Azərbaycan döVLƏT İQTİsad universiteti unec X. H. Kazımlı, Q. S. Bayramov, B. C. Sadıqov



Yüklə 5,84 Mb.
Pdf görüntüsü
səhifə280/302
tarix24.12.2023
ölçüsü5,84 Mb.
#157999
növüDərs
1   ...   276   277   278   279   280   281   282   283   ...   302
Qiymet-2019

 
 
479 


“Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının
Qanunundan
(18 may 2003-cü il) 
Ç I X A R I 
Ş 
 
Maddə 2. Əsas anlayışlar. 
2.1. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı məhaları ifadə edir; 
2.1.1. Qiymət məhsulunun (malın, işin, xidmətinin) pulla ifadə olunan dəyəridir; 
2.
1.2. Qiymətlərin dövlət tənzimlənməsi qiymətlərin əmələ gəlməsi və tətbiqi 
prosesinə qanunvericilik, inzibati və maliyyə büdcə tədbirləri vasitəsilə təsir 
etməklə qiymətlərin müəyyən edilməsidir: 
2.1.3. Qiymətin əmələ gəlməsi müvafiq normativ hüquqi sənədlər, tələb-təklif və 
qiymətə təsir göstərə bilən amillər əsasında qiymətlərin formalaşmasıdır; 
2.1.4. Tənzimlənən qiymət səviyyəsi müvafiq İcra hakimiyyəti orqanı tərəfindən 
müəyyənləşdirilən qiymətdir: 
2.1.5. Bazar qiyməti tələb və təklif əsasında tərəflərin qarşılıqlı razılığı ilə müəyyən 
olunan qiymətdir. 
2.1.6. Tənzimləyici orqan - qiymətlərin dövlət tənzimlənməsini həyata keçirən 
müvafiq icra hakimiyyəti orqanı. 
2.2. Bu Qanunda istifadə edilən mülki, iqtisadi və digər qanunvericilik sahələrinə 
aid an
layışlar müvafiq qanunvericilik aktlarında istifadə edilən məhalarda tətbiq 
olunurlar. 
Maddə 3. Tənzimlənən qiymətlərin tətbiqi dairəsi. 
3.1. Tənzimlənən qiymətlər təbii inhisar dövlət inhisarı və inhisarçı subyektlərin 
məhsullarına (mallarına, işlərinə, xidmətlərinə), habelə Azərbaycan 
Respublikasının qanunvericilik aktları ilə qiymətləri dövlət tənzimlənməsinə aid 
edilmiş digər məhsullara (mallara, işlərə, xidmətlərə) tətbiq edilir. 
3.2. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericilik aktları ilə qiymətləri 
dövlət tənzimlənməsinə aid edilmiş, təbii inhisar, dövlət inhisarı və inhisarçı 
subyektlərin məhsullarının (malların, işlərin, xidmətlərin) siyahısını müvafiq icra 
hakimiyyəti orqanı təsdiq edir. 
3.3. Mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının 
ərazisində fəaliyyət göstərən bütün hüquqi şəxslər və hüquqi şəxs yaratmadan 
sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər qanunvericiliklə qiymətləri 
dövlət tənzimlənməsində olan məhsullara (mallara, işlərə, xidmətlərə) müvafiq 
tənzimlənən qiymətləri tətbiq edirlər. 
3.4. Bu Qanunun müddəaları qiymətləri tənzimlənməyən məhsullara (mallara, 
işlərə, xidmətlərə) şamil edilmir. 

Yüklə 5,84 Mb.

Dostları ilə paylaş:
1   ...   276   277   278   279   280   281   282   283   ...   302




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə