Bütün bunlara bədnam qonşularımız ermənilərin də bi
zə qarşı tarixi düşmənçilik, separatçılıq hərəkatlan əlavə
edildi.
1945-ci ilin noyabrında Ermənistan rəhbərliyi (birinci
katib Q.A.Arutyunov) İ.V.Stalinə məktubla müraciət etdi ki,
Ermənistanın sovetləşməsinin 25 illiyi münasibətilə Qara
bağ və Naxçıvanın Ermənistana verilməsi məsələsi həll
edilsin. Mərkəz bu məsələ haqqında Azərbaycanın rəhbəri
Mir Cəfər Bağırovun rə’yini soruşdu və bu sorğuya M.C.Ba-
ğırov cavab vermişdi ki, Şuşa istisna olmaq şərti ilə Qarabağ
o zaman Ermənistana birləşdirilə bilər ki, Azərbaycanın
əzəli torpaqları olan və əhalisinin əksəriyyəti azərbaycanlı
lar olan üç rayon - Basarkeçər, Vedi və Qafan Azərbaycana
birləşdirilsin. Məsələnin belə həlli ermənilərin gələcək
planlarına zidd olduğu üçün bu təklifi onlar qəbul etmədilər
və bununla da həmin məktub arxivə verildi.
Sovet hökumətinin bütün varlığı dövründə Moskvada
yüksək siyasi rəhbərlikdə olan daşnak Anastas Mikoyanın
Azərbaycana qarşı hələ Nəriman Nərimanovun sağlığında
başladığı düşmənçilik siyasəti davam etdirdi. Bu düşmənçi
liyin bir halqası (əvvəlki bölmədə deyildiyi kimi) azərbay
canlıların Böyük Vətən müharibəsi illərində öz vətənlərin
dən Qazaxstana və Orta Asiyaya sürgün etmək cəhdi idisə
(xoşbəxtlikdən baş tutmamışdı), ikinci halqası Ermənistanda
yaşayan Azərbaycanlıların 1948-ci ildə öz ata-baba yurdla
rından Azerbaycana köçürülməsi (qovulması) oldu. Anastas
Mikoyanın və SSRİ xarici işlər nazirinin müavini daşnak
Dekanozovun köməyi ilə «Xarici ölkələrdə yaşayan erməni
lərin Ermənistana gəlmək arzusu» haqqında Moskva rəhbər
liyinə tələblər və təkliflər göndorilidi və Sovet siyasi rəh
bərliyi qərar qəbul etdi ki, xaricdən köçərək Ermənistana
gələcək ermənilərin orada yerləşdirilməsi üçün Ermənistan
da yaşayan azərbaycanlılardan 100-150 min nəfərin Azər
baycanın düzən rayonlarına (Kür-Araz zonasına) köçürmək
66
ч
lazımdır. 1948-1953-cü illərdə həyata keçirilən bu tədbir Er
mənistanın dağ zonasından Azərbaycanın isti zonasına köçü
rülmüş minlərlə azərbaycanlı üçün fəlakətlərlə nəticələndi.
Sovet siyasi sistemi dövründə Azərbaycanda «Cənubi
Azərbaycan» üslubunu işlətməyə faktiki olaraq qadağa qoy
ulmuşdu, elmi ədəbiyyatda yalnız «İran Azərbaycam» üslu
buna icazə verilirdi. Deməli, xalqın 170 il bundan əvvəlki
yaxın keçmişi, faciəvi parçalanması (1828) heç olmamış ki
mi yaddan silindirilirdi. Buna uyğun olaraq, Azərbaycan
ərazilərinin XX əsr kəsiyində hissə-hissə ermənilərə veril
məsi də «qardaşlıq» rəmzi kimi ara-sıra vurğulanırdı. Bütün
bunlar Vətəninin tarixini bilən vətənpərvər ziyalıların daxi
lən gizli etirazlarına səbəb olsa da, mövcud üsul-idarə
şəraitində tədbir görmək qeyri- mümkün idi.
70 illik Sovet rejiminin ən böyük qəbahəti insanlarda
milli mənlik hissini öldürmək və yeni manqurt nəsilləri ye
tişdirmək olmuşdur. Buna nail olmaq üçün isə ən əvvəl xal
qımızın tarixi saxtalaşdırılmışdır. Bu sahədə ən böyük saxta
laşdırma iki məsələdə olmuşdur:
1. 1918-1920-ci illərdə yaradılmış və yaşamış Azər
baycan Xalq Cümhuriyyətinin fəaliyyətinə və onun
xadimlərinə vurulan millətçi damğası;
2. Azərbaycanın Rusiya imperiyasına birləşdirilməsinə
verilən saxta qiymət.
Azərbaycan Xalq Cümhuriyyətinə - xalqımızın XX əs
rdə ilk müstəqil dövlətçiliyinə Sovet siyasi ədəbiyyatında
«burjua-millətçi qurum» qiymətinin verilməsi şovinist rus-
bolşevik ideologiyasının tələbinə tamamilə uyğun idi. Bu
cümhuriyyətin fəaliyyəti haqqında əvvəlki bölmədə deyil
mişdir və əlavə izahata ehtiyac duyulmur.
II dünya müharibəsindən sonrakı illərdə SSRİ-nin bü
tün xalqlarının çar Rusiyası tərkibində olduqları dövrə qiy
mət məsələsinə yenidən baxıldı. Marksizmin barilərindən
67
olan Fridrix Engels tərəfindən Rusiya çarizminin xarici siya
sətinin işğalçılıq siyasəti kimi qiymətləndirilməsinə bax
mayaraq İ.V.Stalin bu qiyməti tənqid edərək göstəriş verdi
ki, yeni tərtib ediləcək «SSRİ tarixi» dərsliklərində qeyri-
rus xalqların Rusiya imperiyası tərəfindən ilhaq edilməsi
mütərəqqi tarixi fakt kimi qiymətləndirilsin və həmin məsə
lədə bu müddəa əsas götürüldü ki, qeyri-rus xalqlar Rusiya
dövləti tərkibində rus mədəniyyətinin tə’siri ilə daha
sür’ətlə inkişaf etmişlər. Əlbəttə bu «əsaslandırma» həqi
qətdən çox uzaq idi. Burada əsas məqsəd yaxın gələcəkdə
qondarma «sovet xalqı», «sovet adamı» üslublanna keçmək
üçün «əsas» yaratmaq idi.
Azərbaycanlı müsəlman gənclərin Sovet hakimiyyəti
nin ilk illərində və 1941-1945-ci illər müharibəsi dövründə
orduda xidməti və onlardan zabit kadrlarının müəyyən qədər
hazırlanması müharibə dövrünün tələbi idi. Lakin müharibə
nin qurtarmasından sonrakı onilliklərdə Sovet ordusunun za
bit hissəsinə azərbaycanlıların az cəlb edilməsi yuxandan
istiqamətləndirilən şovinist siyasətin nəticəsi idi. Xoşbəxt
likdən uzaqgörən siyasi xadim Heydər Əliyev Azərbaycana
rəhbərlik etdiyi ilk illərdən (1969-cu ildən) başlayaraq xal
qımız üçün bu zərərli siyasətin qarşısını almaq üçün təsirli
addımlar atdı.
Bakıda Cəmşid Naxçıvanski adma hərdi məktəb açıldı.
Azərbaycanlı gənclərin respublikadan kənarda olan hərbi
məktəblərə qəbul olunması sahəsində böyük işlər görüldü
iə
hər il yüzlərlə azərbaycanlı gənclər Sovetlər İttifaqının
mərkəzi şəhərlərində olan hərbi məktəbləri qurtararaq zabit
rütbələri aldılar. Bütün bunlar gələcəkdə milli ordu yaradıl
ması işinə çox gərəkli olan nailiyyətlər idi və bu uğurlar XX
əsrin sonuncu onilliyində Azərbaycanda çətin müstəqillik
yolunda milli ordu yaradılmasında gərəkli oldu.
Göründüyü kimi Azərbaycan xalqının 70 illik Sovet
hakimiyyəti dövpündəki həyatını yalnız qara boyalarla boy-
68
ayaraq, mənfi qiymət vermək düzgün olmazdı. Əvvəla ona
görə ki, göstərilən 70 ildə xalqın həyatının iqtisadi və mə
dəni sahələrində əldə edilmiş nailiyyətlər olmasa idi, on il
bundan əvvəl öz müstəqilliyini bərpa etmiş Azərbaycan xal
qı bu müstəqilliyə daha zəif iqtisadi və mədəni özül üzərin
də başlamalı olardı. Bu isə keçid dövründə ölkənin onsuz də
ağır vəziyyətini daha da ağırlaşdırardı.
§6. Azərbaycanda siyasi
təhsil sistemi
Azərbaycanda yüksək tipli ilk siyasi təhsil müosssisəsi
1921-ci ilin dekabrında təşkil edilmiş Mərkəzi Sovet - Par
tiya məktəbi olmuşdur. Bu məktəb 1928-ci ildə Bakı partiya
komitəsi nəzdində olan Ali Sovet Partiya məktəbi ilə birlə
şərək, ikiillik Azərbaycan Mərkəzi Sovet - Partiya məktəbi
adı altında fəaliyyətini Böyük Vətən müharibəsinin başlan
masına qədərki dövrdə davam etdirmişdir.
II dünya müharibəsi qurtardıqdan sonra cəbhələrdən
külli miqdarda müharibə iştirakçıları hərbi xidmətdən təxris
edilərək qayıtmağa başladı. Ölkədə başlanmış dinc qurucu
luq dövründə partiya (siyasi) və təsərrüfat sahələri üzrə təh
silin vacibliyi hiss olunurdu.
1945-
ci ilin payızında Respublika üzrə ilk təhsil müəs
sisəsi olan bir illik partiya məktəbi Bakının ətrafında yerlə
şən Buzovna qəsəbəsindəki malikanədə yerləşirdi. Sonrakı
(1946) ilin 1 noyabrında həmin məktəb iki illik respublika
partiya məktəbi adı ilə Bakı şəhərində fəaliyyətə başladı və
onun müdavimlərinin yandan çoxu Böyük Vətən müharibə
sinin iştirakçıları idilər.
1946-
cı ilin avqustunda Kommunist Partiyası mərkəzi
komitəsi «Rəhbər partiya və sovet işçiləri hazırlamaq və on-
69