Azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 102,53 Kb.
səhifə2/3
tarix03.01.2023
ölçüsü102,53 Kb.
#98119
1   2   3
albaniya sb

"Cəsur Vaçaqandan Mömin Vaçaqana qədər 10 hökmdar olmuşdur. Mömin Vaçaqanın ölümündən sonra isə bu nəsil (azqn) zəifləməyə başladı və Sasani tayfasının Mehrani nəslindən olan knyazlar İrandan gəlib Albaniyada möhkəmləndilər."
— Kalankatlı,III,23
İlk Alban Arşaki hökmdarı I Cəsur Vaçaqan Atropatenada, Ermənistanda və Maskutlar ölkəsində taxta çıxmış ilk kiçik Arşakilərlə eyni vaxtda hakimiyyət başına gəlmişlər.[130] Kiçik Arşakilər Parfiya şahı Vanonun oğlu I Valarş (Vologez) tərəfindən taxta çıxarılmışdır. Eramızın I əsrində Alban Arşaki nümayəndəsi I Cəsur Vaçaqana Albaniyanın bütün vilayətlərini birləşdirmək müyəssər olmuşdur. Ehtmal ki, I Vaçaqandan əvvəlki yerli sülalə hökmdarlarının bütün vilayətlərə hökmü çatmamışdır.
Mənbələrdə haqqında ən çox bəhs olunan Arşaki Alban hökmdarlarından biri də Urnayrdır. Urnayrın hakimiyyət illəri naməlum qalmışdır. Moisey Kalankatlının yazdığına görə Urnayr Sasani şahı II Şapurun (309–379), Bizans hökmdarı Böyük Konstantinin (337–361), erməni çarları III Trdat (287–330), Tiqran (338–345), Arşak (345–367) və Papın (370–374) müasiri olmuşdur. Onun adı ilk dəfə 313-cü ildə digər alban əyanlar ilə birgə xristianlığı qəbul etməsi ilə bağlı çəkilir. Onun adı ilə bağlı son hadisə 371-ci ildə baş vermiş Dzirav döyüşüdür. Bütün bunları nəzərə alan Fəridə Məmmədova belə hesab edir ki, Urnayr 313–371-ci illərdə hakimiyyətdə olmuşdur. Moisey Kalankatlı onu "Fədakar hökmdar, Ermənistanın mərkəzinə qələbə bayrağı sancmış və böyük müharibələrdə şərəfli ad çıxarmış xadim" kimi xatırlayır. Ancaq burada hansı müharibələrdən bəhs olunması naməlum qalır. Urnayrın daxili siyasəti bütpərəstliklə mübarizə, xristianlığın dövlət dini elan olunması (313–314-cü illər), kilsəyə torpaq verilməsi və s. ilə xarakterizə olunur. Urnayrın dövründə ölkənin paytaxtı və alban katolikosluğunun mərkəzi Qəbələ (Kabalaka) olmuşdur. Urnayrın xarici siyasətinə gəlincə, məlumdur ki, Albaniya Sasani şahı II Şapurun vassalı və müttəfiqi olduğundan Sasani-Bizans müharibələrinə cəlb edilmişdi. 359-cu ildə Amida yaxınlğında və 371-ci ildə Dzirav çölündə Sasani-Bizans/erməni döyüşlərində Urnayr II Şapuru müşayiət etmişdir.
Alban Arşakiləri arasında Urnayrdan sonra haqqında məlumat olan ökmdar Asuagendir. Onun hakimiyyəti dövründə köhnə alban əlifbasının islah edilməsi yolu ilə yeni alban yazısı yaradılmışdır. Bu haqqda məlumatlar Moisey Kalankatlıda, eləcə də V – VIII əsr erməni müəllifləri Koryun, Movses Xorenli və başqalarındadır. Asuagen tərəfindən alban uşaqlarının təhsilə cəlb edilməi xüsusi maraq doğurur. O, "vilayət və rayonlarda uşaqlara yazı sənətini öyrətməyi, onları dətələrlə məktəblərə göndərməyi, onların yeməklə təmin olunması üçün vəsait ayırmağı əmr etdi". Asuagenin dövründə yeni əlifbanın qəbulundan sonradini kitbları, apostolların təlmini və başqa kitabları süryani dilindən və yunancadan alban dilinə tərcümə etməyə başladılar.
Şamaxı rayonunun Xınıslı yaşayış yerindən arxeoloji qazıntılar zamanı aşkarlanmış Qafqaz Albaniyası dövrünə aid içi mifik təsvirlərlə bəzədilmiş gümüş sini 444-cü ildə isə Asuagenin oğlu (Asuagenin arvadı Sasani şahı II Yezdəgerdin bacısı idi) II Vaçe Albaniyada hakimiyyət başına gəldi. Kalankatlı yazır ki, Sasani şahı Perozun əmri ilə II Vaçe Perozabad (Bərdə) şəhərini tikdirdi və həmin şəhər onun hakimiyyəti illərində ölkənin paytaxtına çevrildi. Paytaxtın Qəbələdən Bərdəyə keçməsi daxili siyasətdəki dəyişikliklərlə əlaqədar idi. Köçərilərin tez – tez baş verən yürüşləri ilə əlaqədar olaraq, ölkənin mədəni -siyasi mərkəzi Kür çayının sol sahilindən sağ sahilinə keçirilir. II Vaçenin hakimiyyəti İran əlehinə xalq hərəkatı ilə – 450–451-ci illərdə Cənubi Qafqaz xalqlarının türk mənşəli erməni sərkərdəsi Vardan Mamikonyanın başçılıq etdiyi üsyanı ilə və eləcə də 457–463-cü illərdə II Vaçenin özünün başçılığı ilə Albaniyada baş vermiş üsyanla əlaqədardır. Cənubi Qafqaz xalqlarını Sasanilər əlehinə üsyana sövq edən isə siyasi, iqtisadi və ideoloji zülm idi. II Yezdəgerd xristianlığın kökünü kəmək üçün Cənubi Qafqaza 700 məzdəki kahin göndərmişdi və onların 300 nəfəri Albaniyaya gəlmişdi. Yelişe yazır ki, Sasani dövlətində müvəqqəti olaraq yaranmış sülh 459-cu ildə Albaniya hökmdarının tabeçilikdən qəti imtina etməsi ilə pozuldu.
Alban üsyançıları Çola keçidini tutdular, maskut ordusunu şəhərə buraxdılar və Böyük Qafqazın 11 hökmdarı ilə ittifaqa girərək onlarla birgə Sasanilərə qarşı hərbi əməliyyatı iki il uğurla davam etdirdilər. Sasanilərin Vaçe ilə danışıqlara başlamaq cəhdlərinin hamısı boşa çıxdı. Onda Peroz böyük miqdarda pul verməklə Onoqur (F. Cəlilova görə "On Oğuz") hunlarını köməyə çağırdı və onlar Alan (Dəryal) keçidi ilə Albaniyaya soxuldular. 462-ci ildə isə albanlara qarşı uzun sürən müharibəyə başladılar Onoqurlar düz bir il ərzində alban hökmdarı ilə döyüşdülər. Vaçenin ordusu azalıb dağılsa da onu məğlub etmək olmadı. Albaniyada 457-ci ildə başlayan üsyanı yalnız 463-cü ildə yatırmaq mümkün oldu. Sasanilər Albaniyada yenidən o qədər möhkəmləndilər ki, II Vaçe hakimiyyətdən əl çəkdi və Perozdan xahiş elədi ki, atasından qalma mülklərə dəyməsinlər. Beləliklə 463-cü ildə Albaniyada dövlət quruluşu ləğv olundu və ölkəni Sasani canişini – mərzban idarə etməyə başladı. Albaniyada bu rejim 483-cü ilə qədər davam etdi.
487-ci ildə II Vaçenin əmisi oğlu, Alban Arşakilərinin son nümayəndəsi – III Mömin Vaçaqan hakimiyyətə gəldi və albaniyada yerli sülalənin hakimiyyəti bərpa edildi. Moisey Kalankatlı belə məlumat verir: "Vaçedən III Mömin Vaçaqana qədər 30 il ərzində Albaniya hökmdarsız qaldı." Alban tarixçisinin yazdığına görə "Albaniya əhalisi yenidən vahid səltənətdə birləşib şah övladlarından ən cəsur, müdrik, ucaboy Vaçaqanı seçdilər." Mömin Vaçaqanın hakimiyyət illəri Albaniyaanın siyasi, dini – mədəni intibah dövrü idi. O hər şeydən öncə ölkə əhalisinin vahid dinə ibadət etməsinə nail olmağa, xristianlığı ümumi dövlət dininə çevirməyə çalışdı. Vaçaqan məktəblər açdırdı, dağılmış kilsələri bərpa etdirdi, yeni kilsə və monastrlar tikdirdi, kilsə rütbələrini bərpa etdirdi. Onun hakimiyyəti dövründə Aquen kilsə məclisi çağırıldı. Albaniyanın müstəqillyini möhkəmləndirməyə çalışan və yad qüvvələrin dini – siyasi təsirlərinə və assimilyasiya siyasətinə qarşı dura biləcək müstəqil kilsənin böyük siyasi rolu olduğunu nəzərə alan III Vaçaqan bu kilsənin sarsılmış dayaqlarını möhkəmləndirməyi və onu iqtisadi baxımdan gücləndirməyi vacib sayırdı.[142] Alban Arşakiləri müstəqil alban siyasəti yürüdür, Albaniya dövlətinə, alban xalqına və onun dininə sədaqətlə xidmət edir, yerli mədəniyyətə qarışaraq albanlaşırdılar. Fəridə Məmmədovaya görə Albaniyanın IV – VI əsr siyasi quruluşunu mərkəzləşdirilmiş feodal dövləti kimi təqdim etmək olar.

Mehranilər sülaləsi


510-cu ildə Alban Arşakilərinin hakimiyyəti sona yetdi və ölkə 510–629-cu illər ərzində Sasani mərzbanları tərəfindən idarə olundu. VI əsrin sonu, VII əsrin əvvəllərində Girdman vilayətinin feodal hakimi olan Mehranilər nəsli gücləndi. Moisey Kalankatlının geneoloji arayışına əsasən başda Mehr olmaqla Sasani Mehranilərinin əsli VI əsrdə saray çevrilişində iştirak etdiyinə görə, Sasani şahı II Xosrov Pərvizin (591–628) qisasından qurtulmaqdan ötrü 30 min ailə ilə birlikdə Xosrovun düşmənləri – xəzərlərə qoşulmaq üçün İrandan qaçmışdılar. Bundan narahat olan Xosrov onu qabaqlayaraq, Mehrə məktub göndərir və bildirir ki, yaşayış yerini seçməkdə Mehranilərə azadlıq verir. Şahın məktubu Mehrə Uti vilayətinin Girdman havarında çatır və Mehr elə burada qalmağı qərara alır. Mehr və törəmələri onlar üçün nəsil ocağına çevrilmiş Girdmanda möhkəmənərək yerli feodalları cismən məhv etmək, habelə qohumluq əlaqələri sayəsində yerli knyazları sıxışdırıb bütün Albaniyaya yiyələndilər. Mehranilər iki əsr ərzində Albaniyanın birinci böyük knyazı – işxanı adını daşımaq hüququnu saxladılar. Moisey Kalankatlının yazdığına görə Mehr Girdman əyalətinin Şimalına yeridi və onun 12 hakimini hüzuruna çağırıb qılıncdan keçirdi və ölkəyə sahib oldu Mehrin nəvəsi Cəsur Vardan Albaniya hakimlərinin sonuncu 60 nümayəndəsini məhv etmiş və beləliklə, Albaniya tamamilə yeni sülalənin əlinə keçmişdir.
Erməni təqviminin başladığı təsdiq ediləndə (552-ci il) İsanın xaçı üzərinə döşmənləri soyğunçu basqınlarının nəticəsi olaraq alban patriarxlığının iqamətgahı Çola şəhərindən ölkənin paytaxtı Bərdəyə köçürüldü. 603–629-cu illər Sasani – Bizans müharibəsindən istifadə edən Albaniya əhalisi Sasani istibdadına qarşı üsyana qalxdı. II Xosrov bu üsyanı amansızlıqla yatırdı.
Xosrovun təklifi ilə alban knyazları Bərdəni tərk edib qalalarda möhkəmləndilər. Bizans qoşunları Albaniyaya girib Uti vilayətində möhkəmləndilər. Lakin bu yürüş İrakli üçün uğursuz qurtardı. Burada Sasanilər Bizanslılara hücum edərək İraklini Sünikə sıxışdırdılar. 625-ci ildə İrakli xəzərləri köməyə çağırdı. 626-cı ildə xəzərlər Albaniyaya soxuldular. Bu xəzərlərin Albaniyaya ilk böyük müdaxiləsi idi. Onlar birinci zərbəni Dərbəndə vurdular, sonra isə Bərdəyə hücum etdilər. Knyazlar ətraf rayonlardakı əhalini paytaxt Bərdəyə toplayaraq müdafiə olunmaq istədilər. Lakin onlar Dərbənd qalasında edilənləri eşitdikdən sonra tələm – tələsik Artsak vilayətinin əlçatmaz dağlarında gizləndilər. Sasani mərzbaı İrana qaçdı. Albaniya ərazisini işğal edən xəzərlər Tiflisə yürüş edərək Bizans imperatoru İraklinin ordusu ilə birgə şəhəri mühasirəyə aldılar. Vəziyyətin ağırlığını nəzərə alan Girdman knyazı Varaz Qriqor özünü İraklinin vassalı elan etdi. Yeni hökmdarını tanımaq və onun dinini (diofizitliyi) qəbul etməklə (II Xosrov İran kilsə məclisində ona monofizitlii qəbul etdirmişdi.) Varaz Qriqor Albaniyanın tamhüquqlu hakiminə çevrildi. Bu dövrdə Sasani hökmdaı II Xosrov öldürüldü və taxta çıxan II Qubad 628–629-cu illərdə İrakli ilə sülh bağladı. Bu vaxt xəzərlər Albaniyanın tam sahibinə çevrildilər. 629-cu ildə Albaniyaya daxil olan xəzərlərin xaqanı Şat katolikos Vironun və Sasani mərzbanının yanına elçi göndrərək ölkəni təslim etməyi tələb etdi. Bu dəfə söhbət ölkənin xəzərlərə siyasi tabeliyindən gedirdi. Albaniya müqavimət göstərmək iqtidarında deyildi. Məzban isə itaəti rədd edərək İrana qaçmışdı.
Alban zadəganları başda katolikos Viro olmaqla xəzərlərin ali hakimiyyətini etirf etməyə məcbur oldular. VII əsrin 30-cu illərində Xəzəristanda gedən daxili çəkişmələr (Cebu xaqanın öldürlməsi) xəzərlərin Albaniyadakı hakimiyyətinə son qoydu.
Mehrani Varaz Qriqorun (630–642) dövründə Yaxın Şərqdə ərəblər sürətlə güclənirdilər. Onlar 632-ci ildə Sasanilərə qarşı hərəkət etdilər. Sasani şahı III Yezdəgird ərəblərə qarşı durmaq üçün tabeliyində olan ölkələrdən və vilayətlərdən qoşun tələb etdi. Albaniyanın böyük knyazı Varaz Qriqor dörd oğlundan birini – Cavanşiri onun hüzuruna göndərmək qərarına gəlir. Cavanşir Albaniya dövlətinin bütün qoşunlarının sərkərdəsi oldu. 636–642-ci illərdə alban qoşunlarının sparapet – baş komandanı olan Cavanşir öz ordusu ilə Sasani ordusuna qoşuldu. Ölü dəniz yaxınlığındakı Kadissiyada baş verən döyüşdə (637-ci il) o öz şücaəti ilə fərqləndi. Cavanşrin bu şücaəti III Yezdəgird tərəfindən yüksək qiymətləndirildi və ona "bayraq və şeypurlar, iki qızıl mizraq və qızıla tutulmuş iki qalxan verdi ki, bunları həmişə onun önündə aparırdılar. Belinə mirvari ilə işlənmiş kəmər,qızıl dəstəkli qılınc bağladı, qolbağlar verdi, başına tac qoydu. Həmçinin ona mirvari ilə işlənmiş düzüm verdi və boynuna mirvari boyunbağı asdı." 640-cı ildə ərəblər Sasanilərin paytaxtı Ktesifonu mühasirəyə aldılar və Cavanşrin ordusu 6 ay şəhərin müdafiəsində iştirak etdi. 642-ci ildə Nəhavənd yaxınlığında döyüş baş verdi və Cavanşir də ordusu ilə bu döyüşdə iştirak edirdi. Lakin Sasani ordusu bu döyüşdə məhv edildi. III Yezdəgird isə qaçıb Dəclə çayı sahilində qalada gizləndi. Bu məğlubiyyətdən sonra Cavanşir Atropatenaya gəlir, oradan isə öz ölkəsinə qayıdır. "Beləliklə Cəsur Cavanşir 7 il ərzində bu çətin müharibədə iştirak etdi. Bir neçə ağır yara aldıqdan sonra onlarla vidalaşdı…" Vətənə dönən Cavanşir hələ atası Varaz Qriqorun sağlığında taxta çıxdı.
Ərəblər 642–645-ci illərdə Atropatena tərəfdən Cənubi Qafqaza hücum etdilər və Albaniyaya soxuldular, ancaq burada möhkəmlənə bilmədilər. Ərəblərə qarşı mübarizənin ilk dövrlərində boyun əymiş Ermənistan işxanı Teodoros Rştuni ilə ittifaq bağlamışdı. Cavanşir ondan fərqli olaraq Bizansın vasallığını qəbul etməyi üstün tutmuşdu. Cavanşir Bizans imperatoru II Konstanta (641–668) göndərdiyi məktubunda yazırdı:
"Qüdrətli cənab əzəmətli və mərhəmətli yunan hökmdarı Konstant… alban knyazı və asparapeti Cavanşir özünün Şərq ölkəsi ilə təzim edərək səni itaətkarlıqla salamlayır. Ey qəlbi İsa məhəbbəti ilə döyünən hökmdar, icazə ver səndən çox-çox uzaqda olan mənim xalqın sənin yeni təbəəliyini qəbul etsin…"
— Kalankatlı, II, XX
Bizans imperatoru cavab məktubunda sevinclə razı olduğunu bildirmiş və Cavanşiri "Girdman hökmdarı""Alban knyazı""asparapet və protopatrik" adlandırmışdı.Hədiyyə və bəxşişlərdən başqa Cavanşirə 1200 adamı patrik, ipat, apoipat və digər Bizans rütbələri ilə mükafatlandırmaq üçün pativlər (vəzifə və fərmanlar) də göndərmişdi.[156]
660-cı ildə Cavanşir imperator II Konstantla iki dəfə görüşdü. Birinci dəfə Konstant Güney Azərbaycana gəlib Bizansa arxalanan knyazları öz yanına çağıranda, ikinci dəfə isə Vaqarşapat şəhərində. Kalankatlının yazdığına görə Cavanşir hər iki dəfə imperator tərəfindən böyük hörmət və ehtiramla qəbul edilmişdir:
Lakin bütün uğurlara rəğmən 622-ci ildə Albaniya yenidən xəzərlərin hücumuna məruz qalır. Cavanşir bu dəfə onları məğlub edib ölkədən qova bilir. 664–665-ci illərdə xəzərlər yenidən Albaniyaya hücum etdilər. Onları Kürü keçərək Araza çatdılar alban və iberlərdən çoxlu adam əsir aldılar. Cavanşir xəzərlərlə müqavilə bağladı və xəzər xaqanının qızı ilə evləndi. Xəzərlərin yürüşləri, Kiçik Asiyanın bir sıra vilayətlərinin ərəblər tərəfindən tutulması nəticəsində Bizansın zəifləməsi Cavanşiri Bizansla bağladığı müqaviləni pozmağa məcbur etdi. O saysız-hesabsız Türküstan ordusundan – xəzərlərin köməyindən imtina edərək Cənub hökmdarına – ərəblərə tabe olmağı üstün tutdu.
Ərəblərlə yaxınlaşmağı arzulayan Cavanşir iki dəfə Dəməşqə – xəlifə Müaviyyənin hüzuruna getmişdi. Bu görüşlərin birincisi ölkəni ərəb qırğınından xilas etmək üçün 667-ci ild olmuşdu. Bu görüşdə Cavanşir istəyinə nail olmuşdu. Xəlifə ilə ittifaq sayəsində Albaniya üç il müddətinə yadelli basqınlardan xilas oldu. 670-ci ildə Cavanşir yenidən xəlifə Müaviyyənin görüşünə gedir. Bu dəfə xəlifə özü onu dəvət edir. Xəlifənin yanında Cavanşirin nüfuzu o qədər yüksəlir ki, Bizans imperiyası ilə Ərəb Xilafəti arasındakı danışıqlarda Albaniya hökmdarı vasitəçi kimi çıxış edir. Cavanşir danışıqları elə məharətlə aparır ki hər iki tərəf razı qalır. Onu hədiyyələrlə mükafatlandıran xəlifə Süniki də Cavanşirə tabe edir və tələb edir ki, Atropatenanın da idarəsini üstünə götürsün. Ancaq Cavanşir bu təklifi qəbul etmir və xahiş edir ki, onun ölkəsinin üstünə qoyulmuş vergini bir qədər yüngülləşdirsin. Cənublu hökmdar məmnuniyyətlə razılaşır və vergilər üçdə biri qədər azaltmağı əmr edir. Xəlifə ilə görüşdən qayıtdıqdan sonra isə Cavanşir sui-qəsd nəticəsində öldürülür.
Bir sıra tədqiqatçılara görə Cavanşir 669-cu ildə öldürülmüşdür (K.V.Trever). Digərləri onun ölüm tarixini 680-ci ilə aid edirlər (Z.M.Bünyadov). Axırıncı mülahizə isə 683-cü ildir. (Q. X. Svazyan) Fəridə Məmmədova isə 680–681-ci illərin daha inandırıcı olduğunu yazır.[163] Belə ki, Moisey Kalankatlı II kitabın XXXIX fəslində belə bir məkumat verir: "Cənub məmləkətində inadcıl Məhəmmədin hakimiyyətinin hakimiyyətinin 62-ci ilində (miladi 681-ci il) Cavanşirin varisi Varaz Trdat Albaniyanın böyük knyazı olarkən yepiskop İsraili diplomatik danışıqlar aparmaq üçün hunların yanına göndərmişdi." Buradan belə çıxır ki, Cavanşrin ölümü 681-ci ildə və ya daha əvvəl ola bilərdi. Zadəganlar alban katolikosu Yelizarın iştirakı ilə Cavanşirin qardaşı (Varaz Peroz) oğlu Varaz Trdatı vətənin taxt-tacına sahib olan böyük knyaz vəzifəsinə seçirlər və o Bizans imperatorundan patrisi titulu aldı və ekskonsul rütbəsiylə mükafatlandırıldı. Xəlifə I Yəzid (680–683) I Varaz Trdatı Şərq vilayətlərinin, Albaniya məmləkətinin və Uti vilayətinin canişini kimi tanıdı. Ölkə ərəblərə xərac verməkdə davam edirdi. Albaniyanın daxilindəki müxalifətçi mərkəzdənqaçma qüvvələrini ram edən Varaz Trdat bütün ölkəyə hakim oldu. Onun hakimiyyəti dövründə Albaniyanın ərazisi Cavanşir dövründəki kimi qalırdı.
Bu vaxt guya Cavanşirin qisasını almaq məqsədi ilə saysız hesabsız xəzər qoşunları hunların böyük knyazı Alp İltiverin başçılığı ilə Albaniyaya doğru hərəkət etdi. Qəbələ və Uti vilayətlərini viran qoyan Alp İltiver Lpinada məskən saldı. Varaz Trdat Cavanşirin siyasətini davam etdirərək xəzərlərlə danışığa başladı. O katolikos Yelizarı xaqanın yanına göndərib sədaqətini bildirdi. Lakin xaqanla barış çox sürmədi. Bu zaman Varaz Trdat xəzərlərin arası kəsilməyən yürüşlərinin qarşısını almaq üçün yepiskop İsraili Varaçana – Alp İltiverin yanına göndərdi. İsrailə həm də xəzərləri xristian dininə cəlb etmək tapşırılmışdı. İsrailin bu missiyası uğurla nəticəlndi. Alp İltiver başda olmaqla xəzərlərin böyük bir hissəsi xristianlığı qəbul etdi. Alp İltiver Varaz Trdata, Yelizara, eləcə də ermənilərə yazdığı məktubunda bildirirdi ki, yalnız İsrailin bizim yanımızda keşiş kimi qaldığı müddətdə bizimlə sizin aranızda mehribanlıq ola bilər.
Lakin bu da xəzərlərin Albaniyaya yürüşünün qarşısını ala bilmədi. 685-ci ildə Ərəb Xilafətinin Şimalda nəzarətinin zəifləməsindən istifadə edən xəzərlər albanlarla eyni dinə etiqad etdiklərini unudaraq Albaniya, Ermənistan və İberiyanı işğal etdilər. 685-ci ildə hakimiyyətə gələn xəlifə Əbd-əl-Malik Bizans imperatoru II Yustinianla (685–695) müqavilə bağladı. Müqaviləyə görə Xilafət və Bizans Ermənistan və İberiyadan gələn gəliri bölməyi qərara aldı. II Yustinianın 689–690-cı illərdə Cənubi Qafqaza yürüşü oldu. O tutduğu vilayətlərin hakimlərini, bəzi hakimlərin isə oğullarını özü ilə apardı. II Yustinian Albaniyanın böyük knyazı Varaz Trdata patrk-ekzarx rütbəsi verdi, onu hökmdardan (özündən) sonra Albaniyanın II işxanı adlandırdı. Albaniya bu dövrdə üç xalqa xəzərlərə, ərəblərə və yunanlara (Bizansa) vergi verirdi.[168] İmperator III Tiberinin dövründə 699-cu ildə ərəblərlə yaxınlıq etdiyinə görə Varaz Trdat oğlanları ilə birlikdə Konstantinopola gətirilir və onlar beş il müddətinə burada qalırlar.
Varaz Trdatın ölkədə olmadığı vaxt bir sıra hadisələr baş verir ki, bu da Xilafətin birbaşa ölkənin daxili işlərinə qarışmağına səbəb olur. Alban katalikosu Yelizarın ölümündən sonra xalkidon təliminin davamçısı Girdman yepiskopu Nerses Bakur ölkənin katalikosu olur. Nerses Varaz Trdatın arvadı Spramanın köməyi ilə ölkəni xalkidonçuluğa tabe etməyə çalışır. Varaz Trdatın qohumlarından ibarət ərəbpərəst monofizit müxalifətə başçılığı knyaz Şeroyə ələ alır. O, Nerses Bakurun və Spramanın müqavimətini qıraraq 699–704-cü illərdə Albaniyanın knyazı olur.
Erməni katolikosu Yelia xəlifə Əbd-əl-Məlikə məktubunda katolikos Nersesin və Spramanın fəaliyyəti haqqında yazırdı:

Yüklə 102,53 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə