Azərbaycan döVLƏT İQTİsad universiteti unec X. H. Kazımlı, Q. S. Bayramov, B. C. Sadıqov


Maddə 4. Qiymətlərin tənzimlənməsinin əsas prinsipləri



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə281/302
tarix24.12.2023
ölçüsü5,84 Mb.
#157999
növüDərs
1   ...   277   278   279   280   281   282   283   284   ...   302
Qiymet-2019

 
Maddə 4. Qiymətlərin tənzimlənməsinin əsas prinsipləri. 
4.1. Qiymətlərin tənzimlənməsinin əsas prinsipləri aşağıdakılardır: 
4.2. tənzimlənmənin bazar münasibətləri və iqtisadiyyatın dinamik inkişafının 
480 


təmin edilməsi baxımından həyata keçirilməsi; 
4.3. iqtisadiyyatın prioritet sahələrinin intensiv inkişafına investisiya qoyuluşunun 
stimullaşdırılması; 
4.4. in
hisarçılıq hallarının məhdudlaşdırılması və qarşısının alınması, 
istehlakçıların və istehsalçıların maraqlarının uzlaşdırılması; 
4.5. təbii inhisar subyektlərinin qiymətlərinin tənzimlənməsində ölkənin sosial 
iqtisadi inkişafına səmərəli təsirinin təmin olunması; 
4.6. dövlətin iqtisadi maraqlarına uyğun ölkənin təbii sərvətlərindən istifadənin 
səmərəliliyinin təmin olunması; 
4.7. məhsulun (malın, işin, xidmətin) daxili və dünya bazar qiymətlərinin nəzərə 
alınması; 
4.8. qiymətin əmələ gəlməsində iqtisadi cəhətdən əsaslandırılmış xərclərin 
ödənilməsi; 
4.9. inflyasiyanın qarşısının alınması, yarana bilən iqtisadi və sosial böhranlara yol 
verilməməsi; 
4.10. qiymətləri tənzimlənən məhsulları (malları, işləri, xidmətləri) istehsal edən 
təsərrüfat subyektlərinin texniki və texnoloji inkişafı üçün əlverişli iqtisadi şəraitin 
yaradılması; 
4.11. qiymət amilinin istiqamətləndirici, həvəsləndirici və məhdudlaşdırıcı 
təsirindən istifadə edilməsi. 
Maddə 5. Qiymətlərin tənzimlənməsi sahəsində dövlətin vəzifələri. 
5.1. Qiy
mətlərin tənzimlənməsi sahəsində dövlətin əsas vəzifələri aşağıdakılardır; 
5.2. qiymətlərin tənzimlənməsi sahəsində dövlətin siyasətini müəyyən etmək və 
onun həyata keçirilməsini təşkil etmək; 
5.3. qiymətlərin tənzimlənməsi, tətbiqi və onlara nəzarət edilməsinə dair 
qanunvericilik aktlarını qəbul etmək: 
5.4. tənzimlənən qiymətlərin təsdiqi, tətbiqi, dəyişdirilməsi, tənzimlənməsinin 
dayandırılması və qiymətin əmələ gəlməsi qaydalarını müəyyən etmək; 
5.5. yerli istehsalın intensiv inkişafına əlverişli şərait yaratmaq və daxili bazarın 
qorunmasını təmin etmək; 
5.6. yüksək mənfəət əldə etmək məqsədilə qiymətlərin səviyyəsinin əsassız olaraq 
artırılmasının qarşısını almaq və dövlətin iqtisadi maraqlarını təmin etmək; 
5.7. dövlət ehtiyatlarını ödəmək üçün büdcə vəsaitini məqsədyönlü və səmərəli 
istifadə olunmasını təmin etmək; 
5.8. qiymətlərin tənzimlənməsi ilə əlaqədar tənzimləyici orqan ilə qiymətin əmələ 
gəlməsi subyekti arasında meydana çıxan məsələlərə baxmaq və qərar qəbul 
etmək. 

Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   277   278   279   280   281   282   283   284   ...   302




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə