Azərbaycan döVLƏT İQTİsad universiteti unec X. H. Kazımlı, Q. S. Bayramov, B. C. Sadıqov



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə350/410
tarix16.05.2022
ölçüsü5 Mb.
#87125
1   ...   346   347   348   349   350   351   352   353   ...   410
X.Kazımlı Kitab Qiymət

əmələ gəlməsi

 

 

M

əlum olduğu kimi, bazar iqtisadiyyatı inkişaf etmiş bütün ölkələrdə dövlət 



üçün daha xeyirli sah

ələrdə təbii inhisar olmuş və indi də var. Bu, təbii və texnoloji 

amill

ərlə  müəyyən edilən  inhisarlaşmanm  xarakterik  olduğu  yanacaq  -  enerji 



sah

ələrinə  də  aiddir.  İnhisar,  təbii  ki,  istehsalçıya  xərcləri, qiymətləri  qaldırmaq, 

keyfiyy

əti aşağı salmaq və s. yollarla sui-istifadə üçün şərait yaradır. Lakin bunu 

s

əmərəli dövlət tənzimlənməsinin köməyi ilə aradan qaldırmaq olar (yüksək inkişaf 



etmiş  ölkələrdə  olduğu  kimi).  Məsələn,  ABŞ-da elektroenergetika müəssisələri 

t

əkcə tarifləri yüksəltməyə görə deyil, həm də onların strukturunu dəyişməyə görə, 



b

əzi hallarda isə  hətta  onları  aşağı  salmağa  görə  icazə  almalıdırlar.  Böyük 

Britaniyada h

əmin sahələrin fəaliyyəti üzərində  nəzarətin  əsas  forması  tariflərin 

t

ənzimlənməsi sayılır. 



Yaponiyada neft m

əhsullarının  qiymətlərinə  Xarici Ticarət və  Sənaye 

Nazirliyi n

əzarət edir, elektrik enerjisi tarifinin müəyyənləşdirilməsi və dəyişdiril-

m

əsinə görə isə nazirin sanksiyası tələb olunur. 



438 


Yanacaq-enerji kompleksind

ə  qiymətlər çoxlu miqdarda amillərin və 

meyarlarm t

əsiri altında əmələ gəlir. Bu, xərclər, tələb və təklif balansı, energetika 

əssisələrinin fəaliyyətinin tənzimlənməsi üzrə dövlət tədbirləri, dünya bazarının 



qiym

ətləri, investisiya siyasəti və s. ibarətdir. Bazar münasibətləri inkişaf etdikcə 

dövl

ət tərəfindən tənzimlənən qiymətlərin dairəsi daralır və sərbəst qiymətləri rolu 



artır.  Qiymətlər daha çox dərəcədə  həm  ayrı  -  ayrı  yanacaq  hasilatı  və  enerji 

ist


ehsalı müəssisələri arasında rəqabət nəticəsində formalaşır. 

Hal-


hazırda  yanacağın  qiyməti həqiqi bazar qiymətini  əks etdirmir. Bu 

qiym


ətlər  daha  çox  istehsalçıların  maraqlarını  və  inflyasiya gözləmələrini  əks 

etdirir v

ə  əslində  tələbin  dinamikasına  uyğun  gəlmir.  Enerji  resursları  istehsal-

çılarının cari topdansatış qiymətləri fasiləsiz artımla xarakterizə olunur. Lakin bu 

dinamika heç d

ə qiymətlərin səviyyə və nisbətlərinin həm ölkə daxilində, həm də 

dünya bazar qiym

ətləri ilə  müqayisədə  normallaşmasma  dəlalət  etmir.  Əksinə, 

ayrı-ayrı  enerji  növləri  arasında  olduğu  kimi,  enerji  ilə  əmtəə  və  xidmətlərin 

əksəriyyəti arasında sabit qiymət paritetsizliyi yaranmışdır. 

Ölk

əmizin müstəqillik dövrünə qədəm qoyduğu vaxtdan iniyə kimi yanacaq-



enerji sah

ələrində  qiymət və  tariflər sənayenin digər sahələrinə  nisbətən 

əhəmiyyətli dərəcədə  artmışdır.  Nəticədə  sənayenin bir çox sahələri, xüsusilə 

kimya,  maşınqayırma,  metallurgiya  kimi  enerjitutumlu  sahələr iflic vəziyyətinə 

düşmüş,  istehsal  olunan  məhsulların  qiymətləri dünya bazar qiymətlərini ötüb 

keçmişdir.  Bu  isə  məhsulun  anbarlarında  yığlıb  qalmasına,  istehsal  güclərindən 

istifad

ə  əmsalının  azalmasına  səbəb  olmuşdur.  Bütün  bunlar  enerjidaşıyıcılarının 

qiym

ətləri  artırılarkən bu məhsullardan istifadə  edən  kimya,  maşınqayırma, 



metallurgiya kimi sah

ələrdə istehsal olunan məhsulların dünya bazarında satılması 

üçün qiym

ətartırma imkanlarının nəzərə alınmaması ilə əlaqədardır. 

Keç

ən dövr ərzində  yanacaq və  enerjiyə  qiymətlər kənd təsərrüfatı 



m

əhsulunun tədarük qiymətlərinə  nisbətən daha sürətlə  artmışdır.  Əgər nəzərə 

alsaq ki, k

ənd təsərrüfatı yanacaq və enerjinin ən iri istehlakçılarından biri sayılır, 

onda bazar hakimiyy

ətinə  əsaslanan qiymət  disproporsiyalarının  şahidi  olmuş 

olarıq.  Göründüyü  kimi,  milli  gəlirin bir sahədən  digər sahələrə  yenidən 

bölüşdürülməsi qeyri-taraz qiymətlər sistemi vasitəsilə baş verir. Neft sənayesinin 

işinin ən yaxşı nəticəsini isə onun məhsuluna daha sürətli qiymət artımı ilə də izah 

etm


ək olar. 

İqtisadiyyatda qiymətlərin liberallaşdırılması yanacaq - enerji kompleksinin 

sah

ə-lərinə az təsir göstərmişdir. Belə ki, təbii qazın qiyməti təsbit olunmuş sayılır 



v

ə yalnız inflyasiyanın səviyyəsinə görə indeksləşdirilir; digər enerjidaşıyıcılarının 

satış  qiymətlərinin respublika daxilində  tənzimlənməsi hökumətin müvafiq 

q

ərarları  ilə  həyata keçirilir. Yanacaq -  enerji  kompleksinin  işinin  səmərəliliyini 



artırmaq və inflya-siyanın artım sürətini nəzərə almaqla Azərbaycan Respublikası 

Dövl


ət  Neft  Şirkətinin  (ARDNŞ)  İqtisadiyyat  və  Maliyyə  nazirlikləri ilə 

ra

zılaşdırılmış  təklifləri qəbul edilərkən xam neftin hər  tonunun  şirkət üzrə  orta 



topdansatış qiymət, təbii qazın hər 1000 kub. metrinin topdansatış qiyməti təsdiq 

439 



olunur. ARDNŞ daxilində neftçıxarma idarələri üzrə neftin və təbii qazın qiymətini 

şirkət özü müəyyən edir. 

Neft  hasilatı  müəssisələrində  neft və  neft məhsulları  üzrə  müəssisənin 

topdansatış  qiymətləri müəyyən edilərkən  əvvəlcə  1 tonluq məhsulun maya 

d

əyərinin kalkulya-siyaları  (adətən plan -  maya dəyəri üzrə)  aparılır.  Həmin 



kalkulyasiyaların  həqiqətə  və  iqtisadi  reallığa  uyğun  olub  -  olmaması 

d

əqiqləşdirilir. Bundan sonra emal müəssisələ-rinin mənfəəti ayrı - ayrı məhsullar 



üzr

ə  rentabellik səviyyəsinə  görə  hesablanır  və  hasilat maya dəyərinin üzərinə 

əlavə  olunur. Məsələn,  hazırda  neft  emalı  müəssisələ-rində  orta rentabellik 

s

əviyyəsi 9% (soba mazutu və kimya benzini üçün 6%, qalan bütün məhsullar üzrə 



is

ə  10% rentabellik) nəzərdə  tutulur. Müəssisənin  topdansatış  qiyməti 

hesablandıqdan  sonra  neft  bazalarının  istehlakçılara  buraxılış  qiyməti və  ya 

s

ənayenin  topdansatış  qiyməti üzrə  hesablamalar  aparılır.  Bu  zaman  neft 



m

əhsullarına qoyulan aksiz dərəcələri nəzərə alınmaqla aksizlərin məbləği, vergi 

d

ərəcəsi nəzərə  alınmaqla  ƏDV-nin məbləği,  yol  vergisi  nəzərə  alınmaqla 



respublika daxilind

ə təchizat xərcləri və dövriyyədən Yol fonduna vergi hesablanır 

v

ə  hökumət tərəfindən təsdiq olunmaqla müəssisənin  topdansatış  qiymətinin 



üz

ərinə əlavə olunur.  

Azərbaycanda neftlə əlaqədar qiymətlərin iki standartda – daxili və xarici 

qiymətlərdə əksini tapması klassik reallığın təzahürüdür. 

Azərbaycanda  neftə  qiymətlərin  müəyyənləşdirilməsi  və  tənzimlənməsi 

istiqamətndə  sistemli  tədbirlərin  həyata  keçirilməsi  müşahidə  olunur.  Ölkəmizdə 

aşağıdakı bazar təsisatlarını formalaşdırmaqla neftin qiymətinin optimal tənzimlən-

məsinə nail olmaq mümkündür:  

neft birjasının yaradılması; 



regional səviyyədə forvard və fyuçers əməliyyatına malik ticari bazarın 

formalaşdırılaraq inkişaf etdirilməsi; 

dövlət  səviyyəsində  neft  və  qaz,  xüsusən  də  neft  məhsulları  sahəsində 



ehtiyat fondu yaratmaq. 

Hazırda  ölkəmizdə  qiymətlərin  dövlət  tənzimlənməsi  Respublika  Tarif 

(qiymət) Şurası tərəfindən, Respublika Nazirlər Kabineti tərəfindən 2005-ci il 28 

sentyabrında təsdiq olunmuş « Qiyməti (tarifi) dövlətin tənzimlədiyi məhsullar (iş 

və xidmətləri) üzrə Siyahı»

 

əsasında aparılır. Həmin siyahıda müxtəlif iqtisadiyyat 

sahələrini əhatə edən təbii və dövlət inhisarları və inhisarçı təsərrüfat subyektləri 

kimi 38 hədəf yer almışdır. Bunların içərisində Respublikada neft məhsulları üzrə 

topdansatış  və  pərakəndə  satış  qiymətləri  və  həm  də,  təbii  qaz  üzrə  topdansatış, 

emal və nəqletmə tarifləri və təbii qaz üzrə pərakəndəsatış qiymət tarifləri xüsusilə 

diqqəti cəlb edir.  

Azərbaycan  Respublikasının  dünyanın  ölkələri  ilə  əməkdaşlığının 

genişlənməsi,  iqtisadiyyatının  sürətli  inkişafı,  beynəlxalq  iqtisadiyyatda  payının 

artması,  milli  təhlukəsizliyi,  iqtisadi  və  strateji  maraqları  qorumaq  ucun  yetərli 

qədər  maliyyə  ehtiyatları  ilə  təmin  edilməsi  məhz  müvəffəqiyyətlə  aparılan  neft 

440 



strategiyasının nəticəsidir. H.Əliyev yenidən hakimiyyətə gəlişi ilə birinci gundən 

etibarən  neft  sənayesini  Azərbaycanda  yaranan  iqtisadi  və  siyasi  bohranlardan 

cıxarmaqda  rolunu  yuksək  qiymətləndirməklə  həmin  sahənin  inkişafına  can 

atmışdır. 1994-cu ilin 20 sentyabrın qeyd edilənlərin məntiqi nəticəsi kimi dunya 

üzrə 7 olkəni əhatə edən 11 xarici neft şirkətlə “Əsrin muqaviləsi” bağlanmışdır. 

Həmin muqaviləyə  görə Azərbaycanın dunyanın  dövlətlərinə leqal şəkildə  bəyan 

edilməsi növbəti  dovrlərdə  muxtəlif  dunya  dövlətlərindən olan 40-dan  artıq  neft 

kompaniyası ilə əlavə şəkildə 30-dan çox



 

muqaviləni bağlamağa gətirib çıxardı və 

yekunda  neft  sektoru  üçün  sərmayə  yatırımları  60  mlrd.  dollar  təşkil  etdi. 

Azərbaycan  Respublikasının  yanacaq-enerji  resursları  istiqamətində  uğurları 

bununla 

qurtarmadı. Enerji təhlukəsizliyinin təmin olunması sahəsində 2006-cı ildə 

Azərbaycanın  Avropanın  əsas  tərəfdaşlardan  birinə  cevrilməsinin  rəsmiləşməsi 

Azərbaycanla  Avropa  İttifaqı arasındakı energetika sahəsində tərəfdaşlıq barədə 



Anlaılşma

 

Memorandumu”

nun imzalanması ilə baş tutdu. Əgər Azərbaycan 2006-

cı  ilə  kimi  RF-dən  qaz  idxal  edirdisə,  artıq  2007-ci  ildən  etibarən  ölkəmiz  qaz 

ixracatçısına  cevrilmişdir.  Azərbaycan  Respublikasının  yanacaq-enerji resurs-

larından  effektiv  istifadəsi  olkənin  enerji  təhlukəsizliyini  təmin  etməklə  yanaşı, 

beynəlxalq səviyyədə onun movqeyini mohkəmləndirdi ki, bu da Heydər Əliyevin 

uzaqgorənliyinin nəticəsidir. 

Ölkəmizdə enerji strategiyası istiqamətində qazanılan müsbət nəticələr az 

sonra Azərbaycanın sürətli iqtisadi inkişafında xüsusi önəm təşkil etdi və ölkənin 

iqtisadiyyatının inkişafı öz dinamikliyini təmin etdi. Göründüyü kimi, Umummilli 

lider Heydər Əliyev tərəfindən neft strategiyası proqramının hazırlanması və onun 

həyata  kecirilməsi  istiqamətində  muhum  addımlar  atılması  ölkə  iqtisadiyyatına 

daxil  olan  neft  gəlirlərinin  duzgun  istiqamətləndirilməsinə,  bununla  da  əhalinin 

rifah  halının  yuksəldilməsinə  və  muhum  sosial-iqtisadi  layihələrin  həyata 

kecirilməsinə  yönəldilmişdir.  Həmin  addımlar  arasında  daha  əhəmiyyətlisi  neft 

gəlirlərindən  effektiv  istifadə,  nəsillər  arasında  ədalətli  bolgu  və  neft  sektorunda 

şəffaflığı  təminetmə  yönümündə  1999-cu  ildə  Azərbaycan  Respublikası  Dovlət 

Neft  Fondunun  təsis  olunmasıdır.  Zaman  keçdikcə  Dovlət  Neft  Fondu  ölkənin 

beynəlxalq  maliyyə  qurumuna  cevrilməklə  onun  fəaliyyəti  respublikanın  milli 

maraqlarını  qorumağa  yönəlmişdir.  Neft  Fondunun  köməyilə  neft  gəlirlərinin 

strateji  baxımdan  mühüm  əhəmiyyət  kəsb  edən  infrastruktur  yaratmağa,  ciddi 

sosial  problemləri  aradan  qaldırmağa  istiqamətlənmişdir.  Bundan  əlavə,  ölkə 

əhalisinin  indiki  sosial-iqtisadi  problemlərini  həll  edən  Neft  Fondu,  gəlirləri 

gələcək nəsillər üçün qoruyub saxlamağa yönəlik işlər görür. Statistik məlumatların 

təhlilindən  aydın  olur  ki,  neft  gəlirləri  Neft  Fondunun  vasitəçiliyi  ilə  effektiv 

formada iqtisadi inkişafa yonəltmişdir. Neft Fondunun mədaxili təsis edildiyi 2001-

ci illə 2015- ci il arasında, yəni 15 il ərzində 125 mlrd. dollara yaxın olmuşdur ki, 

bunun da 27%-

ni yığıma yönəlmişdir.  

Neft  Fondunun  vəsaiti  2017-ci ilin  əvvəlinə  57  mlrd.  manata  və  ya  33,2 

mlrd.  ABŞ  dollarına  yaxın  olmuşdur.Ölkədə  neft  strategiyası  uğurla  reallaşdırıl-

441 



dığına görə son illər ərzində iqtisadi artımda  yüksəlişin real şahidi olmuşuq. AR 

DSK-


nın  məlumatına  görə,  2000-ci  ildə  respublika  üzrə  neft  hasilatı  14,0  mln. 

tondan 2010-

cu  ildə  51  mln.  tona  çatmış,  2015  və  2017-ci  illərdə  isə  bir  qədər 

azalaraq müvafiq surətdə 42 mln. tona və 39 mln. tona enmişdir, qaz hasilatı isə 

müvafiq olaraq 2000-

ci ildə 5,6 mlrd. kub metrdən 2010-cu ildə 26,3 mlrd. kub 

metrə, 2015-ci ildə 29,7 mlrd. kub metrə qədər artmış, 2017-ci ildə isə bir qədər 

azalaraq  28,6  mlrd.  kub  metr  təşkil  etmişdir.  Nə-ticədə, məcmu  daxili  məhsul 

2000-

ci illə müqayisədə 2010-cu ildə 10 dəfə,



 

2015-


ci ildə 11,6 dəfə, 2017-ci ildə 

isə 12,5 dəfə artmışdır. 

Bundan  əlavə,  2003-2017-ci  illərdə  Neft  Fondunun  dovlət  budcəsi  üçün 

transfertlərin  həcmi  64  mlrd.  manata  yaxın  olmuşdur.  2017-ci  il  ərzində 

Azərbaycanın dovlət budcəsi gəlirləri 17,5 mlrd. manat təşkil etmişdir ki, bunun da 

46 faizdən çoxu fondun transfertlərinin payına düşür. 

Son illərdə Azərbaycan üzrə makroiqtisadi gostəricilərdə muşahidə olunan 

bu  artımların  əsasında  uğurla  aparılan  effektiv  neft  strategiyası  durur.  Nəticədə, 

UDM-

də  neft-qaz  sektorunun  xüsusi  çəkisi  orta  hesabla  45-50  faizə,  budcə 



gəlirlərində xüsusi çəkisi 70-75 faizə, ixracda xüsusi çəkisi isə 90 faizə çatmışdır. 

İqtisadiyyatda  neft  sektoru  böyuk  xüsusi  çəkiyə  malik  olmasına  rəğmən,  neft 

gəlirlərinin hesabına formalaşmış infrastruktura əsasən qeyri-neft sektoru da surətlə 

inkişaf edir və gələcək illərdə neftdən asılılığın aradan qaldırılmasına xidmət edir. 

Həmçinin  neft  gəlirləri  gəlirliyin  səviyyəsi  baxımından  ölkəmizin  reytinqini 

yuksəltməyə  şətirib  çıxarmışdır.  Qeyd  edək  ki,  BVF-nin  öz  fəaliyyətində 

beynəlxalq səviyyədə 1,4 mlrd. insanın yaşadığı 51 olkəni “resursla zəngin” olkələr 

kateqoriyasına daxil edir. Həmin dövlətlər ixrac və fiskal gəlirlər üzrə ən azı 20%-i 

bərpa edilməyən təbii resurslar vasitəsilə aparırlar[44].  

Azərbaycan ixracın 90%-dən coxunu, budcə gəlirlərinin 75%-ni, UDM-in 

isə  ən  azı  45%-ni neft-qaz  sektorundan  təmin  edən  olkə  kimi  “resursla  zəngin” 

olkələr kateqoriyasında orta gəlirli olkə yerini tutmuşdur. 

Bundan  başqa,  məcmu  qənaətin  əsas  hissəsi  neft  və  qaz  hasilatı  sahəsi 

hesabına  təmin  edilmişdir.  Belə  ki,  neft  sektorunun  ÜDM-də  payı  2009-cu  ildə 

45,1 faizə, 2010-cu ildə 48,0 faizə, 2014-cü ildə 36,6 faizə, 2015-ci ildə isə 25,3 

faizə bərabər olmuşdur. Bu sahənin məhsulunun əsas hissəsi də ixrac olunmuşdur. 

Belə  ki,  2015-ci  ildə  ölkədə  ixracın  həcminin  86,0  faizi  neft,  qaz  və  neft 

məhsullarının  payına  düşmüşdür.  Bu  da  bu  sahənin  ümumi  məhsul  həcminin 

təqribən  80  faizinə  bərabər  olmuşdur.  Göründüyü  kimi,  ÜDM-in  böyük  hissəsi 

ixrac  məhsullarının  istehsalı  hesabına  yaranmışdır  ki,  bu  da  S.Kuznetsin qeyd 

etdiyi  amillərin  Azərbaycanda  investisiya  qoyuluşlarını  məhdudlaşdırmadığını 

göstərir.  Bundan  başqa,  neft  və  qaz  hasilatı  sahəsində  yaranan  əlavə  dəyərin 

əhəmiyyətli  hissəsini  renta  təşkil  edir.  Belə  ki,  2014-cü  ildə  bu  sahədə  ümumi 

buraxılışda aralıq istehlakın payı 33,1 faizə, əmək haqqının payı 12,4 faizə, əsas 

fondların  istehlakının  payı  3,2  faizə,  xalis  mənfəətin  payı  isə  50,7  faizə  bərabər 

olmuşdur. Xalis mənfəətin payının belə yüksək olması bunun tərkibinə rentanın da 

442 



daxil olması ilə əlaqədardır. Nəticədə, əldə edilmiş renta hesabına mövcud istehsalı 

inkişafına  iri  həcmli  investisiya  qoyuluşları  üçün  əlverişli  şərait  yaranır.  

Azərbaycanın  enerji strategiyası hazırda  da  uğurla davam  etdirilir.  Azərbaycanın 

yaxından  iştirak  etdiyi  və  maliyyələşdirdiyi  “Şahdəniz-2”  layihəsinin  gercəkləş-

dirilməsi və Transanadolu qaz kəmərinin cəkilişi yaxın gələcəkdə Avropanın qazla 

təminatında olkəmizin statusunu daha da yuksəldəcəkdir. Azərbaycan uğurlu neft-

qaz  strategiyası  sayəsində  Avropanın  artan  enerji  tələbatının  odənilməsi  və 

dunyada  enerji  təhlukəsizliyinin  təminatı  sahəsində  ən  əlverişli  tərəfdaşlardan 

hesab olunur. Dunyada 

alternativə malik enerji mənbəsi hesab edilən Xəzər region 

üzrə  neft- qazın istehsalla  əlaqədar  başlıca  maliyyə  risklərindən  biri məhsulun 

dunya  bazarına  təhlukəsiz  və  sərbəst  marşrutlarla  cıxarılması  ilə  bağlıdır.  Bu 

mənada  Azərbaycan  ozunun və  tərəfdaş  olduqlarının  hasil  etdikləri  neft-qaz 

məhsullarını  xarici  bazara cıxarılması  və  ixrac  marşrutlarının  şaxələndirilməsi 

sahəsində  Xəzəryanı  olkələr  icərisində  ən  əlverişli  movqeyə  malikdir.  Digər 

Xəzəryanı  olkələrlə  muqayisədə  olkənin  enerji  ixracı  riskləri  cox  aşağıdır.  Hal-

 

hazırkı  şəraitdə  Bakı–Tiflis–Ceyhan,  Bakı–Supsa,  Bakı–Novorosiysk kimi il 



ərzində gucu təqribən  70  mln.  t.  olan uc  neft  kəmərinin, Bakı–Tiflis–Ərzurum, 

Bakı–Astara–İran və Bakı–RF kimi il ərzində gucu təqribən 35-45 mlrd. m

3

  olan 


maye qaz kəmərinin movcudluğu Azərbaycan və onun tərəfdaş olduqlarının enerji 

ixracatı  sahəsində  geoiqtisadiyyat  riskləri sıfıra  endirmişdir.  Avrasiyanın  strateji 

əhəmiyyətli  transit  olkələrindən  biri  olan  Azərbaycanın  Şərq–Qərblə  ticarəti, 

energetika,  yanacaq  və  nəqliyyat- kommunukasiya  əlaqələrinin  (xətlərinin) 

mərkəzində yer alır. Azərbaycanın bu movqeyi getdikcə guclənir[6].  

Karbohidroge

n ehtiyatlarını hasil etmək və Avropanın bazarına catdırılması 

məqsədilə reallaşdırılan  böyük  layihələr  Avropa  üzrə  neft-qazla  təminatı  üzrə 

ölkəmizin onəmli yer tutmasına şərait yaratmışdır. 

Hökum


ət tərəfindən iqtisadi siyasətin yürüdülməsi zamanı dünya bazarındakı 

qiym


ətlərin nəzərə  alınmaması  yerli  istehlakçıların  və  istehsalçıların  ziyan 

ç

əkməsinə səbəb ola bilər. Odur ki, dünya bazarında neftin və neft məhsullarının 



qiym

ətləri aşağı düşdükdə daxili bazarda da onların qiymətləri aşağı salınmalıdır. 

Yanacaq  - 

enerji kompleksinin inkişafının səmərəliliyi xeyli dərəcədə təbii 

resurs-

ların  məniMCənilməsi prosesinin müxtəlif mərhələlərində  optimal 

m

əniMCənilmə strategiyasının seçilməsi ilə müəyyən edilir. Belə bir strategiyanın, 



faydalı  qazıntı  ehtiyatlarının  daha səmərəli istiqamətinin və  işlənib  hazırlanası 

obyektl


ərinin müəyyən edilməsi, elmi-texniki tərəqqinin inkişafı, təbiətdən istifadə 

üzr


ə  investisiya və  ekoloji siyasətin təkmilləşdirilməsi nöqteyi -  nəzərindən 

əsaslandırılması resursların iqtisadi qiymətləndirilməsinin predmet dairəsini təşkil 

edir. 

Mineral  xammal  resurslarının  iqtisadi  cəhətdən qiymətləndirilməsi xarici 



ölk

ələrdə xeyli dərəcədə geniş tətbiq olunur. Müxtəlif ölkələrdə onun aparılmasının 

m

əqsədi, meyarları və obyektləri torpaq və faydalı qazıntılar üzərində mülkiyyətin 



forması, habelə iqtisadiyyatın  bu bölməsində  əmtəə-pul münasibətlərinin inkişafı 

443 



il

ə xarakterizə olunur. Torpağın və faydalı qazıntı yataqlarının alqı-satqı obyektləri 

olduğu  inkişaf  etmiş  bazar  ölkələrində  resursların  iqtisadi qiymətləndirilməsi 

onların məniMCənilməsindən gözlənilən mənfəətin müəyyən edilməsinə əsaslanır. 

Bu zaman k

əşfiyyat işləri üçün sahənin icarəyə götürülməsi, kəşf edilmiş yataqların 

s

ənaye tikililərinə  kapital  qoyulması,  istismar  olunacaq  yataqların  əldə  olunması 



üzr

ə məqsədəuyğunluğun əsaslandırılması qiymətləndirmənin məqsədi kimi çıxış 

edir. Bundan başqa, iqtisadi cəhətdən qiymətləndirmədən istifadə etməklə yatağın 

m

əniMCənilməsinin, faydalı qazıntının hasilatı və emalı, onun kompleks istifadəsi, 



habel

ə  təbiətin mühafizəsi tədbirləri üzrə  yeni  metodların  tətbiqinin texniki-

texnoloji sxeminin 

əsaslandırılması aparılır. Resursların iqtisadi qiymətləndirilmə-

sini aparan subyektl

ər  əsasən mineral -  xammal  yataqlarının  geoloji  tədqiqində, 

hazırlığında  və  işlənməsində  iştirak  edən müəssisə  və  təşkilat  qrupları  (dövlət 

geologiya xidm

ətləri, fərdi sənaye şirkətləri və ayrı-ayrı sahibkarlar) sayılır. 

T

əsərrüfatçılığın bazar sistemi şəraitində resursların iqtisadi qiymətləndirmə 



obyektl

əri  kimi  yataq  axtarışları  üçün  perspektiv  torpaq  sahələri, müxtəlif 

öyr

ənilmə  mərhələlərində  yerləşən  aşkara  çıxarılmış  yataqlar,  tam  kəşf  olunmuş 



yataqlar, habel

ə  öz  yataqlarından  və  hasilat müəssisələrindən ibarət  dağ-mədən 

kompleksl

əri  çıxış  edə  bilər. Perspektiv torpaq sahələrinin iqtisadi cəhətdən 

qiym

ətləndirilməsi  onların  icarəyə  götürülməsi və  ya icarədən  çıxarılmasının 



m

əqsədəuyğunluğunun  müəyyən edilməsi üçün əsas  sayılır.  Aşkara  çıxarılmış 

yataqlar üçün qiym

ətləndirmənin nəticələri geoloji-kəşfiyyat  işlərinin davam 

etdirilm

əsi zəruriliyi ilə müəyyən edilən meyar kimi çıxış edir. Və nəhayət, əgər 

k

əşf  olunmuş  yatağın  sahibi  onun  məniMCənilməsinə  kapiatl  qoymağı 



planlaşdırmırsa, onda qiymətləndirmənin nəticələrinə görə həmin yatağın satılması 

v

ə ya alınmasının məqsədəuyğunluğu haqqında məsələ həll olunur. 



Yuxarıda sadalananlarla əlaqədar olaraq demək olar ki, mənfəət resursların 

iqtisadi qiym

ətləndirilməsinin əsas və əslində yeganə meyarı sayılır. Sərf olunmuş 

kapitalın ödənilməsi müddəti də mühüm əhəmiyyət kəsb edir. 

Ona  gör

ə  də  yataqların  iqtisadi  cəhətdən qiymətləndirilməsinin xarici 

ölk

ələrdə  tətbiq dilən  metodları  arasında,  gözlənilən mənfəətin  hesablanmasında 



vaxt amilini n

əzərə alan metodlar daha geniş yayılmışdır. 

Resursların  iqtisadi  cəhətdən qiymətləndirilməsinin  inkişaf  etmiş  bazar 

ölk


ələrində tətbiq olunan hesablamaları üçün əsas düsturlar cədvəldə verilmişdir. 

Metodların  mahiyyəti  müasir  faydalı  qazıntı  qiymətliləri  şəklində  hesablanan 

resursların məniMCənilməsindən gözlənilən diskotlaşdırılmış mənfəətin müəyyən 

edilm


əsindən, bu qiymətlilərin kapital qoyuluşu ilə birgə rentabellik indekslərinin 

hesablanmasından,  kapital  qoyuluşunun  daxili  qayıdış  normasının  qiymətlən-

dirilm

əsindən ibarətdir. Resursların iqtisadi qiymətləndirilməsinin və tətbiq olunan 



metodların  reallaşdırılmasmm  dəqiqliyi praktiki mülahizələrə  əsaslanır.  Yatağın 

m

əniMCənilməsi  haqqında  qərar  çoxvariantlı  optimallaşdırma  hesablamaları 



əsasında qəbul olunur. 


Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   346   347   348   349   350   351   352   353   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə