Azərbaycan Dövlət qtisad Universiteti



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/47
tarix27.10.2017
ölçüsü5,01 Kb.
#7090
1   ...   23   24   25   26   27   28   29   30   ...   47

 
239
1) iqtisadiyyatın struktur dəyişiklikləri ilə əlaqədar; 
2) iqtisadiyyatda yaranan  müxtəlif mülkiyyət formaları ilə bağlı; 
3) ölkənin dünya təsərrüfatına daxil olması ilə bağlı.  
İş qüvvəsinin təklifi və ona olan tələb arasındakı nisbət konkret sosial-
iqtisadi  şəraitdən,  iş  qüvvəsinin  dəyəri  və  qiymətindən,  əmək  bazarının 
konyukturasından,  əmək  bazarının  tutumundan,  işçi  qüvvəsinin 
potensialından, ETT, demoqrafiya və miqrasiya proseslərindən asılıdır.  
Əmək  bazarında  tarazlığa  o  zaman  nail  olmaq  mümkündür  ki,  işçi 
qüvvəsinə tələb təklifə bərabər olsun. 
 
7.3. Məşğulluq əmək bazarını səciyələndirən sosial-
iqtisadi kateqoriya kimi. Məşğullğun  gəlirlərin 
formalaşmasına təsiri 
 
Əhalinin  gəlirlərinin  səviyyəsi  və  dinamikası  səmərəli  məşğulluğun 
həyata keçirilməsilə birbaşa əlaqədardır. Əhalinin əksər hissəsinin gəlirləri 
əmək  fəaliyyəti  nəticəsində  əldə  olunur.  Buna  görə  də  əmək  qabiliyyətli 
əhalinin  onun  bacarığına,  peşəsinə,  ixtisasına  və  maraqlarına  uyğun  işlə 
təmin  olunması  onların  gəlir  əldə  etməsinin  əsas  şərtidir.  Məhz,  bu 
baxımdan  cəmiyyətin  sosial-iqtisadi  inkişafında  məşğulluqla  bağlı 
məsələlər mühüm yer tutur. Məşğulluğun dövlət tərəfindən təmin edilməsi 
ölkənin  bütün  əhalisinin  əldə  etdikləri  gəlirlərə  bilavasitə  təsir  göstərir. 
Məlumdur  ki,  əhalinin  geniş  təkrar  istehsalına  malik  olan  dövlətin  əmək 
sferasına yönələn işçi qüvvəsi hissəsində ildən-ilə artım müşahidə olunur. 
Məşğul  olan  işçi  qüvvəsinin  artımı  cəmiyyətdə  həyət  səviyəsinin 
yaxşılaşdırılmasını  tələb  edir.  Bunun  əsasını  isə,  əmək  sferasında  əldə 
edilən  gəlirlərin  artımı  təşkil  edir.  Həmin  məsələ  ilə  bağlı  qeyd  etmək 


 
240
lazımdır ki,  məşğul olan əhalinin artan hissəsi  bir çox halda qeyri-dövlət 
sektorunda  fəaliyyət  göstərir,  çünki  burada  onların  aldıqları  əmək  haqqı 
əsas  yaşayış  tələbatlarını  ödəməyə  imkan  verir.  Bu  səbəbdən  dövlət 
sektorunda  əmək  haqlarının  səviyyəsinin  müvafiq  qaydada  artırılması  və   
müəyyən  sosial  xidmətlərin  işçilərə  təqdim  olunması  sahəsində  mühüm 
addımlar  atılmalıdır.  Məhz  bu  fəaliyyətin  nəticəsində  ixtisaslı  işçi 
qüvvəsini  bu  sektorda  çalışmağa  cəlb  etmək  mümkündür.  Bununla 
əlaqədar  əmək  sferasının  seçimi  zamanı  insanların  daha  çox  alternativ 
variantlardan  istifadə  imkanları  genişlənir.  Nəticədə  məşğulluq  sahəsinin 
inkişafında əsas prinsip – könüllü və sərbəst seçim məhz belə şəraitdə  tam 
şəkildə həyata keçirilir. 
Məşğulluq dedikdə, insanların mal və xidmətlərin istehsalı ilə bağlı, 
gəlir  gətirən  qanuni  fəaliyyəti  başa  düşülür.  Məşğulluq  potensial  əməyin 
və 
əmək 
qabiliyyətinin 
reallaşmasını, 
insanın 
konkret 
əmək 
kooperasiyasında iştirakını əks etdirir.  
Azərbaycanda  son  illərdə    məşğulluq  sahəsində  dəyişilməz  bir 
tendensiya  nəzərə  çarpır:  iqtisadiyyatda  məşğul  olanların  sayı  ildən-ilə 
yüksələn  artım  əmsalı  ilə  dəyişilir.  Deməli,  əmək  ehtiyatlarının  artan 
hissəsinin  əksəriyyəti  ictimai  istehsalatda  iştirak  edir  və    müvafiq  yeni  iş 
yerlərinin açılmasını tələb edir.  
 
Cədvəl 7.1 
Məşğulluq sahəsində əsas sosial-iqtisadi göstəricilər. 
 
2004 
2005 
2006 
2007 
2008 
Əhalinin ümumi sayı,            
min nəfər   
8347,3 
8436,4 
8532,7 
8629,9 
8896,9 
İqtisadi fəal əhalinin sayı,    
min  nəfər 
3865,0 
3906,5 
4264,2 
4295,2 
4318,2 


 
241
İqtisadiyyatda məşğul 
olanların orta illik sayı,                             
min  nəfər 
3809,1 
3850,2 
3973,0 
4014,1 
4056,0 
Rəsmi qeydiyyatdan keçmiş 
işsizlərin sayı,                                             
nəfər 
55945 
56343 
53862 
50651 
44481 
Cədvəldən  göründüyü  kimi,  iqtisadi  fəal  əhalinin  və 
iqtisadiyyatda məşğul olanların sayı ildən-ilə artmışdır. Belə ki, 2008-ci 
ildə  2004-cü  illə  müqayisədə  iqtisadi  fəal  əhalinin  sayı  11,7%, 
iqtisadiyyatda məşğul olanların sayı isə 6,5% artmışdır. Öz növbəsində 
rəsmi qeydiyyatdan keçmiş işsizlərin sayı 2004-cü ildə mövcud analoji 
göstəriciyə  əsasən    2008-ci  ildə  79,5%  təşkil  etmişdir.  rəsmi 
qeydiyyatdan  keçmiş  işsizlərin  sayında  nəzərə  çarpacaq  dərəcədə 
azalma  müşahidə  olunmuşdur.  Bu  da  ölkədə  məşğulluq  sahəsində 
dövlətin apardığı siyasətin bariz nümunəsidir. 
Məşğulluqla  bağlı  fəəaliyyətdə  iqtisadi  fəal  əhalinin,  məşğul 
olanların,  işsizlərin  bir-biri  ilə  qarşılıqlı  əlaqəsi  mütləq  nəzərə 
alınmalıdır.  Məşğulluq  səviyyəsi  məşğul  olan  əhalinin  iqtisadi  fəal 
əhaliyə  nisbətilə  müəyyən  olunur.  İşsizlik  səviyyəsi  işsizlərin  sayinın 
iqtisadi fəal əhaliyə nisbətilə müəyyən olunur. İqtisadi fəallıq səviyyəsi  
iqtisadi fəal əhalinin ümumi əhalinin sayına nisbətilə müəyyən olunur. 
Bu  sahədə  son  illər  üzrə  mövcud  göstəricilərin  qarşılıqlı  əlaqəsini  
aşağıdakı qrafikdən görmək olar  (qrafik 7.1). 


 
242
Qrafik 7.1 
Məşğulluğun əsas göstəriciləri 
46,4 46,2
46,1
45,99 46,3
49,4
49,97
49,77
93,5
93,2
92,4
98,6
98,6
98,7
98,7
98,8
1,2
1,3
1,3
1,4
1,4
7,6
6,8
6,5
0
20
40
60
80
100
120
2000 2001
2002 2003 2004 2005
2006 2007
İ
qtisadi fəallıq səviyyəsi, %
Məşğulluq səviyyəsi,%
İş
sizlik səviyyəsi,%
 
 
Qrafik 7.1-dən göründüyü kimi, iqtisadi fəal əhalinin və iqtisadiyyatda 
məşğul olanların sayı ildən-ilə artmış və əhalinin iqtisadi fəallıq səviyyəsi 
2008-cı ildə 48,5%-ə çatmışdır. Deməli, əhalinin təqribən ½ hissəsini işləyən 
və hal-hazırda iş axtaranlar təşkil edir.  
   Bazar  iqtisadiyyatı  şəraitində  əhalinin  məşğulluğu  poblemlərinin 
həlli  dövlətlə  yanaşı,  iş  adamlarının-sahibkarların  da  öhdəsinə  düşür. 
Məsuliyyət  bölgüsü  prinsipinə  əsasən  dövlət  sahibkarlığın  inkişafı  üçün 
əlverişli hüquqi-normativ bazasınin təkmilləşdirilməsində və inkişaf strate-
giyasının  həyata  keçirilməsində  böyük  rol  oynayır.  Burada  əsas  məqsəd 
əhalinin  gəlirlərinin  artırılmasından  və  onların  həyat  səviyyəsinin  ardıcıl 
olaraq yaxşılaşdırılmasından ibarətdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə