Azərbaycan döVLƏt neft və SƏnaye universiteti «Təsdiq edirəm»


M ö v z u 15. Cəmiyyətin iqtisadi həyatının fəlsəfi problemləri



Yüklə 443,72 Kb.
Pdf görüntüsü
səhifə12/20
tarix03.08.2023
ölçüsü443,72 Kb.
#120265
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
Az rbaycan d VL t neft v S naye universiteti

M ö v z u 15. Cəmiyyətin iqtisadi həyatının fəlsəfi problemləri 
 
Cəmiyyətin iqtisadi həyatının əsas təzahürləri. Fəlsəfi iqtisadi təfəkkür tərzi. 
İqtisadiyyat və iqtisadi münasibətlərin əsasında dayanan insan tələbatı. İnsanın 
təsərrüfat həyatı və siyasi iqtisad. İqtisadiyyat və siyasətin əlaqəsi. İqtisadi fəlsəfə 
sosial fəlsəfənin tərkib hissəsidir. A.Smit siyasi iqtisadiın banisidir. K.Marksın 
iqtisadi təlimi. İstehsal və istehlak, insanlar arasındakı mübadilə münasibətləri.
Cəmiyyətin həyatında istehsal üsulunun rolu. Cəmiyyətin inkişafı və onun 
iqtisadi həyatı. İctimai istehsal, ictimai tələbat, iqtisadi tələbat. İstehsal üsulunun iki 
tərəfi: məhsuldar qüvvələr və istehsal münasibətləri. 
Obyektiv iqtisadi qanunlar. Əmək və cəmiyyət həyatı, əqli və fiziki əmək. 
Obyektiv iqtisadi qanunların təbiəti. Mülkiyyət münasibətlərinin yenidən quluması. 
Yeni texnoloji istehsal üsuluna keçid. 
İqtisadi münasibətlər və iqtisadi maraqlar. Texnika anlayışı. Texnikanın 
məqsədi və funksiyaları. İnsan fəlsəfəsi və texnikanın fəlsəfəsi. Cəmiyyətin iqtisadi 
və hüquqi problemləri.
Cəmiyyətin iqtisadi həyatının obyektiv və subyektiv tərəflərinin qarşılıqlı 
fəaliyyəti. Cəmiyyət tarixində idarəçilik mexanizmi. İdarəetmənin tətbiqi: təsərrüfat, 
ictimai-siyasi və sosial-psixoloji. İqtisadi informasiyaların vertikal və üfiqi hərəkəti. 
Cəmiyyətin iqtisadi həyatının subyektiv tərəfi. İqtisadi şüur. İqtisadiyyatın idarə 
olunmasında dövlət siyasəti. 
M ö v z u 16. Şüurun ideal varlığı 
 
Şüur, onun mənşəyi və mahiyyəti. Şüurun ictimai təbiəti. Şüurun yaranmasının 
ilkin bioloji şərtləri. Şüurun mənbələri. Fəlsəfədə şüur probleminin qoyuluşu və onun 
həllinin çətinlikləri. Fəlsəfə şüuru öyrənən digər elmlər. Şüurun materiya ilə 
münasibətinin tarixi, qnoseoloji, ontoloji və praksioloji aspektləri.


Ruh anlayışı. Ruh və şüuru. Ruh və bədən, onların vəhdəti. Şüurun tarixdən 
əvvəlki dövrü. İnikas materiyanın ən ümumi xassəsidir. İnikasın səviyyələri: (cansız 
təbiətdə, canlı təbiətdə və ictimai mühitdə) formaları (sadə, elementar inikas
qıcıqlanma qabiliyyəti, duyğu, psixika) və tipləri (aktual, funksional və qeyri-
funksional inikas). İnikas və informasiya, onların ümumi və fərqli cəhətləri.
İnformasiya inikası, neyrofizioloji və psixiki inikas. Psixika inikas formasıdır, 
psixi obrazın təbiəti. İnikas və idarəetmə. Şüur yüksək təşəkkülü materiyanın xassəsi, 
gerçəkliyin inikasının ali formasıdır. 
İnsan - psixikanın, şüurun daşıyıcısıdır. Ali heyvanlarda psixiki inikasın 
xüsusiyyətləri. İnsan şüuru ilə heyvan psixikasının fərqli cəhətləri. 
Şüurun strukturu: duyğu, qavrayış, təsəvvür, anlayış, təfəkkür, emosiya, iradə 
və s. Şüur və idrak. Şüurun yaranması və formalaşmasında əməyin rolu.
Şüur və beyin. Şüur və şüursuzluq. Şüursuzluğun daxili məzmunu. Qeyri 
şüursuzluğun davranışda rolu. Freydin psixioanaliz təlimi. Beynin funksiyaları. 
Şüurun formalaşmasında beynin rolu. Şüur mürəkkəb sistemdir. Şüurun daxili 
məzmunu. Şüur və təfəkkür. Zəka və dərrakə. Ağıl və müdriklik. Şüur, mənlik şüuru 
və özünü dərketmə. Mənlik şüurunun formaları. Şüur və emosiya. Şüur və iradə. 
Şüurun formalaşmasının mənbələri. Şüur və dil. Obraz və işarə. İşarə – simvol 
sistemləri. 
İdeallıq problemi. Subyektiv reallıq kimi ideallığın mahiyyəti haqqında 
baxışlar. İdealın iki tipi: fərdiləşmiş ideal və ictimai ideal. İdealda qnoseoloji və 
aksioloji tərəflər. «İdrakın subyekti» anlayışı.
Şüur və kibernetika. Təfəkkür proseslərinin kompüter texnikası vasitəsilə 
formalaşdırılması və modelləşdirilməsi. İnsan və kompüter sistemlərinin dialoqunun 
zəruiliyi. Təbiətşünaslıqda şüur problemi. Süni intellekt anlayışı. Şüurun 
öyrənilməsi sayəsində müasir elmlərin nailiyyətləri və fəlsəfədə şüur probleminin 
öyrənilməsinə onların təsiri. Ali əsəb fiziologiyasının, psixologiya və təbiətin müasir 
nailiyyətləri və şüurun təbiətinin öyrənilməsində onların rolu.

Yüklə 443,72 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə