Azərbaycan döVLƏt dəNİz akademiyasi “Dəniz daşımaları və naviqasiya”kafedrası “



Yüklə 384,36 Kb.
Pdf görüntüsü
səhifə8/63
tarix27.05.2023
ölçüsü384,36 Kb.
#113599
1   ...   4   5   6   7   8   9   10   11   ...   63
476249673-Həyat-fəaliyyətinin-təhlukəsizliyi-doc-docx

texnosfer

sosialsfer
;
informasiya sferi
– ümumi
informasiya fəzasıdır. Bütün bu sistemlər təhlükəsizliyin obyektləri və subyektləridir,
onlar qarşılıqlı əlaqədədir, bu həm müsbət, həm də mənfi ola bilər. Saxlanılması bütün
digər sistemlərin təhlükəsizliyinə əsaslanan təhlükəsizliyin qlobal obyekti yerdəki hər
bir insan üçün biosferdir. Onun fəaliyyət göstərməsi və saxlanılması Yerdəki bütün
həyat formalarının varlığını, o cümlədən insanın həyatını təmin edir. Buna baxmayaraq,
insan cəmiyyəti təhlükəsizliyin əsas obyekt və subyekti kimi insanı elan edir. İnsan isə
10


ən qiymətli və ən zəif, lakin eyni zamanda həm özü, həm də bütün ətraf üçün ən
təhlükəli varlıqdır. 
Təhlükəsizlik, insanın fizioloji, sosial və mənəvi tələbatları ilə yanaşı vacib
təlabatdır. Təhlükəsizliyin əsas kriteriyası təhlükə hissiyatı və ya indi və gələcəkdə zərər
yetirə bilən sosial təbii hadisələri müəyyən etmək qabiliyyətidir.
Ekoloji təhlükəsizlik sistemi
- biosfer ilə antropogen, həmçinin təbii xarici
qüvvələr arasında tarazlığın qorunub saxlanılmasına yönəlmiş qanunvericilik, texniki,
tibbi və bioloji tədbirlərin toplusudur.
Ekoloji təhlükəsizliyin 
subyektləri
– insan, cəmiyyət, dövlət, biosfer.
Ekoloji təhlükəsizliyin
obyektləri
– təhlükəsizlik subyektlərinin həyatı vacib
maraqları: insan hüquqları, maddi və mənəvi təlabat, dövlət və cəmiyyətin inkişafının
əsası kimi təbii ehtiyatlar və təbii mühit.
Sağlamlıq – sadəcə xəstəliklərin olmaması deyil, fiziki, psixi və sosial rifahın tam
olması vəziyyətidir.
İlk növbədə sağlamlığın əsas göstəricisi orta ömür davamiyyətidir. Müxtəlif
ölkələrdə ömrün uzunluğu təkcə səhiyyənin inkişaf səviyyəsindən deyil, həm də
cəmiyyətin sosial – iqtisadi inkişaf səviyyəsindən və təbii mühitin vəziyyətindən
asılıdır.

Yüklə 384,36 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə