Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”; Kafedra: “Humanitar fənlər



Yüklə 110,96 Kb.
səhifə1/8
tarix21.06.2023
ölçüsü110,96 Kb.
#118273
  1   2   3   4   5   6   7   8
ADİAK imtahan testləri yekun-300 test


Fənn: “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”; Kafedra: “Humanitar fənlər”; Qrup: “”.

1. Aşağıdakılardan biri “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”fənninin əsas vəzifələrindən biridir.


A) Yaxşı oxumaq bacarığının formalaşdırılması


B) Yaxşı yazmaq bacarığının formalaşdırılması
C) İşgüzar və akademik ünsiyyət qurma bacarığının formalaşdırılması
D) İşgüzar sənədlərin öyrənilməsi bacarığının formalaşdırılması
E) Akademik sənədlərin öyrənilməsi bacarığının formalaşdırılması

2. Biri ünsiyyəti uğurlu edən qaydalara daxildir:


A) Tez-tez danışmağı bacarmaq


B) Qarşıdakı kömək və ya fikir istəmədiyi müddətcə onu istiqamətləndirməmək
C) Sürətli oxumağı bacarmaq
D) Tələbələri yaxşı yazmağa istiqamətləndirmək
E) Fasilələrə diqqət etmək

3. Biri ali məktəblərdə tədris olunan fənlər arasında yenidir:


A) Azərbaycan dili və nitq mədəniyyəti


B) İngilis dilinin tədrisi
C) Azərbaycan dilinin tədrisi
D) Azərbaycan tarixi
E) Azərbaycan dilində işgüzar və akademik kommunikasiya

4. Biri ünsiyyəti uğurlu edən qaydalara daxildir:


A) Ucadan danışmaq


B) Əgər uzun və ətraflı bir danışıq lazımdırsa, mətni hissələrə ayırmaq və nümunələr gətirməklə danışmaq
C) Əgər uzun və ətraflı bir danışıq lazımdırsa, onu qısaltmaq
D) Əgər uzun və ətraflı bir danışıq lazımdırsa, sürətlə danışmaq
E) Əgər uzun və ətraflı bir danışıq lazımdırsa, fasilələlərə diqqət etmək

5. Biri mədəniyyət örnəyidir:


A) Bütün məsələlər haqqında fikir söyləmək


B) Heç bir məsələyə qarışmamaq
C) Bildiyin məsələnin izahına çalışmaq
D) Yaxşı bir dinləyici olmaq və qarşıdakını diqqətlə dinləmək
E) Sakit danışmaq

6. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”nın daha çox əlaqədə olduğu fənlər:


A) Azərbaycan dilinin qrammatikası


B) Azərbaycan dilinin fonetikası
C) Azərbaycan dilinin leksikası
D) “Üslubiyyat” və “Nitq mədəniyyəti”
E) Azərbaycan dilinin frazeologiyası

7. Hansı fikirlər mədəniyyətlərarası münasibətlərin ən mütərəqqi hesab olunan növunə aid deyil?





  1. Eqosentrik mədəniyyətlərin əlaqələr qurmayan formasıdır.

  2. Hər bir mədəniyyət əvəzedilməz dəyərlərdən ibarətdir.

  3. Bütün xalqlar bəşəriyyətin ümumi mədəni varisləridir.

  4. Hər bir xalq özünəməxsusdur lakin universal deyildir.

  5. Ayrılıqda hər bir xalqın mədəni özəllikləri ümumbəşəri dəyərləri təşkil edir.

8. Fikirlərdən biri mədəniyyətlərarası münasibətlərin utilitar novünə aiddir:


A) Hər bir mədəniyyət əvəzedilməz dəyərlərdən ibarətdir.


B) Özünəməxsusluqdan əl çəkib könüllü olaraq digər mədəniyyətə tabe olmağı tələb edir.
C) Bütün xalqlar bəşəriyyətin ümumi mədəni varisləridir
D) Ayrılıqda hər bir xalqın mədəni özəllikləri ümumbəşəri dəyərləri təşkil edir.
E) Mədəniyyətlərin qarşılıqlı əlaqəsini nəzərdə tutur.

9. Biri nitqdə uzunçuluq və sözçülüyə aiddir:

A) Bərkdən danışmaq
B) Tez-tez söyləmək
C) Əl hərəkətləri ilə danışmaq
D) Çox danışmaq, çərənçilik
E) Nitqdə bədii sözlər işlətmək

10. Fikirlərdən biri mədəniyyətlərarası münasibətlərin dözümsüzlük novünə aiddir:


A) Hər bir mədəniyyət əvəzedilməz dəyərlərdən ibarətdir.


B) Utilitar münasibətlər könüllü tabeliyi tələb edir.
C) Eqosentrik mədəniyyətlərin özünəqapanıq, əlaqələr qurmayan formasıdır.
D) Mədəniyyətlərin qarşılıqlı əlaqəsini nəzərdə tutur.
E) Bütün xalqlar bəşəriyyətin ümumi mədəni varisləridir.

11. Bu jestlərdən biri Azərbaycanda işgüzar ünsiyyət üçün xarakterik deyil.





  1. Bilmədən kiməsə toxunduqda üzrxahlıq üçün əlindən vəya qolundan tutmaq;

  2. Baş barmağı yuxarı qadıraraq məmnunluq hissi bildirmək;

  3. Əlini sinəsinə yaxınlaşdıraraq razı olduğunu bildirmək;

  4. Başını sağa sola tərpədərək narazı olduğunu göstərmək;

  5. Səmimi salamlaşmada sağ əli ilə görüşmək;

12. Millətin, xalqın ümumi ünsiyyətinə xidmət edən, möhkəm qayda-qanunlara tabe olan nitq forması:


A) xalq danışıq dili


B) ədəbi dil
C) dialekt
D) şivə
E) milli dil

13. Biri ədəbi dilin geniş yayılmış funksional üslubudur.


A) fərdi üslub


B) bədii üslub
C) elmi üslub
D) rəsmi üslub
E) məişət üslubu

14. Publisistik üslubun əlamətlərinə aid deyil.


A) aydınlıq


B) təsirlilik
C) xalq dilinə yaxın olmaq
D) anlaşıqlıq
E) xalq dilinə uzaqlıq

15. Biri ədəbi dilin funksional üslubu deyil:


A) bədiii üslub


B) elmi üslub
C) publisistik üslub
D) məişət üslubu
E) fərdi üslub

16. Ədəbi dilin standart formalar tələb edən üslubu:


A) Bədii üslub


B) Elmi üslub
C) Rəsmi-işgüzar üslub
D) Məişət üslubu
E) Publisistik üslub

17. Bu üslubda çox mənalığa yol verilmir,düstur və qrafiklərdən istifadə olunur:

A) məişət
B) bədii
C) publisistik
D) Elmi
E) rəsmi-işgüzar

18. Hansı cərgədə verilmiş üslublarda dialoqlardan istifadə olunmur?

A) bədii və publisistik
B) bədii və elmi
C) məişət və rəsmi
D) elmi və rəsmi
E) elmi və məişət

19. Kommunikasiya nə deməkdir?


A) informasiya mübadiləsi


B) birgə fəaliyyət
C) birgə yaşayış
D) dil vasitəsi
E) ünsiyyət dinamikası

20. Ünsiyyət hansı tərəfləri mövcuddur?


1. Kommunikativ 2. dinamik 3. İnteraktiv 4.fərdi 5.perseptik


A) 2, 4, 5


B) 1, 3, 5
C) 3, 4, 5
D) 1, 4, 5
E) 2, 3, 4

21. İşgüzar ünsiyyətin etik normaları haqqında verilən fikirlərdən biri yanlışdır:





  1. Əxlaq latın dilində mənəvi mənasını bildirir.

  2. İşgüzar ünsiyyət etikası istehsal fəaliyyəti zamanı insanların davranış və əxlaq normalarının məcmusudur.

  3. İş etiketi danışıqlarda qarşı tərəfin ciddi uyğunluğunu nəzərdə tutur.

  4. Jest və mimikalar işgüzar ünsiyyətin etik normalarını təşkil etmir.

  5. İşgüzar ünsiyyət etikasının əsas elementi nəzakətdir.

22. Fərdi üslubun təsir etmədiyi funksional üslub?


A)məişət


B) bədii
C) publisistik
D) Elmi
E) rəsmi-işgüzar

23. Telefon danışıqlarında nitqin hansı meyarı ifadə olunur?





  1. Şifahi və dialoji ünsiyyət

  2. Sifahi və yazılı işgüzar ünsiyyət

  3. Dialoji və monoloji işgüzar ünsiyyət

  4. İnsanlararası və ictimai işgüzar ünsiyyət

  5. Birbaşa və dolayı işgüzar ünsiyyət

24. “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” fənnini öyrənməklə bakalavrlar nəyi bilməlidir: Biri səhvdir:

A) fənnin əsas kateqoriya və anlayışlarını;


B) işgüzar əlaqələrin nəzəri əsaslarını, onların əsas növlərini və vasitələrini;
C) işgüzar ünsiyyətdə özünəqapanmanı və təcridolunmanı;
D) kommunikativ prosesin psixoloji xüsusiyyətlərini və bu prosesin subyektlərinin növünü;
E) rabitə prosesindəki münaqişələrin səbəblərini, növlərini, eyni zamanda onların konstruktiv və dağıdıcı nəticələrini;

25. Biri işgüzar ünsiyyətin növlərinə aiddir:


A) Davamlı ünsiyyət


B) Aşkar ünsiyyət
C) Gizli ünsiyyət
D) Verbal ünsiyyət
E) Musiqili ünsiyyət

26. Əgər bir mühəndis öz hazırladığı layihə haqqında təqdimat nitqi söyləyirsə, o, işgüzar ünsiyyətin hansı növündən istifadə edir?





  1. Yazılı monoloji nitq

  2. Dialoji ünsiyyət

  3. İctimai ünsiyyət

  4. Dolayı ünsiyyət

  5. Şifahi monoloji nitq

27. İşgüzar ünsiyyətdə insanın əsas əxlaqi keyfiyyətlərindən biri doğru deyil:





  1. Dürüstlük

  2. Soyuqqanlılıq

  3. Təvazökarlıq

  4. Alicənablıq

  5. Vicdanlılıq

28. Biri işgüzar ünsiyyətin növlərinə aiddir:


A) Davamlı ünsiyyət


B) Aşkar ünsiyyət
C) Gizli ünsiyyət
D) Qeyri- verbal ünsiyyət
E) Musiqili ünsiyyət

29. Hər şeyi vaxtında etmək prinsipi bütün iş tapşırıqlarına aiddir. Buna əməl edən insanın davranışı normativdir. -bu fikir iş etikasının hansı tələbini əks etdirir?





  1. Dəqiqlik

  2. Məxfilik

  3. Hörmətlə yanaşmaq

  4. Savadlılıq

  5. Ədalət

30. Fikirlərdən biri ümummilli lider Heydər Əliyevə aiddir:

A) Dil dəyərlidir.
B) Dilimiz yaşayacaq
C) Dilimizi qoruyaq
D) Dilimizi inkişaf etdirək E) Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən
onun dilidir

31. .... üslubda fikir müəyyən qəlibə düşmüş (standart) formalarda və olduqca yığcam şəkildə verilir. Nöqtələrin yerinə yazılmalıdır:


A) Publisistik


B) Bədii
C) Məişət
D) Elmi
E) Rəsmi-işgüzar

32. Qərar vermək, təqdim etmək, tələb etmək, imza etmək, təmin etmək, qəbul etmək, məruzə etmək, lehinə (əleyhinə) səs vermək, tədbir görmək, müzakirə etmək, irəli sürmək, həyata keçirmək, yerinə yetirmək, cəlb etmək, istifadə etmək, təltif etmək, təsis etmək, nəzərdə tutmaq, məsuliyyət daşımaq, qüvvəyə minmək, qüvvədən düşmək, qadağan etmək, nəzərinə çatdırmaq, xəbərdarlıq etmək və s. kimi söz və ifadələr hansı üslubda tez-tez işlənir?


A) Publisistik


B) Bədii
C) Məişət
D) Elmi
E) İşgüzar

33. Tədbir görmək, qüvvəyə minmək, qüvvədən düşmək, məsuliyyət daşımaq və s. kimi sabit söz birləşmələrindən ən çox hansı üslubda istifadə edilir?


A) Publisistik


B) Bədii
C) Məişət
D) Elmi
E) İşgüzar

34. ...... dövlət dilində yazılır. Nöqtələrin yerinə yazılmalıdır:


A) Kitablar


B) İşgüzar sənədlər
C) Dissertasiyalar
D) Çıxışlar
E) Təbriklər

35. İşgüzar üslubun tәşәkkülü hansı görkәmli şәxsiyyәtin dövrünә düşür?


A) Ş.İ.Xәtayi dövrü


B) İ.Nәsimi dövrü
C) Q.Bürhanәddin dövrü
D) M.Füzuli dövrü
E) Nizami dövrü

36. İşgüzar sәnәdlәri seçin: 


1) sәrәncam 2) bildiriş 3) xasiyyәtnamә 4) fәrman 5) әrizә 6) nota


A) 2, 3, 5


B) 1, 5, 2
C) 3, 4, 6
D) 2, 1, 5
E) 1, 4, 2

37. Rəsmi-işgüzar dilə aid hansı sənədlər Səfəvilər dövlətində də işlənmişdir?


A) Fərman, qərar, sərəncam, göstəriş, əmr


B) Əmr, reklam, fərman
C) Anons, qərar, fərman
D) Afişa, göstəriş, əmr
E) Akt, qərar, fərman

38. Məntiqi ardıcılığı tamamlayın qərar, qanun, əmr....

A) ərizə
B) arayış
C) fərman
D) izahat
E) elan

39. Yalnız ikisi işgüzar sənədə daxildir: 1) tərcümeyi-hal 2) sərəncam 3) bəyanat 4) etibarnamə 5) nota

A) 1, 4
B) 3, 4
C) 2, 4
D) 4, 5
E) 1, 2

40. Hansı işgüzar sənəd deyil?

A) fərman
B) qəbz
C) xasiyyətnamə
D) Elan
E) tərcümeyi-hal

41. Rəsmi-işgüzar sənədlərə aid edilmiş xüsusiyyətlərdən biri yanlışdır:


A) çoxmənalılıq


B) Konkretlik
C) Yığcamlıq
D) Dəqiqlik
E) Ardıcıllıq

42. İşgüzar sənədlər haqqında aşağıdakılardan biri səhvdir:

A) İşgüzar sənədlər mütəxəssislər tərəfindən tərtib edilir.
B) İşgüzar sənədlərdə bəhs olunan məsələ barəsində daha konkret, daha aydın məlumat verilir
C) Ərizə, tərcümeyi – hal, bildiriş, arayış, protokol və s. işgüzar sənədlərə aid edilir
D) İşgüzar sənədlərin dilində şablonlar əsas yer tutur.
E) İşgüzar sənədlər xüsusi dövlət əhəmiyyəti daşımır.

43. Hansı üslubun şifahi variantı yoxdur?


A) elmi üslubun


B) rəsmi – işgüzar üslubun
C) məişət üslubun
D) publisistik üslubun
E) bədii üslubun

44. İşgüzar sənədlərə hansı sənədlər daxildir ?


A) ərizə, tərcümeyi- hal, elan, reklam, etiket və s;


B) protokol, izahat, arayış, annitasiya və s;
C) arayış, bildiriş, bildiriş – xəbərdarlıq və s;
D) etibarnamə, ezamiyyət vərəqəsi etiket forması və s;
E) ərizə, ərizə forması, əsasnamə və s.

Yüklə 110,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə