalar 

emal edən yerli sənətkarlar həmin parçaları və onlardan tikilmiĢ hazır paltarları bazara 

çıxarırdılar. Gəncədə, ġəmkirdə, Mərənddə istehsal olunmuĢ yun paltarlar xüsusi Ģöhrət 

qazanmıĢdı.  Bərzənddə,  ərəb  qaynaqlarında  "qətifə"  adı  ilə  qeyd  edilən  hamam 

dəsmalları,  tirmə parçalar, örtüklər, çullar,  Varsan və  Naxçıvanda "zilu" adlanan  xalılar, 

namaz xalçaları, Muğanda sumağ və palazlar, xalça çuvallar, Səlmasda ipək qaytanlar və 

s. hazırlanırdı.  ġirvandan  dünyanın  hər  yerinə qızılın  əyarını  müəyyənləĢdirmək  üçün 

istifadə  edilən daĢ  (məhək) aparılırdı.  Həmin  daĢın  istehsalı Arranda  çıxarılan qiymətli 

metallardan məmulat hazırlayan yerli emalatxanalarla sıx bağlı idi. Elə ona görə də yerli 

salnaməçi  "qızıl,  gümüĢ,  dəmir  filizi  və  mis  hasilatından  baĢı  çıxan  cürbəcür 

sənətkarlar" haqqında söhbət açır. 

Mənbələr ġirvanda xeyli neft və duz çıxarılması, bu məhsulların quru və dəniz 

yolları ilə digər ölkələrə daĢınması haqqında da məlumat verir. Əl-Məsudinin yazdığına 

görə,  Bakuyədə  (Bakıda)  "ağ  və  baĢqa  növ  neft  mədənləri  vardır.  Dünyada  buradan 

savayı,  Allah  bilir,  ağ  nefti  olan  baĢqa  yer  yoxdur.  Bura  ġirvan  məmləkətinin  sahil 

Ģəhəridir.  Həmin  neftverən  yerdə  vulkan  vardır.  Bu,  alovunun  dilləri  həmiĢə  göyə 

ucalan mənbədir". 

Bu  dövrdə  müstəqil  həyat  keçirən  Azərbaycan  və  Arran  Ģəhərləri  Xilafətin 

yüksək  rütbəli  məmurlarının  iqamətgahları  yerləĢən  inzibati  mərkəzlər  kimi  də 

fəaliyyət  göstərirdi.  MərkəzləĢdirilmiĢ  dövlət  olan  Xilafətin  hüdudlarında 

birləĢdirilmiĢ  bu  Ģəhərlər  yüksəldikcə  onların  olan-qalan  daxili  mu xtariyyətləri  də 

əldən gedirdi. Bu birlik ticarətin inkiĢafı üçün daha əlveriĢli Ģərait yaratdı,  tacirlər üçün 

Xəzər dənizindən keçən ticarət yollarını açdı. 

Avropa,  Asiya  və  Afrikanın  müxtəlif  yerlərində  aĢkar  olunmuĢ  çoxsaylı  pul 

dəfinələri Xilafət hökmranlığı dövründə ticarətin geniĢ miqyas aldığını, Azərbaycanın o 

dövrün bütün  məĢhur ölkələri  ilə  ticarət  əlaqələri saxladığını  göstərir.  Lakin  ərəblərin 

hələ  də  davam  etdirdikləri  iĢğalçılıq  müharibələri  orta  əsr  Azərbaycanının  iqtisadi 

həyatının  inkiĢaf  istiqamətlərinə  təsir  etdi;  Xilafətin  Bizansla  aramsız  apardığı 

müharibələr  ġərq  ölkələrinin  Kiçik  Asiya  ilə  ticarət  əlaqələrinə  son  qoydu.  Lakin 

Bizansın  dünya  ticarətində  öz  aparıcı  rolunu  itirməsindən  sonra  Xilafətin  qonĢu 

ölkələrlə  ticarət  münasibətlərində Azərbaycan və Arran Ģəhərlərinin  aparıcı  mövqeyi 

gücləndi.  Artıq Xilafətin  ticarət  əməliyyatları  yeni  məcraya yönəldildi, indi baĢqa 

Ģəhərlər  həmin  əməliyyatların  əsas  mərkəzləri  oldu.  Yeni  inzibati  mərkəzlər  yarandı, 

bəzi ticarət yollarının istiqamətləri dəyiĢdi. Məhz bu dövrdə qədim Albaniyanın Qəbələ, 

ġəki,  A maras  Ģəhərləri  ticarət  mərkəzləri  kimi  ö z  əvvəlki  əhəmiyyətlərini  itirdilər. 

Beynəlxalq ticarətdə onları Xilafətin poçt idarəsinin (divan əl-bərid) ixtiyarındakı əsas 

poçt yolları üzərində yerləĢən Bərdə, Dərbənd, Ərdəbil, Marağa, Gəncə, ġamaxı və baĢqa 

bu  kimi  Ģəhərlər  əvəz  etdi.  Nəinki  ticarət,  habelə  strateji  əhəmiyyətə  malik  olan  bu 

yollarda  sikkə  (hərfən:  "yol")  adlanan  xüsusi  poçt-gömrük  məntəqələri  yerləĢdirildi. 

Ərəb  coğrafiyaçılarının  məlumatlarından  görünür  ki,  artıq  IX  əsrin  ortalarında 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə