Azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 102,53 Kb.
səhifə3/3
tarix03.01.2023
ölçüsü102,53 Kb.
#98119
1   2   3
albaniya sb

"…yunan imperatoru ilə sözləşmiş alban katolikosu onu öz dualarında yada salır və bizim ölkələrimizi də öz dininə çəkib birləşməyə məcbur edir."
— Kalankatlı, III, V
Qeyd etmək lazımdır ki, ərəblər Qafqaza münasibətdə Sasanilərin münasibətini yürüdür və Cənubi Qafqazı Bizansdan ayırmağa çalışırdı. Onlar bu məqsədlə Cənubi Qafqazda xristianlığın monofizit təriqətinin tərəfini saxlayırdılar ki, bu da xristianlığın diofizit – xalkidonçu təriqətinə etiqad edən Bizansın mənafeyinə zidd idi. Xəlifə Əbd-əl-Malikin ərəb orduları və erməni katolikosu Yelia Albaniyaya gəldilər, burada Nerses Bakuru və Spramanı mühakimə etdilər. Onlar lənətlənərək qətlə yetirildilər.[171] Xəlifə əmr etmişdi ki, alban zadəganlarının adını da xüsusi siyahıya yazsınlar, əgər onlardan biri diofizit təriqətinə ibadət etsə məhv edilməli idi. Bundan sonra alban kilsəsi qismən erməni kilsəsinə tabe edildi. Şeroyə Albaniya hökmdarı vəzifəsində çox qala bilmədi. 704-cü ildə ərəblər onu Suriyaya apardılar.[172] 705-ci ildə II Yustinian Varaz Trdatı azad etdi. Konstantinopoldan Albaniyaya qayıdan Varaz Trdat bir dəfəlik ərəb təbəəliyini qebul etdi. Kalankatlı bu haqqda yazır:"…həmin vaxtdan ölkəmizi ərəblərin ixtiyarına verdi və yalnız onlara vergi ödədi. Həmin vaxtdan etibarən Albaniya həm faktik, həm də hüquqi baxımdan tamamilə ərəb əsarəti altına düşür. Varaz Trdatdan sonra isə Albaniya ərazisini ərəb əmirləri idarə etdilər.

ƏDƏBİYYAT :



  • Azərbaycan Tarixi (7 cilddə) I, II cildlər,Bakı, 2007

  • Fəridə Məmmədova – Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası

  • Fəridə Məmmədova – Qafqaz Albaniyası və albanlar, Bakı, 2005

  • Fəridə Məmmədova – Moisey Kalankatlının "Alban tarixi" əsəri Qafqaz Albaniyasının ictimai quruluşu üzrə bir mənbə kimi

Yüklə 102,53 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə