Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”; Kafedra: “Humanitar fənlər



Yüklə 110,96 Kb.
səhifə2/8
tarix21.06.2023
ölçüsü110,96 Kb.
#118273
1   2   3   4   5   6   7   8
ADİAK imtahan testləri yekun-300 test

45. Bu, işgüzar insanın öz hərəkətinə cavab vermək qabiliyyətidir. Təşkilata və şəxslərə qarşı öhdəlikdir - etik normaların hansı tələbindən bəhs olunur?

  1. Diqqət

  2. Savadlılıq

  3. Məsuliyyət

  4. Hörmətlə yanaşmaq

  5. Məxfilik

46. Qərar hansı məsələlərə dair qəbul edilə bilər ?


A) müəyyən kollegiyal idarəetmə orqanları tərəfindən onların səlahiyyətinə aid olan mühüm məsələlərin həlli üçün ;


B) İdarəetmə orqanları tərəfindən ;
C) təşkilat rəhbərləri tərədindən ;
D) mütəxəsislər tərəfindən
E) işçi qrupu tərəfindən

47. Rəsmi sənədlərin sonunda nə yazılır.


A) imza möhurlə;


B) möhür ştamp;
C) sədrinin imzası ilə;
D) şöbə müdirinin imzası ilə;
E) üzvlərin imzası ilə;

48. İşgüzar üslub əsasən neçənci əsrdən formalaşmışdır?


A) XXəsrdən formalaşmışdır;


B) XI əsrdən formalaşmışdır;
C) XIX əsrdən formalaşmışdır;
D) XXI əsrdən formalaşmışdır;
E) XII əsrdən formalaşmışdır;

49. Bir qurumun, idarənin fəaliyyət sirləri şəxsi sirr qədər diqqətlə saxlanılmalıdır- bu, iş etikasının hansı tələbini şərtləndirir?





  1. Görünüş

  2. Nəzakət

  3. Ədalət

  4. Məxfilik

  5. Məsuliyyət

50. Rəsmi sənədlər haqqında aşağıdakılardan biri səhvdir:


A) Rəsmi sənədlər tarixi əhəmiyyət daşımır.


B) Rəsmi sənədlər mütəxəssislər tərəfindən tərtib olunur.
C) Rəsmi sənədlər mühum hüquqi məzmuna malik olur.
D) Rəsmi sənədlər dedikdə, dövlət yaxud hökumət təşkilatlarının tərtib etdiyi və xüsusi qaydada təsdiq olunan sənədlər nəzərdə tutulur.
E) Hər bir dövlətin ən mühum sənədləri olan Konstitusiya, hökumətin sərəncamları və s. nəzərdə tutulur.

51. Rəsmi sənədlərə aid deyil.


A) annotasiya


B) fərman
C) nota
D) sərəncam
E) bəyanat

52. Hansı üslubda fikir müəyyən qəlibə düşmüş formalarda və olduqca yığcam şəkildə verilir?


A) Publisistik
B) Bədii
C) Məişət
D) Elmi
E) Rəsmi - işgüzar

53. Dövlət başçısının bəyanatı hansı üsluba aiddir?


A) Publisistik


B) Bədii
C) Məişət
D) Elmi
E) Rəsmi - işgüzar

54. Etika anlayışı daha ətraflı hansı bənddə verilmişdir.





  1. Etika termini ilk dəfə Aristotel tərəfindən işlənmiş, insanların düzgün davranış və əxlaq normalarından bəhs edir.

  2. Etik yunan dilində adət, xasiyyət mənasını bildirir.

  3. Etik qaydalar uzun müddət formalaşır, olduqca yavaş dəyişir.

  4. Etiket insanlara münasibətin xarici təzahür formasının məcmusudur.

  5. Hansı işgüzar sahədə olmasından asılı olmayaraq ünsiyyətdə etik qaydalara əməl etmək lazımdır.

55. Əsasən, mütəxəsisslər və işçi qrupu tərəfindən hazırlanır və hüquqi məzmuna malikdir.

A) Publisistik məqalələr


B) Bədii əsərlər
C) Elmi əsərlər
D) İşgüzar sənədlər
E) Rəsmi sənədlər

56. Bunlardan hansı rəsmi-işgüzar üslubun ən sərbəst formasıdır?


A) ərizə
B) məktub


C) arayış
D) əmr
E) protokol

57. İcra hakimiyyəti, idarə və müəssisələrin kollektiv orqanının qəbul etdiyi sənəd növu necə adlanır?


A) işgüzar yazışma


B) müqavilə
C) qərar
D) layihə
E) fərman

58. Memorandum hansı sənəd növunə aiddir?


A) rəsmi sənəd


B) rəsmi məktub
C) qeyri-rəsmi sənəd
D) işgüzar sənəd
E) heç birinə aid deyil

59. Hansı sıra rəsmi sənədlərdən ibarətdir?


A) protokol, reklam


B) izahat, tərcümeyi –hal
C) fərman, sərəncam
D) ərizə, bildiriş
E) arayış, etiket

60. Azərbaycan Respublikası Prezidentinin sərəncamları hansı üsluba aiddir?


A) elmi
B) bədii


C) publisistik
D) rəsmi
E) məişət

61. ... intonasiya, fasilə, vurğu və s. vasitələrdən istifadə olunur. Nöqtələrin yerinə yazılmalıdır:


A) Yazılı nitq


B) Monoloq
C) Dialoq
D) Şifahi nitq
E) Daxili nitq

62. ... ifadə vasitələri hərf və yazıdır. Nöqtələrin yerinə yazılmalıdır:


A) Monoloqun


B) Yazılı nitqin
C) Dialoqun
D) Şifahi nitqin
E) Daxili nitqin

63. ........ ifadə vasitələri səs və sözdür. Nöqtələrin yerinə yazılmalıdır:


A) Yazılı nitqin


B) Monoloqun
C) Dialoqun
D) Şifahi nitqin
E) Daxili nitqin

64. Şifahi nitqdə daha geniş yer verilir:


A) bütöv cümlələrə


B) nida cümlələrinə
C) sual cümlələrinə
D) yarımçıq cümlələrə
E) mürəkkəb cümlələrə

65. Düzgün cavab hansıdır?


A) Jestlərdən yazılı nitqdə istifadə olunur.


B) Yazılı nitqdə mimikasız keçinmək olmaz.
C) Usta natiqlər jestlərdən istifadə etmirlər.
D) Nitq mədəniyyətinin əsas şərti ifadəlilikdir.
E) Düzgün olmayan nitq gülüş doğura bilər.

66. Dil və nitqin fərqli xüsusiyyətlərinə aiddir: 1.dil subyektiv, nitq obyektivdir 2.dil ictimai, nitq psixi hadisədir 3.dil fərdi, nitq ümumidir 4.dil dəyişməz, nitq dinamikdir 5.dil material, nitq məlumatdır.


A) 1,3,5


B) 1,3,4
C) 2,4,5
D) 1,2,5
E) 2,3,4

67. Sənəd haqqında verilən fikirlərdən biri doğru deyil:





  1. Sənəd fakt və hadisələri özündə əks etdirir.

  2. Sənəd informasiyaların toplanması, saxlanması və ötürülməsinə xidmət edir.

  3. Sənəd ictimai fəaliyyətin bütün sahələrində geniş istifadə olunur.

  4. Sənədin təsdiqi əhəmiyyəti onun üzərindəki fakt, hadisə, zaman və məkanla bağlı olur.

  5. Sənədin hazırlanmasnda və formalaşmasında insan fəaliyyəti vacib amil deyil.

68. Şifahi nitqin əsas xüsusiyyətlərinə aid deyil.


A) mürəkkəb cümlələr


B) sadə cümlələr
C) jestlər
D) intonasiya
E) ümumişlək sözlər

69. Qeyd olunan fikirlərdən biri səhvdir:


A) dil əsas, nitq isə ondan törəmədir


B) dil və nitq ünsiyyət vasitələridir
C) dil ümumi, nitq isə fərdidir
D) dil az dəyişkəndir, nitq isə çox dəyişkəndir
E) hər bir dilin özünəməxsus quruluşu var

70. .... Çox fəaldır, əsas ünsiyyət formasıdır, tarixi qədimdir. Nöqtələrin yerinə yazılmalıdır:

A) yazılı nitq
B) şifahi nitq
C) monoloq
D) dialoq
E) poliloq

71. Yazılı nitqlə şifahi nitq arasındakı fərqlərdən biri yanlışdır.

A) Yazılı nitq tarixən daha qədimdir, şifahi nitq isə nisbətən sonrakı dövrlərə aiddir.
B) Yazılı nitqdə fikir daha ardıcıl və rabitəlidir, lakin şifahi nitqdə ardıcıllıq pozula bilər.
C) Yazılı nitq şifahi nitqə nisbətən daha müfəssəldir və mürəkkəb quruluşa malikdir.
D) Yazı prosesində çox vaxt danışıqda az işlənən ifadələrdən, cürbəcür sintaktik quruluşlardan istifadə etmək üçün şifahi nitqə nisbətən müəyyən vaxt imkanı vardır.
E) Şifahi nitq yazılı nitqə nisbətən daha sürətlidir.

72. Şifahi nitqin xüsusiyyətlərindən biri yanlışdır.

A) Şifahi nitqdə cümlələr qısa və quruluşca sadə olur.
B) Şifahi nitqin leksikasında hamıya aydın olmayan terminlərə daha çox yer verilir.
C) Şifahi nitqdə intonasiya, fasilə, vurğu və s. köməkçi vasitələrdən istifadə olunur.
D) Şifahi nitqin tempi çox sürətli olur.
E) Şifahi nitqdə ümumişlək sözlərə daha çox yer verilir.

73. Şifahi nitqə aid xüsusiyyətlərdən biri yanlışdır.

A) şifahi nitq lakonikliyi sevir.
B) şifahi nitqdə elmi, texniki, siyasi və digər terminlər çox işlənir.
C) şifahi nitq tələffüz, vurğu, intonasiya, fasilə kimi vasitələrlə zəngin olur
D) şifahi nitqin normalarının yaranmasında ixtiyarilik başlıca amildir.
E) şifahi nitqdə yarımçıq cümlələrdən, qısa rublikalardan istifadə edilir.

74. ..... hərflər və durğu işarələri ilə (nöqtə, vergül, nida və sual işarələri, iki nöqtə, nöqtəli vergül və s.) formalaşır. Nöqtələrin yerinə yazılmalıdır:

A) Yazılı nitq
B) Şifahi nitq
C) Daxili nitq
D) Sadə nitq
E) Zəngin nitq

75. İşgüzar sənədlərin leksik xüsusiyyətlərinə aid etmək olmaz.





  1. Qərara almaq, sərəncam vermək, nəzərə almaq, əmr etmək və s. Bu kimi sözlərdən daha çox istifadə olunur.

  2. Bəzi işlək sözlərin əvvəinə “rəsmi” sifəti əlavə olunur.

  3. Sabit söz birləşmələri və məcazlara geniş yer verilir.

  4. Özünəməxsus termin tərkibinə malikdir.(əmr, arayış, sərəncam və s.)

  5. Müraciət xitablarında əsasən rəsmi titullardan istifadə olunur.

76. Sorğunun növləri hansılardır?



  1. Bildiriş

  2. Anket sorğusu

  3. Müsahibə

  4. Sosiometrik sorğu

  5. Analitik sorğu

  1. 1,3,5

  2. 3,4,5

  3. 1,3,4

  4. 2,3,4

  5. 1,4,5

77. Dilə aid edilən əlamətlərdən biri yanlışdır:


A) mücərrəd işarələr sistemindən ibarətdir


B) dil əsadır
C) özünəməxsus quruluşu, ifadə imkanları yoxdur
D) tarixən az dəyişikliklərə uğrayır
E) ünsiyyət vasitəsidir

78. Quruluşuna görə iş məktubları hansı növlərə bölünür?



  1. Faksla göndərilən

  2. Tənzimlənən

  3. Elektron

  4. Tənzimlənməmiş

A) 1,2
B) 1,3
C) 2,3
D) 1,4
E) 2,4
79. Şifahi ədəbi dil üçün səciyyəvi olan qaydalar;

A) Orfoqrafik qayadalar


B) Yazı qaydaları
C) Qrammatik qaydalar
D) Orfoepik qaydalar
E) Sintaktik qaydalar

80. Müsahibə almaq texnikasından biri yanlışdır:





  1. Müsahibə prosesində mehribançılıq, xeyirxahlıq və səmimilik şəraitinin yaradılması

  2. Özünü respondentə təqdim etmək, onunla sıx əlaqə yaratmaq və bu əlaqəni söhbətin sonuna qədər saxlamaq

  3. Müsahibə suallarının öncədən deyil, proses zamanı müəyyənləşdirilməsi

  4. Sualların düzgün qoyuluşu və etibarlı cavabların alınması

  5. Cavabların və özünün bütün qeydlərinin tam və dəqiq protokollaşdırılması

81. İşgüzar ünsiyyətin məcburi elementləri hansılardır: Biri səhvdir:


A) tək məqsəd;


B) fərdləri birlikdə işləməyə təşviq edən motivlər birliyi;
C) iştirakçıların qarşılıqlı əlaqəsi;
D) fərdi hərəkətlərin yerinə yetirilməsi üçün vahid məkanın və vaxtın olması;
E) fərdi hərəkətlərin əlaqələndirilməməsi

82. Məktub haqqında deyilənlərdən biri yanlışdır:





  1. Əməli yazının ən geniş yayılmış növlərindən biridir.

  2. Məktub sözü ərəb mənşəlidir.

  3. Məktub yazışmanın ən müasir növlərindəndir.

  4. Məktubun yazanı və alanı olur.

  5. Məktubun yazılma vaxtı və yeri olur.

83. Effektiv işgüzar ünsiyyət üçün əsas şərt nədir?


A) motivasiya


B) fərdi idark
C) planlı hərəkət
D) düşüncə tərzi
E) davranış tərzi

84. Biri biznes əlaqələrinin xüsuysiyyətləri sırasında verilə bilməz:





  1. İşgüzar ünsiyyət dili sosial tənzimləmə və iqtisadi maraqların qarşılıqlı inkişafı üçün olduqca effektiv bir vasitədir.

  2. Fəaliyyət göstərən hər hansı bir sahədə müəyyən əlaqələrin hüquqi qeydiyyatı üçün insanlar işgüzar əlaqələrə girə bilərlər.

  3. Hüquqi qeydiyyatın və qarşılıqlı əlaqənin ideal nəticəsi qarşılıqlı etimad və hörmət əsasında qurulan tərəfdaşlıq münasibətidir.

  4. Biznes əlaqələrinin xüsusiyyətlərindən biri tənzimləmə-müəyyən qaydalara və məhdudiyyətlətə tabe olmaqdır.

  5. Biznes əlaqələrinin xüsusiyyətlərindən biri tərəfdaşlarla birbaşa ünsiyyətə girməmək qabiliyyətidir.

85. Nitq nədir?

A) Ünsiyyət vasitəsi
B) Ünsiyyət vahidi
C) Ünsiyyət prosesi
D) Ünsiyyət tələbi
E) Mücərrəd işarələr sistemi

86. Nitqə aid edilən əlamətlərdən biri yanlışdır.

A) törəmədir
B) ünsiyyət prosesidir
C) dil əsasında meydana çıxır
D) dəyişməzdir
E) nitq fəaliyyətinin məhsuludur.

87. Nitq nədən törəyir ?

A) fikirdən
B) xalqdan
C) işarələr sistemindən
D) dildən
E) məntiqi təfəkkürdən

88. Biznes rabitə formalarından biri yanlış göstərilmişdir:





  1. Tənzimlənən və tənzimlənməyən

  2. Yazılı və şifahi

  3. Monoloji və dialoq

  4. İctimai və şəxsiyyətlərarası

  5. Doğrudan və dolayı

89. ... nitqə çevrilməsi çox mürəkkəb proses olub insanın sosial həyatla, onun fiziologiyası və psixologiyası ilə sıx əlaqədardır. Nöqtələrin yerinə yazılmalıdır:


A) Dilin


B) Nitqin
C) Fikrin
D) Söz ün
E) Cümlənin

90. .... olmasa bir xalqın varlığından, onun qurduğu cəmiyyətdən, dövlət quruluşundan xəbər tutmaq olmaz. Nöqtələrin yerinə yazılmalıdır:

A) Dil
B) Nitq mədəniyyəti
C) Fikir
D) Söz
E) Cümlə

91. Biri fikirlərin, mövqelərin kəsişməsidir:


A) Mübahisə


B) Sual
C) Cavab
D) Dialoq
E) Monoloq
92. Biri hər hansı bir konkret sahədə (siyasətdə, incəsənətdə, dində, fəlsəfədə və s.) aparılan söz və fikir çəkişməsidir:

A) Etiraz etmək


B) Polemika
C) Fikrə münasibət bildirmək
D) Sual vermək
E) Cavab vermək
93. Biri latınca latınca “baxılma”, “araşdırılma” deməkdir:
A) Diskussiya
B) Söhbət
C) Müzakirə
D) Mübahisə
E) Disput

94. Biri tərəflərin üçüncü tərəfi (tamaşaçıları, hakimləri) inandırmaq üçün apardıqları çəkişmədir:


A) Debat
B) Sual


C) Cavab
D) Dialoq
E) Monoloq
95. Kommunikasiya haqqında verilən fikirlərdən biri yanlışdır:



  1. Kommunikasiya iki və daha çox insanlar arasında informasiya mübadiləsi prosesidir.

  2. Kommunikasiya prosesi təkcə fərdlər arasındakı əlaqələrin yox, həmçinin müəssisənin bölmələri arasında və digər müəssisələrlə qarşılıqlı əlaqələrin qurululması kimi başa düşülməlidir.

  3. Kommunikasiya aktının baş tutması üçün bir nəfər səlahiyyətli şəxsin olması yetərlidir.

  4. Kommunikasiya iki və daha çox subyekt arasında informasiya mübadiləsi prosesi kimi başa düşülür.

  5. Kommunikasiya və informasiya anlayışları bir –biri ilə sıx bağlıdır.

96. Biri hansısa çəkişməyə səbəb olan məsələnin müzakirəsidir:


A) Diskussiya
B) Söhbət
C) Müzakirə
D) Mübahisə
E) Disput
97. Subordinasiya haqqında deyilənlərdən biri yanlışdır?



  1. Subordinasiya şirkət tərəfindən verilən təlimatlar, əmrlər və təşkilat nizamnamələri ilə tənzimlənə bilməz.

  2. Subordinasiya sözü Latın Subordinatio-dan gəlir, yəni təqdimetmə deməkdir .

  3. Subordinasiya yalnız patron tabeçiliyində deyil, üst-üstə düşən mövqeyini ifadə edərək əlaqələri tənzimləyir.

  4. Subordinasiya-məsuliyyət ölçüsü ilə təyin olunan xidmətdəki tabeçilik sistemidir.

  5. Məsuliyyət tədbiri, bir qayda olaraq, vəzifəyə və ya müvəqqəti səlahiyyətə görə müəyyən edilir.

98. Biri yalniz dəlillərin ortaya qoyulması ilə aparılır:


A) Diskussiya
B) Söhbət
C) Müzakirə
D) Mübahisə
E) Disput
99. Biri elmi mövzular üzrə tamaşaçılar qarşısında açıq çəkişmədir:

A) Diskussiya


B) Söhbət
C) Müzakirə
D) Mübahisə
E) Disput
100. .... şirkət və onun əməkdaşları haqqında təsəvvür yaratmağa imkan verir. Nöqtələrin yerinə yazılmalıdır:
A) Tanışlıq
B) İşgüzar yazışma
C) Söhbət
D) İclas
E) Konfrans
101. ....işgüzar əlaqələrin ən çox yayılmış növüdür. Nöqtələrin yerinə yazılmalıdır:
A) Telefon
B) Teleqraf
C) Yazışma
D) Söhbət
E) Komputer
102. Biri işgüzar ünsiyyətin növlərinə aiddir:
A) Musiqili ünsiyyət
B) Verbal ünsiyyət
C) Gizli ünsiyyət
D) Aşkar ünsiyyət
E) Davamlı ünsiyyət

103. Biri işgüzar ünsiyyətin növlərinə aiddir:


A) Gizli ünsiyyət
B) Aşkar ünsiyyət
C) Qeyri-verbal ünsiyyət
D) Davamlı ünsiyyət
E) Musiqili ünsiyyət
104. İşgüzar ünsiyyətdə xoş təəssürat yaratmaq qaydaları hansılıardır?
1. danışıq tərzi
2.İnamsızlıq tərzi
3. salamlama tərzi
4. qətiyyətsizlik tərzi
5. özünə güvənən tərzi
A) 1, 2, 4
B) 2, 3, 5
C) 1, 3, 5
D) 3, 4, 5
E) 1, 3, 4

105. Özünə inamı inkişaf etdirməklə nələrə əməl olunmalıdır: Biri səhvdir:


A) özünüzü tənqid etməmək;


B) şikayət etməmək;
C) aktiv həyat tərzi keçirməmək;
D) müstəqillik qazanmaq;
E) dünyaya müsbət baxmaq.

106. İşgüzar ünsiyyətdə etik davranışın qızıl qaydası hansıdır?


A) Çalışın tabeçiliyinizdəkilərlə qoyduğunuz münasibət rəisinizdən gözlədiyiniz münasibətə bənzəsin.
B) Çalış ki, çox işləyən çox, az işləyən az maaş alsın.
C) Çalış sözün ilə işin bir olsun.
D) Çalış ki, gücün çatan işdən yapışasan.
E) Çalış ki, ətrafdakıların fikrinə ciddi yanaşmayasan.

107. Biznes etikasının əsasını təşkil edən prinsiplərdən biri yanlış göstərilmişdir:





  1. Ədalət

  2. Qayğı

  3. Hörmət

  4. Qanunlara riayət etmək

  5. Dözümlülük

108. Biznes danışıqlarının daha obyektiv və ədalətli aparılması üçün kimlər dəvət olunur?




  1. Yüklə 110,96 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə