Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Təsdiq edirəm»


M ö v z u 12. İctimai həyatın təbii əsasları



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə9/20
tarix03.08.2023
ölçüsü443,72 Kb.
#120265
1   ...   5   6   7   8   9   10   11   12   ...   20
Az rbaycan d VL t neft v S naye universiteti

M ö v z u 12. İctimai həyatın təbii əsasları 
 
Təbiət anlayışı. Təbiət hadisələri və obyektləri. Təbiət və mədəniyyət. İnsan və 
təbiətin qarşılıqlı münasibəti. İnsan, insan cəmiyyəti, mədəniyyət və təbiət. İnsan və 
təbiətin vəhdəti fəlsəfi problemdir. İnsanın təbiətə dair baxışlarının dəyişməsi. 
«Təbii mühit» anlayışı. Təbii mühit və ona daxil olan maddi sistemlər, həyat 
vasitəsi olan təbii mənbələr və əmək predmeti ola biləcək təbii zənginliklər. Süni 
mühit – «ikinci təbiət» anlayışı. 
Canlı və cansız təbiət, onların qarşılıqlı əlaqəsi və onlar arasındakı fərq. 
İnsanın canlıya münasibəti. Canlının dərk olunmasında biologiya və fəlsəfənin rolu. 
Canlı haqqında müasir baxışlar. Yerdə həyatın yaranması – planetimizin 
təkamülünün qanunauyğun nəticəsidir. Orqanizmin ətraf mühitlə qarşılıqlı əlaqəsi. 
İnsanın meydana gəlməsi və mövcudluğunun ilkin təbii şərtləri. Yerdə həyatın sonlu 
və ya sonsuz olması haqqındakı baxışlar. 
Cəmiyyət və təbiətin qarşılıqlı münasibətinin tarixi xarakteri. Təbiət 
cəmiyyətin mövcudluğu və inkişafının daimi və zəruri şərtidir. İctimai inkişafda təbii 
şəraitin rolunun təhrif olunması. Coğrafi determinizmin əsassızlığı. Geopolitika 
doktrinasının mahiyyəti. Geopolitikanın müasir izahı. Azərbaycanın geopolitik 
mövqeyi. Təbiət-cəmiyyət münasibətlərinin əsas istiqamətləri. Təbiət insanın
praktiki fəaliyyət meydanıdır. İnsanla təbiət arasındakı münasibət. Təbiət insan və 
cəmiyyət üçün gözəllik, xeyirxahlıq mənbəyidir. Təbiətin qorunmasında insanın və 
cəmiyyətin məsuliyyəti.
İnsanın fəaliyyətinin planetar hadisəyə çevrilməsi və təbiət-cəmiyyət 
münasibətlərində baş verən dəyişikliklər. Müasir elmi-texniki tərəqqi və təbiət. 
Biosfera, neosfera, texnosfera, biotexnosfera anlayışları. Texnosfera və biosfera 
arasında ziddiyyətlərin kəskinləşməsi.


Ekoloji problem, onun elmi, sosial-fəlsəfi və etik-humanist aspektləri. Ekoloji
problemlərin mahiyyəti, onun kompleks və qlobal xarakteri.İctimai inkişaf, müasir 
istehsalın yüksəlişi, mədəni, elmi-texniki tərəqqi və ekoloji problem. Ekoloji
bilikdən ekoloji şüura doğru. İctimai inkişafın qlobal-ekoloji aspektləri. Fəlsəfə və 
ekoloji problemin həlli. Antropogen ekoloji təhlükənin dərk olunması məsələsi. 
İnsanın ekologiyası və elmi biliklərin sintezi. Qlobal ekologiya və mədəni əlaqələr 
problemi. Ekoloji çətinliklərin aradan qaldırılması yolları haqqında russonist və 
neorussonist fəlsəfi mövqe və müxtəlif konsepsiyalar. Elmi-texniki tərəqqi və 
ekologiya. Ekoloji problemin qlobal xarakteri. Ekoloji fəlakət təhlükəsi. Yer üzündə 
əməkdaşlığın inkişafı üçün beynəlxalq əməkdaşlığın obyektiv zəruriliyi.
Müasir Azərbaycanda mövcud olan ekoloji problemlər. 

Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə