Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə10/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   6   7   8   9   10   11   12   13   ...   41

 
30
“Azərbaycan türklərinin inkişafı tarixindən“ adlı kitabları  və 
çoxsaylı  məqalələri Azərbaycan və  Qərbi Azərbaycan 
etnonimlərinin tədqiqi üçün əvəzsiz material və elmi mənbədir. 
Həmin  əsərlərdə Azərbaycan (türk) xalqının demək olar ki, 
bütün makro və ya mikro, paleo, mezo və neotoponimləri əksini 
tapmışdır.  
Etnonimlər, onların rast gəldiyi ilkin mənbələr haqqında 
məlumatları kifayət qədər genişləndirmək mümkündür. Zən-
nimizcə, Azərbaycan və  Qərbi Azərbaycan  ərazisindəki 
toponimlərin tərkibinə girən əsas etnonimlər, onların rast gəldiyi 
mənbələr haqqında yetərli  ümumi məlumat verildi. Türk 
mənşəli qəbilə  və tayfalar, nəsil və tirələr haqqında elmi 
ədəbiyyatda geniş bəhs olunur, bu istiqamətdə tədqiqatlar davam 
etdirilir.    
Azərbaycanın bugünkü ərazilərində etnonimlərdən dü-
zəlmiş külli miqdarda etnotoponimlər vardır. Onların əksəriyyəti 
R.M.Yüzbaşovun, Q.Ə.Qeybullayevin,  Ə.A.Hüseynzadənin, Q. 
Voroşilin, S.M.Mollazadənin,  Ə.I.Əliyevin, eləcə  də digər 
coğrafiyaçı, tarixçi və dilçi toponimçilər tərəfindən tədqiq 
edilmişdir. 
Bununla yanaşı, araşdırmalardan aydın olur ki, qədim 
Oğuz yurdu Ermənistan  ərazisindəki etnotoponimlər kifayət 
qədər tədqiq olunmamış, onların areal xüsusiyyətləri üzə 
çıxarılmamışdır.  


 
31
 
1.3. Ermənistan  ərazisinin türk mənşəli etnoto-
ponimləri 
Toponimlərin müəyyən qrupu xalqın təşəkkülündə hansı 
qəbilə, tayfa və tirələrin iştirak etdiyini, bu prosesin özünün nə 
zaman baş verdiyini müəyənləşdirməyə imkan verir. 
Bir sıra yer adları müxtəlif tayfa və tayfa birləşmələrinin 
adı ilə  əlaqədar (məs., Eymur, Kənkərli,  Əhmədli və s.) ya-
ranmışdır. Qeyd etməliyik ki, ölkəmizin, o cümlədən Qərbi 
Azərbaycan  ərazisinin müasir toponimiyasındakı 4600-dən çox 
olan coğrafi adın təxminən 70 faizi tayfa və ya tayfa başçıları 
adları ilə bağlı meydana gəlmişdir.  
Ərazinin onomastik mənzərəsinin tədqiqi zamanı  həm 
linqvistik, həm də tarixi-coğrafi baxımdan xüsusi əhəmiyyət 
daşıyan məsələlərdən biri də onimik arealın müəyyənləşdiril-
məsidir.  Əgər müəyyən  ərazi daxilində xüsusi adlar, onların 
modelləri, tipləri, ünsürləri təkrarlanırsa onda bu oblast onimik 
areal adlanır. Onimik arealda təkrarlanan onimlər, onların 
modelləri, tipləri, ünsürləri uyğun olaraq areal onimlər, areal 
modellər, areal ünsürlər və s. adlanır. Müəyyən  ərazidə 
təkrarlanan etnotoponimlər isə areal etnotoponimlərdir. Bu 
anlayış və terminlər A.V Superanskaya və bir çox başqa müəlliflər 
tərəfindən istifadə edilmişdir.(145, 11).  
Azərbaycan dilçiliyində Ermənistan  ərazisinin türk mə-
nşəli toponimləri sovet dövründə geniş tədqiqat obyekti olmasa 
da, son dövrlərdə bu sahəyə münasibət xeyli dəyişmişdir. Alim 
və  tədqiqatçılar Ermənistan  ərazisindəki toponimlərin həm 
toplanması, həm də  tədqiqi haqqında maraqlı  əsərlər yaz-
mışlar(Bax: 45; 20, 158-176; 27; 69; 33; 65; 16; 17; 18; 13; 57; 
63; 21 və s.).  
Tədqiqatçıların  əksəriyyəti Ermənistan  ərazisində türk 
mənşəli etnotoponimlərin geniş yayılmasını qeyd etmişlər. Buna 
baxmayaraq Ermənistan  ərazisndəki etnotoponimlərin tam 
mənzərəsi və bu onimlərin geniş  təhlili ilə bağlı monoqrafik 


 
32
tədqiqatlar aparılmamışdır.  Əlbəttə, ayrı-ayrı etnotoponimlər, 
etnotoponim qrupları tədqiqatçıların diqqətini cəlb etmiş, onların 
təhlil və araşdırma obyektinə çevrilmişdir. Bu sahədə  ən çox 
tədqiqat işi Q.Qeybullayevə aiddir (43; 44; 45; 89).  
Ermənistan  ərazisinin türk mənşəli etnotoponimlərinin 
tədqiqi, hər  şeydən  əvvəl həmin  ərazinin etnotoponim ona-
mastikonunu qurmağı  tələb edir. Müxtəlif mənbələrdə belə 
onimik vahidlər müxtəlif sayda verilir. Daha doğrusu, təd-
qiqatçılar Ermənistan  ərazisində türk mənşəli etnotoponimlərin 
çoxluğunu qeyd edir, onların müəyyən qismi haqqında 
məlumatla kifayətlənirlər(30, 116-117; 24; 19; 20).  
Budaqov B., Qeybullayev Q. «Ermənistanda Azərbaycan 
mənşəli toponimlərin izahlı lüğəti.» Bakı, 1998 kitabında 
Ermənistan  ərazisindəki bütün türk mənşəli toponimlərin  əsas 
hissəsi əksini tapmışdır. Bu kitabda kənddən kiçik məntəqələrin 
adları  və yaşayış  ərazisinini daxili toponimik layları  nəzərə 
alınmamışdır. Aydındır ki, kənddən kiçik məntəqələrin adları və 
yaşayış  ərazisinin daxili toponimik layları etnotoponim 
areallarının öyrənilməsi prosesindən kənarda qoyula bilər. 
Məsələyə bu mövqedən yanaşdıqda qeyd olunan ədəbiyyat 
Ermənistan  ərazisindəki türk mənşəli etnotoponimlərin, demək 
olar ki, tam onomastikonunu düzəltməyə  imkan verir. Həmin 
mənbə  əsasında tərtib etdiyimiz etnotoponim  onomastikonuna 
aşağıdakı etnotoponimlər daxildir. Qeyd etmək lazımdır ki, eyni 
adlı etnotoponimlərdən bir qayda olaraq biri siyahıya daxil 
edilmişdir.  
ABANA - kənd adı; ABARAN - mahal adı; 
ABBASABAD - kənd adı; ABDALLAR- kənd adı; ABNIK- 
əyalət hissəsinin adı; AVAN- kənd adı; AVARAN- kənd adı; 
AVDAL- kənd adı; AVŞAR- kənd adı; AĞVANI-kənd adı; 
AĞDAN- kənd adı; AĞZIQANLI- kənd adı; AZAKLAR- kənd 
adı; AYDINLI- kənd adı; AYNALI- kənd adı; AYRIM- kənd 
adı; ALPOUT- kənd adı; ARAN- kənd adı; AFQANLI- kənd 
adı; AFŞAR KƏLƏVAN- kənd adı; AXIS- kənd adı; AXTA- 


 
33
kənd adı; AŞAĞI QARAQOYUNLU- kənd adı; AŞAĞI 
QARXUN- kənd adı; BABURLU- kənd adı; BAYAN- kənd adı; 
BAYANDUR- kənd adı; BAYATDAĞI- dağ adı; BAYATLAR- 
qışlaq adı; BAYRAMƏLIKƏND- kənd adı; BAYRAMLI- kənd 
adı; BAYTAR- kənd adı; BALAQARAQOYUNLU- kənd adı; 
BALIQLI- kənd adı; BARANA- kənd adı; BASARKEÇƏR- 
kənd adı; BATAR- kənd adı; BAHARLI- kənd adı; BAŞ 
ABARAN- mahal adı; BECINI- kənd adı; BƏYDILI- kənd adı; 
BƏLQƏR- kənd adı; BƏRGÜŞAD- kənd adı; BIRƏLI- kənd 
adı; BIRINCI BAYANDUR- kənd adı; BIÇƏNƏK- kənd adı; 
BOZCALI- kənd adı; BOZDOĞAN- kənd adı; BOZÇALI- kənd 
adı; BOSTANÇI- kənd adı; BÖYÜK AYRIM- kənd adı; 
BÖYÜK QARABAĞ- kənd adı; BÖYÜK QUŞÇU- kənd adı; 
BUĞAMLU- kənd adı; BURNƏK- kənd adı; VARTANLI- kənd 
adı; QABAQLU- kənd adı; QAVAR- kənd adı; QAQAUZ- 
kənd adı; QAYA- kənd adı; QAYALI- kənd adı; QAYQULU 
DÜZKƏND- kənd adı; QAZANGÖL- göl adı; QAZANÇI- kənd 
adı; QALTAXÇI- kənd adı; QANLI- kənd adı; QANLICA- 
kənd adı; QARABAĞ- qışlaq adı; QARAQOYUNLU- kənd adı; 
QARADAĞLI- kənd adı; QARAISA- kənd adı; QARALAR- 
kənd adı; QARAPAPAX- kənd adı; QARAHACILI- kənd adı; 
QARAHƏMZƏLI- kənd adı; QARAÇUMAX- dağ adı; 
QARQASAR- Irəvan quberniyasının Sürməli qəzasında kənd 
adı; QARĞABAZAR- Irəvan quberniyasının Irəvan qəzasında 
kənd adı; QARĞALI-Irəvan xanlığının Dərəçiçək mahalında 
kənd adı; QARQANKTƏPƏ- Irəvan quberniyasının 
Aleksandropol qəzasında dağ adı; QARXUN- Irəvan xanlığının 
SərdaRabad mahalında kənd adı; QASIMƏLI- Irəvan qube-
rniyasının Aleksandropol qəzasında kənd adı; QAFAN- Yeli-
zavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi 
Ermənistanda r-n mərkəzi) kənd adı; QAFARLI- Irəvan 
quberniyasının Irəvan qəzasında kənd adı; QAÇAĞAN- Irəvan 
quberniyasının Aleksandropol qəzasında (indi Spitak r-nunda) 
kənd adı; QACARAN- Yelizavetpol (Gəncə) quberniyasının 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə