68
metallurgiya zavodlarında yaranan şlaklar da dağ-mədən
müəssisələrinin tullantılarına aid edilirlər. Dağ-mədən
müəssisələrində tətbiq edilən texnologiyaya uyğun olaraq
yaranan müxtəlif növ tullantılar bir çox hallarda istifadə
edilmir və ümumi tullantıxanalarda toplanır.
Aparılan tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki,
bu tullantıların əksəriyyəti mineral xammal kimi başqa sənaye
sahələrində istifadəyə yararlıdır. Bu tullantılardan istifadə
etməklə həm onların ətraf mühitə zərərli təsirini aradan
qaldırmaq, torpaq sahələrini tullantılardan təmizləmək, həm də
qum, çınqıl, beton istehsalında xammal kimi istifadə edərək
müəssisə üçün əlavə gəlir əldə etmək olar.
Baxılan bu məsələnin aktuallığı respublikanın dağ-mədən
müəssisələrində yaranmış tullantılardan istifadə vəziyyətinin
lazımi səviyyədə olmaması ilə bağlıdır.
Məqalədə Daşkəsən dəmir filizi yatağının işlənməsində
yaranan tullantılardan istifadə vəziyyəti tərəfimizdən tədqiq
edilmişdir.
İstehsal həcminə görə Azərbaycanda dağ-mədən
müəssisələri arasında mühüm yer tutmuş Azərbaycan
Filizsaflaşdırma Kombinatı Daşkəsən maqnetit filizi yatağının
istismarı zamanı tullantıxanaya üç növ tullantı toplanmışdır:
1) Açılış süxurları və filizi əhatə edən boş süxurlar;
2) Filizin zənginləşdirilməsi zamanı yaranan domna
tullantıları;
3)
Zənginləşdirmə
zamanı yaranan aqlomerasiya
tullantıları.
Bu mədəndə açılış süxurlarının həcmi ildə 1.5 milyon m
3
təşkil edirdi. Çıxarılan bu süxurlar istifadə edilməyib, ümumi
tullantıxanaya yığılmışdır. Aparılan tədqiqatlar nəticəsində
müəyyən edilmişdir ki, yatağın şimal sahəsindəki açılış
süxurları yüksək keyfiyyətli çınqıl və qum istehsalı üçün
yararlıdır. Yatağın bu sahəsindəki süxurların yararlılığı
öyrənilib və Ərazi Ehtiyyatlar Komissiyasında (ƏEK) tikinti
69
daşı kimi təsdiq edilmişdir.
Müxtəlif illərdə mədəndə toplanan açılış süxurlarının
miqdarı 1-ci cədvəldə verilmişdir.
Cədvəl 1.
Daşkəsən dəmir filizi mədənində toplanan açılış
süxurlarının həcmi, min m
3
İllər üzrə açılış süxurlarının həcmi
Mədən üzrə,
min m
3
1954-cü ildən 01.01.1976-cı ilə
qədər
36503,5
1976
2874,5
1977
2925,5
1978
2635,5
01.01.1979-cu
ilə cəmi
44939,0
01.01.1991-ci ilə cəmi
77439,0
QAZAX BENTONİT GİL YATAĞININ
XAMMALINDAN KOMPLEKS İSTİFADƏNİN
MÜMKÜNLÜYÜNÜN TƏDQİQİ
Magistr: Elmi rəhbər
Qasımov Lətif Şiralı oğlu dos. Əliyeva M. H
II kurs,
Keçən əsrin əvvəllərində Azərbaycan neft sənayesi
inkişaf etdikcə və bentonit gillərinin istifadə sahəsi
genişləndikcə bentonit gilinə maraq artmağa başladı. 1961,
1963-1965 ci illər ərzində Qazax rayonu Əlibayramı və
Daşsalahlı yataqlarında axtarış-kəşfiyyat işləri həyata
keçirilmiş, 1965-ci ildə isə Qazax rayonu ərazisində nəhəng
Daşsalahlı bentonit gili yatağı aşkar edilmişdir. 1965-1971 ci
illər ərzində aparılan dəqiq kəşffiyat işləri nəticəsində bu
70
yatağın ehtiyatının 180 mln.ton olduğu müəyyən edilmişdir.
1971-ci ildən isə bu yatağın istismarına başlanılmışdır. Keçmiş
SSRİ-də ümumi bentonit gillərinin ehtiyatının 37-40%-ni bu
yatağın payına düşür.
Daşsalahlı yatağını örtən süxurların sıxılmaya qarşı
möhkəmliyi 8,6-15,4 mPa arasındadır. Gillərin suda şişmələri
yatağın müxtəlif sahələrindən çıxarılan gilər üçün müxtəlifdir,
yaşılı-şüşə, sarı və ya krem rənginə malik olurlar, plastikliyi
yüksəkdir.
Yatağın açılması və işlənməsi nəqliyatlı sistemlə həyata
keçirilir. Yataqda açılış süxurlarının çıxarılması zamanı
qazıma-partlayış işlərindən istifadə olunur, bentonit gillərinin
çıxarılmasında isə ekskavatorlarla həyata keçirilir.
Bentonit gilləri, həmdə onların emal məhsulları çoxlu
özəl xüsusiyətlərə malikdir və müxtəlif sənaye sahələrində,
xalq
təsərrüfatında
istifadə
olunur.
Bunlar
neft-qaz
sənayesində, metallurgiya(dənəvərləşdirici kimi) və tökmə
sənayesində (forma qarışığının hazırlanmasında yapışqanlıq
xüsusiyyətinə görə), tikinti sənayesi sahəsində (keramzit
hazırlanmasında), neft emalı sahəsində (neft məhsullarının
təmizlənməsində),neft-kimya sənayesində(sorbsiya xüsusiyyəti
və katalitik aktivlik) , kimya sənayesində(polimer istehsalı,
tullantı suların təmizlənməsində, sintetik kauçuk istehsalında
və s.) ərzaq və yeyinti sənayesində(müxtəlif mayelərin
təmizlənməsində,
yağların
durulaşdırılmasında), məişət
kimyası
(yuyucu,
təmizləyici,
ağardıcı
tozların
hazırlanmasında), kənd təsərrüfatında (bitkilərin xəstəliklərə
qarşı davamlı olmasında), şaxta tikintisi və hidroenergetikada
(su keçirməzlik xüsusiyyətinə görə) istifadə olunmasıdır.
Çoxsaylı qeyri-filiz faydalı qazıntıları arasında bentonit
gillərinin geniş sahədə istifadə oluna bilməsi bu faydalı
qazıntıya marağı artırır. Hazırda, Daşsalahlı bentonit yatağının
ehtiyatı kifayət qədərdir və yüksək keyfiyyətə malikdir.