Аzərbаycаn Dillər Univеrsitеti bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdir



Yüklə 88,05 Kb.

tarix31.10.2018
ölçüsü88,05 Kb.


Аzərbаycаn Dillər Univеrsitеti 

bоş оlаn vəzifələri tutmаq üçün müsаbiqə еlаn еdir

1. 


İngilis dilinin qrammatikası 

kafedrası

kafedra müdiri 

2. 


German dillərinin tərcümə 

nəzəriyyəsi və praktikası 

kafedrası

kafedra müdiri

3. 

Beynəlxalq münasibətlər və 



idarəetmə fakültəsi nəzdində 

Xarici dillər kafedrası

kafedra müdiri 

dosent-1 yer

4.

Psixologiya kafedrası



kafedra müdiri

5.

Ümumi dilçilik kafedrası



professor -0,5 yer

6.

Azərbaycan ədəbiyyatı 



kafedrası

dosent -1 yer

Müsаbiqədə iştirаk еtmək üçün sənədlər “Аli 

təhsil müəssisələrində prоfеssоr-müəllim vəzifələrinin 

tutulmаsı qаydаlаrı hаqqındа” əsаsnаməyə və “Ka-

fedra müdiri, dekan və dekan müavini vəzifələrinin 

tutulması qaydaları”na əsasən bu еlаn qəzеtdə dərc 

оlunduğu gündən 30 gün kеçənədək qəbul еdilir. 

Sənədləri rеktоrun аdınа yаzılmış ərizə ilə birlikdə 

аşаğıdаkı ünvаnа göndərmək lаzımdır:

Bаkı, AZ1014, R.Bеhbudоv küçəsi 134.

Tеl: 441-22-78 (daxili-230) 441-22-79  

      (daxili - 230)

Müsabiqədə yüksək peşə-ixtisas hazırlığına, elmi 

ad və dərəcələrə, lazımi elmi-pedaqoji, idarəetmə 

təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik 

Azərbaycan Respublikası vətəndaşları, həmçinin mü-

vafiq qanunvericiliyin tələbləri gözlənilməklə xarici 

ölkə vətəndaşları da iştirak edə bilərlər.

 

ˆ

Görkəmli ədəbiyyatşünas alim, filologiya üzrə emlər 



doktoru, professor, akademik, Azərbaycan Respublikasının 

Dövlət Mükafatı laureatı Teymur Kərimli ilk növbədə klassik 

ədəbiyyatımızın istedadlı, məhsuldar tədqiqatçısı kimi 

tanınır. Onun klassik poetik mətnlərin mahir araşdırıcısı 

kimi yetişməsində bir neçə amil rol oynamışdır. 

Əvvəla, Teymur müəllim özü də 

şairdir, yaradıcılığa şair kimi baş-

lamışdır və buna görə də hər kəsdə 

olmayan şeiri duymaq qabiliyyətinə 

malikdir. İkincisi, uzun illər ərzində 

“Elm” nəşriyyatının baş redaktoru 

işlədiyi dövrdə və sonralar T.Kərimli 

altı cildlik “Azərbaycan ədəbiyyatı 

tarixi”nin bəzi cildlərinin məsul 

redaktoru, Füzuli əsərləri altıcildliyi-

nin, “Molla Nəsrəddin” və “Füyuzat” 

jurnallarının kitab şəklində nəşrlərinin 

və.s əsərlərin redaktoru olmuş, 

həmişə klassik mətnlərlə ünsiyyət 

saxlamışdır. T.Kərimlinin elmi 

maraq dairəsinin çox geniş olduğu-

nu xüsusilə qeyd etmək istərdik. O, 

Nizami, Nəsimi, Füzuli, Şəhriyar və 

bir çox başqa klassiklərimizin, eləcə 

də çağdaş sənətkarlarımızın yaradı-

cılığına dair dəyərli tədqiqat işlərinin 

müəllifidir.

Teymur Həşim oğlu Kərimli 

1953-cü il oktyabrın 2-də Naxçıvan 

Muxtar Respublikası Ordubad rayo-

nunun ucqar dağ kəndlərindən və Ki-

çik Qafqazın ən uca zirvələrindən biri 

olan Qazangöldağın ətəyində, Nurgüd 

kəndində anadan olub. 1960-1964-cü 

illərdə Nurgüd ibtidai məktəbində 

oxuyan T.Kərimli təhsilini Sumqayıt 

şəhər 12 saylı orta məktəbində və 

Bakı riyaziyyat təmayüllü internat 

məktəbində davam etdirmiş, 1970-

ci ildə orta məktəbi qızıl medalla 

bitirmişdir. 1975-ci ildə Azərbaycan 

Dövlət Universitetinin (indiki BDU) 

filologiya fakültəsini bitirdikdən 

sonra təyinat üzrə Kəlbəcər qəsəbə 

2 saylı orta məktəbində Azərbaycan 

dili və ədəbiyyatı, rus dili müəllimi 

kimi pedaqoji fəaliyyətlə məşğul 

olmuşdur. Sonra AMEA Nizami adına 

Ədəbiyyat İnstitutunun aspirantu-

rasında təhsil almış, 1983-cü ildə 

“Nizamidə tarixin romantik qavra-

yışı (“Yeddi gözəl” poeması üzrə)” 

mövzusunda namizədlik disserta-

siyasını müdafiə etmişdir. Onun 

2003-cü ildə müdafiə etdiyi “Nizami 

yaradıcılığında tarixi şəxsiyyət və 

tarixi hadisə ideya-estetik qayənin 

konteksti və yardımçısı kimi” 

mövzusundakı doktorluq disser-

tasiyası elmi ictimaiyyətin böyük 

marağına səbəb olmuşdur. Hazırda 

o, orta əsrlər ədəbiyyat tariximizin 

görkəmli mütəxəssislərindən biridir. 

Akademik İsa Həbibbəyli haqlı olaraq 

yazır: “Teymur Kərimlinin Nizami 

Gəncəviyə aid tədqiqatlarında bu 

böyük sənət dühasının əsərləri onun 

özünəqədərki tarixlə və öz dövrünün 

tarixi hadisələri və şəxsiyyətləri ilə 

birlikdə öyrənilmişdir. T.Kərimli 

qüdrətli sənətkar olan Nizami 

Gəncəviyə də dahi şair olmaqdan baş-

qa həm də böyük tarixi şəxsiyyət kimi 

yüksək qiymət vermişdir. Teymur 

Kərimliyə görə, Nizami Gəncəvinin 

ölməz “Xəmsə”si yazıldığı dövrə 

qədərki möhtəşəm hadisələrin və 

şəxsiyyətlərin böyük ədəbiyyat 

vasitəsilə yazılmış tarixi, yaran-

dığı dövrün isə mükəmməl ədəbi 

salnaməsidir... O, tarixçi biliklərinə 

malik olan geniş dünyagörüşlü 

ədəbiyyatşünas alim səviyyəsində 

diqqəti cəlb edir”. Alim 2007-ci ildə 

AMEA-nın müxbir üzvü, 2015-ci 

ildə həqiqi üzvü seçilib. 2010-cu ildə 

“Heydər Əliyev və klassik ədəbiyyat” 

araşdırmasına görə Azərbaycan 

Respublikasının Dövlət Mükafatı 

laureatı olub. Otuz ildən artıq AMEA 

Ədəbiyyat İnstitutunda çalışan alim 

institutun “Orta əsrlər Azərbaycan 

ədəbiyyatı” şöbəsinin müdiri, direktor 

müavini vəzifələrində çalışıb. O, 

2015-ci ildən Məhəmməd Füzuli adı-

na Əlyazmalar İnstitutunun direktoru, 

AMEA Humanitar Elmlər Bölməsinin 

akademik katibidir.

Nizami yaradıcılığı, Nizami 

və tarix problemi T.Kərimlinin 

ədəbiyyatşünaslıq araşdırmala-

rında mərkəzi yer tutur. Onun bu 

istiqamətdəki araşdırmaları 2002-ci 

ildə “Elm” nəşriyyatında çap etdirdiyi 

“Nizami və tarix” monoqrafiyasında 

əksini tapmışdır. (Kitabın redakto-

ru AMEA-nın müxbir üzvü Yaşar 

Qarayev olmuşdur). Monoqrafiyada 

Nizaminin yaradıcılığında tarixə 

münasibətə dair araşdırmalardan 

kənarda qalmış geniş spektrdə 

problemlər nəzərdən keçirilir. 

“Xəmsə”nin yazıldığı tarixi şərait, 

Nizami yaradıcılığında antropomorf 

cizgilər kəsb edən Tanrı obrazı, 

Məhəmməd peyğəmbərin obrazı, 

tarixi şəxsiyyət və dini ideal, Ni-

zaminin məmduhları, “Xəmsə”də 

tarixi şəxsiyyət və mühit, hökmdar 

surətlərinin tarixi təkamülü, “Xəmsə” 

poetikasının tarixi rolu kimi məsələlər 

təhlil edilir. Professor Vaqif Arzu-

manlı bu tədqiqat işi barədə yazır: 

“Nizami və tarix problemlərinin araş-

dırılmasında indiyə qədər nəzərdən 

qaçmış bəzi problemlər–məsələn, 

Nizaminin hətta tarixi olmayan möv-

zuda da tarixilik məsələlərini qoyub 

həll etməsi, bütün yaradıcılığının ana 

xəttini tarixiliyin təşkil etməsi, fərdin 

özünü də bəşər tarixi kontekstində 

götürməsi, şairin əsərlərində real 

tarixlə mifik-mistik-romantik tarixin 

çulğaşaraq ümumi ana məqsədə 

xidmət etməsi, Nizami poetik 

sənətinin tarixiliyi və Nizaminin tarixi 

poetikası problemləri və.s. və.i.a. 

açıqlaması, vacib mətləblər monoq-

rafiyada öz əksini tapmışdır”. Tarixi 

faktlarla Nizami əsərlərində cərəyan 

edən hadisələri ətraflı müqayisə 

edən T.Kərimli dahi şairin tarixə 

özünəməxsus münasibəti barədə 

yazır: “Nizaminin tarixə müraciət 

özəlliklərindən biri də tarixi şəxsiyyət 

və tarixi hadisəni öz ideya-estetik 

qayəsinə tabe etdirmək bacarığında-

dır. Belə demək mümkünsə, Nizami 

tarixin, tarixi qaynaqların yedəyində 

getmir, tarix, tarixi qaynaqlar Nizami 

sənətinin yedəyində gedir”.

Teymur Kərimli Nizaminin tarixə, 

tarixi şəxsiyyətlərə münasibətini 

araşdırarkən böyük Azərbaycan 

şairinin dühasını, humanizmini 

özünəməxsus rakursdan nəzərdən 

keçirir. Nizamini dünya tarixini 

lazımsız təfərrüfatlardan təmizləyərək 

humanist ideyalarına uyğun şəkildə 

oxucusuna çatdıran, onu özünün bədii 

şəkildə yazdığı tarixdən dərs deyən 

müdrik bir ustad kimi təqdim edir. 

Alim yazır: “Xəmsə”də tarixi hadisə 

və tarixi şəxsiyyətdən istifadə edərkən 

Nizaminin məqsədi heç də tarixi ol-

duğu kimi nəzmə çəkib oxucuya çat-

dırmaq olmamışdır. Buna görə də yeri 

gəldikcə öz poemalarında təsvir etdiyi 

tarixi hadisə və tarixi şəxsiyyətlər 

Nizami tərəfindən müxtəlif məna 

çalarları alır və çox vaxt da ideallaş-

dırmağa məruz qalırlar. Bu məqsədlə 

Nizami bir sıra əməliyyatlar aparır, 

tarixi hadisə və şəxsiyyətləri müxtəlif 

təfərrüfatlardan, qarışıqlardan, 

aşqarlardan təmizləyir və saf “külçə” 

halına salaraq öz oxucusuna təqdim 

edir. Doğrudur, bu zaman bədii 

epizoda çevrilmiş tarixi hadisə və ya 

bədii obraza çevrilmiş tarixi şəxsiyyət 

müəyyən qədər sxematikliyə məruz 

qalır, onun reallığı və canlılığı azalır, 

ancaq bütün bunlar tarixi reallıq 

baxımından baş verdiyinə görə, əsərin 

bədiiliyinə xələl gətirmir”.

Teymur Kərimli Nizaminin 

Azərbaycan türkü olduğunu hər 

vəchlə inkar etməyə çalışan, onu 

fars və ya ləzgi kimi təqdim etmək 

istəyən “araşdırıcıların” qeyri-elmi 

fikirlərinə tutarlı dəlillərlə cavab 

verən alimlərimizdəndir. Əsərlərində 

o, dahi şairin irsində tarixi hadisələrin 

bədii əksinin milli məqsədlərə 

xidmət etdiyini sübut etmiş, Nizami-

nin türklərə və türklüyə rəğbətinin 

onun etnik mənsubiyyəti ilə bağlı 

olduğunu göstərmişdir. “Nizami və 

tarix” monoqrafiyasında tədqiqatçı 

belə bir qənaətə gəlir ki, Nizamidən 

sonra cismani və mənəvi cəhətdən 

gözəl insanı “türk” adlandıran bir 

sıra farsdilli şairlər məhz Nizamidən 

nümunə götürmüşlər. T.Kərimli 

Nizaminin mədh etdiyi ilk hökmda-

rın (“Məxzənül-əsrar” poemasında) 

Ərzincan hakimi Fəxrəddin Məlik 

Bəhram şah ibn Davudun türk oldu-

ğunu da təsadüf hesab etmir. Şairin 

türk olan Səlcuqlulara münasibəti 

də alimin nəzərindən qaçmamış-

dır. “Məxzənül-əsrar” poemasında 

sonuncu qüdrətli Səlcuqlu hökmdarı 

Sultan Səncərə yaxınlaşan bir qarı 

çəkinmədən, cəsarətlə ona qar-

şı edilmiş ədalətsizlikdən şikayət 

edir, səlcuqluların-türklərin hakim 

olduğu bir məmləkətdə belə halla-

rın yolverilməz olduğunu deyir. Bu 

epizodun özü Nizaminin türklərə və 

türklüyə münasibəti barədə çox söz 

deyir.


Nizaminin milliyətcə ləzgi 

olduğunu sübut etməyə çalışan 

erməni əsilli Arben Kardaşa cavab 

olaraq T.Kərimlinin akademik Bəkir 

Nəbiyevlə birlikdə yazdığı, 2011-

ci il 9 sentyabr tarixli “Ədəbiyyat 

qəzeti”ndə çap edilmiş “Türkofobi-

yanın növbəti residivi” adlı məqalədə 

oxuyuruq: “Təəssüf ki, hələ də infor-

masiya kasadlığından əziyyət çəkən 

bəzi dairələrdə məlumatsızlıqdan ya 

da qəsdən Nizamini İran şairi kimi 

qələmə vermək cəhdləri, böyük şairin 

türk kökünü təhrif edərək başqa etnik 

qruplara bağlamaq həvəsi də özünü 

göstərir. Nizaminin bütün yaradıcılı-

ğında türklərə və türklüyə məhəbbət 

qırmızı xətt kimi keçir. Əsərlərində 

bir çox türk sözlərindən istifadə 

etmişdir. Onun əsərlərindən öz doğma 

xalqına – türk etnosuna məhəbbəti 

açıq-aşkar duyulmaqdadır. Nizaminin 

türklərə məhəbbəti bir də onda özünü 

biruzə verir ki, şair yaratdığı müsbət 

monumental obrazların əksəriyyətini 

ya türk kimi təsvir edir, ya da onların 

müsbət insani sifətlərini türklərlə 

müqayisə edir”.

Akademik Teymur Kərimli həm 

də görkəmli füzulişünasdır. Onun 

tədqiqatlarında Füzuli irsinin bir sıra 

araşdırılmamış problemləri, diqqətdən 

kənarda qalmış məsələləri nəzərdən 

keçirilir. Alim Füzuli yaradıcılığına 

dair araşdırmalarından ibarət kitabını, 

təsadüfi deyil ki, “Görünməyən 

Füzuli” adlandırmışdır. Azərbaycanda 

füzulişünaslığının kifayət qədər 

zəngin tarixi vardır. Bununla bərabər, 

böyük şairimizin həyat və yaradıcı-

lığının tədqiqi, ədəbi irsinin təbliği 

sahəsində görüləcək işlər də çoxdur. 

T.Kərimli haqlı olaraq belə hesab edir 

ki, Füzulinin böyük sənət möcüzəsini 

açmaq, onun bədii obrazlarını, 

kəşflərini, yaradıcılığının görünməyən 

tərəflərini müasir oxuculara çatdırmaq 

ədəbiyyatşünaslığımız qarşısında 

duran ən vacib məsələlərdəndir. 

Müsahibələrdən birində alim göstərir 

ki, yaradıcılığının tədqiqi zamanı 

Füzuli çox vaxt Şərq kontekstindən 

ayrılmış, Avropa və rus-sovet 

ədəbiyyatşünaslığının tələbləri 

baxımından araşdırılmışdır. Təbii ki, 

belə araşdırmalar mütləq təhriflərə 

aparıb çıxarmalıdır. Çünki Füzu-

lini ümumşərq mədəniyyətindən, 

ədəbiyyatından, Şərq poetikasından 

ayrı tədqiq etmək qeyri-mümkündür. 

T.Kərimli haqlı olaraq belə hesab edir 

ki, bu gün Füzulini öyrənmək həm də 

ona görə zəruridir ki, mənəvi-əxlaqi 

dəyərlərimizin qloballaşma ilə qarşı-

qarşıya durduğu indiki vəziyyətdə 

ən böyük və etibarlı istinad 

nöqtələrimizdən biri də Füzuli irsidir.

T.Kərimli Füzuli yaradıcılığı-

nı araşdırarkən böyük şairimizin 

yaratdığı poetik fiqurları aşkar etmiş 

və onlar barədə məqalə yazmışdır. 

Fikrimizcə, alim Füzuli şeirinin 

bədiiliyini, təsir gücünü artıran çox 

vacib bir məsələni tədqiq etmiş-

dir. T.Kərimliyə görə böyük şairin 

istedadının, sənət möcüzəsinin ən 

diqqətəlayiq cəhətlərindən biri onun 

şeirlərindəki gözlənilməzlik effek-

tidir. Tədqiqatçının özü bu barədə 

yazır: “Şeirə cila verərkən Füzulinin 

işlətdiyi poetik təsir vasitələrindən 

biri gözlənilməzlik effektidir. Bunun 

təsir mexanizmi ondan ibarətdir ki, 

klassik poeziyaya bələd olan oxucu 

beytin birinci misrasından sonra 

hansı fikrin, obrazın gələcəyini 

təxmin edərək gözləyir. Lakin 

tamamilə başqa, daha gözlənilməz, 

təsirli fikir, yaxud obraza rast 

gəldikdə əvvəlcə çaşır, sonra isə 

estetik ləzzət və razılıq hiss keçirir. 

Ancaq bu gözlənilməzliyi, Füzuli, 

necə dəyərlər, oxucunun önünə qızıl 

nəlbəkidə qoymur. Bəzən oxucu 

həmin mənaya varmaq üçün xeyli 

düşünməli, baş sındırmalı olur”. 

Xüsusi olaraq qeyd etmək istərdik 

ki, tədqiqatçı araşdırmalarında 

Füzulinin yaradıcılıq laboratoriyası, 

bədii kəşfləri ilə yanaşı böyük şairin 

oxucusunun fikrinin inkişaf xəttini 

də araşdırmaya cəlb etmiş, maraqlı 

elmi nəticəyə gəlmişdir.

Nizami yaradıcılığında tarixili-

yi tədqiq edən T.Kərimli Füzulinin 

yaradıcılığında da tarixilik mövzu-

sunu araşdırmış, “Fərdin tarixiliyi 

və Füzuli “Leyli və Məcnun”unda 

tarixilik” adlı məqalə yazmışdır. Alim 

ayrıca məqalədə Füzulinin “Leyli 

və Məcnun” poemasını ondan əvvəl 

yazılmış “Leyli və Məcnun”larla 

müqayisə etmiş, Füzuli əsərinin oriji-

nallığını araşdırmışdır.

Teymur müəllim həyatını klassik 

ədəbiyyatın tədqiqinə həsr etmək 

qərarına gəlmiş gənclərin tədqiqatçı 

kimi yetişməsinə xüsusi fikir verir, 

onlara qayğı ilə yanaşır.

Klassik Azərbaycan ədəbiyyatının 

yorulmaz araşdırıcısı akademik 

Teymur Kərimliyə 65 yaşının tamam 

olduğu bu günlərdə uzun ömür, can 

sağlığı, yeni-yeni yaradıcılıq uğurları 

arzulayırıq. 

Paşa ƏLIOĞLU,  

filologiya üzrə elmlər doktoru

Klassik ədəbiyyatımızın yorulmaz tədqiqatçısı, 

nizamişünas, füzulişünas alimimiz

Erməni jurnalistdən sensasion araşdırma:

 

“Azərbaycanlıları diri-diri yandırdılar” 

 

ˆ

Ermənistanın "Epress” saytı 27 il qabaq Ermənistanın 



Quqark rayonunda azərbaycanlıların kütləvi qətl edilməsi barədə 

material dərc edib.

Jurnalist Mane Papyanın 1988-ci ildə 

rayonda baş vermiş hadisələrə yenidən 

qayıtması bir sıra erməni KİV-ini şoka salıb. 

Ermənilər adətən bu hadisələr barədə sus-

mağa çalışırlar. Halbuki Ermənistan Dövlət 

Təhlükəsizlik Komitəsinin sədri, general 

Usik Arutunyan bildirib ki, 1988-1989-cu 

illərdə Ermənistanda 25 azərbaycanlının 

milli münaqişə zəminində ermənilər 

tərəfindən öldürüldüyü təsdiq edilib və 

onlardan 11-i birbaşa Quqark rayonunda 

həlak olub.

Mane Papyan faciəli hadisələrin baş 

verdiyi kəndlərə gedib və hadisə şahidləri 

ilə söhbət edib. Şahidlər azərbaycanlılara 

qarşı edilən haqsızlıqları xatırlayıblar. 

Məsələn, həmin vaxtlar Kirovakanda (Va-

nadzor) prokuror işləmiş Qriqori Şahverdi-

yanın arxivində olan sənədlərə görə, 1988-ci 

ilin mart ayından noyabr ayına kimi Quqark 

rayonunda 624 azərbaycanlı əsassız olaraq 

işdən çıxarılıb.

"Qarabağ” komitəsinin keçmiş üzvü Ar-

tur Sakuns da etiraf edib ki, azərbaycanlıları 

gecələr kəndlərindən zorla köçürən zaman 

yolda erməni dəstələrinin hücumuna məruz 

qalırmışlar. Şahverdiyanın sənədlərində 

isə azərbaycanlıların yalnız öz evlərində 

deyil, iş yerlərində də həmkarları tərəfindən 

döyülməsi üzrə 42 hal qeydə alınıb. Ba-

zarda azərbaycanlıları döyərək mallarını 

əllərindən alıblar.

Qriqori Şahverdiyanın sözlərinə görə, 

həmin günlərdə Kirovakan şəhərində 

7 azərbaycanlının qətlini qeydə alıblar. 

Telman Hüseynovun öldürülməsi daha 

qəddarlıqla olub. "Onu İrina adlı sevgilisinin 

evində balta ilə vurmuşdular. Qətl açılmışdı 

və iki yeniyetmə – Usik Marutyan və Tiqran 

Evinyan həbs edilmişdi”, – deyə prokuror 

xatırlayır.

Evlərinə hücum edilən azərbaycanlıları 

xilas etməyə tələsdiyini söyləyən Şahverdi-

yan həmin günlərdə əli silahlı ermənilərdən 

qorxmadığını indi təəccüblə xatırlayır: 

"Hamının əlində silah vardı, millətlərarası 

zorakılıq artmışdı. Ən dəhşətli hadisə 

Şaumyan kəndində baş verdi. Mənə dedilər 

ki, kəndin sakinləri hansısa azərbaycanlını 

(Qasım K.) qayadan atmaq istəyirlər. Biz 

hadisə yerinə çataraq bu adamı müdafiə 

etməyə çalışdıq. Milis, milli təhlükəsizlik 

orqanlarının əməkdaşları da orada idi. 

Adamlar bizə hücum etdilər. Mənə deyirlər 

ki, mən orada huşumu itirmişəm və məni 

oradan çıxarıblar”.

Şaumyan kəndində həmin günlərdə 

məktəb direktorunun müavini işləmiş 

Rima Sarqsyan məktəbin bir azərbaycanlı 

şagirdinin ermənilər tərəfindən qaya-

dan atıldığını söyləyir. Həmin günlərdə 

Kirovakandan əli silahlı gənclər kəndə 

doluşaraq azərbaycanlılara atəş açırmışlar. 

Azərbaycanlılar isə kəndi tərk edərək dağla-

ra qalxıbmışlar. Kəndin Samvel adlı sakini 

həmin azərbaycanlı oğlanı tutaraq qayadan 

atıb. Samvel sonradan Qarabağa gedərək 

orada da dinc azərbaycanlıları qətlə yetirib.

"Epress”in əməkdaşı ilə söhbət 

edən Samvel kəndi tərk edib qaçmış 

azərbaycanlıları dağlarda qırdıqlarını etiraf 

edib. Moskvadan gəlmiş istintaq qrupu 

Samveli həbs edib. Sonra isə azad edib.

Şaumyan sakini Stepan Ayvazyan isə 

kənddə qalmış azərbaycanlıların Kirovakan-

dan gəlmiş ermənilər tərəfindən öldürülüb 

yandırıldığını deyir: "Vanadzordan gələn 

qruplar Edik Martirosyanın rəhbərliyi altın-

da Şaumyana gəlirdilər. Meyitləri yandırır-

dılar ki, onları tanıyan olmasın”.

Direktor müavini Rima Sarqsyan 

xatırlayır ki, azərbaycanlılardan biri qaçıb 

məktəbə giribmiş, ermənilər onu tutaraq 

yandırıblar. 

Kürdəmirdə Azərbaycan 

Prokurorluğunun 

yaranmasının 100 illik 

yubileyi münasibətilə 

tədbir keçirilib

 

ˆ

Oktyabrın 1-də rayonun Heydər Əliyev 



Mərkəzində Azərbaycan Prokurorluğunun 

yaranmasının 100 illik yubileyi münasibətilə tədbir 

keçirilib.

Kürdəmir Rayon İcra 

Hakimiyyətinin başçısı Cey-

hun Cəfərov, rayonun hüquq-

mühafizə, idarə, müəssisə, 

təşkilat rəhbərləri, ictimaiyyət 

nümayəndələri, prokurorluq 

işçiləri Heydər Əliyev parkı-

na gələrək ümummilli liderin 

abidəsi önünə gül dəstələri 

düzüb dahi rəhbərin xatirəsini 

dərin ehtiramla yad ediblər. 

Sonra tədbir iştirakçıları 

Heydər Əliyev Mərkəzində ulu 

öndərə həsr olunan guşələrə, 

foto-stendlərə maraqla tamaşa 

ediblər.

Tədbirdə Kürdəmir Rayon 

İcra Hakimiyyətinin başçısı 

Ceyhun Cəfərov prokurorluq 

orqanları əməkdaşlarını peşə 

bayramı günü münasibətilə 

təbrik etdi, onlara işlərində və 

xidməti fəaliyyətlərində uğurlar 

arzuladı. Ceyhun Cəfərov 

çıxışında bildirdi ki, respub-

likamızın hüquq-mühafizə 

orqanları sistemində xüsusi yeri 

və mövqeyi olan prokurorluq 

orqanlarının yaranması 100 

il əvvələ – Azərbaycan Xalq 

Cümhuriyyətinin yaranması 

dövrünə təsadüf edir. Şərqdə ilk 

demokratik, hüquqi və dünyəvi 

respublika olmuş Azərbaycan 

Xalq Cümhuriyyəti Nazirlər 

Şurasının 1 oktyabr 1918-ci 

il tarixli qərarı ilə Bakı dairə 

məhkəməsinin tərkibində 

prokurorluq orqanı təsis olun-

muşdur. Bu dövrdən başlaya-

raq Azərbaycan prokurorluğu 

qanunçuluq və hüquq qayda-

sının möhkəmləndirilməsi, 

cinayətkarlığa qarşı mübarizə, 

insan və vətəndaş hüquqlarının 

və azadlıqlarının qorunması 

sahəsində çətin, lakin şərəfli yol 

keçmişdir.

Müstəqil Azərbaycan 

dövlətinin qurucusu, ümummilli 

lider Heydər Əliyev 1993-

cü ildə xalqın təkidli tələbi 

ilə hakimiyyətə qayıtdıqdan 

sonra respublikada qanunun 

aliliyinin təmin olunmasını, 

vətəndaş hüquq və azadlıq-

larının yüksək səviyyədə 

qorunmasını özünün başlıca 

fəaliyyət prinsiplərindən biri 

elan etmiş, bu ali məqsədlərin 

gerçəkləşdirilməsinə yönəlmiş 

çoxşaxəli tədbirlərin həyata 

keçirilməsini diqqətdə saxlamış-

dır.Azərbaycanda hakimiyyətə 

qayıtdığı vaxtdan ulu öndər 

Heydər Əliyevin əsas məqsədi 

tam hüquqi dövlət qurmaq, 

müasir tələblərə uyğun demok-

ratik qanunlar qəbul etmək və 

dövləti məhz qanunlarla idarə 

etmək idi. Ümummilli lider 

Heydər Əliyevin rəhbərliyi ilə 

hazırlanaraq 1995-ci il noyabrın 

12-də ümumxalq səsverməsi 

yolu ilə qəbul edilmiş müstəqil 

Azərbaycan Respublikasının 

Konstitusiyasında respublikamı-

zın dövlət quruluşu sistemində 

prokurorluğun layiqli yeri 

müəyyənləşdirilmiş, səlahiyyət 

dairəsi və vəzifələri təsbit edil-

mişdir.Hamımıza məlum olduğu 

kimi, ulu öndərin 1998-ci il  

17 iyul tarixli sərəncamı ilə  

1 oktyabr – Prokurorluq orqan-

ları işçilərinin peşə bayramı 

günü kimi təsis edilmiş və 

həmin ildən başlayaraq proku-

rorluq işçilərinin peşə bayramı 

hər il qeyd olunur.

Daha sonra tədbirdə 

iştirak edən qonaqlar çıxış 

edərək, prokurorluq orqanları 

əməkdaşlarını peşə bayramı 

günü münasibətilə təbrik etdilər.

Tədbirin sonunda xidmətdə 

fərqlənmiş bir qrup proku-

rorluq əməkdaşları rayon icra 

hakimiyyəti başçısı tərəfindən 

Fəxri fərmanla təltif edildilər.

Ilqar HƏSƏNOV, 

“Xalq qəzeti”nin 

bölgə müxbiri

Mundialda ilk qələbəmiz

Yaponiyada keçirilən qadın komanda-

ları arasında voleybol üzrə dünya çempi-

onatının ilkin mərhələsində Azərbaycan 

millisi ilk qələbəsini qazanmışdır. Faiq 

Qarayevin yetirmələri Kobe şəhərində 

Koreya Respublikasının komandasını 3:1 

hesabı ilə məğlubiyyətə uğratmışlar. Həmin 

gün “C” qrupunun digər iki oyununda ABŞ 

voleybolçuları Trinidad və Tobaqo yığma-

sına qalib gəlmişlər – 3:0, Rusiya millisi 

isə Tailand kollektivi üzərində çətin qələbə 

qazanmışdır – 3:2.

İki turdan sonra qrupun lideri ABŞ 

komandası 6 xal toplamışdır. Rusiyanın 5, 

Azərbaycanla Tailandın 3, koreyalıların 1 xalı 

var, Trinidad və Tobaqo isə hələ xal qazanma-

yıb.


Üçüncü turun görüşləri bu gün 

keçiriləcəkdir. Azərbaycan voleybolçuları 

Rusiya komandasına qarşı oynayacaqlar.

Çexiya və Latviya da  

Azərbaycanla bacarmadı

Gürcüstanın Batumi şəhərində keçirilən 

43-cü Ümumdünya Şahmat Olimpiadasında 

bir günlük istirahətdən sonra Azərbaycan 

komandaları 6-cı turda növbəti qələbələrini 

qazanmışlar.

Kişi komandalarının turnirində 

qrossmeysterlərimiz çexiyalı rəqiblərini 

məğlubiyyətə uğratmışlar – 3:1. Bu matçda 

Şəhriyar Məmmədyarov və Arkadi Naydiç mü-

vafiq surətdə birinci və üçüncü taxtalarda Da-

vid Navara və Zbinev Xraçekə qalib gəlmişlər, 

Teymur Rəcəbov və Rauf Məmmədov isə 

ikinci və dördüncü masalarda Viktor Lazniçka 

və İrji Stoçeklə heç-heçəyə razılaşmışlar.

Hesabat turunadək yüzfaizli nəticə 

göstərən digər iki komanda – Polşa və Ukray-

na yığmalarının matçında polyakların xeyrinə 

2,5:1,5 hesabı qeydə alınmışdır.

Qadın komandalarının turnirində isə 

həmvətənlərimiz Latviya üzərində 2,5:1,5 

hesabı ilə qələbə qazanmışlar. Matçın taleyini 

dördüncü taxtada Ülviyyə Fətəliyevanın 

Elizabet Limanovska üzərində qələbəsi həll et-

mişdir. Digər üç taxtada Günay Məmmədzadə, 

Xanım Balacayeva və Gülnar Məmmədova 

heç-heçə oynamışlar.

Millimiz Olimpiadada beşinci qələbədən 

sonra xal ehtiyatını 10-a çatdırmış və lider 



ABŞ komandasından cəmi bir xal geri qalır.

Dünən keçirilən 7-ci turda Azərbaycanın 

kişilərdən ibarət komandası Polşa yığması ilə 

görüşmüş, qadın şahmatçılarımız isə italiyalı 

rəqiblərinə qarşı oynamışlar. Hər iki matç 

heç-heçə başa çatmışdır – 2:2.

Oqtay BAYRAMOV,  

“Xalq qəzeti”

I D M A N

7

2 oktyabr 2018-ci il, çərşənbə axşamı

Akademik Teymur Kərimli – 65

: down -> meqale -> xalqqazeti -> 2018 -> oktyabr
2018 -> 22 may 2018-ci il, çərşənbə axşamı 10
2018 -> ˆ Vətəni, torpağı, daimi yaşayış məskəni olmayan
2018 -> 1 aprel 2018-ci IL, bazar 10 “Marş Sığorta və Təkrarsığorta üzrə Broker” mmc-nin 2017-ci IL dekabrın 31-nə mühasibat balansı
2018 -> 10 yanvar 2018-ci il, çərşənbə 4
2018 -> Şuşaya qayıdacağımız günü səbirsizliklə gözləyirik
2018 -> May 2018-ci IL, bazar Azərbaycan Xalq Cümhuriyyətinin iqtisadi inkişaf yolu
2018 -> Iyun 2018-ci IL, bazar “Cümhuriyyətin şəkli”nin təqdimatı
2018 -> 2 iyun 2018-ci IL, cümə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, amea-nın vitse-prezidenti
2018 -> Aprel 2018-ci IL, cümə axşamı ˆ İnformasiya-kommunikasiya
oktyabr -> Bahar xanım, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə həm də müsəlman Şərqində ilk parla


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə