Azərbaycan döVLƏT İQTİsad universiteti unec X. H. Kazımlı, Q. S. Bayramov, B. C. Sadıqov



Yüklə 5 Mb.
Pdf görüntüsü
səhifə357/410
tarix16.05.2022
ölçüsü5 Mb.
#87125
1   ...   353   354   355   356   357   358   359   360   ...   410
X.Kazımlı Kitab Qiymət

 

 

467 




25.5. N

əqliyyat xidmətləri bazarında yükdaşıma tarifləri 

           

N

əqliyyat  tarifi   kütləvi  istehsal  xidmətləri olan yük daşımanın qiymət-



l

ərini özündə əks etdirir. Onun başlıca xüsusiyyəti ondan ibarət olur ki, hər şeydən 

əvvəl elə  bir məhsula müəyyən olunur ki, həmin məhsul maddi formaya malik 

deyildir. N

əqliyyat ancaq və ancaq müəyyən istehlak dəyərlərini alıcılara çatdırır, 

bu zaman onun t

ərkibini və həcmini dəyişdirmir. Bu zaman nəqliyyat xidmətləri 

istehsalı  prosesi  onun  istehlakı  prosesi  ilə  üst-üstə  düşür.  Buna  görə  də  yük 

n

əqliyyatı məhsulu dedikdə yüklərin yerləşdirilməsi ilə bağlı işin özü başa düşülür. 



N

əqletmə    prosesində  daşman  əmtəənin dəyəri yüksəlir. Buna görə  də 

yükdaşı-maya tariflər  əmtəənin nəql  olunması  nəticəsində  pul ifadəsində  onun 

d

əyərinin artmasıdır. 



N

əqliyyat xidməti bütün əmtəələrin istehsalı və satılması zamanı göstərilir. 

Onun d

əyəri məhsulun son qiymətinin müxtəlif elementlərində əks olunur; məsələn 



maya d

əyərində  (material  resurslarının  təchizat ilə  bağlı  nəqliyyat-  tədarük 

x

ərcləri), topdan və  pərakəndə  ticarət  əlavələrində. Buna görə  də  nəqliyyat 



tarifl

ərinin dəyişməsi əmtəənin buraxılış və pərakəndə qiymətlərinin dinamika və 

s

əviyyəsinə  əhəmiyyətli dərəcədə  təsir göstərir. Öz növbəsində, nəqliyyat özü 



metalın  iri  istehlakçısıdır.  Bundan  başqa,  tikinti  materialları,  kömür,  elektrik 

enerjisi, yanacaq v

ə digər məhsullar da nəqliyyatda istifadə olunur. buna görə də bu 

əsasda nəqliyyatın istismar xərcləri formalaşır və son hesabda nəqliyyat tariflərinin 

s

əviyyəsinə təsir edir. Son illərdə yükdaşıma tarifləri, həm avtomobil üzrə, həm də 



aviasiya n

əqliyyatı üzrə yüksək sürətlə artmışdır. 

İndi  isə  milli bazarda nəqliyyat tariflərinin  formalaşması  xüsusiyyətlərini 

n

əzərdən keçirək. Nəqliyyat xidmətləri  bazarının  formalaşması  xüsusiyyətləri 



daşıma prosesində müxtəlif növ nəqliyyatların iştirakı ilə bağlıdır. Ümumiyyətlə, 

bu n


əqliyyat növlərinə: dəmiryol nəqliyyatı, avtomobil nəqliyyatı, hava nəqliyyatı 

v

ə  su nəqliyyatı  aid  edilir.  Bu  nəqliyyat növlərinin  qarşılıqlı  əvəz  olunması, 



h

əmçinin hər birində  işin  xüsusiyyəti tariflərin müəyyən  olunmasına  və  daşıma  

üçün bu v

ə ya digər nəqliyyatın seçilməsinə təsir göstərir. Məsələn, uzaq məsafəyə 

yükün n

əql  olunması  əgər təcili  çatdırılmanı  tələb etmirsə, onda həmin yükü 

d

əmiryol və su nəqliyyatından istifadə olunması daha sərfəlidir. Çünki bu nəqliyyat 



növl

əri digərlərindən  ucuzdur.  Yaxın  məsafəyə  yüklərin  daşınmasını  avtomobil 

n

əqliyyat ilə  etmək məqsədəuyğundur.  Belə  ki, bu nəqliyyat növündən istifadə 



zamanı yükləmə - boşaltma işlərinin həcmi azalır və yükün çatdırılması sürətlənir. 

N

əqliyyat tarifləri öz düzümünə görə müxtəlif formalara malik ola bilərlər: 



differensial, proporsional v

ə yaxud akkord. 

Differensial tarifl

ər belə  müəyyən olunur. Nəql olunan məhsulun vahidinə 

tarif d

ərəcələri bu və yaxud digər qanunauyğunluqla dəyişir. Daşıma məsafəsindən 

asılı olaraq tariflər dəyişir. Əksər hallarda daşınma məsafəsinin artması ilə tariflər 

azalır (dəmiryol nəqliyyatı tarifləri). 

Proporsional tarifl

ər  bütün  daşınma  məsafələrində  nəql olunan məhsulun 

468 



vahidin

ə dəyişməz bir dərəcə üzrə müəyyən olunur. 

Akkord  tarifl

ər  yüklərin  daşınmasına təsbit olunan, dəqiq korrespendensiya 

üzr

ə və yaxud müəyyən məsafəyə daşımaya (su və aviasiya nəqliyyatı) dərəcələr 



üzr

ə hesablanır. 

Yükn

əqliyyat    tarifləri təqdim olunan yüklərin partiyalarının ölçülərindən 



asılı  olaraq  göndəriş  növlərinə  görə  fərqlənirlər: vaqona görə  tariflər, gəmi, 

avtomobil tarifl

əri, konteyner daşımalarına tariflər, kiçik göndərişlərə tariflər. 

Yük tarifl

ərinin içərisində  avtomobildə  yük  daşımalarına  tariflər öz 

s

ərbəstliyi və çevikliyi dərəcəsinə görə daha çox fərqlənirlər. Bilavasitə bu bazarda 



dövl

ət müəssisələri ilə  bərabər müvəffəqiyyətlə  işləyən kifayət qədər müxtəlif 

mülkiyy

ətə malik orta və kiçik müəssisələr də fəaliyyət göstərərək yükdaşıma ilə 

m

əşğul olurlar. Digər nəqliyyat növlərində dövlət mülkiyyəti forması hökmranlıq 



edir v

ə orada tarif siyasəti bütövlükdə dövlət nəzarətində saxlanılır. 

T

əsərrüfat fəaliyyətinin bərabər hüquqlu subyekti olmaqla nəqliyyat müəssi-



s

ələri  rentabelli  işləməlidirlər, bununla da özlərini  təkrar  istehsalın 

genişləndirilməsi  şərtləri ilə  təmin etməlidirlər, onlar bütün vergiləri ödəməklə, 

vergi öd


ənişlərini  vaxtında  aparmalıdırlar  və  bununla da fəaliyyətdə  olan 

qanunçuluğun  tələblərini yerinə  yetirirlər. Nəticə  olaraq və  qiymətin 

formalaşmasının ümumi qaydalarına uyğun olaraq nəqliyyat tarifləri daşınma maya 

d

əyrəindən, mənfəətdən,  dolayı  vergilərdən və  qeyri  -  vergi ödənişlərindən 



ibar

ətdir. Nəqliyyat tariflərinin  formalaş-masında  üstünlük  xərclərə  əsaslanır, 

n

əqliyyat xidmətlərinin maya dəyəri tariflərin müəyyən  olunmasında  yekun 



hesablama bazasını özündə əks etdirir. 

Daşınmanın maya dəyəri istismar xərclərinin və həmçinin daşıma prosesi ilə 

bilavasit

ə  əlaqədar olan xərclərin  daşıma  vahidinə  düşən xüsusi ölçüsünü 

xarakteriz

ə  edir. Bu zaman daşınacaq  yüklərin xarakteri əhəmiyyət kəsb edir. 

Müxt

əlif yüklərin  daşınması  üzrə  maya dəyərindəki fərqləri müəyyən edən  əsas 



amill

əri iki başlıca qrupa bölmək olar. 

Birinci qrupa el

ə  amillər aid edilir ki, onlar yükün özünün xüsusiyyətini, 

onun  istehsalı  və  istehlakının  şərtləri və  coğrafiyasını,  yerləşdirilməyə  onun 

hazırlıq  dərəcəsini: yükün həcmi və  çəkisi nisbətini,  yükün  miqdarını,  eyni 

zamanda eyni ünvana t

əqdim olunan daşınma yükünü, yük yerlərinin ölçülərinin 

qabarit v

ə  formaları,  daşınma  məsafəsini, yükün xarab lma və  zədələnməsindən 

müdafi

ənin vacibliyini, xüsusi xidmətə  tələbat (yüklərin  müşahiətləri, tez xarab 



olan yükl

ərin daşınmasına xidmətlər, heyvanların daşınması xidmətlərini) özündə 

əks etdirir. 

İkinci  amillər qrupunda nəqliyyat vasitələrinin  xarakteristikası  şərtlənir. 

Onlara aid edilir n

əqliyyat vasitələrinin yükgötürmə  və  yerləşdirmə  imkanları, 

h

ərəkət tərkibinin təmirinə xərclər, onun xidmət müddəti, ixtisaslaşma dərəcəsi. 



Daşınmanın  maya  dəyərinin  kalkulyasiyası  üçün  istismar  xərclərinin 

daşınma  prosesində  qruplaşdırılması  vacib  əhəmiyyət kəsb  edir.  İqtisadi  mənada 

(x

ərc elementləri), ayrı - ayrı daşınmalarda mya dəyərinə xərclərin daxil edilməsi 



469 


qaydası  (düzünə  və  dolayısı  ilə) maya dəyərinin  hesablanmasında  nəzərə 

alınmalıdır. 

Daşınma  prosesinin  texnologiyasını  nəzərə  almaqla nəqliyyatda xərclərin 

formalaşdırılması xüsusiyyəti məsrəflərin iki mərhələyə bölünməsidir: başlanğıc - 

son üzr

ə və hərəkət əməliyyatları üzrə. Başlanğıc - son əməliyyatları dayanacaqlar 

vaxtı  hərəkət tərkibinin saxlanmasının,  boşalma  və  yükləməyə  hazırlanmasının 

x

ərclərini nəzərdə tutur. Bu xərclər daşınmanın uzaqlığından asılı deyildir ə ancaq 



yükün h

əcmindən asılıdır. 

H

ərəkət  əməliyyatları  yükün  yerləşdirilməsi üzrə  xərcləri müəyyən edir: 



yanacaq,  yol  haqqında  məlumat, enerji təsərrüfatı,  rabitə, siqnalizasiya, hərəkət 

yolunda h

ərəkətin tərkibi və  sairə. Bütün bu xərclər  daşınmanın  uzaqlığından 

bilavasit

ə asılıdır. Müxtəlif məsafələrə daşınmaların nəqliyyat xərclərinin müəyyən 

edilm


əsi aşağıdakı asılılıqla həyata keçirilir: 

x = a + bd 

burada, 

x - d m


əsafəsinə daşınmanın xərcləri; 

a  - 


1  ton  yük  hesabı  ilə  başlanğıc-son  əməliyyatlara xərclər; b -  1 ton-

kilometr hesabı ilə hərəkətə xərclər; d - daşınma məsafəsi, kilometrlə; 

Bu asılılıqdan daşınmanın bir ton - kilometrinin maya dəyərini hesablamaq 

olar


(

)


Yüklə 5 Mb.

Dostları ilə paylaş:
1   ...   353   354   355   356   357   358   359   360   ...   410




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə