Azərbaycan döVLƏt neft və SƏnaye universiteti Əlyazma hüququnda Rüstəmzadə Coşqun Sədi oğlu



Yüklə 1,71 Mb.
səhifə4/23
tarix11.12.2023
ölçüsü1,71 Mb.
#147651
1   2   3   4   5   6   7   8   9   ...   23
Coşqun Rüstəmzadə Dissertasiya orijinal(1)

Problemin müasir vəziyyəti: Hal-hazırda ekologiya məsələləri bütün sənət adamları, alim və mütəxəssislərin, müəsisənin və dövlət rəhbərlərinin diqqət mərkəzində dayanır. Azərbaycan Respublikasında neftlə çirklənən rekultivasiya işləri görüləcək torpaqların ümumi sahəsi 24156 ha-dır. Bundan 13805 ha Abşeron yarımadasında (Azneft istehsalat birliyi üzrə 6788 ha) və 10351 ha isə digər rayonlarda yerləşir. Rayonları üzrə: Xəzər rayonunda 302 ha, Səbail rayonunda 526 ha, Qaradağ rayonunda 1277 ha, Suraxanı rayonunda 533 ha,Sabunçu rayonunda 410 ha və Binəqədi rayonunda üzrə 183 ha təşkil edir.
Tədqiqatın yeniliyi: Aparılan tədqiqatlar nəticəsində ekosistemlərin qiymətləndirilməsi üçün yeni bir üsul təqdim edilmişdir. Rekultivasiynın ilkin, mexaniki mərhələsində çirklənmə dərəcəsi böyük olan torpaqlar üçün hidrosiklon qurğunun səmərəli istifadəsi göstərilmiş və kimyəvi rekultivasiyada dəmir oksiddən istifadə etməklə radioaktivliyin standartlara gətirilməsi araşdırılmışdır. Rekultivasiyanın mərhələli şəkildə aparılmasının səmərəliliyi göstərilmişdir.
İşin apropasiyası: Dissertasiya işində aparılan tədqiqatların əsas nəticələri ADNSU-da 01-05 noyabr 2021-ci ildə keçirilən “8 noyabr Zəfər Gününə həsr olunmuş Tələbələrin 70-ci Elmi-Texniki Konfransında” məruzə edilmişdir və “Abşeron yarımadasında torpaqların neftlə çirklənmə səviyyəsinin qiymətləndirilməsi” adlı məqalədə ( Ekologiya və su təsərrüfatı jurnalı, №1, fevral, 2022-ci il.səh. 20-23 ) öz əksini tapmışdır.

FƏSİL I. Ümumi icmal

1.1 TƏDQİQAT MÖVZUSUNA DAİR ƏDƏBİYYAT İCMALI


Azərbaycan respublikasının torpaqları hələ keçmiş dövrlərdən özünün zəngin karbohidrogen ehtiyyatları ilə tanınırdı bu səbəbdən də bu yurdu «Оdlar yurdu» olaraq tanıyırdılar. Ölkədə neftin çıxarılması 19-cu əsrə gedib çıxır, daha dəqiq 1848-ci ildə Bibi-Heybət adlanan Abşeron rayon ərazisində tarixdə ilk dəfə olaraq neft fontan vurmuşdur. 150 ildən çox bir müddətdə Azərbaycanda neft çıxarma sənaye üsulu ilə hasilatın davam elətdirir [1].
Ölkəmizdə elə sahələr vardır ki, həmin ərazidən uzun illərdir neft çıxarılır. Suraxanı və Sabunçu ərazilərində 160 ildən çox müddətdir ki, neft çıxarılır. Hətta 200 ildən çox müddətdə neft çıxarılan zonalar var. Göstərilən amillər, eyni zamanda, hal-hazırda neft emalı müəssisələri və neft hasilatının həmin ərazilərdə yerləşməsi göstərilən rayonların sahələrinin daha çox neft məhsulları və neftlə çirklənməsinə səbəb olub [2].
Bakı ətrafında neft, neft məhsulları və şlamlarla çirklənmiş ekosistemlər böyük ərazidə yayılmışdır və əsas ekoloji problem isə bu kimi torpaqların neft məhsullarından təmizlənib təssərüfat baxımından yararlı hala gətirilməsidir. Abşeron yarımadasında yerləşən karbohidrogen yataqların istismar olunmasının ilk mərhələsində yer səthinə çıxarılan lay suyu və neftin yerüstü torpaq tutumlara yığılması və keçmiş dövrün iqtisadi tələblərinə uyğun halda texnologiyasının əlçatan səviyyədə olmaması ekosistemlərin, eləcə də ətraf mühitin çox yüksək səviyyədə neftlə çirklənməsinə gətirib çıxarmışdır. Abşeronda buna görə də 10 min ha-dan çox torpaq sahələri istifadəyə yararsızhala düşmüşdür. Çirklənmiş ərazilərə ən çox aşağıdakı mədən sahələrində rast gəlinmişdir [3]:
«Neftçalaneft» 150 ha
«Salyanneft» 2000 ha
Respublikamızda əhali artımının sürətlənməsi, yeni yaşayış massivlərinin tikilməsi torpağa və suya olan təlabatı artırmışdır. Ətraf mühitin mühafizəsin təşkil etmək, ekosistemə olan təlabatları ödəmək, yaşıllıq, əkinçilik eləcə də bağçılıq sahələrinin salınması üçün karbohidrogenlərlə çirkləndirilmiş ekosistemlərin sağlamlaşdırılması yəni yenidən bərpası yönündə görülən istənilən tədbir indiki dövrdə ən prioritet problemlərdən biridir [4].
Sənayedə bir çox sahələrdə, eləcə də neft-qaz çıxarma və neft-qaz quyularının qazılmasında, neft kimya prosesində, neft məhsulları və neftin nəqli, dağ- mədən sənayelərində və digər sahələrdə fərqli reoloji xassələrə malik mayelərin çox mürəkkəb en kəsik diametrli boru və kanallarında hərəkətlərinə rast gəlinir. Göstərilən sahədə optimal texnoloji prosesin idarə edilməsi və seçilməsi, layihələndirilməsi, müxtəlif avadanlıqlarlın hesablanmasından ötrü, hidravlik sistemlərdə hərəkət edən mayenin reoloji “davranışı” və hidravlik itkilərin haqqında məlumatın əldə olunması çox vacibdir [5].
Neft-qaz çıxarma və neftin nəql edilməsi əməliyyatları zamanı quruda, eləcə də dəniz sahələrində neft və neft məhsullarının dağılmaları və sızmaları olur. Neft dağılmalarının başlıca səbəbi neft mədənlərində istismarda olan avadanlıq və qurğuların istismara yararsız olması, gözlənilməyən qəza hallarıdır. Xəzər sahəsində neft-qaz mədənlərində böyük miqyaslı neft dağılmaları 1986-cı ildə Günəşli platformasında, 1978-ci ildə Bahar qaz-kondensant mədənində müşahidə edilmişdir [6].
ARDNŞ-da indiyə qədər neft dağılmalarına və sızmalarına qarşı mübarizə aparmaq üçün sistem mövcud deyil. Neft məhsulları və neftlə çirkləndirilmiş torpaqlar respublikamızın Çirvan-Muğanda, Qobustanda və Abşeron yarımadasında yerləşən neft yataqlarında daha geniş yayılmışdır. Ümumilikdə bütün mədənlərin sahələrində çirkli ekosistemə rast gəlmək mümkündür. Torpağın təmizlənilməsi yəni rekultivasiyası uzun zaman və sərmaye qoyuluşu tələb edən hissədir. ARDNŞ-da 2006-cı ildən bəri torpaq ekosisteminin bioloji və fiziki rekultivasiya işlərini aparılır. 2008-ci ilin sonlarından başlayaraq Mərkəzi Dünya Bankının ayırdığı maliyyə vəsaitindən istifadə etməklə Qala, Bibiheybət, Buzovna və Maştağa ərazilərində çox çirklənmiş 300 ha-a qədər torpaq sahələrinin təmizlənilməsi işləri planlaşdırılır. Bununla paralel olaraq torpaq təmizlənməsi üçün lazım olan qurğuların daha dəqiq 6 mobil, 1 stasionar cihazın alınması nəzərdə tutulur. ARDNŞ ümumilikdə 2011-ci ilə qədər köhnə yataqların və neft mədənlərinin ərazilərində 5400 ha ümumi çirkləndirilmiş torpaq sahələrinin təmizlənilməsini nəzərdə tutur [7].
Neftlə çirklənmiş torpaqların təmizlik strategiyası aşağıdakı ardıcıllıqla aparılır.

  • Neftlə çirklənmiş torpaq sahələrinin inventarlaşdırılması

  • Çirklənmiş sahələrin dərəcəsinin, ölçülərinin, həcminin qiymətləndirilməsi

  • Müvafiq təmizlənmə tenologiyasının və metodologiyasının seçilməsi

  • Torpaq sahələrinin təmizlənilməsi işlərinin və landşaftın bərpası planlarının həyata keçirilməsi

Magistral neft boru kəmərlərində sızmaları təyin etmək üçün aşağıdakı metodlardan istifadə olunur.
Azaldılmış təzyiq metodu: Metod boru kəmərinin stasionar istismarı üçün istifadə olunur və boru kəmərinin uzunluğu boyunca hidravlik yamacların müqayisəsinə əsaslanır. Sızma baş verdikdə, sızma nöqtəsinə hidravlik yamac digərindən daha böyükdür və onların kəsişmə nöqtəsi sızma yerini göstərir.
Metodun üstünlükləri [8]:

  • sızmaların görünüşünə nəzarətin davamlılığı;

  • cihazların dizaynının sadəliyi və texniki xidmətdə əlçatanlıq;

  • ölçülmüş dəyərlərin avtomatik işlənməsi və nəticələrin çıxarılması.
    Dezavantajları:

  • yalnız stasionar nasos rejimində tətbiq olunur;

  • aşağı həssaslıq (ən azı 200 m3 / saat axını ilə sızıntıları aşkar edir );

  • sızmanın yerini təyin edərkən böyük səhv. n
    Hazırda bu üsul Reyn-Mayn, Rotterdam-Reyn boru kəmərlərində tətbiq edilir.

Mənfi zərbə dalğası metodu: Metod sızma anında baş verən və səs sürəti ilə (11 km/s) boru kəməri boyunca hər iki istiqamətdə yayılan təzyiqin azaldılması dalğalarının qeydiyyatına əsaslanır.
Struktur olaraq, metod aşağıdakı kimi həyata keçirilir. Elektron çeviricilər boru kəməri marşrutu boyunca quraşdırılır (praktik olaraq hər bir klapanda), məlumat avtomatik olaraq idarəetmə otağına ötürülür. Sızma baş verdikdə, mənfi təzyiq dalğası sızmanın hər iki tərəfindəki elektron çeviricilərə çatır. Siqnalların çatma vaxtı nəzarət dispetçer idarəsində qeydə alınır, bundan sonra kompüter daxil olan məlumatı xüsusi proqram üzrə emal edir, sızmanın miqyasını və yerini müəyyən edir [9].
Dəniz şəraitində neft çıxarma və neftin nəqli prosesində ekoloji norma və qaydalara riayət edilmədikdə ekoloji tarazlığın pozulması hallarına tez-tez təsadüf edilir. Ekoloji tarazlığın pozulmasına daha çox Qum adası və N.Nərimanov NQÇİ-də istehsalat sahələrində, Palçıq Pilpiləsi, Neft Daşları və bu sahələrdə qazma işləri ilə məşğul olan müəssisənin istehsalat fəalliyəti müddətində qeydə alınmışdır. Həmin müəssisələrdə qazma prosesi müddətində yaranan tullantılar düzgün idarə edilmədiyindən hər il Xəzər sahəsinə edilən antropogen təsirlər artmaqda davam edir. Bir çox neft-qaz çıxarma müəssisələrində formalaşan neft şlamlarının sahədə yığılması şlamblasdırma ərazisinə daşınılması işləri düzgün qaydasında aparılmır. Bəzi neft-qaz çıxarma ərazilərində tullantıların yığılması üçün xüsusi olaraq quraşdırılmış hovuzun hermetikliyi pozulduğuna görə şlamlar və kimyəvi tərkibli qazma məhlluları yuyularaq Xəzər dənizinə axıdılır. Tullantıların həmin ərazilərdən daşınma işləri zəif aparılır [10].
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ölkəmizin 13 inzibati rayonun sahəsindən keçdiyi 443 km-lik torpaq sahələri, eləcə də Kür çayı və s su mənbələrinin həndəvərində yerləşən kəməryanı sahələrin bitki və torpaq örtüyünün texnogen, antropogen təsirlərdən istifadəsiz vəziyyətə düşməsi, baş verə bilən qəza hallarında neft ilə çirklənmənin demoqrafik vəziyyətlərə və fauna, flora növlərinin ekoloji vəziyətinə arzuolunmaz təsirləri qaçılmazdır. Buna görə də neft kəmərləri trassasının torpaq örtüyü, faunası, florası eləcə də əhalinin yaşam vəziyyəti əvvəlcədən ümumi olaraq ekoloji cəhətlərdən araşdırılmalı və sonradan müvafiq olaraq bərpaedici mühafizə tədbirləri haırlanmağının mühüm əhəmiyyəti var [11].
BTC kəmərinin torpaq örtüyünün və ekoloji cəhətlərdən qiymətləndirilməsi istiqamətində Q.Ş.Məmmədоv, Q.Ş.Yaqubov, N.M.İsmayılоv, T.Babayev , V.C.Hacıyev və digər alimlərin araşdırma və tədqiqatı mövcuddur. Bu tədqiqatların nəticəsi olaraq BTC kəmərində baş vermə ehtimallı qəza zamanı axan neftin, flora, faunanın və ekosistemin ekooji xüsusiyyətlərinə, ətraf mühitin mühafizə sisteminin təşkilinə görə qoruyucu təsirlər, ekoloji bərpaolunan təsirlər və kəmər zonasında məskunlaşan insanların demoqrafik yaşayışına təsiri öyrənilmişdir [12].
Hesabatları nəzərə alsaq neft-qaz sənayesi müəssisə və mədənləri ətraf mühiti neft tullantıları və qatqıları ilə çirkləndirməkdə davam edir. Göstərilən halları nəzərə alaraq deyə bilərik ki, təbiəti mühafizə etmək üçün səmərəli tədbirlər aşağıda verilən yollarla həyata keçirilməlidir [13]:

  • Neft-qaz və neft çıxarma müəssisələrinin personalının və ərazidə yaaşayan əhalinin ekoloji savadını artırmaqla

  • Obyektlərin və müəssisələrin sürətli şəkildə özəlləşdirilməsinə şərait yaratdıqda

  • Uyğun qanunvericilik bazaları yaratmaqla

  • Təbiətin mühafizəsi tədbirlərinə görə məqsədyönlü qrantlar və əlavə investisiylar ayırmaqla

  • İqtisadi və inzibati təsirin növlərini ehtiva edən səmərəli icra mexanizmlərini tədbiq etdikdə

Lakin göstərilən ekoloji problemləri həll etmək üçün bu istiqamətlərlə yanaşı, su hövzələrini və ətraf mühiti neft tullantılarından qurtarmaqdan ötrü neft-qaz çıxarma müəssisələrinin texniki və maddi bazaları yeni texnologiyalar və taktika ilə işlənib hazırlanmalıdır. Mədənlərarası və magistral neft boru kəmərlərinin cari və əsaslı təmirinə böyük ehtiyyac duyulur. Məşəldə yandırılan qazı sıxlaşdıraraq(yəni maye halına çevirməklə) və qazın utilizasiyası ilə məişət qazına çevrilməsi təlb edilir. Bu məsələləri həll etməklə həmin ərazidə yaşayan əhalinin qaza olan tələbatını yüksəltmək olar.
Bununla bərabər neft-qaz çıxarma müəssisələrinin sahələrində gələcəkdə tikiləcək istixanalarda göstərilən qazlardan səmərəli istifadə etmək olar. Nümunə olaraq bu üsullardan dünyada inkişaf etmiş dövlətlərində çox geniş istifadə edilməsin göstərmək olar. Bu məqsədə çatmaq üçün ilk növbədə göstərilən sənaye sahələrinin mülkiyyət formasın dəyişmək tələb olunur[14].
Çay axınının, küləyin, dalğaların və səthi gərilmə qüvvələrinin təsiri altında suyun səthinə yayılan neft məhsulunun əhəmiyyətli hissəsi sürətlə sahillərə çatır, sahil zolağı boyunca qabar, sıçrama və ləkələrdə qalır. Xüsusilə yayda suyun və havanın temperaturu 20 ° C-dən yuxarı olduqda və küləkdə yüksək dəyişkənliyə malik benzin 3-4 saat ərzində suyun səthindən demək olar ki, tamamilə buxarlanır. Buna görə də dağılmış benzinin toplanması onun atmosferə buxarlanmasının və suda həll olunmasının qarşısını alan sorbentlərdən istifadə etməklə aparılmalıdır. Eyni şəraitdə kerosinlər və təyyarə yanacağı 2-3 gün ərzində tamamilə buxarlanır. Sahillərin dağılması halında onların yığılması və təmizlənməsi bu müddət bitənə qədər aparılmalıdır [15].
Neft məhsulu plyonkasının su vasitəsilə hərəkəti su axınının yaratdığı səth cərəyanı istiqaməti ilə həyata keçirilməlidir. Çayda suyun səviyyəsi aşağı düşdükdə dağılmış neft məhsulu suyun kənarından xeyli aralıda sahilə çıxa bilər; bu halda, yağ skimmerinin qəbuledici cihazına jetlərlə yuyulması mümkün deyil. Əgər ərazi və torpağın sərtliyi imkan verirsə, o zaman çirklənmiş maili sahil xüsusi avadanlıqdan istifadə etməklə təmizlənir. Neft məhsulu ilə hopdurulmuş torpağın yuxarı hissəsinin (5 sm) kəsilməsi və rulonların formalaşması buldozer, qazıyıcı və ya avtoqreyderlə aparılır. Yığılmış torpağı yükləmək üçün ekskavatorlardan istifadə olunur. Yığılmış torpağın təyin olunmuş yerə daşınması özüboşaldan maşınlar ilə həyata keçirilir. Çirklənmiş torpağın daşınması və utilizasiyası qüvvədə olan qaydalara və tələblərə uyğun olaraq həyata keçirilir [24].
Tırtırlı yol avadanlıqlarının dağılma yerinə daşınmasının qoşqularda aparılması tövsiyə olunur. Sahil zolağı şəraitində torpaqdaşıyan maşınların istismarı zamanı məhdudlaşdırıcı göstəricilər torpağın sərtliyi və sahil xəttinin mailliyidir. Nəqliyyat vasitələrini seçərkən artan və yüksək krossover qabiliyyəti olan avtomobillərə üstünlük verilməlidir. Neft məhsullarını toplamaq üçün torpaq daşıyan maşınlardan istifadə edərkən, maşınlardan sonra kiçik təmizlənməmiş sahələr qaldığından, əl işləri tələb olunur [17].
Neft və neft məhsullarının fövqəladə dağılmalarının lokallaşdırılması və ləğvi çoxfunksiyalı tapşırıqlar kompleksinin həyata keçirilməsini, müxtəlif üsulların həyata keçirilməsini və texniki vasitələrin istifadəsini nəzərdə tutur [18].
Neftlə çirklənmə zamanı ətraf mühit faktorlarının üç qrupu bir-biri ilə sıx əlaqədə olur:
1) daimi dəyişmə prosesində olan neftin unikal çoxkomponentli tərkibi;
2) daimi inkişaf prosesində olan hər hansı bir ekosistemin tərkibinin və strukturunun heterojenliyi;
3) ekosistemə təsir edən xarici amillərin müxtəlifliyi və dəyişkənliyi: temperatur, təzyiq, rütubət, atmosferin vəziyyəti, hidrosfer və s.
Aydındır ki, ekosistemin neftlə çirklənməsinin nəticələrini qiymətləndirmək və bu üç amil qrupunun konkret kombinasiyasını nəzərə almaqla bu nəticələrin aradan qaldırılması yollarını müəyyən etmək lazımdır. [40].
Neftin əsas tərkibinin ekoloji və geokimyəvi xarakteristikaları kimi yüngül fraksiya (qaynama temperaturu 200 °C), metan karbohidrogenləri (bərk parafinlər daxil olmaqla), siklik karbohidrogenlər, qatranlar və asfaltenlər və kükürd birləşmələrinin tərkibi götürülür .
Torpaq örtüyü - landşaftın əsas elementi - ilk olaraq "ekoloji zərbə" alır. Mexanik pozğunluq və tez-tez kimyəvi çirklənmə nəticəsində torpağın tədricən deqradasiyası baş verir ki, bu da neft-qaz kompleksinin əsas ekoloji problemlərindən birinə çevrilir. [44].
Neft yataqlarının yerləşdiyi və neft hasil olunduğu rayonlar neft və neft məhsullarının çirklənməsinin əsas riskini qarşılayır. Dünya neft ehtiyatlarının təqribən 60%-i isti iqlimi olan ölkələrin ərazilərində yerləşir ki, burada ekoloji amillərin, xüsusən də temperaturun xüsusiyyətləri çirklənmiş torpaqların rekultivasiyası metodunun seçilməsinə daha diqqətli yanaşmağa məcbur edir [19].
Təbiətə ən çox ziyanı magistral neft-qaz kəmərlərində baş verən qəzalar vurur. Belə ki, neft kəmərinin bir zədələnməsi ilə orta hesabla 2 ton neft atılır ki, bu da 1000 m³ ərazini sıradan çıxarır, qaz-kondensat boru kəmərində baş vermiş qəza nəticəsində isə ildə ən azı 2 milyon ton neft məhsullar orta hesabla torpaq səthində yayılır. [20]
Neft torpağa daxil olduqda, onun xassələrində əhəmiyyətli, bəzən geri dönməz dəyişikliklərə səbəb olur - bitumlu qarışıqların əmələ gəlməsi, qatran əmələ gəlməsi, sementləşmə və s. Bu dəyişikliklər bitki örtüyünün vəziyyətinin və torpağın bioməhsuldarlığının pisləşməsinə səbəb olur. Torpaq örtüyünün və bitki örtüyünün pozulması nəticəsində arzuolunmaz təbii proseslər - torpağın eroziyası, deqradasiyası eləcə də kriogenezi intensivləşir. [21]
Ətraf mühitin neft və neft məhsulları ilə çirklənməsinə qarşı mübarizə metodologiyasının işlənib hazırlanması son dərəcə çətin işdir. Torpaqların neftlə çirklənməyə reaksiyası, onların bu çirkləndiricilərə həssaslığı müxtəlif torpaq zonalarında, eləcə də ona bitişik landşaftlar daxilində fərqlidir.

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə