Azərbaycan diLİ VƏ tariXİ



Yüklə 4,72 Mb.
Pdf görüntüsü
səhifə79/217
tarix01.11.2017
ölçüsü4,72 Mb.
#7975
1   ...   75   76   77   78   79   80   81   82   ...   217

167 

 

tənəzzülünə  gətirib  çıxarsa  da  müharibələrarası  dinclik  dövründə  köhnə  Ģəhərlərin 



bəziləri yeni inkiĢaf yoluna qədəm qoymuĢ, bir neçəsi isə təzəliklə salınmıĢdı. 

Azərbaycana  daha  mütərəqqi  ictimai  münasibətlər  gətirə  bilməyən,  buna 

görə də öz gəliĢləri ilə cəmiyyətin ictimai-iqtisadi əsaslarını dəyiĢməyən köçəri ərəblər 

məhsuldar qüvvələri məhv etməməyə, mövcud təssərrüfat sistemini, o cümlədən Ģəhər 

təsərrüfatını  qoruyub  saxlamağa  çalıĢır,  bununla  yanaĢı,  iĢğalın  ilk  dövründə  siyasi 

iddialardan az üstün tutmadıqları maddi mənfəətlərini də yaddan çıxarmırdılar.  Bu hal 

Azərbaycanın  müxtəlif  Ģəhərlərinin  əhalisi  ilə bağlanılan  müqavilələrin  məzmunu  ilə 

də təsdiq olunur.  Belə  ki,  Naxçıvan əhalisi  ilə bağlanılmıĢ sülh  müqaviləsinə  görə  bu 

Ģəhəri  tutmuĢ  ərəb  sərkərdəsi  Həbib  ibn  Məsləmə  sakinlərin  həyatına  zamin  olur, 

onların  əmlakının,  eləcə  də  kilsələrin,  məbədlərin  və  Ģəhər  divarlarının 

toxunulmazlığına təminat verirdi; əvəzində yalnız müəyyən edilmiĢ məbləğdə verginin 

vaxtlı-vaxtında ödənilməsi tələb o lunurdu. 

ġəhərlərin təslim ed ilməsinin belə Ģərtləri yerli əhali üçün  o qədər də ağır 

deyildi; bir də ki, təyin edilmiĢ vergilərin qədəri də əvvəlki dövrə nisbətən az id i. 

Ərəblər bu və ya digər Ģəhəri ələ keçirdikdə Ģəhərin tabeliyində olan bütün 

kənd  və  yaĢayıĢ  məntəqələrinə  də  sahib  olurdular.  Ona  görə  də  Ģəhərin  əhalisi  ilə 

bağlanılan  müqavilə  ərəblərin  "rustaq"  adlandırdığı  bütün  nahiyəyə  aid  edilirdi.  Qeyd 

etmək  lazımd ır  ki,  hər  hansı  Ģəhəri  mühasirəyə  alan  ərəblər  dərhal  hücuma  keçmir, 

Ģəhərlilərin döyüĢsüz təslim olmalarını tələb edir, onların qarĢısında Ģərt qoyurdular, ya 

siyasi  asılılığı  boyunlarına  götürmək  və  vergi  verməklə  -  sülh,  ya  da  müharibə. 

ġəhərlilərin  mənfi  cavabları  həmin  Ģəhərlərin "zor  gücünə" (anvatan)  iĢğalına, talan 

edilməsinə və döyüĢsüz təslim o lanlara nisbətən daha ağır vergilərlə yüklən məsinə 

səbəb olurdu. 

Ərəb yürüĢləri ərəfəsində Azərbaycanda onlarla böyüklü-kiçikli Ģəhər vardı. 

Bu Ģəhərlərin bir çoxu iĢğaldan sonra da öz inzibati, siyasi, eləcə də iqtisadi əhəmiyyətini 

saxlamıĢdı.  Lakin  iĢğal  dövrü  Azərbaycan  Ģəhərlərinin  dəqiq  sayını 

müəyyənləĢdirmək  ço x  çətindir.  Belə  ki,  orta  çağ  ərəb  müəllifləri  " mədinə"  - Ģəhər 

termin i ilə "karyə" kənd sözlərindəki fərqə ço x varmır, bəzən "karyə" terminini həm 

Ģəhər,  həm  də  kənd  mənasında  iĢlədirdilər.  Xilafət  dövrü  tarixi  tədqiqatçılarının 

(O.Q.BolĢakov  və  b.)  fikrincə,  "iĢğalla  əlaqədar  adları  çəkilən  Ģəhərlərin  baĢqa 

yaĢayıĢ  yerlərindən  ayırd  edilməsi  üçün  əsas  amil  onların  siyasi  əhəmiyyətidir; 

ərəblərlə  müqavilə  bağlayanlar,  görünür,  iri  in zibati  mərkəzlər,  yəni  Ģəhərlərdir". 

Yalnız sonrakı IX-X əsrlərdə ərəb müəllifləri "karyə" sözünü ancaq "kənd" mənasında 

iĢlətdilər. X əsrin ərəb coğrafiyaĢünas alimi əl-Müqəddəsi müsəlman Ģəhərini kənddən 

fərqləndirən  əsas  cəhəti  müəyyənləĢdirməyə  çalıĢır  və  bu  fərqi   Ģəhərdə  came 

məscidin in olmasında görürdü. Tədqiqatçılar bunu came məscidin in Ģəhərin siyasi-

inzibati  həyatında  oynadığı  mühüm  rolda,  ordakı  minbərdən  vacib  siyasi 

əhəmiyyətli  xütbələrin o xun masında görürlər.  Əl-Müqəddəsinin mülahizəsinə görə 

Xilafət,  o  cü mlədən  Azərbaycan  Ģəhərləri  inzibati  əhəmiyyətinə  görə  üç  növə 

bölünürdü: "misr" - paytaxt, "qəsəbə" - vilayət  mərkəzi, "məd inə" - vilayət Ģəhəri. 




168 

 

Bu  Ģəhərlərin  qarĢılıqlı  münasibətlərini  o,  təĢbehlərlə  belə  ifadə  edirdi:  " misr  - 



hökmdar, qəsəbə - hacib (hərb i rəis), mədinə isə döyüĢçü kimid ir". 

Yazılı  qaynaqların  məlu matı  və  arxeoloji  qazıntılar  ərəb  hakimiyyəti 

dövründə  Azərbaycan  və  Arranda  Ģəhərlərin  b ir  neçə  kateqoriyasını 

müəyyənləĢdirməyə  imkan  verir.  Bu  dövrdə  ictimai  əmək  bölgüsü  daha  geniĢ 

zəmində  həyata  keçirilir,  sənətlər  kənd  təsərrüfatından  ayrılaraq  Ģəhərlərdə 

mərkəzləĢir. ġəhərin  kənddən ayrılması prosesi dərinləĢir, Ģəhər əhalisi a rtıq  kənd 

təsərrüfatı ilə deyil, yalnız sənətkarlıq və ticarətlə məĢğul olur.  

Lakin ərəb iĢğalı ərəfəsində Azərbaycanın bütün Ģəhərləri  mühüm ticarət - 

sənaye mərkəzləri deyildi. Yaln ız beynəlxalq tran zit ticarətinin ana yolları ü zərində 

olan Bərdə,  Beyləqan (Paytakaran), Dərbənd (Bab əl-Əbvab) kimi  iri Ģəhərlər belə 

mərkəzlərdən  idilər.  Bu Ģəhərlərdə  ruhani və dünyəvi əyanlar, tacirlər, sələmçilər, 

əkinçiliklə əlaqəni ü zmüĢ sənətkarlar yaĢayırdılar.  

Böyüklüyünə  görə  orta  ölçüdə  olan  ikinci  kateqoriyaya  aid   Ģəhərlər 

sənətkarlıq  və  ticarət  mərkəzləri  idilər  və  Ģəhərin  özünü,  eləcə  də  ətraf  nahiyəni 

zəruri  məhsullarla təmin edird ilər.  Karvan yolları üstündəki ticarət  mərkəzlərindən 

fərqli  olaraq,  əldən-ayaqdan  uzaq  yerdə,  əsas ticarət  yollarından  kənarda  yerləĢən 

bu  Ģəhərlər  eyni  zamanda  böyük  hərbi  dəstələrin  saxlan ıld ığı  qalalar  idi.  ġəki, 

Qəbələ,  Naxçıvan,  Amaras,  Ərdəbil,  Girdiman  belə  Ģəhərlərdən  olmuĢdur.  Həmin 

Ģəhərlərin  bəzilərində  (məsələn,  Girdimanda)  yerli  hakimlərin  iqamətgahı,  onların 

qoĢunları,  daha  sonralar  isə  onların  xəzinəsi  yerləĢird i  (məsələn,  Naxçıvan 

yaxınlığındakı Əlincə qalasında). 

ġəhərlərin  üçüncü  kateqoriyasını  kəndtipli  Ģəhərlər,  yəni  feodal 

mü lklərin in  in zibati  mərkəzləri  təĢkil  etsələr  də,  əkinçiliyə  daha  çox  mey il  edən, 

lakin  ictimai-iqt isadi  mənada  Ģəhər  olmayan  yaĢayıĢ  məntəqələrini  də  bu 

kateqoriyaya  aid  etmək  mü mkündür.  Belə  yerlərdə  ictimai  və  əmlak  cəhətdən 

təbəqələĢmə  hələ  kəskin  nəzərə  çarpmırdı.  Onların  natural  təsərrüfat  həyatı  keçirən 

əhalisinin baĢqa bazarlarla, demək olar ki, heç bir əlaqəsi yox idi. 

Bəzi  Azərbaycan  Ģəhərlərinin  əzəmətini  və  strateji  əhəmiyyətini  həmin 

Ģəhərləri əhatə edən qalın divar və bürclərin qalıqları sübut edir. Demək olar bütün qala 

divarları  və  bürclər  yonulmuĢ  iri  daĢlardan  hörülmüĢ,  onların  özülü  isə  biĢmiĢ 

kərpicdən  qoyulmuĢdu.  O  dövrdə  Ģəhər  salarkən  xaricdən  ola  biləcək  hücumlardan 

yaxĢı  müdafiə  olunmaq  üçün  Ģəhərin  qala  divarları  və  bürclərinin  yuxarı  hissəsində 

mütləq mazğallar qoyur və ya baca açırdılar. 

Aydındır  ki,  orta  əsrlərdə  baĢqa  yerlərdə  olduğu  kimi,  Azərbaycanda  da 

ölkənin  siyasi  və  iqtisadi  həyatında  mühüm  rol  oynayan  Ģəhərlər  birdən-birə  yarana 

bilməzdi.  Bu  Ģəhərlərin  meydana  gəlməsinin  ilkin  iqtisadi  Ģərtləri  hələ  erkən  orta 

əsrlərdə  yaradılmıĢdı;  lakin  həmin  dövrün  yaĢayıĢ  məntəqələrinin  heç  də  hamısı  iri 

feodal  Ģəhəri  səviyyəsinə  yüksələ  bilmirdi.  Orta  əsrlərin  erkən  mərhələsində  Ģəhər 

təsərrüfatının  ümumi  inkiĢafı  bu  yaĢayıĢ  məntəqələrinin  tədricən  orta  çağ  feodal 

Ģəhərinə  çevrilməsi  üçün  zəmin  yaratdı.  Azərbaycanın  ərəblər  tərəfindən  iĢğalı 




Yüklə 4,72 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə