Azərbaycan döVLƏt pedaqoci universiteti könül Səmədova



Yüklə 2,83 Kb.
Pdf görüntüsü
səhifə39/41
tarix15.03.2018
ölçüsü2,83 Kb.
#32560
1   ...   33   34   35   36   37   38   39   40   41

 
130
5.  Isim+fel- Allahverdi
 
6. Isim+say - Əliqırx, 
7. Isim+ feli sifət- Arazdöyən, Qonaqgirən, Danagirməz, 
Donuzyeyən, 
Bir sıra mürəkkəb toponimlərin tərkib elementləri  şəkil-
çilər qəbul etməklə  işlənir.Məsələn, Allahverdi, Ağcaqışlaq, 
Güllübulaq, Qayabaşı, Ağcaarx, Qaradağlı, Qarahəmzəli, 
Qaranlıqdərə, Ovandərəsi, Təpədibi, Ağzıbir, Aysəsi, Basar-
keçər Elləroyuğu və s. 
Çoxkomponentli toponimlərdə sintaktik üsulla toponim 
yaranmasının müəyyən xüsusiyyətləri özünü göstərir. Onların 
təhlili göstərir ki, çoxkomponentli toponimləri də müəyyən 
qrammatik tiplərə ayırmaq mümkündür. Toponimlərin 
komponentləri müxtəlif nitq hissələri ilə ifadə olunmağa görə 
müəyyən qruplara ayrımaq mümkündür Bu qruplar əsasən 
aşağıdakıları əhatə edir: 
Birinci komponenti isim ikinci komponenti fel olan çox-
komponentli toponimlər; birinci komponenti düzəltmə sifət, 
ikinci komponenti isim olan toponimlər; birinci komponenti yer 
zərfliyi, ikinci komponenti isim olan çoxkomponentli 
toponimlər; birinci komponenti sadə, ikinci komponenti 
mürəkkəb isimlə ifadə olunanlar; birinci və ya ikinci kom-
ponentin sadə, düzəltmə, mürəkkəb olması baxımından da ayrıca 
təsnifat aparmaq olar. Ermənistanın türk mənşəli 
çoxkomponentli toponimləri arasında yuxarıda qeyd olunan 
qruplara aid kifayət qədər nümunələr tapmaq mümkündür:  
Aşağı Qarxun, Yuxarı Ağdan Aşağı Aylanlı, Aşağı Alçalı, Aşağı 
Axta, Aşağı  Ağbaş, Aşağı  Ağcaqala, Aşağı Qanlıca, Aşağı 
Qarabağlar, Aşağı Qaraqoymaz, Aşağı Qaranlıq, Aşağı Qarxun, 
Aşağı Quylasar, Kolanlı Aralıx, Aşağı Dvin, Aşağı Zağalı, 
Aşağı Necili, Aşağı Pirtikən, Aşağı pürülü, Aşağı Türkmənli, 
Aşağı Gözəldərə, Baş Abran, Böyük Arıxvəli, Böyük Vedi, 
Böyük Qarakilsə, Böyük Qaragün, Böyük Keyti, Böyük 


 
131
Kəpənək, Böyük məzrə, Böyük Şiştəpə, Böyük Şöllü-Dəmirçi, 
Böyük  Şəhriyar, Böyük Camışlı, Böyük Gilanlar kəndi, Yeni 
Bəyazid, Yuxarı Adyaman, Yuxarı Aylanlı, Yuxarı  Ağbaş, 
Yuxarı  Ağdan, Yuxarı  Ağcaqala, Yuxarı Qanlıca, Yuxarı 
Qaraqoymaz, Yuxarı Qarxun, Yuxarı Quylasar (Kuylasar), 
Yuxarı Kürdkənd, Yuxarı Necili, Yuxarı Pirtikən, Kiçik 
Arıxvəli, Kiçik Qarakilsə, Kiçik Keti, Kiçik Kəpənək, Kiçik 
Mirzə, Kiçik Şiştəpə, Kiçik Şorlu Dəmirçi, Kiçik Şəhriyar, 
Kiçik Gilanlar, Molla Bayazet, Molla Bədəl, Molla Eyyublu, 
Molla Musa, Molla Göyçə, Hacı Bayram, Hacı Muğan, Hacı 
Nəzər, Hacı  Xəlil; Alaçıq qaya, Boz yoxuş, Qızıl təpə, Kaha 
binası, Keçəl təpə, Kişmiş bulaq və s. 
Axund Bzovan, Vəli Ağalı, Qızıl Teymur, Nəcəfli binası, 
Polad Ayrım, Türk Qarakilsəsi, Şorlu Mehmandar, Heydər bəy, 
Hüseynqulu ağalı, Quru Araz, Dovşan qışlaq, Illi Qarakilsə, 
Kolanlı aralıx, Məzrə  Şorsu kəndi,  Şamburd dərəsi, Ulya 
Sarvanlar və s. 
Bu fəsildə  əldə olunmuş  nəticələri aşağıdakı kimi ümu-
miləşdirmək olar. Etnotoponimlərin struktur, fonetik, leksik-se-
mantik və qrammatik xüsusiyyətləri ümumiyyətlə toponimlərin 
struktur, fonetik, leksik-semantik və qrammatik xüsusiyyətləri ilə 
oxşar olub kəskin fərqlərə malik deyildir. 
 


 
132
 
NƏTICƏ 
 
Ermənistan  ərazisində türkdilli toponimlərin lüğətindən 
aydın olur ki, orada azərbaycanlıların etnogenezində müxtəlif 
qədim türk tayfaları iştirak etmişdir. Həmin tayfalar Ermənistan 
ərazisindəki toponimlərdə adlarını qoruyub saxlamışlar. Bu 
tayfalar Ermənistan 
ərazisində eramızdan 
əvvəl  
məskunlaşmışlar. 
Deməli, dilin leksik sisteminin xüsusi qatını  təşkil edən 
etnotoponimlər təkcə dilin inkişaf tarixini, onun yayılma 
areallarını öyrənmək baxımından deyil, həm də xalqın et-
nogenezini öyrənmək cəhətdən son dərəcə böyük əhəmiyyət 
kəsb edir. 
Azərbaycan və türk mənşəli toponimlərə münasibətdə 
Ermənistanda həmişə  qərəzli mövqe tutulmuş, türk mənşəli 
toponimlər kütləvi  şəkildə  dəyişdirilmiş, azərbaycanlılar zorla 
bu  ərazilərdən çıxarılmışlar. Türk mənşəli toponimlərin uzun 
illər boyu dəyişdirilib erməni mənşəli adlarla əvəz edilməsi 
azərbaycanlıların min illər boyu bu ərazidə yaşamasını sübut 
edən faktları saxtalaşdırmaq məqsədini daşımışdır. 
Onomastik leksikanı, xüsusən də etnotoponimləri dil tarixi 
ilə bağlı qiymətli mənbə hesab etməklə yanaşı, onun təkcə 
müəyyən xalqın dil tarixini öyrənmək üçün deyil, həmin xalqın 
tarixən yaşadığı  ərazini müəyyənləşdirmək, bu ərazidə baş 
vermiş ictimai-siyasi hadisələri, prosesləri qiymətləndirmək, bu 
hadisələrin səbəb və köklərini araşdırmaq, obyektiv gerçəkliyi 
həqiqəti üzə  çıxarmaq üçün konkret tarixi material, sübut və 
faktlar kimi dəyərləndirmək zəruridir. 
Ermənistanda türk mənşəli toponimlərin dəyişdirilməsi 
prinsiplərinin dəqiqləşdirilməsi elmi əhəmiyət kəsb edir. Çünki 
bu prinsiplər hazırkı addan əvvəlki ada keçidi gerçəkləşdirməyin 
yeganə vasitələrindən biridir. Ermənistanın türk mənşəli 


 
133
onomastik vahidlərinin tədqiqinin ilkin vacib məsələsi bu 
adların toplanıb   qruplaşdırılmasıdır.  Əldə  olan  materiallar  
müəyyən toplu yaradır. Son dövrlərdə nəşr olunmuş elmi-tarixi 
əsərlərdə Ermənistan  ərazisindəki türk onomastik vahidlərinin, 
əsasən toponimlərin qeydə alınması istiqamətində xeyli iş 
görülmüşdür. 
Etnonimlər xalqın ictimai-siyasi həyatı ilə bağlıdır və ta-
rixin müxtəlif mərhələsində meydana gəlmişdir. Azərbaycan 
xalqının mənşəyinə, keçmiş tarixinə, etnogenezinə dair daha 
dəqiq, obyektiv fikirlərin irəli sürülməsində bu onimlər qrupu 
çox mühüm rol oynayır. 
Etnotoponimlərin müəyyən qrupu xalqın təşəkkülündə 
hansı  qəbilə, tayfa və tirələrin iştirak etdiyini, bu prosesin 
özünün nə zaman baş verdiyini müəyənləşdirməyə imkan verir. 
Bir sıra yer adları müxtəlif tayfa və tayfa birləşmələrinin 
adı ilə əlaqədar (Eymur, Kənkərli, Əhmədli) yaranmışdır. Qeyd 
etməliyik ki, ölkəmizin, o cümlədən Qərbi Azərbaycan 
ərazisinin müasir toponimiyasındakı 4600-dən çox olan coğrafi 
adın təxminən 70 faizi tayfa və ya tayfa başçıları adları ilə bağlı 
meydana gəlmişdir. 
Ibtidai icma qurluşunda yaşamış adamlar lokal qruplar 
təşkil etmişlər və eyni zamanda belə qrupların təcrid olunmuş 
şəkildə yaşaması qeyri-mümkün olmuşdur. Lokal qruplararası 
əlaqələr qrupların bir-birini adlandırmasına zəmin yaratmışdır. 
Lokal qrupların adlandırılmasının iki yolu olmuşdur. 1) qrup 
özü-özünə ad verir; 2) lokal qrupa ad digər lokal qrup tərəfindən 
qoyulur. 
Məntiqi-linqvistik baxımdan onim adlandırılan etnosun 
dilinə aid söz kimi qəbul edilməlidir. Lakin adlandırılan qrupa 
məxsus sözdən istifadə halını tamamilə kənara qoymaq düzgün 
deyildir. Iki etononimli etnotoponimin tərkibindəki 
komponentləri  şərti olaraq A və B ilə  işarə edilmiş etnoslara 
aidliyə görə ayırmaq olar.  Etnotoponim mürəkkəb olduğu 


Yüklə 2,83 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə