Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Əlyazma hüququnda Rüstəmzadə Coşqun Sədi oğlu



Yüklə 1,71 Mb.
səhifə3/23
tarix11.12.2023
ölçüsü1,71 Mb.
#147651
1   2   3   4   5   6   7   8   9   ...   23
Coşqun Rüstəmzadə Dissertasiya orijinal(1)

GİRİŞ


Tədqiqatın aktuallığı: Respublikamızın iqtisadiyatının sürətli şəkildə inkişaf etdiyi müasir bir dövrdə potensial enerji mənbələrinin, antropogenin və təbii amillərin ətraf mühitdəki təbii komponentlərinə təsirinin sistemli formada öyrənilməsi aktual məsələ olaraq qarşıya çıxır. Son zamanlar Abşeron arxipelağında və Xəzər dənizinin karbohidrogen ehtiyatlarının mənimsənilməsi dərəcəsi xeyli artmışdır. Elə buna görə də neft-qaz hasilatının gələcəkdə olan inkişaf perespektivləri ekoloji vəziyyətin ətraflı tədqiqindən asılıdır. Dissertasiyada Xəzər dənizinin Azərbaycan sektorunda neft-qaz çıxarma sahəsində inkişafı və ekoloji aspektləri hərtərəfli formada təhlil edilmişdir. Dağılmanın müxtəlif yolları olduğu qədər, mənbələri də müxtəlifdir. Belə hallar, neft dağılmaları magistral boru kəmərlərindən, əmtəə çənlərindən, dəniz və quruda yerləşən neft-qaz quyularından, quyuların atqı xətləri, tankerlər, emal müəssisələrində ola bilən tutumlardan, qurğulardan və s. kimi mənbələrdən ola bilər. Əhalinin sıx yaşadığı Abşeron yarımadasında torpaqların, suyun eləcə də bitki örtüyünün neft və neftin tullantıları ilə çirklənməsi prosesi müasir dövrdə də davam edir. Ona görə ölkəmizdə neftlə çirklənən torpaqların rekultivasiyası işləri çox əhəmiyyətlidir və günün aktual tələbidir.
Tədqiqatın məqsədi: Neftlə çirklənmə prosesinin təsiri altında torpaq ekosisteminin çirklənməsi və pozulması problemlərinin tədqiqi son dərəcə vacibdir. Bütün bunlarla yanaşı çirklənmiş ekosistemlərin qiymətləndirilməsi rekultivasiya və remediasiya proseslərinin əsas amilidir. Dissertasiyada neftlə çirklənmiş ekosistemlərin qiymətləndirilməsinin yeni üsulunun işlənib hazırlanması və rekultivasiyada səmərəliliyin artırılması təqdim edilmişdir. Neftlə çirklənən ekosistemlərin bərpa və dayanıqlığını daha dəqiq qiymətləndirmək vacib amildir.
Rekultivasiya prosesində mexaniki üsulun əlverişliliyi və bu üsulda istifadə edilən qurğular vasitəsilə torpaqların tam təmizlənməsi təmin edilir. Müasir texnologiyadan istifadə etməklə çirkli torpağı təmizləyən mexaniki qurğuların modernizələşdirilməsi və kimyəvi rekultivasiyada təbtiq oluna bilən yeni nanoquruluşlu reagentlərin tətbiqi nəzərə alınmışdır. Tədqiqatın əsas məqsədi magistral neft kəmərlərinin itismarı zamanı çirklənmiş torpaqların hazırkı tələblərə uyğun təmizlənməsində və torpaqdan ayrılan neftin qarışıqsız əldə edilməsində yeni texnologiyaların tətbiqləridir.
Sоn nəticədə isə texnоgen landşaftı оptimallaşdıraraq ətraf mühit şəraitinlərini yaxşılaşdırmaqdan və öz əvvəlki vəziyyətinə qaytarmaqdan ibarətdir.

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə