Azərbaycan diLİNİn funksional



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/96
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13369
1   ...   26   27   28   29   30   31   32   33   ...   96

Türk  dilləri  materialları  əsasında  yeni  linqvistik  yönüm  və 
yöntəmlərlə aparılmış olan bütün araşdırmalardakı çatışmaqlıqlar və 
tutarsızlıqlar yalnız ümumi türkologiya və dilçilik elmi sahələrində 
birgə görülən konseptual səciyyəli işlərlə ortadan qaldırıla bilər.  
Bunun  üçün  ənənəvi,  yeni  və  ən  yeni  araşdırma-öyrənilmə 
yönümləri və yöntəmləri sistematik-ierarxik bir bağlılıqla bir-biri ilə 
sıx  birləşdirilməlidir.  Türkoloji  dilçiliyin  əsas  perspektivləri  də 
məhz  belə  bir  kontekstdə  müəyyənləşdirilməlidir.  Aşağıda  həmin 
əsas  perspektivlər  istiqamətində  aparılan  bəzi  araşdırmalar  və 
onlarda  gerçəkləşdirilən  filoloji-linqvistik  səciyyəli  yeniliklər 
üzərində örnəklərlə qısaca və ardıcıl olaraq durulacaqdır. 
 
1
.3.  Türkoloji  dilçilikdə  modern  linqvistik  yöntəmlərin 
tətbiq olunması  
 
Bu gün ənənəvi türkologiyanın və ya dilçiliyin içərisində XX 
yüzilin 60-70-
ci illərindən etibarən çox yönlü olaraq özünü göstərən 
modern araşdırmalar, hər şeydən öncə, türkoloji dilçilikdə artıq ilk 
təcrübələr  olmaqdan  çıxarılmalıdır.  Daha  doğrusu,  sözügedən 
araşdırmalar,  onlarda  tətbiq  olunan  yönüm  və  yöntəmlər  türk 
dillərinin  qrammatik  quruluşuna,  tarixi  və  müasir  inkişaf 
təmayüllərinə uyğun olaraq türkoloji dilçilikdə istifadə edilə bilmək 
üçün  bütövlükdə  funksional  və  konseptual  xarakterli  yeni  bir 
ümumi  linqvistik  metodologiyaya  çevrilməlidir.  Bəs  sözügedən 
zaman içərisində bütövlükdə türkoloji dilçilikdə və ya ayrılıqda türk 
dilləri materialları əsasında yazılan linqvistik araşdırmalarda özünü 
göstərən  hansı  yeniliklərdən  və  konkret  olaraq  yeni  tətbiq  olunan 
hansı  yönüm  və  yöntəmlərdən  bəhs  edilə  bilər?!  Məsələn, 
sözügedən  zaman  içərisində  hal,  tərz  və  şəxs  kateqoriyalarının 
funksional-
semantik olaraq türk dillərində işlənilməsinə və onların 
tarixinin  öyrənilməsinə  dair  yeni  bir  türkoloji-linqvistik  anlayışla 
bəzi  gözəçarpan  korrektivlər  edilmişdir  (Насилов  1989:  28-31; 
Гаджиахмедов  1998;  Demircan  2003:  10-15).  Məsələn,türkoloji 
dilçilikdə  tərz  kateqoriyasının  öyrənilməsinin  tarixi  iki  mərhələyə 
 
98 
 


ayrılmışdır:  “1)  1869-cu  ildən  1956-cı  ilə  qədər;  2)  1956-cı  ildən 
günümüzə  qədər.  Birinci  mərhələdə  və  hətta  müəyyən  bir  ölçüdə 
həmin  mərhələnin  davamı  olaraq  1970-ci  illərə  qədər  də  tərz 
kateqoriyasına dair aparılan araşdırmalar, əsasən, eyni bir linqvistik-
metodoloji  istiqamətdə  yerinə  yetirilmişdir.  Belə  ki,  1869-cu  ildə 
yayımlanmış  olan  “Altay  dilinin  qrammatikası”  kitabında  rus 
dilində  tamamlanmış  (совершенный)  və  tamamlanmamış 
(несовершенный) şəkillərində prefiks və infikslərlə çox açıq olaraq 
ifadə  edilən  tərz  kateqoriyasının  müəyyənləşdirilmə  prinsipləri 
Altay  dilinin  qrammatikasında  olduğu  kimi  tətbiq  olunmuşdur. 
Həmin  prinsiplər  sonralar  digər  türk  dillərində  də  tərz 
kate
qoriyasının  müəyyənləşdirilməsində  əsas  götürülmüşdür. 
Beləliklə,  türk  dillərinin  qrammatika  kitablarında  sözügedən 
kateqoriyanın  təsvir  olunmasına  dair  yanlış  bir  linqvistik 
açıqlanmanın  meydana  çıxmasının  yolu  açılmışdır.  Bu  da  1960-cı 
illərə  qədər  bu  və  ya  digər  şəkildə  davam  etmişdir.  1956-cı  ildə 
Almatıda  felin  tərz  və  ya  görünüş  (Alm.  Aspekt, subjektivische 
Anschauungsform, Verlaufsstufe; Fr. aspect,; 
İng.  aspect
kateqoriyası  və  mürəkkəb  cümlə  probleminə  dair  keçirilən  bir 
simpoziumda türk dillərində tərz kateqoriyasının o zamana qədərki 
rus  dili  örnəyində  yerinə  yetirilmiş  olan  təsvirinin  yanlış  olduğu 
göstərilmişdir.  Bununla  da  sözügedən  kateqoriyanın  öyrənilməsi 
tarixində yeni bir dönəmə girilmişdir. Belə ki, tərz və ya görünüş və 
qılınışın (Alm. Aktionsart,  Art der Handlung; Fr. ordre de procés
İng. manner of action) konseptual komponentləri (Korkmaz 2003: 
109-
110;  146)  tək  bir  leksik-morfoloji  kateqoriya  səviyyəsində 
müəyyənləşdirilmişdir.  Daha  doğrusu,  göstərilən  kateqoriya 
türkoloji dilçilikdə 1970-ci illərdən sonra əsas etibarilə türk dillərinə 
məxsus  olan  linqvistik  parametrləri  ilə  və  dövrün  yeni  dilçilik 
nəzəriyyələrinin  işığında  öyrənilmişdir  (Musaoğlu.,  Kirişçioğlu 
2008).  
Aşağıda sözügedən digər araşdırmalardan da bəhs olunur və 
yeni yönt
əmlərlə aparılan işlərə aid örnəklər verilir.  
 
 
99 
 


1
.3.1.  Türkoloji  dilçilikdə  riyazi  və  sosiolinqvistik 
istiqamətlər 
 
XX yüzildə həm riyazi, həm də ictimai elmlərin yöntəmləri ilə 
dillərin  sinkretik  olaraq  araşdırılması  və  öyrənilməsi  prosesi 
getdikcə sürətlənmişdir.  XXI yüzildə isə sözügedən çalışmalar daha 
çox informatika, müxt
əlif informasiya texnologiyaları vasitələrinin 
işlədilməsi, e-dil və kompüter linqvistikasının inkişafı istiqamətində 
davam etdirilm
əkdədir. Riyazi-linqvistik  yöntəmlərlə  aparılan 
t
ətbiqi dilçilikdə ən çox mətnlərin avtomatik tərcüməsi və müxtəlif 
dil-
danışıq  çevirilərinin  avtomatikləşdirilməsi  problemlərinin  həll 
olunması  üzərində  durulmuşdur.  Sosiolinqvistik  yöntəmlərlə 
aparılan  araşdırmalarda  isə  ən  çox  dil  və  cəmiyyət,  dil  və 
etn
oqrafiya,  etnolinqvistika,  dil  və  mədəniyyət  əlaqələri,  ikidillilik 
və çoxdillilik ortamları işıqlandırılmışdır.  
 
1.3.1.1. Riyazi-
linqvistik araşdırmalar 
 
Modern linqvistik yöntəmlər və ya  yeni bir türkoloji dilçilik 
nöqteyi-
nəzəri  ilə  aparılan  araşdırmaların  sürətləndirilməsi  həmişə 
bəlli  bir  ölçüdə  riyazi-linqvistik  istiqamətin  filologiya  elmindəki 
ümumi inkişafına bağlı olmuşdur. Dil mühəndisliyinin və ya riyazi 
dilçiliyin əsasları XX yüzilin 20-ci illərində qoyulmuşdur. Dillərin 
həm  filoloji-linqvistik, həm də riyazi-hesablama yöntəmləri ilə bir 
yerdə  öyrənilməsi  XX  yüzilin  50-ci  illərindən  bəri  elmşünaslıqda 
tətbiqi riyazi- linqvistik bir metodologiya olaraq müəyyənləşmişdir. 
Söz  konusu  metodologiya  və  ona  bağlı  tətbiqi  metodlarla  görülən 
işlərdə XX yüzilin 60-cı illərindən bəri öncə elektronik hesablama 
maşını ilə (ЛЭC 1990: 14-15; 397), sonraları isə kompüterlə müxtə-
lif  tərcümə-çeviri  proseslərinin  avtomatikləşdirilməsi  işləri  can-
landırılmışdır. Bütövlükdə koqnitiv elmə, linqvistikaya, informasiya 
t
exnologiyalarına  söykənən  kompüter-mühəndis  dilçiliyinin 
əsaslarını  da  böyük  bir  ölçüdə  XX  yüzilin  50-ci  illərindən  bəri 
getdikcə inkişaf edən riyazi-linqvistik istiqamətdə görülmüş konkret 
 
100 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə