Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə36/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   33   34   35   36   37   38   39   40   41

 
119
3. Ərazi və kənd adlarında: 
…Göyçə qar əlindən zara gəlibdir
Muğan həsrət çəkər a yağa qar, qar. 
(Aşıq Ələsgər) 
Qanlıda qonaq qalanda 
Canıma sataşdı birə. 
(Aşıq Ələsgər) 
Savab bilməz Təhlə ,Qozlu, Qaradolax, 
Muğanlı, Mulğaduz, Kələntər, Dizax, 
Kari, Baharlı, Alpavut, Qaytax… 
(Məlikballı Qurban) 
Ədəb bilməz Sadıqbəyli, Əyricə, 
Qaraman, Ternavod, Ağdam, Güllücə, 
Cəbəlli, Kəngərli, Cinli Yarımca, 
Bərgüşad, Çələblər, Mərcanlı dəryab… 
(Məlikballı Qurban) 
Göftügusi nab, Üçqovat, Padar, 
Hazır mayəhtacı, içində bazar… 
(Məlikballı Qurban) 
 
Göründüyü kimi–Qarqar, Arpa, Muğan, Təhlə, Qaradolax, 
Kələntər, Alpavut, Qaytax, Əyricə, Kəngərli, Mərcanlı, Padar və 
s. kimi tayfa və  qəbilə adları  aşıq poeziyasında və xalq 
şairlərinin əsərlərində çox yaxşı mühafizə olunub saxlanılmışdır. 


 
120
3.4. Ermənistanın türk mənşəli etnotoponimilərinin 
qrammatik xüsusiyyətləri. 
 
Toponimlər hər şeydən əvvəl, nominat olduqlarına və mü-
əyyən sözləri  əhatə etdiklərinə görə onların tərkibində qram-
matik  əlamətlər də ifadəsini tapır. Tərkibində qrammatik 
əlamətlər olan toponimləri yaranma üsuluna görə iki qrupa 
ayırmaq mümkündür: morfoloci yolla yarananlar, sintaktik yolla 
yarananlar. Hər iki qrupa mənsub toponimləri ayrı-ayrılıqda 
nəzərdən keçirək. 
3.4.1. Ermənistan  ərazisində olmuş türk mənşəli 
etnotoponimlərin morfoloci xüsusiyyətləri. 
Bu ərazidəki toponimlərin böyük əksəriyyətində Azərbay-
can dilinin morfoloci xüsusiyyətləri ifadəsini tapmışdır.  Azər-
baycan dilinin məhsuldar şəkilçiləri olan  –lı,-li,-lu,-lü; -lar,-lər; 
lıq,-lik, -luq, -lük və bir sıra digər  şəkilçilər Ermənistan 
ərazisindəki türk mənşəli toponimlərin tərkibində geniş işlənir. 
Məsələn Dilican qəzasında - Cıvıxlı, Haqqıxlı, Yapalaxlı, 
Marallıca, Toxluca, Alaçıq və s., Zəngəzur qəzasında -
Armudlu, Gödəkli, Baharlı, Quşçulu,  Əfsərli,  Əcili, Yamallı, 
Kosalı, Mahmudlu, Mollalı, Uullu, Alyanlı, Alçalı, Ağaflı, 
Sultanlı, Armudlu, Yaqublu, Çomartlı  və s. Qarabaşlar, 
Lazımlar, Tuqanlar, Abbaslar, Kürdlər,  Şahverdilər, Kürdlər, 
Məliklər və s. Kəlincə; Aralıq, Almalıq; Oxçu; Çanaxçı, Ələkçi 
və s., Irəvan qəzasında - Başnalı, Becazlı, Qaraqoyunlu, 
Qəmərli, Qafarlı, Qaradağlı, Muqamlı, Məsimli, Uğurbəyli, 
Çiləxanlı, Çənnətli, Çıqdaşlı, Bığlı, Qabaxlı, Qoyunlu, Təkəli, 
Qaraqoyunlu, Sarıxanlı, Reyhanlı, Kotanlı, Həsənli, Dəlləkli; 
Ağdamlar, Ağcaqışlar, Dəlilər, Sarvanlar, Ozanlar, Gilanlar, 
Qaralar,  Əlirzalar, Tərəkəmələr, Zəngilər, Sarcalar, Sarvanlar, 
Avdallar, Üenkicə, Yellicə, Güllücə; Bağçacıq, Küzəcik; 
Günlük; Sabunçu, Yayçı, Dəmirçi və s.; Yeni Bəyazid 
qəzasında - Zoğalı, Qaliişlı, Yarpızlı, Kefli, Qaraqoyunlu, 
Günəşli, Nərimanlı, Həsənli, Çaxırlı,  Əhmədli, Hüseynbəyli, 


 
121
Alçalı; Seyidlər; Şorca, Göycə, Güllücə, Xırtlıq və s., Eçmiədzin 
qəzası:, Yaqublu, Ayarlı, Əylənli, Qəmərli, Türkmənli, Haramlı, 
Kürəkənli, Qaraceyranlı, Kötəkli, Hamalı, Aynalı, Armudlu, 
Iydəli, Xocayarlı, Hacılar; Bağçacıq, Xanlıq və s.; Loru-
Pəmbək qəzasında - Armudlu, Baldırqanlı, Vartanlı, Yaqublu, 
Heydərli, Abəyli, Ilməzli, Bayqaxlı, Günəşli, Ləmbəli, Qursalı; 
Bayatılar, Dəmirçilər; Şamlıq; Güllücə və s. 
Qeyd etmək lazımdır ki, şəkilçilərin müəyyən qismi on-
ların müasir dildə çıxış etdikləri qrammatik mənada deyil, başqa 
mənada işlənir. Bəzi tədqiqatçılar belə şəkilçiləri topoformantlar 
adlandırırlar. Bu doğrudan da düzgün mövqedir. Çünki bir sıra 
şəkilçilər bilavasitə toponim tərkibində başqa məna kəsb edir. 
Buna görə  də toponimlərin morfoloci xüsusiyyətləri tədqiq 
edilərkən topoformantların köməyi ilə əmələ gələn toponimlərə 
xüsusi diqqət verilməlidir. Onları müasir dilin materialları 
əsasında izah etdikdə toponimin mənası ilə bağlı qüsurlu şərh 
meydana çıxır. 
Ermənistan  ərazisindəki türk mənşəli toponimlərin mor-
foloci üsulla yaranmasında iştirak edən  şəkilçilərin müəyyən 
hissəsini nəzərdən keçirək. 
-lı,-li, -lu,-lü şəkilçisinin köməyi ilə  əmələ  gələn to-
ponimlər.  Azərbaycan dilində  məhsuldar olan bu şəkilçi 
toponimlərin tərkibində  də geniş  işlənir. Tədqiqatçılar bu 
şəkilçinin toponimlərin tərkibində  işlənməsinə ikili münasibət 
bəsləyirlər. Məsələn, O.T.Molçanova bu şəkilçinin etnonimlərlə 
işlənərək etnotoponim yaratdığını göstərir (122, 131). S.M. 
Mollazadə  də bu fikirlə razılaşır (120, 44). S.Qubayeva isə bu 
şəkilçinin etnotoponimlərin tərkibində  işlənməsinin qeyri-
mümkün olduğunu iddia edir (93, 101). 
T.Əhmədov yazır: -lı,-li, -lu, -lü şəkiçisi  müxtəlif şəxs ad-
larına, tayfa, nəsil, tirə başçılarının adlarına qoşularaq, onlara 
mənsub mənası ifadə edən düzəltmə etnonimlər  əmələ  gətirir 
(29, 162). V.Əliyev –lı, -li, -lu, -lü şəkilçisinin toponimiyada bir 
neçə funksiya –1) etnonimlərə qoşulduqda bu və ya digər 


 
122
etnosun(xalqın, tayfanın, qəbilənin, etnik qrupun, tirənin…) 
mənsub olduğu məkanı, yaxud da həmin toponimin hansı etnosa 
məxsusluğunu bidirməsi; 2) antroponimlərə artırılaraq bu və ya 
digər  şəxsə malik, yaxud onun yaşadığı yeri bildirən toponim 
yaratması və s. funksiyaları yerinə yetirdiyini göstərir. V.Əliyev 
belə on funksiyanı sadalayır (32, 201-203). 
Ermənistan  ərazisindəki türk mənşəli toponimlərin tər-
kibində çox rast gəlinən bu şəkilçi qeyd edilmiş funksiyalarda 
çıxış edir. Məsələn, Ayas-lı, Ayna-lı, Alma-lı, Babar-lu, Armud-
lu, Balıx-lı, Başna-lı Becaz-lı, Boğut-lu, Bulaq-lı, Zöhrab-lı, 
Revaz-lı, Söyütlü, Şid-li, Şor-lu, Hamam-lı, Günəş-li, Gödək-li, 
Göz-lü, Göllü və s. Onu da qeyd etmək lazımdır ki, bu şəkilçinin 
fonetik variantının işlənməsi ilə də üzləşmək olur: -ni Cin-ni. 
-lar, -lər  şəkilçisinin köməyi ilə  əmələ  gələn toponimlər. 
Bu  şəkilçi tayfa, nəsil, tirə    adlarına, antroponimlərə, müxtəlif 
mənalı appelyativlərə artırılaraq toponimlər yaradır. V.Əliyev 
toponimlərə artırılan –lar, -lər  şəkilçisinin altı funksiyasını 
göstərmişdir(32, 204-205). T.Əhmədov –lar, -lər şəkilçisinin bir 
sıra  şəxs adlarına qoşularaq müəyyən qrupun zümrənin həmin 
şəxsin törəmələri olduğunu bildirən düzəltmə etnonimlər 
yaratdığını qeyd edir (29, 162). 
Ermənistan  ərazisndə  tərkibində bu şəkilçi olan çoxsaylı 
türk mənşəli toponimlər vardır. Məsələn, Dirək-lər, Dəli-lər, 
Zəngi-lər, Şıx-lar, Baxça-lar, Tuqanlar, Abbaslar və s. 
-lıq, -lik, -luq,-lük şəkilçiləri də Ermənistan ərazisindəki türk 
mənşəli toponimlərin tərkibində  məhsuldar işlənir. Bu şəkilçilər 
yer, məkan mənalarında toponimlər yaradır. Məsələn, -luq, Dost-
luq, luqlu, Mus-luq-lu, -lıq Qaran-lıq və s. 
Ermənistan ərazisindəki toponimlərin tərkibində aşağıdakı 
şəkilçi və şəkilçi zəncirləri də müəyyən tezliklə işlənir. 
 
-a Kalar-a, Baran-a, 
-ac Acıb-ac 
-van Bazma-van, -vanlar Sar-vanlar, -var Arpa-var 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə