Azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 102,53 Kb.
səhifə1/3
tarix03.01.2023
ölçüsü102,53 Kb.
#98119
  1   2   3
albaniya sb



AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ


SƏRBƏST İŞ

Fakültə:Tarix və Coğrafiya


İxtisas:Tarix müəllimliyi
Fənn:Qafqaz Albaniyasının problemləri
Qrup:TAR1902B
Müəllim:b/m Leyla Rüstəmova
Tələbə:Səlimə Əliyeva

BAKI-2022



ALBANİYANIN SİYASİ TARİXİ
Ehtimal edilir ki, Albaniyanın siyasi konsolidasiya artıq Əhəmənilər imperiyasının son illərində və Makedoniyalı İsgəndərin işğalları dövründə başa çatmış, eramızadan əvvəl IV əsrin sonlarında isə Qafqaz Albaniyası vahid mərkəzləşmiş dövlətə çevrilmişdir.

Arranilər sülaləsi


Mənbələr Alban dövlətinin antik dövrdə yerli  sülalənin nümayəndələri tərəfindən idarə olunduğu haqqında məlumat verir. Moisey Kalankatlı bu sülaləni Yafətin şəcərəsinə bağlayıraq sülalənin ilk nümayəndəsinin Aran (Arran) adlı hökmdar olduğunu bildirir və Aranı Sisakan (Sünik) nəslinə aid edir. İlk hökmdarının adı ilə bu sülalə tarixi ədəbiyyatda Aranilər (Arranilər) adlandırılır. Lakin bu sülalə haqında məlumatlar çox azdır. Aranın davamçılarının fəaliyyəti haqqında məlumatlar yox səviyyəsindədir. Kalankatlı yalnız onların adını sadalamaqla kifayətlənir. Lakin o bəllidir ki, Aranilər müxtəlif dövrlərdə güclü Parfiya dövlətinin təsiri altına düşmüş və yarımasılı vəziyyətdə ölkəni idarə etmişlər. Parfiya Arşakiləri hakimiyyətləri altında olan Qafqaz ölkələri barəsində siyasətlərində sabit və eyni olmamışlar. Tabeliklərində olan məmləkətlərin Parfiyanın mərkəzi hökumətindən asılılığı ayrı – ayrı dövrlərdə müxtəlif məmləkətlərdə müxtəlif səviyyədə olmuşdur.
Aranilər sülaləsinin hakimiyyəti dövründə Albaniyaya erməni krallarının yürüşləri baş vermiş və Albaniyanın üç vilayəti – Artsak, utik və Paytakaran işğal edilmişdir.[113] Lakin bu işğal uzun sürməmiş e.ə. 66-cı ildə II Tiqran Roma ordusu tərəfindən məğlub edildikdən sonra bütün işğal etdiyi əraziləri, o cümlədən Albaniya torpaqlarını tərk etməli olmuşdur. Lakin bu hadisədən bir neçə ay sonra Albaniya ərazisinə Roma imperiyasının ordusu soxulmuşdur. Pompeyin rəhbərlik etdiyi Roma ordusu ilə Aruzun (yunan-roma mənbələrində Oroys) rəhbərlik etdiyi Albaniya ordusu arasında e.ə. 66-cı ildə döyüş olmuşdur. Daha sonra İberiyaya doğru irəliləyən Roma ordusu ikinci dəfə e.ə. 65-ci ildə Alazan çayı sahilində Aruzun qardaşı Sebərin (yunan-roma mənbələrində Kosis) rəhbərlik etdiyi Albaniya ordusu ilə toqquşmuş və böyük itki verərək İberiya ərazisinə keçmişdir.
Roma ordusunun Xəzər sahillərinə irəliləməsi haqqında mənbələrdə heç bir məlumat yoxdur. Lakin qobustanda üstündə latın dilində yazı yazılmış XII legiona aid kitabənin tapılması Roma ordusunun xəzər sahillərinə də gəlib çıxdığını syləməyə əsas verir. Bundan başqa Azərbaycanın müxtəlif regionlarında, xüsusilə Qəbələ və Şəki ərazisində aparılan arxeoloji qazıntılar zamanı tapılan pul dəfinələrindən Roma imperatorlarına məxsus xeyli sikkə əldə edilmişdir.[122][123][124]

Arşakilər sülaləsi


E.ə. II–I yüzilliklərdə, Parfiyanın hərbi cəhətdən qüdrətli dövründə, tabelikdə olan ölkələrə nəzarət etmək üçün formalaşmış inzibati aparatın olmadığı bir şəraitdə Parfiya Arşakiləri üçün mümkün olan yeganə düzgün qərar həmin məmləkətlərdə yerli sülalələri hakimiyyət başında saxlamaq idi. Sonralar vassal çarlıqların separatizmi gücləndikcə Parfiyanın mərkəzi hökuməti yeni siyasətə – vassal məmləkətlərdə yerli sülalələri taxtdan götürüb əvəzinə öz adamlarını, Arşakilərin nümayəndələrini təyin etmək siyasətinə əl atdı. Persida, Elimaida, Atropatena, Hirkan, Ermənistan, Hindistan, Gürcüstan və Maxeloniyada Arşakilərin şaxələri, kiçik Arşaki sülalələri belə yarandı.
Arşaki sülaləsi nnümayəndələrinin bir qolu da həmin dövrdə (63-cü il) Albaniyada bərqərar oldu. Alban Arşakiləri haqqında əldə edilən məlumatların əsas mənbələri Moisey Kalankatlı, Favstos Buzand, Yegişe, Moisey Xorenli, Aqafangel, Kirakos Gəncəli və Mxitar Qoşun əsərləri, habelə "Müqəddəslərin həyatı" (aqioqrafik əsərdir) və "Carıntir"dir. Alban Arşakiləri haqqında elmdə belə bir mülahizə mövcuddur ki, bu sülalənin alban qanadı IV yüzillikdə bərqərar olmuş və onun əsasını Kalankatlının yazdığı kimi I Cəsur Vaçaqan yox, Sanatruk tərəfindən qoyulmuşdur.
M.Brosse belə hesab edir ki, Sanatruku Albaniyanın hökmdarı kimi qəbul etmək və onun adını Alban Arşakilərinin sırasında I Cəsur Vaçaqandan əvvəl yazmaq lazımdır.
Tarixə (müəllif erməni mənbələrini nəzərdə tutur) Alban Arşakilərindən yalnız iki nəfər məlumdur. Bunlar Urnayr (IV əsr) və Asuagendir (V əsr). II Vaçe və III Mömün Vaçaqana gəlincə, onların adı yalnız Alban ölkəsinin tarixində çəkilir və buna görə də N.Akinyanın fikrincə, onlar Moisey Kalankatlının uydurmasıdır. Digər Alban Arşakilərindən danışanda N.Akinyan göstərir ki, onların adları alban zadəganlarının VIII–X yüzilliklərə aid siyahısından götürülmüşdür. Yəni yenə də uydurma sayılmalıdır.
K.V.Trever, onun ardınca isə K.Tumanov belə hesab edirlər ki, Alban Arşakiləri hakimiyyət başına eramızın I yüzilliyində gəlmiş və Parfiya Arşakilərinin köməyi ilə VI əsrə qədər – Alban hakimiyyəti ləğv edilib ölkə Sasani canişinlərinin ixtiyarına verilənədək hakimiyyət başında qalmışlar. Moisey Kalankatlı məlumat verir ki, Parfiyalı Valarşak Albaniya əhalisi üzərinə knyaz və hakimlər təyin etdi:
"Valarşakın əmri ilə İafet nəslinin Sisakan sülaləsindən çıxmış bir nəfər (Aran) onların hamısının başçısı təyin olundu ki, Erasxdan tutmuş, Xnarakertə (Xunan qalası) qədər Albaniyanın bütün dağları və düzləri ona miras qaldı…"
— Kalankatlı, I, V
M Kalankatlı öz əsərində təqdim etdiyi Arşaki alban hökmdarlarının sırasına Aranı daxil etməmişdir. F. Məmmədova qeyd edir ki, görünür yerli sülaləni Arşakilər sülaləsi əvəz etmişdi.[129] Siyahıdakı on hökmdarın Arşaki olması müəllifin sonrakı məlumatlarında təsdiqlənir:

Yüklə 102,53 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə